I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

116
III FƏSİL
”QULLArIM ArASInA gİr”
   
 
       (əl-Fəcr, 29)
A
dəmoğlu  özünə  nə  qədər  qiymətli  görünür 
görün sün,  ibadətdən  kənarda  onun  heç  bir 
dəyəri yoxdur. Bütün dəyər lər yeganə Məbuda 
ibadətin içindədir. Allah-Təala buyurdu: “Mən cinləri və 
insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım” (əz-
Zariyat, 56). İbadətsiz hər cür dəyər dəyərini itirdiyindən 
“ibadət”  kəlməsinin  mənasını  qısaca  incələməyə  çalışaq. 
O, mənşəcə ərəb dilindən gəlmə sözdür. Dilimizdə yalnız 
dini çalar daşıyır. Sözün kökü “əbd”dir – “qul” deməkdir, 
təki bildirir. Cəm halda “ibad”– qullar olur. Ona görə də 
“ibadət” qulluq, xidmət anlamına gəlir.
Ay ağalar, qulaq verin:
Qulluq gözəl, qul gözəldir!
Bu dünyaya talaq verin,
Bu dünyada dul gözəldir!
Qula təfəkkür yaraşar,
İman, təvəkkül yaraşar,
Mömin başa gül yaraşar,
Kafir başa kül gözəldir.
Maraqlıdır ki, “ibadət” termini dilimizdə oturuşub həya-
tımıza qarışsa da “əbd” (qul) və “ibad” kəlmələri ümumiş-
lək deyil və ancaq insan adlarında istifadə olunur. Məsə lən 
İbad, Əbdül, Əbdüləzim, Əbdürrəhman, Əbdülhəmid və s. 


117
Göründüyü  kimi,  “əbd”  kəlməsi  müstəqil  işlənmədikdə 
Əsmai-hüsnanın,  yəni  Allahın  gözəl  isimlərinin  önündə 
gəlir. Bu da Xaliqə məxsus adların birbaşa məxluqa qoyul-
masını önləmək üçündür. Belə ki, uşağa Xaliq, yaxud Rəhim 
yox, Abdulxaliq (Xaliqin qulu), Abdurrəhim (Rəhimin qulu) 
ismi verməklə Uca Yaradana, onun gözəl isimlərinə hörmət 
və ehtiram bildirilir.
Hər gözəldə tövhidi gör,
Bax, ilahi bir lütfü gör.
Nə şanəni, nə zülfü gör,
Hicab gözəl, tül gözəldi.
Bu dünyada Günəşi var,
O dünyada atəşi var.
Məkan fövqündə ərşi var,
Ərşdən əsən yel gözəldir.
Ərəb  mənşəli  olan  “əbd”,  “ibad”  kəlmələri  dilimizdə 
müstəqil işlənməsə də, fars mənşəli olan “bəndə” sözü ölkə-
mizdə geniş yayılmışdır və öz sözümüz olan “qul”dan fərqli 
olaraq, yalnız dini məna daşıyır. Bu baxımdan “ibadət”in 
nisbətən dəqiq qarşılığı “bəndəlik”dir. Hər bir halda isə iba-
dət kəlməsinin mənasını daha yaxşı anlamaq üçün qulun, 
bəndənin  kimliyini  mötəbər  mənbədən  bilməyə  ehtiyac 
vardır. 
Kimdir qul? “Əl-Fəcr” surəsinin aşağıdakı anlama gə-
lən 27-30-cu ayələrində oxuyuruq: “Ey mutmain (rahatlıq 
tapmış)  nəfs!  Dön  rəbbinə,  onu  razı  edərək  və  ondan 
razı olaraq. Qullarımın arasına gir (Fədxuli fi ibadi). Cən­
nətimə  gir.”  Deməli,  Uca  Allah  yalnız  razı  olduğu,  razı 
etdiyi cənnətlik kimsəni “qulum” adlandırır. Digər sözlə, 
başqasının qulları deyil, məhz Onun qulları cənnətə girə cək 
və hər adam bu şərəfə layiq görülməz.


118
Qədəri var, qəzası var,
Qəzəbi var, rizası var,
Mükafatı, cəzası var,
Tikan gözəl, gül gözəldir.
Beş dəm gündə avaz eylə,
Altı yönə pərvaz eylə,
Yeddi göylə təmas eylə,
Zirvə gözəl, zil gözəldir.
İbrət
İbrahim  Ədhəm  həzrətlərinə:  “Sən  kimin  qulusan?” 
dedilər. Bunu eşidincə huşunu itirib yıxıldı, yerdə çır pın-
mağa başladı. Bir müddət sonra özünə gəldi, qalxıb Quran-
dan bir ayə oxudu. Nə üçün cavab vermədiyini sorduqda 
buyurdu: “Qorxdum, əgər “Onun quluyam” desəm, mən-
dən qulluq haqlarını istər. Deyiləm desəm, bunu da necə 
deyim”.
Əgər İbrahim ibn Ədhəm kimi bir vəli, Bəlxin hökm-
darlığını buraxaraq Rəbbi yanında qulluğa sarılan bir Allah 
dostu “Onun quluyam” deməyə cəsarət etmirsə, bu, “mömi-
nəm” deyən hər kəsi düşündürməlidir. İstər elm, istər mal, 
istərsə də mövqe sahibi ol, bir sözlə, nə sahibi olursan ol, 
Onun qulu, bəndəsi olmayınca bir kimsə qurtulmaz. 
Nəfs sanar çox bahayıq,
Sanmasın heç, bir şahıyıq.
Allahdanıq və Allahayıq;
Yolçu gözəl, yol gözəldir.
Hər  qulluq  Ona  qulluq  sayılmadığı  kimi,  hər  qul  da 
Onun qulu hesab edilməz. Bəs Onun qulu nə cür olmalı, 
hansı  əsas  sifətləri  daşımalıdır?  Qurani-Kərimin  Furqan 
surəsinin 63-74-cü ayələrində Uca Allah həmin sifətləri bir-
bir sadalamışdır. Bunlar on ikidir. Uca Rəbbimizdən tovfiq 
diləyərək onların bəyanına keçirik.


119
1. “rəhmanın qulları o kəslərdir ki, yer üzündə təvazö 
ilə yeriyərlər” (əl-Furqan, 63).
Rəbbimizin Öz qulunu vəsf edərkən təvazönü önə qoy-
ması  bu  sifətin  əhəmiyyətini  anlamağa  yetərlidir.  Təvazö 
ibadətin qaymağıdır. Qul təvazökar olmadıqca qulluqdan 
dad almaz.
Hədis
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bir gün əsha bına 
buyurdu: “Nə üçün sizdə ibadətin şirinliyini görmürəm?” 
Soruşdular: “İbadətin şirinliyi nədir?” Buyurdu ki: “Təva-
zö  karlıq”.
Rəbbim bizi qul yaratdı,
Qulluğa xor baxmayalım.
Gil yaratdı, döl yaratdı,
Gerçəyə kor baxmayalım.
Bir palçığıq, yerdən qalxdıq,
Bir damcıyıq, beldən axdıq,
İnsanıq, insandan çıxdıq,
İnsanlıqdan çıxmayalım.
Təvazö  təkəbbürün  tam  tərsidir.  Hədisdə  bildirilir: 
“Qəl bində zərrə qədər təkəbbür olan Cənnətə girməz”. Bu o 
deməkdir ki, Cənnətə ancaq təvazökar addımlarla gedilir. 
Çünki iman və təkəbbür bir arada olmaz. İmansızın son və 
əbədi  mənzili  isə  ancaq  Cəhənnəmdir.  “Təkəbbürlülərin 
məskəni nə pisdir!” (ən-Nəhl, 23).
Təkəbbür özünü böyük sanıb, başqalarını kiçik, aşağı 
görməkdir. Halbuki “göylərdə və yerdə böyüklük yalnız 
ona məxsusdur” (əl-Casiyə, 37).
Gizlidir O, Aşkardır O,
Cabbardır O, Qahhardır O,
Qorxanlara Qaffardır O,
Qeyrilərdən qorxmayalım.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə