İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə21/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   17   18   19   20   21   22   23   24   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  49 

cədvəli). Şirkətin rəqabətdə üstünlüyünün əsas mənbəyi bilikdir. 

 

QEYD:

 

Adekvat

  latın  sözüdür,  uyğun,  bərabər  anlamını  verir.  Adekvat 

sözünü  fəlsəvi  termin  kimi  ilk  dəfə  Benedikt  Spinoza  (1632-1677),  sonralar  isə 

Qotfrid Vilhelm Leybnis (1646-1716) öz əsərlərində istifadə etmişlər. 

 

 

 



 

Bendikt Spinoza



 

Q.V.Leybnis



 

 

 



İQTİSADİ İNFORMASİYA-STRATEJİ RESURS KİMİ. 

İNFORMASİYA İQTİSADİYYATININ MEYDANA GƏLMƏSİ 

 

Müasir dövrdə hər cür informasiya vacibdir.  



İqtisadi  informasiya 

əmək



torpaq

  və 

kapitalla

  yanaşı, 



təsərrüfat 

fəaliyyətinin

 mühüm amilinə çevrilmişdir.  

İnformasiyanın iqtisadiyyatı barədə ilk tədqiqat əsəri 1961-ci ildə yazılmışdır. 

1982-ci  ildə  Nobel  mükafatı  laureatı  almış  Corc  Stiqler  həmin  məqalədə  bazar 

qiymətini təyin etmək üçün “

informasiya

” terminindən istifadə etmişdir. 

1974-cü  ildə  E.Q.Yasin  informasiya  iqtisadiyyatı  barədə  müəyyən  fikir 

söyləsə  də,  ümumi qəbul olunmuş tərifin  olmadığını  etiraf  etmişdir. 1972-ci ildə 

Nobel mükafatı almış Kennet Errou keçən əsrin 80-ci illərin əvvəlində göstərdi ki: 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



50 

 



informasiyanın alınması və ötürülməsi müəyyən xərc tələb edir, buna görə 

də informasiya iqtisadi qiymətə malikdir

 

ayrı-ayrı fərdlər fərqli infomasiyaya malikdirlər. 



 

                   Çorc Stiqler



                                             

Konnet Cozef Errou



 

 

Deməli,  müxtəlif  informasiya  mülkiyyətçiləri  arasında  bazar  münasibətləri 



yaranması mümkündür.  

Kennet Errou sübut etmişdir ki, azad informasiya bazarı resursların səmərəli 

bölgüsünə  imkan  vermir,  odur  ki,  informasiya  bazarını  idarə  etmək,  qərar 

qəbulunu isə “



etik normalar

”a uyğunlaşdırmaq lazımdır. 

İnformasiyanın  iqtisadi  kateqoriya  kimi  formalaşmasında 

transaksiya 

xərcləri

 anlayışını elmə gətirən Nobel mükafatı laureatı Ronald Kouz mühüm rol 

oynamışdır.  İş  burasındadır  ki,  transaksiya  xərcləri  dedikdə,  R.  Kouz,  əslində, 

transaksiyanın  öz  xərclərindən  daha  çox  onun  reallaşmasına  yardım  edən 



informasiyanın  yığılması



saxlanması



işlənməsi



ötürülməsi

  və 

təqdim 

edilməsi xərclərini

 nəzərdə tutmuşdur. 

Bu  yanaşmanın  mahiyyəti  ondan  ibarətdir ki,  iqtisadi  fəaliyyət  agentlərinin 

heç  biri  qəbul  ediləcək  qərar  barədə  tam  informasiyaya  malik  olmurlar,  onlar 

yalnız  qəbul  ediləcək  qərarın  hazırlanması  prosesinin  mahiyyətini  təşkil  edən 

informasiya mübadiləsi ilə məşğul olurlar.  

Qərar qəbulundakı qeyri-müəyyənliyi (

entropiyanı

) azaltmağa xidmət edən 

informasiya mübadiləsi ilə bağlı xərclər 

transaksiya xərcləri

 adlanır. 

Transaksiya  xərcləri  əvvəlcə  böyük,  sonra  kiçik  sürətlə  artır.  Çünki,  qərar 

qəbulu  yaxınlaşdıqca  informasiya  mübadiləsinin  intensivliyi  azalır.  Resurs  itkisi 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  51 

böyük olan halda transaksiya mürəkkəb sayılır və ya əksinə. Odur ki, mürəkkəb 

transaksiya boyük xərclə xarakterizə olunur. 

Beləliklə,  transaksiya  terminlərinə  verilən  tərifdən  belə  alınır  ki,  “Qərar 

qəbuledici  şirkətin  informasiya  sistemi  –  şirkətin  bağladığı  bütün  kontraktların 

yaradılması,  dəyişdirilməsi,  idarə  edilməsi  və  işçı  vəziyyətdə  saxlanmasını  təmin 

edən informasiya prosesləri şəbəkəsidir”. 

 

   


 

       Ronald Qarri Kouz                          Evgeniy Qriqoreviç Yasin



 

 

YENİ İQTİSADİYYAT 



 

İnformasiya  sistemləri  dünya  iqtisadiyyatının  görkəmini  dəyişmişdır. 



İnternet-iqtisadiyyat



yeni  iqtisadiyyat



metakapitalizm

  kimi  yeni 

terminlər meydana çıxmışdır. 

Yeni  iqtisadiyyat  termini  daha  çox  yeni  informasiya  texnologiyalarının 

hazırlanması,  yayılması  və  tətbiqi  sferalarını  əhatə  edir.  Bu  iqtisadiyyatın  bəzi 

cəhətləri aşağıdakılardan ibarətdir: 

1.İqtisadiyyatın bəzi sahələrində keyfiyyət və məhsuldarlıq artmış, qiymətlər 

isə  aşağı  düşmüşdür.  Mur  qanununa  görə,  hər  2  ildə  kompüterin 

məhsuldarlığı  2  dəfə  artdığı  halda,  qiyməti  azca  artır.  Adi  iqtisadiyyatda 

qiyməti  azaldırlar  ki,  tələb  artsın.  Burada  isə,  tələb  artsa  da  qiymət  aşağı 

düsür, çünki yeniləşmə sürəti olduqca böyükdür. Mənəvi köhnəlməyə məruz 

qalan  texnikanın  qiyməti  kəskin  şəkildə  aşağı  düşsə  də,  məhsuldarlığı 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə