ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 

64 


Behcət:  Əgər  satılmış  əşyanın  pulu  xüms  ilindən 

artıq qalarsa, vacib ehtiyata əsasən ona xüms düşür.

1

 

Sual 83: Qadının öz gəlirindən alıb bəzəndiyi zinət 



əşyalarına və qızıla satıldıqdan sonra xüms düşürmü? 

İmam (r): Əgər həmin ildə (alış ili) satılarsa, xüms 

ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı 

illərdə satarsa dərhal onun xümsünü verməlidir.

2

 



Nuri:  Əgər  həmin  il  (alış  ili)  satılarsa,  xüms 

ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı 

illərdə satılarsa, onun puluna xüms düşmür.

3

 



Fazil:  Əgər  həmin  il  (alış  ili)  satılarsa,  xüms 

ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı 

illərdə satılarsa (alış və  satış qiymətinin fərqinin  miqdarı) 

ilin  gəliri  hesab  olunur  və  xüms  ilindən  artıq  qaldıqda 

xümsü verilməlidir.

4

  



Sistani  və  Safi:  Əgər  həmin  il  (alış  ili)  satılarsa, 

xüms  ilindən  artıq  qalan  pulun  vacib  ehtiyata  əsasən 

xümsü  verilməlidir.  Əgər  sonrakı  illərdə  satılarsa  (alış  və 

satış  qiymətinin  fərqinin  miqdarı)  ilin  gəliri  hesab  olunur 

və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.

5

 



Xamenei  və  Məkarim:  Onun  satış  puluna  heç  bir 

halda xüms düşmür.

6

 

                  



 

1

 



Behcətin katibliyi. 

2

 



İmam (r), “İstiftaat”, 1-ci cild, səh.23, 72, 173. 

3

 Nuri, “İstiftaat”, 1-ci cild, səh.263; “Tovzihul-məsail”, 1777-ci 



məsələ. 

4

 Fazil, “Camiul-məsail”, 2-ci cild, səh.485, “Əttə`liqat ələl-Ürvətil-



vüsqa”, 2-ci cild, 67-ci məsələ. 

5

 Sistani, “Tovzihul-məsail”, 1751-ci məsələ; Safi, “Camiul-əhkam”, 



1-ci cild, səh.625, 710, 714; “Tovzihul-məsail”, 1790 və 1779-cu 

məsələ. 


6

 Xamenei, “Əcvibə”, səh.986; Məkarim, “İstiftaat”, 1-ci cild, 

səh.314. 



 

65 


Behcət: Satış pulu xüms ilindən artıq qalarsa, vacib 

ehtiyata əsasən xümsü verilməlidir.

1

 

Təbrizi:  Alış  və  satış  qiymətinin  fərqinin  miqdarı 



ilin  gəliri  hesab  olunur  və  xüms  ilindən  artıq  qaldıqda, 

onun xümsü verilməlidir.

2

 

Vəhid:  Alış  və  satış  qiymətinin  fərqinin  miqdarı 



ilin  gəliri  hesab  olunur  və  xüms  ilindən  artıq  qaldıqda, 

vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.

3

 

                  



 

1

 



Behcətin katibliyi. 

2

 



Təbrizi, “İstiftaat”, səh.841. 

3

 



Vəhid, “Tovzihul-məsail”, 1778-ci məsələ. 


 

66 


 ON DÖRDÜNCÜ FƏSİL 

KİTAB VƏ KOMPÜTERİN XÜMSÜ 

KİTABIN XÜMSÜ 

Sual 84: Kitaba xüms düşürmü? 

Bütün  müctəhidlərin  rə`yi:  Əgər  kitaba  ehtiyacı 

olarsa və şə`ninə uyğun olarsa, xümsü yoxdur.

1

 

Sual  85:  Sonrakı  kurslar  üçün  aldığım  kitablara 



xüms düşürmü? 

İmam  (r)  və  Xamenei:  Əgər  bu  kitabları  almağa 

ehtiyacı olarsa və şə`ninə uyğun olarsa, xümsü yoxdur.

2

 

Fazil, Behcət, Sistani və Nuri: Xüms düşür. Əgər 



bu  kitabları  sonrakı  illərdə  ala  bilmirsinizsə,  bu  halda 

xümsü yoxdur.

3

 

Təbrizi,  Məkarim,  Safi  və  Vəhid:  Bəli,  xüms 



düşür.

4

 



Sual  86  :  Ehtiyacım  olan  kitabdan  bir  il  istifadə 

etməsəm, ona xüms düşürmü? 



(Sistani 

və 

Vəhiddən 

başqa) 

Bütün 

müctəhidlərin  rə`yi:  Əgər  istifadə  olunacağı  gözlənilirsə 

                  

 

1

 



“Ürvətül-vüsqa”, 2-ci cild, 61-ci məsələ; Xamenei, “Əcvibə”, 

səh.899. 

2

 

İmam (r), “İstiftaat”, 1-ci cild, səh.89; Xamenei, “Əcvibə”, səh.899. 



3

 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.748; Behcət, “Tovzihul-

məsail”, 1391-ci məsələ; Nuri, “İstiftaat”, 2-ci cild, səh.341; 

Sistaninin katibliyi. 

4

 

Təbrizi, “İstiftaat”, səh.805; Məkarim, “Tovzihul-məsail”, 1507-ci 



məsələ; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.738, 744; Vəhid, 

“Tovzihul-məsail”, 1783-cü məsələ. 




 

67 


və şəxsin şə`ninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq 

ki, təsadüf nəticəsində bir il istifadə olunmur.

1

 

Sistani və Vəhid: Xümsü verilməlidir.



2

 

TƏHSİL VƏSAİTLƏRİNİN XÜMSÜ 



Sual  87:  Təhsil  vasitələrinə  (məsələn,  dəftər  və 

qələm) xüms düşürmü? 



Bütün  müctəhidlərin  rə`yi: Əgər qələm  və dəftər 

istifadə  olunmadan  xüms  ilindən  artıq  qalarsa  ona  xüms 

düşür.

3

 



KOMPÜTERİN XÜMSÜ 

Sual  88:  Kompüter  və  ona  aid  avadanlığa  xüms 

düşürmü? 



Bütün müctəhidlərin rə`yi: Əgər kompüter və ona 

aid  avadanlığa  ehtiyac  duyularsa  və  eyni  zamanda  şəxsin 

şə`ninə uyğun olarsa xümsü yoxdur.

4

 



Qeyd:  Risalələrdə  kompüter  barəsində  söhbət 

olunmasa  da,  qeyd  olunmuş  qayda  hazırkı  suala  da  tətbiq 

olunur. 

Sual  89:  Ehtiyacım  olduğu  üçün  kompüter 

almışam.  Lakin  təsadüf  nəticəsində  bir  il  ondan  istifadə 

etməmişəm. Ona xüms düşürmü? 

                  

 

1

 



İmam (r), “İstiftaat”, 1-ci cild, səh.91; Xamenei, “Əcvibə”, səh.899; 

Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.734; Təbrizi, “İstiftaat”, 

səh.888; Nuri, “İstiftaat”, 1-ci cild, səh.267; Safi, “Camiul-əhkam”, 1-

ci cild, səh.704; Məkarim, “Tovzihul-məsail”, 1507-ci məsələ; 

Behcət, “Tovzihul-məsail”, 1376-cı məsələ. 

2

 Sistani və Vəhidin katibliyi. 



3

 

“Ürvətül-vüsqa”, 2-ci cild, 67-ci məsələ; Xamenei, “Əcvibə”, 



səh.922. 

4

 



“Ürvətül-vüsqa”, 61-ci məsələ; Xamenei, “Əcvibə”, səh.899. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə