İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə34/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   30   31   32   33   34   35   36   37   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  93 

sovetlər  məkanında  IBM  firmasının  maşınlarının  anoloqu  sayılan  Vahid  Sistem 

EHM-larını (VS EHM) göstərmək mümkündür. 

Böyük hesablama maşınları keçən əsrin 70-ci illərinin ortalarına kimi ən çox 

istifadə  edilən  maşınlar  sayılırdı.  Hal-hazırda  böyük  hesablama  maşınlarından 

müxtəlif sahələrdə yenə də istifadə olunur və onların istehsalı davam etdirilir. 

 

 



 

Super elektron hesablama maşını 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



94 

 

 



IBM şirkətinin akademik mərkəzi, z9-BC  və  z9EC markalı Böyük Elektron 

Hesablama Maşınları 



 

Mini  EHM-lər

  kiçik  ölçüyə  və  qiymətlərinin  aşağı  olmaları  ilə  (böyük 

hesablama  maşınları  və  superEHM-lərə  nəzərən),  həmçinin  universallığı 

baxımından  elektron  hesablama  maşınları  içərisində  ən  çox  inkişaf  etmiş 

hesablama  maşını  hesab  oluna  bilər.  Bu  tip  hesablama  maşınlarının  yaranması 

keçən  əsrin  60-cı  illərinə  təsadüf  edir.  Onlardan  texnoloji  proseslərin  idarə 

edilməsində,  avtomatlaşdırılmış  layihə  sistemlərinin  və  əyilgən  istehsal 

sistemlərinin yaradılmasında geniş istifadə olunmuşdur. Mini elektron hesablama 

maşınlarının  bəzi  xarakteristikalarının  önəmli  olması  baxımından  onları  böyük 

hesablama  maşınları  ilə  müqayisə  etmək  mümkündür.  Bu  tip  hesablama 

maşınlarına  nümunə  kimi  DEC  firmasının  istehsalı  olan  VAX-11  və  CM-1700 

markalı maşınları göstərmək olar. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  95 

 

 

“VAX – 11” mini Elektron Hesablama Maşını 



 

Mikro  EHM-lərin

  yaradılması  bir-başa  mikroprosessorların  yaradılması  və 

istehsalı  ilə  bağlıdır.  Mikroprosessorların  istehsalı  ilə  hesablama  maşınlarının 

nəınki  mərkəzi  orqanları,  hətta  hesablama  maşınlarında  istifadə  olunan,  kiçik 

ölçüyə  malik  periferiya  qurğularının  yaradılması  həyata  keçirildi.  MikroEHM-lər 

iqtisadiyyatın  bütün  sahələrində,  sanaye  və  müdafiə  sənayesinin  əksər 

sahələrində özlərinə tətbiq sahələri tapdılar. Buna əsas səbəb onların kiçik ölçülü 

və  yüksək  məhsuldarlığa  malik  olmaları,  həmçinin  yüksək  etibarlılığı  və 

qiymətlərinin ücüz olmaları idi. 

Hesablama  texnikasının  müxtəlif  sahələrində  müxtəlif  tip  mikroEHM-lərdən 

istifadə edilir. Bunlara aşağıdakılar aiddir: 

 



bir sıra terminallar ilə təmin olunan, müxtəlif sahələrdə istifadəyə yararlı 

mikro Elektron Hesablama Maşınları; 

 

idarə  olunacaq  obyektin  bir  hissəsi  sayılan,  texnoloji  avadanlıqları  və  ya 



avtomobillərin altsistemlərini idarə edən yardımçı mikro Elektron Hesablama 

Maşınları; 

 

avtomatlaşdırılmış  layihələrdə  qrafiki  işləri,  həmçinin  nəşriyyat 



sistemlərində  müxtəlif  işləri  yerinə  yetirən,  özündə  kifayət  qədər  güclü  və 

bahalı  mikro  Elektron  Hesablama  Maşınlarını  cəmləşdirən  işçi  stansiyaları 

(qlobal  hesablama  şəbəkələrində  host-maşın  vəzifəsini  həyata  keçirən 

kompüteri bəzən işçi stansiyalar da adlandırırlar). 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



96 

 

 



Mikro Elektron Hesablama Maşını 

 

Fərdi  EHM-lər

  hesablama  texnikası  sahəsində  mütəxəssis  olmayan  fərdi 

şəxslərin  müxtəlif  tip  məsələləri  həll  etməsi  üçün  nəzərdə  tutulmuş  və  fərdi 

istifadəçi  üçün  istifadəyə  yararlı  olan  hesablama  texnikasıdır.  Müxtəlif  peşəkar 

fəaliyyətin  (məsələn,  mühəndis,  inzibati,  istehsal,  ədəbiyyat,  maliyyə  və  s.) 

həyata  keçirilməsi  üçün  fərdi  elektron  hesablama  maşınlarından  istifadə  etmək 

çox  əlverişlidir.  Fərdi  kompüterlərdən  istifadə  etməklə  müxtəlif  peşə  sahibləri 

üçün  (məsələn,  dizaynerlər,  konstruktorlar,  texnoloqlar,  menecerlər  və  s.) 

avtomatlaşdırılmış işçi yerləri hazırlamaq mümkündür. 



Portativ  kompüterlər

  (Notebook  –  yazı  kitabçası)  yaddaşının  tutumu 

baxımından  fərdi  kompüterlərdən  azacıq  kiçik  olsalar  da  nəql  (daşınmaq)  üçün 

çox  əlverişlidir.  Notebook  kiçik  çemodan  (keys)  formasında  hazırlanır  və  kitab 

kimi  açılıb-bağlana  bilir.  Notebook-un  korpusunda  maye  kristaldan  istifadə 

etməklə  hazırlanmış  monitor  və  sistem  bloku  yerləşir.  Adətən  notebook-un 

daxilində istifadəçinin işlərini həyata keçirmək üçün lazım olan minimum qurğular 

quraşdırılır.  Qurğuların  əksəriyyəti  (məsələn,  sərt  disk,  modem,  disk  sürücüsü) 

ancaq  zərurilik  yarandıqda  qoşulur  (onların  qoşuıması  üçün  notebook-un  yan 

tərəflərində xüsusi istifadəyə yararlı yuvalar mövcuddur). 



Elektron  sekreterlər

 məhdud əhatə dairəsinə malik olan məsələlərin həll 

edilməsində  istifadə  olunan  intellektual  elektron  yazı  kitabçasıdır.  Bu  məsələlərə 

xüsusi qələmdən istifadə etməklə ekranda (monitorda) mətnin yığılmasını, çoxda 

mürəkkəb  olmayan  cədvəllərin  hazırlanmasını,  elektron  məktubların  (poçtun) 

göndərilməsini  aid  etmək  olar.  Elektron  sekreterlərin  bəzi  modelləri  miniatür 

klaviatura və rəngli displey ilə təmin edilir. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə