I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

73 
 
yaradılmış olan qlobal dünya cəmiyyəti dünyanı əvvəlki əsrlərdə baş vermiş elmi 
nailiyyətlər, kəşflər, yeniliklər, ixtiralar və ixtiraların dəyişdirildiyindən də, daha 
radikal və tez olaraq dəyişdirməkdədir. Bu dəyişikliklərin malik olduğu sürət və 
miqyas  bəşəriyyəti  ətraf  aləmdə  düzgün  istiqamətlənməyə  və  yaşanan 
dəyişikliklərin kordinatlarını müəyyən etməyə sövq edir. Biz bu fikri daha dəqiq 
ifadə etsək, belə alınacaqdır: dəyişməkdə olan bu dünyanın izaha ehtiyacı vardır. 
Bu izahlardan birincisini P.Kennedi (tarixçi-alim) vermişdir.  “Böyük dövlətlərin 
qalxımı  və  tənəzzülü”  adlanan  əsərində  P.Kennedi  göstərirdi  ki,  bütün dövlətlər 
əvvəlcə qalxım dövrlərini yaşayırlar, sonra isə sabitlik dövrü gəlir. Sonra isə bu 
dövlətlər  qaçılmaz  gərginlik  yaşayırlar  və  nəhayət  süquta  uğrayırlar.  Həmçinin 
P.Kennedi  bu  əsərdə  göstərir  ki,  “soyuq  müharibənin”  triumfatorları  da  bu  cür 
aqibətlə  üzləşəcəklər.  Bu  aqibət  qaçılmazdır.  Çünki  bunu  tarixin  məntiqi  tələb 
edir.
82
 
Qlobal  qarşıdurma  qurtardıqdan  sonra,  dünyada  baş  verən  bu 
dəyişikliklərin ikinci dəfə izahını Harvard universitetinin professoru S.Hantinqton 
vermişdir. O, dünyaya bir neçə sivilizasiyanın qarşıdurması prizmasından baxmış 
və  mədəni  qüvvələrin  öz  xüsusi  dünyalarını  (nəhəng  sivil  cəmiyyətləri) 
yaratdığını qeyd etmişdir. Dövlət loyallığının etikası mədəni eyniliyin daha geniş 
pafosu  ilə  əvəz  olunur,  sivilizasiya  əsas  tarixi  amil  kimi  milləti  əvəz  edir. 
Hantinqtona  görə,  yeni  qlobal  iqtisadi  siyasi  sistemin  yaradılması  qeyri-
mümkündür.
83
 
Yeni  dünyanın  izahını  verməyin  üçüncü  cəhdini  amerikan  sosioloqu 
F.Fukuyama  məhz  bu  cür  etməyə  çalışmışdır:  “İqtisadi  qüvvələr  sinfi  milli 
məhdudiyyətlərlə  əvəz  etməklə  mərkəzləşmiş,  hegemon  cəmiyyət  yaradaraq 
əvvəlcə  millətçiliyi  əmələ  gətirmişlər”.  Həmin  bu  iqtisadi  qüvvələr  indi  vahid 
inteqrasiya  olunmuş  dünya  bazarı  yaratmaq  vasitəsi  ilə  milli  əngəlləri  sıradan 
çıxarırlar. Millətçiliyin süqutu isə yalnız vaxt məsələsidir.
84
 
                                                           
82
 “Böyük dövlətlərin qalxımı və tənəzzülü” P.Kennedi 
83
 "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" Samuel Hantinqton 1996 
84
 “Tarixin sonu və sonuncu insan” Frensis Fukuyama 


74 
 
Başqa bir izah isə, texnologiya yeniliklərinin tətbiq olunma sürəti ilə bağlı 
olan  izahdır  ki,  burada  da  söhbət  qloballaşmadan  gedir.  Müasir  dövrümüzdə 
qloballaşmanın güclü təsirlərinin müşayiət olunduğu bir zamanda ölkələr arasında 
istehsal  amillərinin  sərbəst  hərəkətinin  tədqiqi,  burada  TMK-ların  iştirakı  və 
onların bu prosesə təsiri xüsusi bir əhəmiyyətə malikdir. Bu baxımdan da, TMK-
ların tədqiqi çox vacibdir.  
Beynəlxalq Valyuta Fondunun müəyyənləşdirilməsinə əsasən, qloballaşma 
“həm  əmtəə  və  xidmətlərin,  həm  də  kapitalın  artan  dərəcədə  intensiv 
inteqrasiyasıdır”. 
Qloballaşma  dövlətlərin  qarşılıqlı  iqtisadi  asılılığına  gətirib  çıxarır, 
nəticədə  milli  iqtisadi  dövlət  müstəqilliyinin  tədricən  dağılması  və  milli  iqtisadi 
təşkilatların-qlobal  korporasiyaların  –  transmilli  idarəetmə  strukturlarının 
meydana çıxması baş verir. 
Dünya  iqtisadiyyatının  inkişafında,  istehsalların  beynəlmiləlləşməsində, 
kapitalın  səmərəli  dövr  etməsində,  beynəlxalq  miqyasda  elmi  və  texniki 
nailiyyətlərin istehsala kompleks tətbiq edilməsində, iş yerlərinin yaradılmasında, 
iqtisadi inteqrasiya proseslərinin güclənməsində və sairə bu cür texniki, texnoloji, 
təşkilati iqtisadi və sosial məsələlərin həll edilməsində  TMK-nın rolu böyükdür. 
TMK-nın bir mühüm cəhəti də vardır. Onlar nəyin bahasına olursa-olsun mənfəət 
(təmiz  mənfəət)  əldə  etməyə  yox,  nəyin  bahasına  olursa-olsun  istehsalın  və 
xidmətlərin həcminin artırılmasına çalışırlar və bu yolla da, həqiqətən, mütəmadi 
olaraq çoxlu mənfəət əldə edirlər.
85
 
Transmilli  korporasiyaların  fəaliyyəti  onların  əmələ  gəldiyi  dövlətlərin 
maraqları ilə sıx əlaqədardır. Bir qayda olaraq, transmilli korporasiyaların əmələ 
gəldiyi ölkələrin məqsədləri parlaq şəkildə ifadə olunmuş milli-eqoistik çalarlara 
malikdir,  məhz:  öz  vətəndaşlarının  yüksək  həyat  səviyyəsinin  təmin  edilməsi  və 
öz dövlətlərinin gücünün və nüfuzunun artırılması bunlara misal ola bilər. Bu cür 
vəziyyət  bu  ölkələr  tərəfindən  istisna  olaraq  öz  maraqları  daxilində 
                                                           
85
 Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 2003 


75 
 
istiqamətləndirilən  birtərəfli  qloballaşmanın  inkişafına  kömək  edir.  Lakin 
qloballaşmanın  öz  inkişafının  daha  da  yüksək  səviyyəsinə  hər  yeni  keçidi  ilə 
dövlətlərin  qarşılıqlı  asılılığı  son  nəticədə  bir  sıra  ölkələrin  onların  imperiya 
ambisiyalarına cavab verən yeni iqtisadi qayda yaratmaq ümidləri heçə enməlidir. 
TMK-nın dövlət aparatı üçün kadrların seçilməsində də fəal iştirak edirlər 
və  çox  zaman  da  bu  yola  öz  dövlətlərində  beynəlxalq  fəaliyyətlərinə  mane 
olmayan münasib qanunların qəbul edilməsinə nail olurlar. Bununla da onlar öz 
dövlətlərinin  daxilində  korrupsiyanın,  rüşvətvermənin,  yersiz  yoxlamaların, 
qorxutmaların qabaqcadan qarşısını almış olurlar. Nəticəsi də göz qabağındadır. 
TMK-lar  olan  ölkələrin  hamısında  həm  dövlət  və  həm  də  sahibkarlar  kifayət 
qədər varlıdırlar, əhali də yaxşı yaşayır.
86
  
Beləliklə,  qlobal  iqtisadiyyat  dövlətlərarası  iqtisadi  konfliktlərin  həlli 
sahəsinə  çevrilir,  bundan  belə  nəticəyə  gəlmək  olar  ki,  dövlətlərin  və  onların 
ərazisində  yerləşən  transmilli  korporasiyaların  əsaslı  maraqları  obyektiv  olaraq 
üst-üstə  düşür,  belə  ki,  transmilli  korporasiyalar  onların  yerləşdikləri  dövlətlərə 
başqa  ölkələrin  resurslarına  daxil  olmağa  imkan  verir.  Bundan  başqa,  öz 
istehsallarını  xaricdə  yerləşdirən  transmilli  korporasiyalar  öz  dövlətlərinin 
proteksionist sədlərinin yarandığı hallarda onlarıdəf etməkdən azad edirlər. 
Transmilli  korporasiyalar  öz  mülkiyyətlərinin  anklavlarını  filiallar  və  qız 
müəssisələri  şəklində  başqa  ölkələrin  ərazilərində  yaratmaqla  öz  dövlətlərinin 
mövqeyini  möhkəmləndirirlər.  Xaricdə  mülkiyyətin  belə  sistemi  dövlətin 
beynəlxalq  real  nüfuzunu  təmin  edir.  Lakin  transmilli  korporasiyaların  iqtisadi 
qüdrətinin  artımı  korporasiyaların  dünya  arenaında  qlobal  siyasi  təsirinin 
artmadığını  və  müvafiq  olaraq  dövlətlərin  hökumətlərinin  zəifləməsinin  səbəb 
olması labüddür. Transmilli korporasiyaların təsir dairəsinin artması ilə güclənən 
transmilliləşmə  prosesi  ilk  növbədə  kapitalın  iki  və  daha  artıq  ölkə  arasında 
hərəkəti  olduğundan,  burada  ən  əsas  məna  kəsb  edən  termin  investisiyadır. 
İnvestisiya-iqtisadiyyatın  müxtəlif  sahələrinin  müəssisələrinə  və  təşkilatlarına 
                                                           
86
 Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 2003 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə