İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə31/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   27   28   29   30   31   32   33   34   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



86 

hazırlanır.  Hesablama  maşınına  EDSAC  (Electronic  Delay  Storage  Automatic 

Calculator – Gözləmə xətli yaddaşa malik avtomatik hesablama maşını) adı verilir. 

Hesablama  maşınında ikilik  say  sistemindən  istifadə  olunurdu.  Proqram  operativ 

yaddaşda  saxlanılırdı.  Əmrlər  sistemi  isə  bir  ünvanlı  idi.  Maşının  takt  tezliyi  0,5 

Mhers,  taktın  uzunluğu  isə  2  mikrosaniyəyə  bərabər  idi.  Bir  əmrin  yerinə 

yetirilməsi  üçün  5 000  takt  tələb  edilirdi,  yəni  100  riyazi  əməliyyatı  yerinə 

yetirmək üçün bir saniyə kifayat edirdi.    

Neyman  arxitekturasına  əsaslanan  kompüter  iki  hissədən:  mərkəzi  və 

periferiya  (xarici)  qurğusundan  ibarətdir.  Mərkəzi  hissə  hesab-məntiq 

qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan 

(DYQ) ibarətdir. Müasir kompüterlərdə HMQ və İQ prosessor adlanan bir qurğuda 

birləşdirilir.  Periferiya  hissəsinə  xarici  yaddaş  qurğuları  (XYQ),  daxiletmə-

xaricetmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. Əski nəsil kompüterlərdə (I 

və II nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə 

əlaqələndirilirdi.  Bu  isə  periferiya  qurğularının  tərkibini  və  sayını  istifadəçilərin 

tələblərinə  uyğun  quraşdırmağa  imkan  vermirdi.  Müasir  kompüterlərdə  mərkəzi 

hissə  ilə  periferiya  hissəsi  sistem  interfeysi  adlanan  aparat-proqram  vasitəsilə 

əlaqələndirilir.  Bu  isə  periferiya  qurğularının  sayını  və  tərkibini  dəyişdirməyə 

imkan  verir.  Kompüterin  ümumiləşdirilmiş  məntiqi  strukturu  aşağıdakı  şəkildə 

göstərilən kimidir. 

 

   



 

Hesablama maşınının ümumiləşdirilmiş sxemi 

 

Prosessor  kompüterin  əsas  qurğusu  olub,  daxili  yaddaş  qurğusunda 



saxlanan proqramla hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompüterin 

ümumi işini idarə edir. Kompüterin işləmə sürəti əsasən prosessorun işləmə sürəti 

ilə təyin edilir. 

Daxili (və ya əsas) yaddaş  prosessorla bilavasitə əlaqədə olub, icra olunan 

proqramların  və  təhlil  olunan  verilənlərin  saxlanması  üçündür.  Daxili  yaddaşın 

işləmə  (yaddaşa  müraciət)  sürəti  yüksək,  tutumu  isə  nisbətən  kiçik  olur.  Daxili 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  87 

yaddaş  da  öz  növbəsində  iki  hissədən  ibarət  olur:  əməli  yaddaş  (ƏY)  və  daimi 

yaddaş  (DY).  Əməli  yaddaş  daxili  yaddaş  qurğusunun  əsasını  təşkil  edir, 

informasiyanın qəbul edilməsi, saxlanması və ötürülməsi üçün istifadə olunur. O, 

enerjidən asılı olur, yəni kompüter şəbəkədən ayrıldıqda oradakı informasiya itir. 

Tutumu  əməli  yaddaşa  nisbətən  xeyli  az  olan  daimi  yaddaş  informasiyanın 

saxlanması və ötürülməsi üçün istifadə olunur. 

Kompüterin  periferiya  hissəsinə  daxil  olan  xarici  yaddaş  qurğusu  (XYQ) 

böyük  həcmə  malik  olan  informasiyanı  saxlamaq  üçün  istifadə  olunur.  Xarici 

yaddaşla  informasiya  mübadiləsi  (informasiyanın  yazılması  və  oxunması)  əməli 

yaddaş  vasitəsilə  aparılır.  Xarici  yaddaş  enerjidən  asılı  olmayan  daşıyıcılarda 

(maqnit diskində, optik diskdə) qurulur. 

Daxiletmə-xaricetmə  qurğuları  informasiyanın  kompüterə  daxil  və  xaric 

edilməsi, həmçinin istifadəçi ilə kompüter arasında ünsiyyətin təmini üçün istifadə 

olunur.  Müasir  kompüterlərdə  bu  qurğulara  klaviatura,  maus,  printer,  manitor, 

qrafçəkən qurğu, plotter, skaner və s. aiddir. 

İdarə  pultu  hesablama prosesinin  gedişi  zamanı  proqramçı  və ya operator 

tərəfindən sistem əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilir. 

Sistem  interfeysi  kompüterin  qurğularının  qarşılıqlı  əlaqəsini  və  onlar 

arasında  informasiya  mübadiləsini  təmin  edir.  Orta,  böyük  və  super 

kompüterlərdə  sistem  interfeysi  özünün  daxiletmə-xaricetmə  prosessorlarına 

malik olan mürəkkəb qurğulardan ibarət olur. 

İxtiyari  informasiya  kompüterdə  ikilik  rəqəm  formasında  təsvir  edilir.  Emal 

prosesinin  subyekti  (proqramlar)  və  obyekti  (ilk  verilənlər  və  nəticələr)  operativ 

yaddaşda saxlanır. Alqoritm ardıcıl maşın əmrləri şəklində tərtib edilmiş proqram 

formasında  olur.  Kompüter  proqramda  nəzərdə  tutulmuş  əmrlər  ardıcıllığını  icra 

edir. 


1981-ci  ildə  IBM  firması  ölçücə  əvvəlki  kompüterlərdən  hiss  olunacaq 

dərəcədə  fərqlənən  fərdi  kompüterlərin  istehsalına  başlayır.  Şəkildə  firmanın 

istehsalı  olan  müxtəlif  texniki  xarakteristikalara  malik  olan  fərdi  kompüterlər 

göstərilmişdir.

 

  

 



IBM PC kompüterləri ( 1981-ci il) 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



88 

KOMPÜTER TEXNOLOGİYALARININ TƏKAMÜLÜ 

 

20-ci  əsrin  ortalarınadək  kompüter  yalnız  mürəkkəb  elmi  və  mühəndis 

hesablamaları üçün istifadə edilirdi. Keçən əsrin 50-ci illərində kompüter ilk dəfə 

müxtəlif kommersiya məsələlərinin həllinə, 1960-cı illərdə isə kompüter idarəetmə 

işlərinə tətbiq edildi. 1968-1972-ci illərdə verilənlər bazası, terminallar, şəbəkələr 

və  maqnit  diskləri  meydana  çıxdı  ki,  bu  da  prinsipcə  yeni  kompüter 

texnologiyasının əsasını təşkil etdi. 

80-ci illərdə informasiya texnologiyaları keyfiyyətcə dərin dəyişikliyə uğradı. 

Əvvəllər  əsas  fikir  informasiyanın  cəld  işlənməsinə  yönəldilirsə,  sonralar peşəkar 

olmayan istifadəçi marağı ön plana çəkildi.  

1990-cı illərin əvvəlində telekommunikasiya sistemlərinin biznesdə istifadəsi 

aktuallaşdı. Fərdi kompüterlər müəssisədə idarə (ofis) maşınlarına çevrildi. 

 

İNFORMASİYANIN KODLAŞDIRILMASI VƏ 

KOMPÜTERİN YADDAŞINDA TƏSVİRİ 

 

İnformasiya  kompüterin  yaddaşında  rəqəm  formasında  saxlanır,  yəni, 



rəqəm  olmayan  informasiya  da  (mətn,  şəkil  və  s.)  rəqəmə  çevrilir.  Buna 

kodlaşdırma

 deyilir. 

Müasir fərdi kompüterlərdə xarici yaddaşın həcmi minlərlə Teqabayt (indiki 

zamanda dəfələrlə çox) təşkil edir.  

Kompüterdə 

ədədi



mətni

  və 

məntiqi 

verilənlər



 

fərqləndirilir.  Mətni 

verilənlər  dedikdə,  simvolların  xətti  ardıcıllığı  nəzərdə  tutulur.  Simvollar 

nömrələnir  (kodlaşdırılır)  və  simvol  əvəzinə  koddan  istifadə  edilir.  Hər  simvol  1 

bayt yer tutur.  

Hal-hazırda  128  simvolluq  (0-dan  127-dək)  ASCII

 

standart  kodundan 



istifadə  edilir.  Milli  əlifbalar  128÷255  arasında  nömrələnir.  Mətni  düzgün 

oxumaq üçün mətn drayverlərindən istifadə edilir. 

 

Cədvəldə  ASCII  (Amerikan  Standart  Code  for  İnformation  İnterchange  –



İnformasiya  mübadiləsi  üçün  standart  Amerika  kodu)  genişləndirilmiş  kod 

cədvəlindən  nümunə-fraqment  (rus  əlifbasına  uyğun  olan)  verilmişdir  (S  – 

simvol sözünü əks etdirir). 

 

S  İkilik kod 





İkilik kod 



İkilik kod 



İkilik kod 

A  10000000 

И 

10001000 



Р 

10010000 

Ш 

10011000 



Б  10000001 

Й 

10001001 



С 

10010001 

Щ 

10011001 



В  10000010 

К 

10001010 



Т 

10010010 

Ъ 

10011010 



Г  10000011 

Л 

10001011 



У 

10010011 

Ы 

10011011 



Д  10000100 

М 

10001100 



Ф 

10010100 

Ь 

10011100 



Е  10000101 

Н 

10001101 



Х 

10010101 

Э 

10011101 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə