İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə42/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   38   39   40   41   42   43   44   45   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



114 

PROSESSORLARIN ƏSAS XARAKTERİSTİKALARI 

 

Prosessor və ya mərkəzi prosessor anakartın “



ürəyi

” sayılır. Prosessor fərdi 

kompüter  şəbəkəyə  qoşulduğu  zaman  ərzində  ana  kartın  bütün  elementləri  ilə 

qarşılıqlı informasiya əlaqəsindədir. 

IBM  PC  uzlaşan  kompüterləri  üçün  prosessorlar  istehsal  edən  Intel  şirkəti 

1968- ci ilin iyun ayında təsis edilmişdir (ilk adı “NM Electronics” olan şirkətin adı 

sonralar  onun  təsisçiləri  Robert  Noys  və  Qordon  Mur  tərəfindən  dəyişdirilərək 

“Intel - İnteqral Elektronika” adlandırılmışdır). 

Prosessorlar tiplərinə görə bölünür. Prosessorun nişanlanması 80 rəqəmi ilə 

başlayır. Sonra iki və ya üç rəqəmdən istifadə olunur. Rəqəmlərdən sonra gələn 

hərflər və ya rəqəmlər prosessorun takt tezliyini əks etdirir. Prosessorun tipindən 

əvvəl onu hazırlayan firmanın adı əks olunur. Məsələn, i80486DX-50 nişanlanması 

prosessorun  Intel  firması  tərəfindən  hazırlandığını  və  80486  tipinə  malik 

olduğunu, 50 rəqəmi isə prosessorun 50 Mhers takt tezliyində işləməsini göstərir. 

AMD  firmasının  istehsalı  olan  prosessorlar  AMD  kimi,  Cyrix  firmasına  aid  olan 

prosessorlar  isə  CX  kimi  nişanlanır.  Fərdi  kompüteri  işə  salan  zaman  bu  hərflər 

monitorun ekranında prosessorun tipindən əvvəl görünür. 

İstehsal olunan prosessorun kristalında aşağıdakı elementlər yerləşir: 

 

prosessor  -  əsas  hesablama  qurğusu  olub  verilənlər  üzərində  riyazı  və 



məntiqi əməliyyatları yerinə yetirir. Prosessor milyonlarla (hətta milyardlarla) 

məntiqi elementdən – tranzistorlardan ibarətdir; 

 

soprosessor  –  “sürüşən  vergüllü”  (və  ya  nöqtəli)  rəqəmlər  üzərində 



əməliyyatlar  yerinə  yetirən  xüsusi  blokdur.  Əsasən  dəqiq  və  mürəkkəb 

hesablamalarda, həmçinin bəzi qrafik proqramlarla iş zamanı istifadə edilir

 

birinci  səviyyəli  keş-yaddaş  –  hesablama  zamanı  istifadə  ediləcək  aralıq 



nəticələri yadda saxlamaq üçün istifadə olunan yüksək sürətli yaddaşdır; 

 



ikinci səviyyəli keş-yaddaş. 

Bütün  bu  qurğular  ölçüsü  6  sm



2

-dan  çox  olmayan  kristal  sahədə  yerləşir. 

Mikroprosessorun  elementlərinə  baxış  keçirmək  üçün  yüksək  səviyyəli 

mikroskopdan istifadə etmək lazımdır. 

CPU-ların məhsuldarlığı aşağıdakı parametrlərdən asılıdır: 

 



inteqrasiya dərəcəsi; 

 



emal olunacaq verilənlərin mərtəbəliyi; 

 



takt tezliyi; 

 



CPU-nun ünvanlandığı yaddaş; 

 



Keş-yaddaşın tutumu. 

Bu  parametrlərlə  yanaşı  CPU-lar  hazırlanma  texnologiyasına,  qidalanma 

gərginliyinə, form-faktorlara və s. görə bir-birindən fərqlənir. 

 

QEYD

:  Form-faktor  dedikdə  hazırlanmış  texniki  məhsulun  parametrləri 

toplumunu təsvir edən standart başa düşülür.  




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 115 

Texniki xarakteristikalarına  və  inkişaf  ənənələrinə  görə  prosessorları  səkkiz 

nəslə  ayırırlar  (artıq  yeni  nəsil prosessorlar  haqqında  bəzi  texniki  ədəbiyyatlarda 

məlumatlar verilir). 

CPU  mikrosxeminin  (çiplərin) inteqrasiya  dərəcəsi  onun daxilində  nə qədər 

tranzistorun  yerləşdiyini  göstərir.  Məsələn,  birinci  nəsil  çiplərin  (8086/8088) 

daxilində  0,029  milyon  tranzistor  yerləşdirilirdisə,  müasir  prosessorlarda  200 

milyondan çox tranzistor yerləşdirilir. Mütəxəssislərin fikrincə gələcəkdə (məsələn, 

2015-2018  -ci  illərdə)  yeni  texnologiyaların  bu  sahəyə  tətbiqi  prosessorların 

daxilində bir neçə milyarddan çox tranzistor yerləşdirməyə imkan verəcək. Emal 

olunacaq  verilənlərin  mərtəbəliyi  prosessorun  eyni  zamanda  (16,  32  və  ya  64) 

neçə bit informasiya sayını təhlil (emal) edə biləcəyini göstərir. 

Fərdi  kompüterin  takt  tezliyi  müxtəlif  komponentlərin  işləməsini 

sinxronlaşdıran  takt  generatorunun  (System  Clock)  işləmə  tezliyini  əks  etdirir. 

Takt generatorunun tezliyi meqaherslərlə ölçülür. 

Qeyd etmək lazımdır ki, ilk fərdi kompüterlər 8 MHz tezliklə işləyən bir takt 

generatoruna  malik  idi  və  generator  prosessorun,  yaddaşın,  giriş/çıxış  şininin 

işləməsini  sinxronlaşdırırdı.  Müasir  fərdi  kompüterlər  bir  neçə  takt  generatoruna 

malikdir və generator adları öndə çəkilən elementlərin işləməsini müxtəlif tezlikdə 

sinxronlaşdırır. Fərdi kompüter sisteminin tezliyi sistem şininin tezliyi ilə müəyyən 

edilir.  Bütün  sistemin  məhsuldarlığı  ümumilikdə  sistem  şininin  takt  tezliyindən 

birbaşa asılıdır. 

CPU-nun  ünvanlana  bildiyi  yaddaş  tutumu  fərdi  kompüterin  operativ 

yaddaşının tutumu ilə müəyyən olunur, yəni RAM-a yerləşən verilənlərin sayı nə 

qədər  olmalıdır  ki,  CPU  onları  emal  edə  bilsin.  Məsələn,  birinci  nəsil  fərdi 

kompüterlərdə  istifadə  olunan  yaddaşın  tutumu  1  Mb-yə  bərabər  olduğu  halda, 

altıncı və yeddinci nəsil prosessorlarda bu kəmiyyət 64 Gb-yə bərabərdir və s.  

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



116 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə