İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə36/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   32   33   34   35   36   37   38   39   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  99 

 

ixtisasyönlü hesablama maşınları. 



Elm  və  texnikanın  müxtəlif  sahələrində  müxtəlif  növ  məsələləri  həll  etmək 

üçün  universal  hesablama  maşınlarından  istifadə  etmək  daha  əlverişlidir.  Bu  tıp 

hesablama  maşınlarının  əsas  çatışmayan  cəhəti  satış  qıymətlərinin  həddindən 

artıq baha olmasıdır. 

Problemyönlü  hesablama  maşınları  müəyyən  sinif  məsələlərin,  məsələn, 

idarəetmə məsələlərinin həllində geniş istifadə edilir. 

Xüsusi  təyinatlı  məsələlərin  həllinin  reallaşdırılması  üçün  ixtisasyönlü 

hesablama maşınları əlverişlidir. 

Qeyd  etmək  lazımdır  ki,  son  35÷40  il  ərzində  bəşəriyyət  hesablama 

texnikasının  sürətli  inkişafının  şahidi  olmuşdur.  Bu  inkişafın  mərkəzində  fərdi 

kompüterlərin  yaradılması  durur.  Kompüterlər  universal  mikroelektron  qurğu 

olub,  fərdi  istifadə  üçün  nəzərdə  tutulmuşdur.  Müxtəlif  firmalar  və  şirkətlər 

tərəfindən  şəxsi  istifadə  üçün  istehsal  olunan  fərdi  kompüterlərin  ölçüləri  və 

çəkiləri ilə yanaşı satış qiymətləri də müxtəlifdir. Fərdi kompüterlərin hazırlanma 

texnologiyasının  günü-gündən  təkmilləşdirilməsi  nəticəsində  onlarda  hesablama 

əməliyyatlarının aparılma sürəti milyon dəfələrlə  artmış, ölçüləri ilə yanaşı enerji 

tələbatları  isə  dəfələrlə  azalmışdır.  Kompüterlərdə  istifadə  edilən  element 

bazasının  mütəmadi  təkmilləşdirilməsi  nəticəsində  satış  qiymətləri  bir  neçə  min 

dollardan bir neçə yüz dollara qədər ucuzlaşmışdır. 

Fərdi  kompüterin  qurğularını  bir  masa  üzərinə  yerləşdirmək  mümkündür 

(odur  ki,  onlara  çox  vaxt  masaüstü  kompüterlər  də deyirlər).  Bu  kompüterlərdə 

müxtəlif  əyləncəli  və  məntiq  oyunları  da  oynamaq  olar.  Bu  səbəbdəndir  ki,  ilk 

istehsal  olunan  fərdi  kompüterlər  əsasən  əyləncəli  oyunlar  oynamaq  üçün 

nəzərdə tutulmuşdu. 

Fərdi  kompüterin  tərkibinə  informasiyanı  insan  üçün  əlverişli  şəkildə  daxil 

etməyə  və  oxumağa  imkan  verən  qurğular  daxildir.  Bu  qurğuların  köməyi  ilə 

qrafik və ya mətn tipli informasiyanı emal etmək, rəngli təsvir almaq və s. həyata 

keçirmək olur. 

Fərdi  kompüterin  yaradılmasında  əsas  diqqət  onunla  istifadəçi  arasındakı 

əlaqənin  sadəliyinə,  həmçinin  ondan  istifadə  edən  şəxsin  tələbatının  maksimum 

dərəcədə ödənilməsinə yönəlmişdir. İstifadəçinin fərdi kompüterdən tam istifadə 

etməsi  naminə  kompüter  güclü  proqram  təminatı  ilə  təmin  edilmişdir  ki,  ondan 

istifadə  edən  şəxsin  kənardan  heç  bir  köməyə  ehtiyacı  qalmasın,  istənilən 

məsələni kompüterdə müstəqil həll və təhlil etsin. 

Fərdi  kompüterin  quruluşu  elə  təşkil  edilmişdir  ki,  informasiya  ona  yalnız 

rəqəm  formasında daxil olduqda  onu  emal edə bilir. Əgər kompüterə  daxil olan 

informasiya  başqa  formadadırsa  (məsələn,  səs,  təsvir  və  s.),  onda  kompüterin 

belə  informasiyanı  emal  etməsi  üçün  mütləq  informasiyanı  rəqəm  formasına 

çevirən çeviricilərdən istifadə edilməlidir. 

Anoloji  olaraq  mətn  tipli  informasiyanı  da  fərdi  kompüterdə  emal  (təhlil) 

etmək olar. Bunun üçün hər bir hərf müəyyən bir rəqəmə uyğun kodlaşdırılır və 

kompüterdə  təhlil  edildikdən  sonra  istifadəçi  tərəfindən  başa  düşüləcək  şəklə 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



100 

salınır.  Kompüter  texnikasında  belə  çevrilmə,  yəni  hərflər  və  rəqəmlər  yığımı 

arasındakı uyğunluq 

simvolların kodlaşdırılması

 adlanır. 

Kompüter texnikasında informasiyanın ən kiçik ölçü vahidi bit adlanır. Bir bit 

ikilik  dərəcə  olub,  informasiyanın  “0”  və  ya  “1”  ədədləri  ilə  təsviridir.  Qaydaya 

əsasən  kompüter  əmrləri  vahid  bitlə  yox,  bitlər  yığımı  (8  bit  =  1  bayt)  olan 

baytlarla  ifadə  edilir.  Bu  yanaşmadan  da  kompüterə  daxil  olan  informasiyanın 

miqdarı baytlarla ölçülür. Bayt ən kiçik informasiya vahidi olub, fərdi kompüterin 

yaddaşının  tutumunu  ölçmək  üçün  istifadə  olunur.  Bir  bayt  8  ikilik  mərtəbədən 

ibarətdir. Bayt vasitəsilə ixtiyari bir hərfin ikilik say sistemində kodu və ya onluq 

say sistemindəki ədədlərin iki rəqəmi yazılır. Bütün fərdi kompüterlərin yaddaşları 

ünvanlara  bölünür,  yəni  nömrələnir.  Belə  ünvanlaşdırma  baytların  köməyi  ilə 

həyata keçirilir. Müqayisə edilən iki fərdi kompüterdən hansının yaddaşında ünvan 

çoxdursa, həmin kompüterin yaddaşının həcmi böyük hesab edilir. Kompüterlərdə 

4 baytdan ibarət olan yaddaş hissəsinə 1 söz və ya maşın sözü deyilir. 

1 söz = 4x8 bit = 32 bit = 4 bayt 

Bundan  əlavə  kompüter  texnikasında  yarım  sözdən  (2  baytdan)  və  ikiqat 

sözdən  (8  baytdan)  istifadə  edilir.  Yaddaşın  1  söz  saxlayan  hissəsinə  1  xana 

deyilir,  yəni  1  xanada  4  bayt  və  ya  32  bit  informasiya  saxlanılır.  Daha  böyük 

yaddaşları ölçmək üçün Kilobayt (Kbayt), Meqabayt (Mbayt), və s. istifadə olunur. 

Beləliklə: 

1 bayt   =    8 bit  

2



3

   bit 


1 Kbayt =    1024 bayt  

2



10

  bayt 


1 Mbayt =  1024 Kilobayt  

2



10

  Kbayt 


1 Qbayt =  1024 Meqabayt     = 

2

10

  Mbayt 

1 Tbayt =  1024 Qiqabayt      = 

2

10

  Qbayt 


1 Pbayt =  1024 Terabayt      = 

2

10

  Tbayt  

1 Ebayt =  1024 Petabayt      = 

2

10

  Pbayt 


1 Zbayt =  1024 Ekzabayt      = 

2

10

 Ebayt 

1 Ybayt =  1024 Zettabayt     = 



2

10

 Zbayt 


 

 

 



Maraqlı  faktdır  ki,  əgər  bir  vərəqdəki  işarələrin  sayı  təxminən  2500-ə 

bərabərdirsə,  onda  1  Mbayt-lıq  informasiya  400  vərəq,  1  Qbayt-lıq  informasiya 

400 000 vərəq, 1 Tbayt informasiya isə 400 000 000 vərəq həcmində olacaqdır və 

s . 


Kompüter  bütün  əməliyyatları  rəqəmlər  üzərində  yerinə  yetirir.  Deməli, 

kompüterə  daxil  olan  bütün  ədədlər “0”  və  “1”-in  köməyi  ilə  təsvir  edilir.  Başqa 

sözlə,  kompüter ikilik  say  sistemində işləyən qurğudur,  yəni kompüterə daxil və 

xaric  edilən  informasiya  onluq  say  sistemində  olmasına  baxmayaraq 

(informasiyanın  belə  şəkildə  təqdim  olunması  istifadəçi  üçün  həddindən  artıq 

əlverişlidir),  kompüter  daxilində  bütün  əməliyyatlar  ikilik  say  sistemində  həyata 

keçirilir. 

Kompüterə  daxil  olan  informasiyanın  təhlil  edilməsi  üçün  8  –lik  və  16  -lıq 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə