İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə29/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   25   26   27   28   29   30   31   32   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



82 

Sonrakı  illərdə  (1964-1965-ci illərdə) inteqral  sxemləri istehsalının  daha da 

vüsət  alması  əməliyyat  günləndiricilərinin  yaradıcısı  Bob  Vidların  adı  ilə  bağlıdır. 

Həmin  ərəfədən  başlayaraq  inteqral  sxemlərin  hesablama  texnikasında  və  digər 

sahələrdə tətbiqi başlanır.        

 

IV nəsil

 1985-ci ildən indiyə qədər böyük və çox böyük inteqral sxem (BİS, 

ÇBİS)  texnologiyası  ilə  yaradılan  kompüterləri  əhatə  edir.  Bu  cür  inteqral 

sxemlərdə  bir  yarımkeçirici  kristalda  bir  neçə  yüz  milyona  (hətta  bir  milyarda) 

qədər texniki element (tranzistor və ya sxem) yerləşdirmək mümkündür. Bu nəsil 

hesablama  maşınların  arasında  mikro-  və  mini-  kompüterlər  xüsusi  yer  tutur. 

Mikrokompüterlərin  ən  geniş  yayılmış  növü  fərdi  kompüterlərdir.  Fərdi 

kompüterlər IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edir.  

Kompüterin  qabarit  ölçüləri  xeyli  kiçilir  (10-100  dəfələrlə),  iş  etibarlılığı  isə 

çoxalır.  Əvvəlki  nəsil  kompüterlərdə  əməli  yaddaş  əsasən  maqnit  nüvələrində 

qurulduğu halda, IV nəsil kompüterlərdə əməli yaddaş, statik və dinamik yaddaş 

inteqral  sxemlərində  qurulur,  nəticədə  əməli  yaddaşin  işləmə  sürəti  və  tutumu 

xeyli artmış olur. 

Fərdi  kompüterlərin  yaradılması,  geniş  istehsalı  və  tətbiqi  kompüter 

texnikasında inqilabi nailiyyət hesab oluna bilər. Bunun bir neçə səbəbi var: 

 

fərdi  kompüter  ölçülərinə  görə  xeyli  kiçik  (masaüstü)  və  qiymətcə  çox 



ucuzdur; 

 



texniki  göstəricilərinə  və  imkanlarına  görə  III  nəsil  orta  və  kiçik 

kompüterlərdən geri qalmır; 

 

köhnə  kompüterlərlə  əsasən  bu  sahənin  mütəxəssisləri  (proqramçılar, 



elektron  mühəndisləri,  operatorlar)  işləyə  bildiyi  halda,  fərdi 

kompüterlərdən  kütləvi  alət  kimi  (məsələn,  televizor,  maqnitofon  və  s.) 

hamı istifadə edə bilir

 



fərdi  kompüter  çox  etibarlıdır  və  onunla  ünsiyyət  dialoq  formasında 

aparıldığından, çox rahatdır. 

Hazırda  dünyada  bir  neçə  yüz  milyonlarla  fərdi  kompüter  elmdə, 

istehsalatda,  tədrisdə  və  məişətdə  istifadə  olunur.  Fərdi  kompüterlər  və  onların 

proqram təminatı ildən-ilə təkmilləşir, yaxşılaşır və müxtəlif sahələrə tətbiqi daha 

da genişlənir. 



V  nəsil. 

1980-cı  illərdə  dünyanın  aparıcı  mütəxəssisləri  beşinci  nəsil 

maşınları haqqında müzakirələr etməyə başladılar. Müzakirənin əsas ideyası sona 

çatmaqda  olan  min  illiyin  axırlarında  yaradılacaq  hesablama  maşınının  bu  vaxta 

kimi  yaradılmış  hesablama  maşınlarından  köklü  sürətdə  fərqlənməsi  idi.  İdeya 

hesablama  texnikası  aləminə  “beşinci  nəsil  maşınların  Yapon  layihəsi”  kimi  daxil 

oldu.  Layihəyə  əsasən  Elektron  Hesablama  Maşınlarının  “intellektual”  səviyyəsi 

artırılmalı  və  onların  insanlarla  ünsiyyəti  tutarlı  səviyyəyə  çatdırılmalı  idi  (bu  ö 

dövrdə  “Yapon  harayı”  adlandırılmışdı).  Bununla  yanaşı  hesablama  maşınının 

arxitekturası  elə  hazırlanmalı  idi  ki,  maşının  daxilinə  yerləşdirilmiş  proqram 

təminatı  istifadəçiyə  maşınla  təbii  dildə  ünsiyyət  yaratmaqla  yanaşı  maşından 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  83 

istifadə etməklə mürəkkəb məntiqi məsələləri də həll etmək imkanını verə bilsin. 

Yapon  alimlərinin  fikiri  belə  idi:  hesablama  maşınını  fikirləşməyə  məcbur 

etmək.  V  nəsil  maşının  layihələndirilməsi  üçün  ekspert  qrupu  da  yaradılmışdı. 

Ekspert  qrupunun  qarşısında  düran  əsas  məsələlər  hesablama  maşınında  bilik 

bazasının,  məntiqi  çıxış  sisteminin,  məntiqi  proqramlaşdırma  dilinin,  mürəkkəb 

obyektləri  müəyyən  etmə  sisteminin,  daha  doğrusu  süni  intellektə  aid  nə  varsa 

hamısının  hazırlanması  idi.  Butün  səylərə  baxmayaraq  hələlik  bu  ideyalar  həyat 

keçməmişdir. 



VI  nəsil.

  XXI  əsrin  başlağıcında  hazırlanacaq  maşınları  altıncı  nəsil 

hesablama  maşınları  adlandırırlar.  Bu  tip  hesablama  maşınları  yeni  informasiya 

texnologiyasına  (biliklər  və  verilənlər  bazasında  saxlanılan  multimedia,  virtual 

gerçəklik,  qrafiki  və  səs  informasiyasına  malik  olma,  paylanmış  təhlil  üsulları 

varlığı  və  s.)  əsaslanaraq  işləməlidir.  Texnologiyaya  əsasən  bütün  kompüterlər 

vahid  informasiya  məkanında  birləşməli,  bir-biri  ilə  daima  təmasda  olmalı, 

istənilən  məzmunda  informasiyanı  operativ  şəkildə  əldə  etməli,  verilənlər 

bazasına və biliklər mənbəyinə müraciət imkanına malik olmalı və nəhayət bütün 

dünyaya yayılmış informasiya mərkəzləri ilə informasiya mübadiləsində olmalıdır. 

Başqa  sözlə  hesablama  texnikası  özünəməxsus  proqram  təminatı  ilə  birlikdə 

istifadə olunan telefonu, tele-faksı, informasiya-məlumat bürolarını, şəxsi arxivləri 

və kütləvi informasiya vasitələrini əvəz etməlidir. 

Beləliklə, yeni nəsil hesablama texnikasının yaradılmasında əsas vurğu vahid 

qlobal informasiya məkanının yaradılması ilə yanaşı Yer kürəsində yaşayan əksər 

insanların  informasiya  mübadiləsi  məkanından  istifadə  etməsinin  həyata 

keçirilməsidir. 

Qeyd etmək lazımdır ki, hesablama texnikası sahəsində aparılmış tədqiqatlar 

göstərir  ki,  bu  nəsil  hesablama  maşınları  (kompüterləri)  daha  yüksək 

məhsuldarlığa  və  iş  etibarlılığına  malik  olmaları  ilə  yanaşı,  keyfiyyətcə  yeni 

funksional tələblərə də çavab verməlidir. Bu tələblərə aşağıdakılar aiddir: 

 



biliklər bazaları ilə  işləməyi  təmin  etməyi  və  onun  əsasında süni intellekt 

sistemlərinin təşkilinə imkan yaratmaq; 

 

kompüterin  tətbiqini  daha  da  asanlaşdırmaq  üçün  istifadəçi  ilə  nitq  və 



görmə vasitəsilə ünsiyyəti təmin etmək

 



proqramların sintezinin avtomatlaşdırılması vasitəsilə proqram vasitələrinin 

yaradılması prosesini sadələşdirmək. 

Hazırda  həm  ənənəvi  Neyman  arxitekturası  ilə,  həm  də  perspektiv 

arxitektura  ilə  yeni  nəsil  kompüterlərin  yaradılması  sahəsində  intensiv  işlər 

aparılır. Bu arxitekturaların əsasını bir tərəfdən hesablama əməliyyatlarının paralel 

aparılması (matris və hüceyrəli proseslər, neyron şəbəkələri və s.), digər tərəfdən 

isə hesablama proseslərinin verilənlərlə idarə olunması təşkil edir. 

Yeni  arxitektura  əsasında  inteqral  sxemlərin  istehsal  texnologiyasının 

təkmilləşdirilməsi  və  optik  prinsiplərlə  qurulan  optoelektron  element  bazasının 

yaradılması sahəsində də intensiv işlər aparılır. Kompüterin ölçüləri ildən-ilə kiçilir. 

Artıq  bir  "çip"də  (kristalda)  qurulan  fərdi  kompüter  də  yaradılıb.  Kompüterlərin 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə