Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

145 
 
Kim yol azmışsa haqqa doğru çağır. 
Mərdivənlər yapıb könüllərdən
Parla, yüksəl vücudi-mütləqə sən! 
 
P e y ğ ə m b ə r 
 
Öylə bir əsr içindəyim ki cihan 
Zülmü vəhşətlə qavrulub yanıyor. 
Yüz çevirmiş də Tanrıdan insan, 
Küfrü haq, cəhli mə’rifət sanıyor. 
Dinləməz kimsə qəlbi, vicdanı, 
Məhv edən haqlı, məhv olan haqsız... 
Başçıdır xalqa bir yığın cani, 
Həp münafiq, şərəfsiz, əxlaqsız. 
Gülüyor nurə daima zülmət, 
Gülüyor fəzlə qarşı fisqü fücur. 
Ah, ədalət, hüquq və hürriyyət 
Ayaq altında çignənib gediyor. 
 
M ə l ə k 
 
Əlverir səndə olsun əzmü səbat, 
Şu qaranlıq mühiti, get, parlat! 
Haqqı anlat da, olma hiç mə’yus. 
 
P e y ğ ə m b ə r 
Bəni bir kimsə dinləməz əfsus. 
 
M ə l ə k 
 
Tanrı fərmanıdır bu, get söylə! 
 
(Göyə işarətlə) 
 
Söylə ancaq onun lisanilə. 


146 
 
P e y ğ ə m b ə r 
 
Hanki mö’cüzlə? Bən ki, pək aciz 
Bir qulum kimsəsiz, müdafiəsiz. 
 
M ə l ə k 
 
(altın qablı bir kitab verir) 
 
Haqqı təbliğ için sənin ancaq 
Rəhbərin sən’əti-kəlam olacaq. 
Saçma, həp saçma başqa mö’cüzələr, 
Şu kitab iştə ən böyük rəhbər: 
Bəhs edər busədən, məhəbbətdən, 
İncilər sərpər elmü hikmətdən. 
 
Bu sırada bir iskelet gah qorqunc və boğuq, gah müstəhzi və soğuq qəhqəhələrlə, 
topraq rəngində bir ridayə bürünmüş olduğu halda Peyğəmbərin qarşısına çıqar. 
 
İ s k e l e t 
 
Nə qədər şairanə, tatlı xəyal, 
Həp çocuqluq, əvət, xəyali-mühal! 
 
(Ridasının altından sıyrılmış bir qılıc çıqarır) 
 
İnqilab istiyormusun, bana baq! 
İştə kəskin qılıc, kitabı bıraq. 
Parlayıb durmadıqca əldə silah, 
Əzilirsin qanın olur da mübah. 
Eyləməz yardım incə hikmətlər
Həp sönər busələr, məhəbbətlər. 
Əvət, ancaq qılıcdadır qüvvət! 
Bundadır haq, şərəf və hürriyyət! 
 
 (Çəkilmək istər) 
 
P e y ğ ə m b ə r 
Sən nəsin? Söylə! 


147 
 
İ s k e l e t 
 
Bənmi? Piri-nədim, 
Rəmzi-tarix, o feyləsofi-qədim. 
Qucağım oldu hər dəhayə beşik 
Səni bən etmək istərim təbrik. 
Əvət, alnında parlayan yıldız 
Bəni cəlb etdi, şimdi sən yalnız 
Dinləyib dərsi-hikmət al bəndən. 
Yoqsa könlündə yapdığın gülşən 
Açmadan həp solub xərab olacaq
Umduğun hər dəniz sərab olacaq... 
 
Acı qəhqəhələrlə çəkilir. Peyğəmbər sarsılmış bir halda düşüncəyə dalar. 
 
M ə l ə k 
 
(tatlı təbəssümlərlə) 
 
Yenə bilməm niçin-niçin daldın? 
Nə düşündün, niçin şaşıb qaldın? 
Sevgidən xoşmu səncə atəşi-kin? 
Yoq, qılıc söz qadar deyil kəskin. 
Tanrı keçmişdə həp qan istərkən, 
Şimdi məmnun fəqət məhəbbətdən. 
 
P e y ğ ə m b ə r 
 
Bən məhəbbət əsiriyim... hər an, 
Hər zaman özlərim bir öylə cihan 
Ki, bütün kainatı eşq olsun. 
Könül uçduqca e’tila bulsun. 
Rəqs edib orda möhtəşəm bir hiss, 
Yasa batsın da, ağlasın İblis. 
Qandan əsla görülməsin də əsər, 
Saçsın al qönçələr şəfəqli səhər. 
Orda yüz bulmasın şiəncə, kədər, 


148 
 
Oqşasın ruhu pənbə rö’yalər. 
Bana gülsün də həp o nazlı xəyal, 
Ah, o, yalnız o qayeyi-amal... 
 
* * * 
Onu duymaq, duyurmaq istərkən
Gəririm hər bəlayə köksümü bən. 
Daş, dikən, oq, qılıc, tokat, yumruq 
Həpsi xoş, hər nə gəlsə dönmək yoq... 
Kin, qərəz fışqırırsa vulkanlar, 
Büğz, ədavət saçarsa tufanlar, 
Çarpışır, of deməm, əvət bəni sən 
Çəkinir sanma hiç mübarizədən. 
Çünki həp bənliyim, kəmalım onun, 
Hər düşüncəm, bütün xəyalım onun. 
Bəni həp cəzb edər o incə məal, 
Ah, o, yalnız o qayeyi-amal!.. 
 
Peyğəmbər son sözləri söylərkən  əllərini köksündə çapraz edərək diz çökər, 
məftun və məczub bir tevrlə başını göyə doğru qaldırır. Mələk isə ilahi bir baqışla, ağır və 
duyulmaz bir hərəkətlə yüksəklərə çəkilir. 
 
 
 
DƏ’VƏT 
 
Bir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında 
bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış 
için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə 
çarpar. Evdən ud səsi eşidilir. 
 
 
İ x t i y a r 
 
(səsini eşidilən ud səsinə uyduraraq aşağıdakı şərqiyi söylər) 
 
Dün gənc idim, bu gün oldum ixtiyar, 
Hər zamanın bir hökmü, bir halı var; 
İnsanların ıssız ruhunda parlar 
Hər gün yeni bir büt, yeni bir tanrı... 
 


149 
 
Dün bir səfil idim, bu gün bəxtiyar
Hər anın bir zevqi, bir məlalı var. 
Kəndi əlim, kəndi duyğum hazırlar 
Hər gün yeni bir büt, yeni bir tanrı... 
 
Ud susar. Bu sırada biri sadə geyimli T o p a l , digəri zəngin qiyafətli Nəim – iki 
müştəri gəlir. 
 
T o p a l 
 
Mərhəba, ixtiyar baba! 
 
İ x t i y a r 
 
Mərhəba, oğlum, mərhəba! 
Gəl baqalım nerdəsiniz? 
Artıq bizi tərk etdiniz. 
 
T o p a l 
 
(bütləri gözdən keçirir) 
 
Sorma, ixtiyar, hiç sorma, 
Könlüm pək darılmış sana. 
Səndən hər çeşit büt aldım, 
Uğursuz çıqdı, şaş qaldım. 
Oğul istədim, qız verdi, 
Ah, çəkilməz bu qız dərdi. 
 
N ə i m 
 
(məmnun qəhqəhəylə) 
 
Fəqət bil’əkis bənimki, 
Hiç bir zaman görmədim ki
Oğul istəyim, qız versin. 
Şükür, taleyim pək zəngin... 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə