İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə20/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   16   17   18   19   20   21   22   23   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  45 

məlumatların  aşağı  səviyyədə  bölgülü  işlənməsi ilə  əlaqələndirilməsi  yerinə 

yetirilir. 

Dördüncü  mərhələyə  aid  olan  informasiya  sistemləri  aşağıdakı  əsas 

xüsusiyyətləri özündə cəmləşdirir:  

 

masaüstü kompüterlərin imkanlarından tam istifadə etmək; 



 

modul qurulması sistemi; 



 

informasiya  sisteminin  yuxarı  ierarxiya  səviyyəsində  məlumatların 



işlənməsi  və  saxlanmasının  mərkəzləşdirilməsi  hesabına  resursların  qənaət 

sistemi. 

Elmi  araşdırmalar  göstərir  ki,  gələcəkdə  dördüncü  mərhələyə  aid  olan 

informasiya sistemləri daha çox inkişaf edəcəkdir.                                                             

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



46 

 

 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  47 



 

F Ə S İ L  III. İQTİSADİ İNFORMATİKA 

 

 

İQTİSADİ İNFORMATİKANIN İNKİŞAF TARİXİ 

 

İqtisadi  məsələlərin  həllində  istifadə  edilən  müxtəlif  təyinatlı  hesablama 

alətləri müxtəlif illərdə dövrünün sayılan alimləri tərəfindən yaradılmışdır.  

ABŞ  və  Böyük  Britaniyada  keçən  əsrin  60-cı  illərindən  başlayaraq  Elektron 

Hesablama Maşınları iqtisadi (ehtiyatların idarə edilməsi) məsələlərin həllinə cəlb 

edildi.  Bu  məqsədlə  lazımi  optimallaşdırma  modeli  tərtib  edildi.  Həmin  model 

yalnız  Elektron  Hesablama  Maşınları  vasitəsi  ilə  reallaşdırıla  bilirdi.  Bu  zaman 

xüsusi  proqram  təminatı  MRP

  (Material  Requirement  Planning)

  –  material 

resurslarına  tələbin  planlaşdırılması  sistemi,  sonra  MRP-2  (

Manufakturing 

Resource  Planning

),  20-ci  əsrin  sonunda  ERP  (



Enterprise  Resource 

Planning

)  sistemi  yarandı  ki,  bu  da  əslində  müəssisə  üzrə  inteqrasiya  edilmiş 

informasiya  sistemi  idi.  Analoji  olaraq  keçən  əsrin  70-ci  illərində  keçmiş  SSRİ 

məkanında  da  avtomatlaşdırılmış  idarəetmə  sistemləri  (AİS)  yaradıldı  və  texniki 

baxımdan  özünü  doğrultmadı.  Fərdi  kompüterlərin  yaranması,  müxtəlif 

qaydalarda fəaliyyət göstərən hesablayıcı vasitələrin və informasiya resurslarının 

vahid  şəbəkədə  birləşdirilməsi,  İNTERNET  (

World  Wide  Web

)  adlanan 

beynəlxalq kompüter şəbəkəsi iqtisadi informatikanın inkişafında növbəti mərhələ 

oldu.  İnternetin  meydana  çıxması  ilə  kompüter  sadəcə  cəld  hesablayıcı  qurğu 

olmaqdan  başqa  dünyanın  istənilən  yerində  yerləşən  informasiyaya  müraciət 

imkanı verən vasitəyə çevrildi. Nəticədə biznesin instrumental təchizatında inqilabi 

dönüş yarandı. 

İnternet  kompüterin  yeni  imkanlarını  üzə  çıxarmaqla  yanaşı  onu  iqtisadçı, 

biznes,  idarəedici  və  digər  mütəxəssislərin  öz  vəzifələrini  yerinə  yetirməsində 

gündəlik  istifadə  etdiyi  vasitəyə  çevirdi.  Maliyyəçilərin,  mühasiblərin,  bank 

işçilərinin,  menecerlərin  əmək  məhsuldarlığı  görünməmiş  dərəcədə  artmaqla 

yanaşı, adi halda mümkün olmayan yeni imkanlar meydana çıxdı. Elektron biznes 

yarandı  ki,  bu  da  elektron  ticarət  və  elektron  bank  kimi  elementləri  özündə 

birləşdirdi. Nətıcədə istehsalçı ilə istehlakçı elektron bazarında birbaşa görüşmək 

imkanı qazandı. Bu da qiymətlərdə öz əksini tapdı. Biznes şəffaflaşdı, bütün alqı-

satqı əməliyyatları qanuniləşdi, dövlət bundan öz qazancını götürdü. 

İnternetlə bərabər haqqında çoxdan danışılan “

informasiya  qiyaməti

” də 


reallaşdı. Bu qiyamətdən yeganə çıxış vasitəsi müasir informasiya sistemləri oldu. 

İnformasiya  sistemləri  qərar  qəbulu  üçün  lazım  olan  informasiyanı  nəhəng 

informasiya okeanından cəld seçib istifadə etməyə imkan verdi və indiki zamanda 

da bu işin davam etməsində mühüm rol oynayır. 

Beləlıklə,  iqtisadi  informatikanın  əsas  məqsədi 

iqtisadiyyatda



biznesdə

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



48 

və 


idarəetmədə

  qərarların  hazırlanması  və  qəbulu  üçün  informasiya 

sistemlərinin  uğurlu  və  səmərəli  tətbiqinə  imkan  verən  şərtləri  müəyyən 

etməkdən ibarətdir.  

Qeyd  etmək  lazımdır  ki,  burada  söhbət  informasiya  sistemlərinin  texnoloji 

məhsuldarlığından deyil, məhz iqtisadi səmərəliliyindən gedir. 

Beləliklə,  bu  qənaətə  gəlmək  olar  ki, 

iqtisadi  informatika  iqtisadi 

vahidlərin  informasiya  sistemlərinin  köməyi  ilə  idarə  edilməsi 

problemlərini

 öyrənir. 



 

VERİLƏNLƏRİN, İNFORMASİYANIN VƏ BİLİYİN 

XASSƏLƏRİ 

 

Verlənlərin xassələri aşağıdakılardır: 



 

prezentativlik (təqdimatlılıq) - hadisəni adekvat təsvir etmək



 

dəqiqlik. 



 

Dəqiqlik də öz növbəsində aşağıdakı kimi təsnif olunur: 

 



 



formal dəqiqlik - təklik mərtəbədəki rəqəmin göstərilməsi; 

 



real dəqiqlik – təklik mərtəbədəki rəqəmin gerçəkliyinə təminat verilməsi; 

 



maksimal və ya əldə edilmiş dəqiqlik – xüsusi yığım şəraitində əldə edilən 

dəqiqlik; 

 

lazımi dəqiqlik – məsələnin tələbinə uyğun dəqiqlik. 



Gerçəklik  –  obyektin  tələb  olunan  dəqiqliklə  təsviridir.  Cayqou  prinsipinə 

görə, “


keyfiyyətsiz veriləndən faydalı informasiya alına bilməz

”. Ölçmələr 

aparılarkən  yaranmış  xətalar  gerçəkliyin  səviyyəsinə  mənfi  təsir  göstərir. 

Gerçəkliyin  səviyyəsinə  təsir  edən  xətanı  yaradan  amillər  təyin  edilə  biləndirsə, 

verilən etibarlı hesab edilir. 

Beləliklə, yaxşı verilən dedikdə, təqdimatlı, dəqiq və etibarlı verilən nəzərdə 

tutulur. Faydalı informasiya yalnız yaxşı veriləndən alınır. 

İnformasiyanın aşağıdakı xassələri vardır:  

 

aktuallıq  –  qərar  qəbulu  məqamına  yararlı  olmaq.  Bu,  verilənin 



reprezentativliyi hesabına baş tutur. Verilən köhnəldikcə, aktuallaşdırma və 

ya yeniləşdirmə həyata keçirilir. 

 

məqamlılıq  –  informasiyanın  qərar  qəbulu  məqamına  alınması.  Gecikən 



informasiya  lazımsızdır.  Vaxtından  əvvəl  alınmış  informasiya  isə  qərar 

qəbulu məqamında aktuallığını itirə bilər. 

Veriləni  informasiyaya  çevirən  emal  prosesi  adekvat  və  gerçəkdirsə,  onda 

alınan informasiya da dəqiq və etibarlı sayılır. 

Biliyin  xassələrinə  bunlari  aid  etmək  olar.  Bilik  predmet  və  ya  konkret, 

konseptual  və  ya  ümumiləşdirici  və  metabilik  şəklində  ola  biləndir.  Konkret  bilik 

konkret oblasta aid informasiyadan yaranır. Konseptual bilik metodoloji xarakterli 

olur.  Metabilik  bilik  haqqında  bilikdir  (məsələn,  Mendeleyev  elementlərin  dövrü 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə