İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə39/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   35   36   37   38   39   40   41   42   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 107 

firma  Pentium  Pro  mikroprosessorunu  buraxır.  Həmin  ildə  MS  DOS  əməliyyat 

sistemini tamamilə əvəz edə biləcək Windows 95 əməliyyat sistemi yaradılır. 

Keçən əsrin 90-cı illərinin axırlarında iri korporasiyalar və kompüterdən şəxsi 

məqsədlər  üçün  istifadə  edənlər  İnternet  şəbəkəsinin  xidmətlərindən  geniş 

istifadə etməyə başlayırlar. 

1997-ci  ildə  Intel  firması  genişləndirilmiş  ММХ  mikroprosessorunu  (Multi 

Media  eXtension)  və  ММХ-in  əmrlərindən  istifadə  etməklə  Pentium  və  Pentium 

Pro mikroprosessorlarının təkmilləşdirilmiş variantını hazırlayır. 

Bu  ərəfədə  AMD  firması  Intel-i  iki  həftə  qabaqlayaraq  özünün  yeni  К6 

modelini (Pentium II-yə oxşar olan) satış bazarına çıxarır. 

1998-ci ildə Intel firması Pentium II mikroprosessorunun məhdudlaşdırılmış 

variantını  (Celeron)  istehsal  edir.  Bu  dövrdə  Microsoft  firması  Windows  98 

əməliyyat sistemini istifadəyə buraxır. 

Müasir  dövrdə  rəqabətə  girən  firmalar  arasında  IBM  PC  kompüterlərinin 

istehsalı davam edilir. Əsas aparıcı rolu IBM firması oynamasa da, digər firmalar 

arasında iri istehsalçı kimi öz inhisarçılığını əldən verməməyə çalışır. Intel 80386 

SX,  Intel  80486  və  Pentium  mikroprosessorları  üzərində  qurulmuş  kompüterlər 

artıq IBM firması tərəfindən yox, digər firmalar tərəfindən istehsal olunur. 

Son  zamanlar  kompüterlərin  inkişaf  etməsinə  IBM  firması  ilə  yanaşı,  Intel 

firmasının  hazırladığı,  kompüterin  «beyni»  sayılan  mikroprosessordan  istifadə 

etməklə kompüterlər istehsal edən digər firmalar da təsir edir. 

Buradan  belə  aydın  olur  ki,  IBM  PC  markalı  kompüterlərin  heç  də  IBM 

firması tərəfindən istehsal olunduğunu qəbul etmək düzgün deyil. 

İndiki  zamanda  inkişaf  etmiş  kapitalist  ölkələrində  iqtisadiyyatın  tərəqqisi 

kompüterlərin və proqram təminatının inkişafı ilə sıx əlaqədardır. Hər il dünyada 

milyonlarla kompüter istehsal olunur və satılır. Təkcə ABŞ-da və Yaponiyada ayrı-

ayrılıqda  100  milyonlarla  istehsal  olunan  kompüterlərin  satışından,  həmçinin 

kompüterlərə texniki qulluqdan və proqram təminatından bir necə onlarla milyard 

dollar gəlir əldə edilir və bu göstərici artmaqda davam edir. 

Belə  artım  kompüterlərin  ucuz  qiymətə  satılması  ilə  yanaşı  aşağıdakı 

faktorlarla da bağlıdır: 

 



kompüterlərdən istifadənin sadəliyi; 

 



dialoq rejiminin istifadəçi üçün əlverişli olması; 

 



kompüter istifadəçisinin məhdudiyyətə məruz qalmaması; 

 



informasiyanın yüksək sürətlə təhlil olunma imkanlarının olması; 

 



kompüter təmirinin sadəliyi; 

 



kompüterin yüksək etibarlılığa malik olması; 

 



kompüterin müxtəlif periferiya qurğuları və ayrı-ayrı proqram təminatı ilə 

işləmə imkanının olması; 

 

insan  fəaliyyətini  əhatə  edən  bütün  sahələrə  aid  proqram  təminatının 



olması və s. 

Ümumiyyətlə,  kompüterlərin  müxtəlif  sahələrdə  müvəffəqiyyətlə  istifadə 

olunması  haqqında  ədəbiyyatlarda  çoxlu  sayda  məlumatlar  vardır.  Amma  elə 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



108 

məsələlərin  həlli  vardır  ki,  burada  fərdi  kompüterlərdən  yox,  güclü  elektron 

hesablama maşınlarından istifadə edilməsi daha məsləhətdir.  

Fərdi  kompüterlərin  müxtəlif  tipləri  müxtəlif  sahələrdə  öz  parametrlərini 

təkmilləşdirməklə  istifadə  edilirlər.  Onlardan  birgə  istifadə  edilməsi  nəticəsində 

lokal şəbəkələr yaradılır, istənilən informasiya lazımi səviyyədə təhlil edilir. 

Fərdi  kompüterin  yaddaşında  bir  neçə  yüzlərlə  Tbayt  (hətta  minlərlə) 

informasiya  saxlamaqla,  həmin  informasiyanı  saniyənin  milyonda  birində  təhlil 

(emal)  etmək  mümkündür.  Amma  əksər  hallarda  göstərilənlərdən  artıq 

informasiyanı yadda saxlamaqla yanaşı qısa müddətdə təhlil etmək də tələb edilir. 

Belə  sahələrə  bank  işlərini,  videofilmlərin  çəkilməsini,  avia-  və  dəmiryolu 

biletlərinin satışını, ehtiyat sistemlərin yaradılmasını və s. aid etmək olar. Bunun 

üçün xüsusi hazırlanmış kompüterlərdən istifadə edilir. 

Fərdi  kompüterlərin  istehsalının  günü-gündən  artması  dünya  bazarlarında 

istehsalçı firmaların rəqabətə girməsinə səbəb olur. Vaxtı ilə aparıcı olan firma (və 

ya şirkət) müəyyən müddətdən sonra aparıcı qüvvəsini itirir, ya da rəqabətə tab 

gətirməyərək sıradan çıxır. Məsələn, populyar Apple II kompüteri ilə liderliyi əldə 

saxlayan  Apple  firması  IBM  firmasının  istehsalı  olan  IBM  PC  XT/AT  modelinə 

nəzərən  arxa  plana  çəkilməyə  məcbur  oldu.  Müəyyən  müddətdən  sonra  Apple 

firması  müəyyən  parametrlərinə  görə  fərqlənən  Macintosh,  Macintosh  Plus  və 

Macintosh  II  modellərinin  istehsalını  nəzərə  çarpacaq  dərəcədə  artırsa  da,  bu 

artım  firmaya  heç  bir  üstünlük  vermədi,  kompüter  bazarlarında  vəziyyət 

dəyişmədi.  Digər  firmalar  (məsələn,  Commodore  və  Atari)  istehsal  etdikləri 

kompüterlərlə  bazara  çıxmalarına  baxmayaraq,  aparılan  rəqabətdə  aparıcı  kimi 

çıxış edə bilmədilər. 

Bunun bir neçə səbəbi var idi: 

 

firmaların istehsal etdikləri kompüterlərin satış bazarına çıxışının bir neçə 



ay gecikməsi; 

 



firmaların  öz  işlərini  xüsusi  proqram  təminatı  tələb  edən  nadir  sxemlər 

bazasında qurması; 

 

hazırlanmış  sxemlərdən  digər  firmaların  istehsal  edəcəyi  modellərdə 



istifadə etməsinə maneçiliyin yaradılması; 

 



istehsal  olunan  modellərin  qapalı  arxitekturaya  malik  olması  üzündən, 

onların  səciyyəvi  xüsusiyyətlərinin  əhəmiyyətli  dərəcədə  yaxşılaşdırılması 

imkanının firmaların əlindən alınması. 

Qeyd  olunanlardan  aydın  görünür  ki,  IBM  firması  əvvəlcə  qeyd  etdiyimiz 

kimi  açıq  arxitekturaya  imkan  yaratmış,  texniki  məsələlərin  həllində  üçüncü 

tərəfin  gücündən  tam  istifadə  etmiş,  öz  inhisarçılığını  (monopolistliyini)  digər 

firmalara  sübut  etmiş,  firmanın  istehsal  etdiyi  müxtəlif  modifikasiyalı 

kompüterlərin dünyanın istənilən ölkəsində müxtəlif sahələrdə istifadə edilməsinə 

şərait yaratmış və nəticədə liderliyini həmişə əlində saxlaya bilməsə də daima bu 

məqsəd uğrunda mübarizə aparmışdır. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə