ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

 

53 


İZDİVAC PULUNUN XÜMSÜ 

Sual  64:  İzdivac  üçün  saxlanmış  pula  xüms 

düşürmü? 



İmam  (r),  Məkarim,  Sistani,  Təbrizi  və  Safi: 

Xüms düşür.

2

 

Xamenei:  Əgər  yaxın  gələcəkdə  (məsələn  xüms 



ilindən  üç  ay  sonrayadək)  həyata  keçən  izdivacın 

xərclərini  ödəmək  üçün  ehtiyat  pulu  yığılırsa  və  xüms 

vermək  bu  şeylərin  hazırlanmasına  mane  olursa,  xümsü 

yoxdur.


3

 

Nuri: Xümsü yoxdur.

4

 

Fazil və Behcət: Əgər ehtiyat pulun yığılması qısa 



müddət  ərzində  və  orta  həddə  (məsələn,  üç  ilə  qədər) 

olarsa, xümsü yoxdur.

5

 

                                   



1

 

Məkarim, “İstiftaat”, 2-ci cild, səh.548; Sistani, “Minhacus-



salehin”, 1-ci cild, 1228-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1785-ci 

məsələ. 


2

 

İmam (r), “İstiftaat”, 1-ci cild, səh.24; Məkarim, “İstiftaat”, 2-ci 



cild, səh.516; Təbrizi, “İstiftaat”, səh.880; Safi, “Camiul-əhkam”, 1-ci 

cild, səh.747; Sistani, xüms, ş.8. 

3

 Xamenei, “Əcvibə” səh.860, 978. 



4

 Nuri, “İstiftaat”, 2-ci cild, səh.330. 

5

 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.748; Behcət, “Tivzihul-



məsail”, 1391-ci məsələ. 


 

54 


ON BİRİNCİ FƏSİL 

MAŞIN VƏ NƏQLİYYAT 

VASİTƏLƏRİNİN XÜMSÜ 

NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ 

Sual  65:  Minik  maşınına  xüms  düşürmü? 

Motosiklet və velosibet necə? 



Bütün  müctəhidlərin  rə`yi:  Əgər  qazanc  vasitəsi 

deyilsə,  ona  ehtiyac  varsa,  həmçinin  özü  və  ailəsinin 

şə`ninə uyğundursa xümsü yoxdur.

1

 



Qeyd: Məsələ o hala aiddir ki, nəqliyyat vasitəsini 

həmin ilin qazancından əldə etsin. 



Sual 66: İş qazancından əldə edilmiş, bə`zən şəxsi, 

bə`zən  isə  yük  daşımaq,  kirayə  və  qazanc  üçün  istifadə 

olunan nəqliyyat vasitəsinə (məsələn, minik maşını və yük 

maşını) xüms düşürmü? 



Bütün müctəhidlərin rə`yi: Şə`ninə uyğun olan və 

şəxsi  ehtiyacları  üçün  istifadə  etdiyi  hissəsinə  xüms 

düşmür. Lakin qazanc məqsədi ilə istifadə olunan hissəsinə 

xüms düşür.

2

 

Qeyd:  Misal  üçün  nəqliyyat  vasitəsinin  dəyəri  üç 



milyon manatdır. Bir şəxs ilin yarısını bu vasitədən qazanc 

məqsədi  ilə  istifadə  etmiş,  qalan  altı  ayı  isə  şəxsi 

ehtiyaclarına  sərf  etmişdir.  Xüms  ili  tamamlandıqda 

nəqliyyat  vasitəsinin  dəyərinin  yarısının  xümsünü 

verməlidir. (Üç yüz min manat) 

                  

 

1

 



“Ürvətül-vüsqa”, 2-ci cild, 61-ci məsələ; Xamenei, “Əcvibə”, 

səh.923. 

2

 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.711; Nuri, “İstiftaat”, 2-ci 



cild, səh.339; Sistani, Xamenei, İmam (r), Məkarim, Behcət, Təbrizi 

və Safinin katibliyi. 




 

55 


Qeyd:  Əgər  nəqliyyat  vasitəsini  özü  və  ailəsinin 

yaşayış  ehtiyacları  üçün  alıbsa  və  bə`zən  təsadüf  olaraq 

onunla qazanc əldə edirsə, xümsü yoxdur. 

Sual 67: İşçi maaşımdan minik maşını almışam ki, 

onunla  qazanc  əldə  edib  dolanışığımı  idarə  edəm.  Çünki 

dolanışığım,  üçün  işçi  maaşım  kifayət  etmir.  Bu  maşına 

xüms düşürmü? 



İmam  (r),  Fazil,  Sistani,  Məkarim  və  Xamenei: 

Sərmayəyə  xüms  düşür.  Əgər  onun  xümsünü  verdikdə 

(hərçənd  hissə-hissə)  qalan  hissə  ilə  dolanışığın  idarə  edə 

bilməzsə xümsü yoxdur.

1

 

Nuri,  Təbrizi  və  Behcət:  Sərmayənin  (maşın) 



dolanışığın  idarəsi  üçün  zəruri  olan  miqdarına  xüms 

düşmür. Lakin qalan miqdarın xümsü verilməlidir.

2

 

Safi  və  Vəhid:  Sərmayəyə  xüms  düşür.  Əgər 



xümsü  ödədikdə  dolanışığını  idarə  edə  bilmirsə,  şər`i 

hakimə ödəyib sonradan ondan borc götürə bilər.

3

 

Qeyd:  Əlbəttə,  maşınla  işləməkdən  əldə  olunan 



qazanca xüms düşür. 

MAŞIN SATIŞININ XÜMSÜ 

Sual  68:  Mən  bir  il  öncə  ehtiyacım  olduğu  minik 

maşını  almışdım.  Sonradan  onu  satıb  puluna  yeni  model 

maşın  almışam.  Yeni  maşına  verdiyim  pulun  qalan 

                  

 

1

 



“Ürvətül-vüsqa”, 2-ci cild, 59-cu məsələ; Fazil, “Camiul-məsail”, 1-

ci cild, səh.708, 765; Məkarim, “İstiftaat”, 2-ci cild, səh.543; Sistani, 

“Əl-məsailul-muntəxəbə”, 588-ci məsələ; Xameneinin katibliyi. 

2

 Nuri, “İstiftaat”, 1-ci cild, səh.271; Təbrizi, “Əttə`liqə əla minhacis-



salihin”, 32-ci məsələ; “İstiftaat”, səh.948; Behcət, “Tovzihul-məsail”, 

1401-ci məsələ. 

3

 Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.647, 656; Safi və Vəhidin 



katibliyi. 


 

56 


hissəsini 

də 


ilin 

gəlirindən 

ödəmişəm. 

Xüms 


verməliyəmmi? 

İmam  (r):  Satdığınız  birinci  maşının  pulunun 

xümsü dərhal verilməlidir. Əgər maşını  yeni maşınla əvəz 

etsəniz, xümsü yoxdur.

1

 



(İmamdan (r) başqa) Bütün müctəhidlərin rə`yi: 

Əgər yeni avtomobilə ehtiyacınız varsa və şə`ninizə uyğun 

olarsa, xümsü yoxdur.

2

 



Qeyd  1:  Məsələ  o  hala  aiddir  ki,  xüms  ili 

tamamlanmamış satılmış maşının pulu ilə yeni maşın alsın. 

Əgər bu pul xüms ilinin sonunadək qalarsa, evin satış pulu 

sualının hökmündə olacaq. 



Qeyd 2: Bə`zi mərcelər maşın sözünü işlətməsələr 

də,  maşınla  başqa  ehtiyac  olan  vasitələr  arasında  bu 

cəhətdən fərq yoxdur. 

AVTOMOBİL İSTİQRAZININ XÜMSÜ 

Sual  69:  Ehtiyac  duyulan  avtomobili  almaq  üçün 

hesaba  köçürülən  qazanc  puluna  il  tamamlandıqda  xüms 

düşürmü? 

İmam (r), Sistani, Təbrizi, Safi və Vəhid: Xüms 

düşür.


3

 

                  



 

1

 



İmam (r), “İstiftaat”, 1-ci cild, səh.72, 74, 173. 

2

 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.701; Nuri, “İstiftaat”, 2-ci 



cild, səh.342, 1-ci cild, səh.265; Təbrizi, “İstiftaat”, səh.890; Safi, 

“Camiul-əhkam”, 1-ci cild, səh.714; Sistani, “Minhacus-salehin”, 1-ci 

cild, 1123-cü məsələ; Xamenei, “Əcvibə”, səh.886; Məkarim, 

“İstiftaat”, 1-ci cild, səh.314; Vəhid, “Tovzihul-məsail”, 1778-ci 

məsələ; Behcətin katibliyi. 

3

 



İmam (r), “İstiftaat”, 1-ci cild, səh.98; Sistani, Təbrizi və Vəhidin 

katibliyi. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə