İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə125/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   121   122   123   124   125   126   127   128   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



400 

bahalı, nəhəng texniki sistemlər olduğundan, onlardan yalnız iri dövlət və xüsusi 

şirkətlər  istifadə  edə  bilirdilər.  Müəyyən  müddətdən  sonra  informasiya 

mübadiləsinə  zərurət  meydana  çıxdı  –  ilk  şəbəkələr  yarandı.  Lakin  həmin 

vaxtlarda  kompüterlər  qapalı  sistemlər  idi  və  ağ  xalatlı  ciddi  insanlar  tərəfindən 

idarə  edilirdi.  Buna  görə  də  o  vaxtlar  xuliqanlıq  və  ziyankarlıq  barədə  heç  kim 

düşünməmişdi.  Təəssüf  ki,  tarix  kompüter  ziyanvericilərinin  yaradılması  barədə 

olan  çoxlu  faktları  üzə  çıxarmır.  Lakin  buna  baxmayaraq  bəzi  faktlar məlumdur. 

Özüçoxalan  mexanizmlər  (proqramlar)  nəzəriyyəsinin  əsasını  qoyan  fizika  və 

piyaziyyat elmləri üzrə görkəmli elmi nəticələrə nail olmuş, dünya şöhrətli macar 

əsilli  amerikalı  alim  Con  fon  Neyman  (Yanoş  Layoş  Neyman)  (1903-1957) 

olmuşdur.  Con  fon  Neyman  “Mürəkkəb  avtomatlar  nəzəriyyəsi  və  təşkili” 

mövzusunda  mühazirələr  seriyası  oxuyurdu  ki,  bu  mühazirələr  də  sonralar 

özütörəyən  avtomatlar  nəzəriyyəsinin  təməlini  təşkil  etmişdi.  Lakin  bu,  yalnız 

nəzəriyyə idi. 

Həmin  dövrdə  bu  nəzəriyyə  tənqidə  məruz  qaldı  və  elmi  ictimaiyyətin 

diqqətini cox da cəlb eləmədi. Con fon Neyman 1951-ci ildə belə mexanizmlərin 

yaradılması metodunu təklif etmişdi. 

 

 

Rocer Penrouz 



1957-ci  ildə  “Nature”  jurnalında  L.S.Penrouz, 

həyat  yoldaşı,  fizika  üzrə  Nobel  mükafatı  laureatı 

Rocer  Penrouzla  həmmüəllif  olmaqla  özüçoxalan 

mexaniki  strukturlar  haqqında  ilk  məqaləni  çap 

etdirir.  Bu  məqalədə  təmiz  mexaniki  konstruk-

siyalarla  bahəm  belə  strukturlar  üçün  aktivləşmə, 

tutub saxlama və azad etmə imkanlarına malik olan 

ikiölçülü  model  də  şərh  edilir.  Bu  məqalədəki 

materiallara əsaslanmaqla F.J.Ştal IBM 650 elektron 

hesablama  maşınında  istifadə  olunan  maşın  dilində 

biokibernetik modeli proqramlaşdırır. Bu proqramda 

məxluq 


sıfıra 

bərabər 


olmayan 

sözlərlə 

qidalanmaqla hərəkət edir. 

 

Məxluq müəyyən sayda simvolları “yeyəndən” sonra çoxalır. Bu zaman yeni 



əmələ  gələn  mexanizmlər  mütasiya  imkanına  malik  ola  bilir.  Kibernetik    məxluq 

müəyyən müddət ərzində qidalanmayanda “ölürdü”. 

 1961-ci ildə Bell Telephone Laborototies kompaniyasının (ABŞ) əməkdaşları 

V.A. Vısotski, X.D. Makilroy və Robert Morris “Darvin” adlandırılan qeyri-adi oyun 

yaradırlar.  O  vaxtlar  hələ  yüksək  səviyyəli proqramlaşdırma  dilləri yox  idi.  Oyun 

assembler  dilindən  istifadə  edilməklə  yaradılmışdı.  Bu  oyunun  mahiyyəti  ondan 

ibarət idi ki, assemler dilində yazılmış “orqanizmlər” adlandırılan bir neçə proqram 

komüterin  yaddaşına  yüklənirdi.  Bir  oyunçunun  yaratdığı  (daha  dəqiq  desək  bir 

növə  aid  olan)  orqanizmlər  digər  növə  aid  olan  orqanizmləri  məhv  etməli  və 

onların mövcud olduğu fəzanı zəbt etməli idi. Yaddaşı tamamilə zəbt edə bilən və 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 401 

ya daha cox xal toplaya bilən orqanizmlərlə oynayan oyunçu oyunun qalibi hesab 

edilirdi.  Oyundakı  prosesə  “hakim”  (əlavə  proqram)  nəzarət  edirdi.  Bu  proqram 

həm  də  rəqiblərin  mübarizə  aparma  qaydalarını  müəyyən  edirdi.  Bu  sadəcə 

eksperiment olsada və iştirakçıları təkcə prosesin özü maraqlandırsada məhz bu 

oyun proqramını ilk kompüter virusu adlandırmaq olardı. 

 İlk  kompüter viruslarının  yaradılması 1960-cı illərin  sonlarına  təsadüf  edir. 

Ədəbiyyatda belə fikirlərə də rast gəlmək olar ki, əslində ilk viruslsr qəsdən zərərli 

proqramlar  kimi  yazılan  proqramlar  deyildi.  Yəni  təsadüf  nəticəsində  meydana 

gələn viruslar da olub. Bunu proqramlar yazılanda buraxılan səhvin nəticəsi hesab 

edənlər  də  var.  Belə  proqramlar  ozü  özünü  köçürməklə  kompüterin  sərt  diskini 

korlayırdı (tuturdu). Belə fikirləşənlər də var ki, əksər hallarda viruslar tamamilə 

məqsədli şəkildə dağıdıcılıq məqsədi ilə yaradılmışdır. 

1960-cı  illərin  sonu,  1970-ci  illərin  əvvəlində  periodik  olaraq 

maynfreymlərdə  “dovşan”  (The  rabbit)  adlandırılan  proqramlar  meydana  çıxırdı. 

Bu  proqramlar  özlərini  klonlaşdırıb  sistem  resurslarını  zəbt  edərək  onların 

məhsuldarlığını aşağı salırdı.  

Beləliklə,  artıq  keçən  əsrin  70-ci  illərində  çoxalabilən  ilk  həqiqi  viruslar 

meydana  çıxdı.  Belə  ki,  UNIVAC  1108  kompüteri  Pervading  Animal  adlı  virusa 

yoluxmuş,  IBM  360/370  kompüteri  isə  Christmac  tree  adlı  virusun  hücumuna 

məruz qalmışdı. 

1977-ci ildə ilk Apple fərdi kompüterlərinin istehsal olunması və infrastruktur 

şəbəkəsinin  inkişafı  ilə  əlaqədar  olaraq  yeni  viruslar  əsrinin  başlanğıcı  qoyulur. 

İstifadə üçün faydalı proqram şəkilində kompüterə daxil olan ilk 

barbar-proqramı 

(barbar - mədəniyyət abidələrini dağıdan, məhv edən adam) kompüter işə düşən 

kimi istifadəçinin hazırladığı bütün məlumatları məhv edirdi. 

Növbəti  mərhələ  -  1970-ci  illərin  əvvəlində  BBN  şirkətinin  əməkdaşı  Bob 

Tomas  tərəfindən  özü  yerini  dəyişən 

Creeper

  proqramı  yaradıldi.  Bu  proqram 



RSEXEC  alt  sistemi  üçün  nəzərdə  tutulmuşdu  və  proqramların  kompüterlər 

arasında  özbaşına  yerdəyişə  bilməsi  imkanını  nümayiş  etdirməkdən  ötrü  idi. 

Creeper  proqramı  ziyanverici  deyildi  və  onun  ilk  nüsxəsi  məhv  edildi.  Amma 

proqramın  yaradılma  ideyasına  əsaslanaraq  yaradılan  yeni  proqram  bir 

kompüterdən  digərinə  keçə  bilən  virusun  yaradılması  üçün  istifadə  edildi.  Bu 

zaman 


Reaper

 adlı daha bir proqram hazırlandı ki, bu da ilk antivirus proqramı idi. 

Reaper  kompüterdən-kompüterə  keçərək  Creeper-in  fəaliyyətdə  olan  nüsxəsini 

tapıb məhv edirdi. 

 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə