ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 

35 


ALTINCI FƏSİL 

MEHRİYYƏ VƏ İRSİN XÜMSÜ 

MEHRİYYƏNİN XÜMSÜ 

Sual 40: Qadının mehriyyəsinə xüms düşürmü? 

(Behcətdən  başqa)  bütün  müctəhidlərin  rə`yi: 

Xeyir.


1

 

Behcət:  İlin  xərcindən  artıq  qalarsa  vacib  ehtiyata 

əsasən xümsü verilməlidir.

2

 



İRSİN XÜMSÜ 

Sual  41:  Yaxın  qohumlardan  (ata,  ana  və  həyat 

yoldaşı) çatan irsə xüms düşürmü? 



Bütün müctəhidlərin rə`yi: Xeyr.

3

 



Sual  42:  İrs  qalmış  əmlakın  bugünkü  qiyməti 

qalxdıqda,  onu  satarkən  artmış  miqdarın  xümsü 

verilməlidirmi? 

İmam  (r),  Xamenei,  Təbrizi,  Sistani,  Nuri,  Behcət 

və Vəhid: Xüms düşmür.

4

 



                  

 

1



 “Tovzihul-məsaili mərace”, 1754-cü məsələ; Nuri, “Tovzihul-

məsail”, 1750-ci məsələ; Xamenei, “Əcvibə”, səh.861; Vəhid, 

“Tovzihul-məsail”, 1762-ci məsələ. 

2

 Behcət, “Tovzihul-məsail”, 1378-ci məsələ. 



3

 “Tovzihul-məsaili mərace”, 1754-cü məsələ; Nuri, “Tovzihul-

məsail”, 1750-ci məsələ; Xamenei, “Əcvibə”, səh.858; Vəhid, 

“Tovzihul-məsail”, 1762-ci məsələ. 

4

 İmam (r), “İstiftaat”, 1-ci cild, səh.87; Təbrizi, “İstiftaat”, səh.967; 



Xamenei, “Əcvibə”, səh.858; Nuri, “İstiftaat”, 2-ci cild, səh.360; 

Vəhid, “Tovzihul-məsail”, 1778-ci məsələ; Behcət, “Vəsilətun-nicat”, 

1380-cı məsələ. 



 

36 


Məkarim və Safi: Artmış miqdar satılan ilin gəliri 

hesab  olunur  və  xüms  ilindən  artıq  qaldıqda  onun  xümsü 

verilməlidir.

1

 



Fazil:  Artmış  miqdar  ilin  gəliri  hesab  olunur. 

Xüms ilindən artıq qalarsa ehtiyata əsasən xümsü verilsin.

2

 

Sual  43:  İrsi  dəyərinin  artması  məqsədi  ilə 



saxladıqda,  satıldıqdan  sonra  onun  qiymətinin  artmış 

hissəsinin xümsü verilməlidirmi? 



Bütün müctəhidlərin rə`yi: Bəli.

3

 



                  

 

1



 Safi, “Cameul-əhkam”, 1-ci cild, səh.684; Məkarim, “Tovzihul-

məsail”, 1492-ci məsələ. 

2

 Fazil, “Cameul-məsail”, 1-ci cild, səh.859. 



3

 Nuri, “İstiftaat”, 2-ci cild, səh.360; Xamenei, “Əcvibə”, səh.858; 

Təbrizi, “Əttə`liqə əla minhacis-salihin”, 1213-cü məsələ; Safi, 

“Camiul-əhkam”, 1-ci cild, səh.684; Məkarim, “Tovzihul-məsail”, 

1492-ci məsələ; Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.859; “Təhrir”, 

2-ci cild, 8-ci məsələ; “Vəsilətun-nicat”, 1-ci cild, 1380-cı məsələ; 

Sistani, “Minhacus-salihin”, 1213-cü məsələ; Vəhid, “Tovzihul-

məsail” 1778-ci məsələ. 




 

37 


YEDDİNCİ FƏSİL 

EHTİYAT PULUN XÜMSÜ 

EHTİYAT PULUN XÜMSÜ 

Sual 44: Püşk məqsədi ilə bankda toplanmış pulun 

xümsü varmı? 



Bütün  müctəhidlərin  rə`yi:  İş  qazancı  ilə 

hazırlansa və xüms ilindən bir il keçsə ona xüms düşür.

1

 

Qeyd:  Hədiyyəyə  xüms  düşməsi  e`tiqadında  olan 



şəxslərin nəzərinə əsasən hədiyyə şəklində əldə olunsa da 

ilin sonunda ehtiyat pulun xümsü verilməlidir. 



Sual 45: Zəruri yaşayış vasitələrinin alınması üçün 

saxlanılmış pula xüms düşürmü? 



İmam  (r),  Təbrizi,  Sistani,  Məkarim  və  Vəhid: 

Bir il ötdükdən sonra xüms düşür.

2

 

Safi: Hal-hazırda bu vasitəyə ehtiyacı varsa və onu 



hazırlamaq  bir  neçə  il  ehtiyat  pulu  yığmadan  mümkün 

deyilsə, xüms düşmür.

3

 

Xamenei:  Əgər  ehtiyaclı  olduğu  vasitələri  yaxın 



gələcəkdə  (məsələn,  xüms  ilindən  “3”  ay  sonraya  qədər) 

hazırlamaq  üçün  ehtiyat  pul  yığıbsa  və  xüms  vermək  bu 

işin qarşısını alırsa, xüms düşmür.

4

 



                  

 

1



 “Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, “Tovzihul-

məsail”, 1748-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1760-cı məsələ; 

Xamenei, “Əcvibə”, səh.954. 

2

 İmam (r), “İstiftaat”, 1-ci cild, səh.24; Təbrizi, “İstiftaat”, səh.856; 



Sistani, xüms, ş.8; Məkarim, “İstiftaat”, 2-ci cild, səh.516; Vəhidin 

katibliyi. 

3

 Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.738. 



4

 Xamenei, “Əcvibə”, səh.987, 860. 




 

38 


Nuri:  Ehtiyat  pulu  yığmadan  gələcəkdə  ehtiyacı 

olduğu vasitələri hazırlaya bilmirsə, xüms düşmür.

1

 

Fazil və Behcət: Ehtiyat pulu yığmadan gələcəkdə 



ehtiyaclarını ödəyə bilməzsə qısa müddət ərzində (məsələn 

“3” ilə qədər) yığılan ehtiyat pula xüms düşmür.

2

 

Qeyd:  Əgər  ehtiyat  pulu  gələcəkdə  ehtiyaclı 



olduğu şeylərə xərcləməzsə onun xümsünü verməlidir. 

Sual  26:  Əgər  qənaət  edib  (gəlirimizin  bir 

hissəsini) ehtiyat pul yığsaq, onun xümsünü verməliyikmi? 



Bütün  müctəhidlərin  rə`yi:  Bəli,  əgər  bir  il 

keçərsə xüms verilməlidir.

3

 

EV ALMAQ ÜÇÜN YIĞILMIŞ PULUN XÜMSÜ 



Sual  47:  Ev  almaq  üçün  banka  qoyulmuş  və  bir 

neçə il bankda qalmış pula xüms düşürmü? 



İmam  (r),  Xamenei,  Sistani,  Təbrizi,  Məkarim 

və Vəhid: Bəli, xüms düşür.

4

 



Fazil,  Behcət  və  Nuri:  Əgər  ehtiyaclı  olduğu  evi 

almaq üçün başqa yol yoxdursa, ehtiyat üçün yığılmış pula 

xüms düşmür.

5

 



                  

 

1



 Nuri, “İstiftaat”, 2-ci cild, səh.330. 

2

 Fazil, Camiul-məsail, 1-ci cild, səh.748; Behcət “Tovzihul-məsail”, 



1391-ci məsələ. 

3

 “Tovzihul-məsaili mərace”, 2-ci cild, 1756-cı məsələ; Nuri, 



“Tovzihul-məsail”, 752-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1764-cü 

məsələ; Xamenei, “Əcvibə”, səh.955. 

4

 Məkarim, “İstiftaat”, 2-ci cild, səh.533; Təbrizi, “İstiftaat”, səh.889; 



Xamenei, “Əcvibə”, səh.908; Sistani, xüms, ş.10; İmam (r) və Vəhidin 

katibliyi. 

5

 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.677; Behcət, “Tovzihul-



məsail”, 1391-ci məsələ; Nuri, “İstiftaat”, 2-ci cild, səh.328. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə