İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə43/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   39   40   41   42   43   44   45   46   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 117 



 

F Ə S İ L  V.  MÜASİR NOUTBUKLARIN APARAT VƏ 

PROQRAM HİSSƏSİ 

 

 



 

NOUTBUK İLƏ FƏRDİ KOMPÜTERİN FƏRQİ 

 

Kompüter  dedikdə  riyazi  və  məntiqi  əməliyyatları  yerinə  yetirən  elektron 



hesablama  maşını  nəzərdə  tutulur.  Keçən  əsrin  ortalarında  keçmiş  sovetlər 

məkanında belə əməliyyatları yerinə yetirən hesablama maşınları Elektron Rəqəm 

Hesablama Maşınları (ERHM) adlanırdı. İndiki dövrdə isə hər yerdə hesablama ilə 

məşğul  olan  bütün  hesablama  maşınlarını  “kompüter”  adlandırırlar.  Kompüter 

sözü bizə ingilis dilindən gəlmədir və mənaca “hesablayıcı” anlamını verir.  

Hal-hazırda  müxtəlif  firmalar  tərəfindən  istifadə  üçün  bir  neçə  variantda 

mobil  kompüterlər  (noutbukları)  istehsal  olunur  ki,  onları  da  üç  əsas 

parametrlərinə  görə  təsnif  edirlər:  ölçülərinə  və  çəkilərinə  görə,  funksional 

imkanlarına  və  qiymətlərinə  görə,  onlarda  istifadə  edilən  platformaya  görə. 

Parametrlərə  nəzər  saldıqda,  mobil  kompüterlərin  hələlik  vahid  təsnifatının 

olmadığı görünür. 

Göstərilən parametrlər barədə aşağıda qısa məlumat verilir. 

Noutbukun  əsas  parametrlərindən  biri  onun  ölçüsü  və  çəkisidir.  Bu 

göstəriciyə görə mobil kompüterləri aşağıdakı qruplara bölürlər: 

 

cibdə gəzdirilə bilən fərdi kompüterlər (CFK); 



 

ultrakompakt kompüterlər (subnoutbuklar);  



 

ortaformatlı noutbuklar (bəzən onlara “maili”, bəzən də “Laptop” deyirlər); 



 

masaüstü kompüterləri əvəz edə biləcək fərdi kompüterlər (DTR). 



Xüsusi qrup kimi əksər hallarda planşet tipli kompüterlərdən də (Tablet PC) 

istifadə  edilir.  Belə  kompüterlər  sensor  ekran  ilə  təmin  olunurlar.  Ölçülərinə  və 

çəkilərinə görə onlar “nazik” noutbuklarla eyni səviyyədə tutulurlar. 

Noutbuk  istehsalçıları  mobil  kompüterləri  onların  imkanlarına  və 

qiymətlərinə görə də təsnif edirlər. Təsnifat aşağıdakı kimi aparılır: 

 



çəkisinə görə modellər; 

 



biznes xarakterli noutbuklar

 



ultraportativ noutbuklar; 

 



yüksək məhsuldarlığa malik noutbuklar. 

Qeyd etmək lazımdır ki, noutbukların bu şəkildə bölünməsi şərtidir. İstehsal 

olunan  mobil  kompüterin  hansı  xüsusiyyətə  malik  olduğu  istehsalçı  tərəfindən 

müəyyənləşdirilir. 

Mobil  kompüterin  (noutbukun)  daxilində  yerləşdirilən  mərkəzi  prosessor 

onun məhsuldarlığını müəyyənləşdirir. Noutbukun platformasi (prosessor, məntiqi 

sistem  toplumu,  qrafiki  kontroller  və  displey)  praktiki  olaraq  90%  onun 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



118 

imkanlarını,  ölçü  və  çəkisini  müəyyən  edir.  Bu  baxımdan  da  platformanın  tipinə 

görə  noutbukları  texniki  təsnif  etdikdə  belə  yanaşma  obyektiv  sayıla  bilər. 

Platformanın tipinə görə mobil kompüterləri aşağıdakı kimi kateqoriyaya ayırırlar: 

 

AMD Athlon 64DTR, Intel Mobile Pentium 4; 



 

Intel Pentium M



 

AMD Athlon XP-M, Mobile Sempron; 



 

Intel Celeron M, Mobile Celeron; 



 

VIA C3 Antaur, Transmeta Efficion; 



 

Intel XScale, TI OMAP, Samsung S3C və s. 



Noutbukda  istifadə  olunan  mərkəzi  prosessor  onun  sadalanan 

platformasindan  başqa  “istilik  paketi”  adlanan  platformasini  da  xarakterizə  edir. 

Parametr noutbukun daxilində yerləşən digər təşkiledicilərə prosessordan ayrılan 

istiliyin maksimal bölgüsünü müəyyənləşdirir. 

Öndə  verilmiş  parametrlər  istifadəçinin  mobil  kompüterə  sahib  olmasında 

onun seçim etməsinə yardımçıdır. 

Dərslikdə  noutbuklar  haqqında  tutarlı  səviyyədə  məlumat  veriləcək  (bəzən 

belə  kompüterləri  “qeyd  dəftərçəsi”  də  adlandırırlar).  Noutbuklar  kifayət  qədər 

çoxdan yaradılmışdır, amma onların müxtəlif sahələrə geniş tətbiqi 2003-cü ildən 

başlamışdır.  Noutbukların  belə  geniş  yayılmasının  sirri  onların  masaüstü 

kompüterlərdən  lazımı  səviyyədə  fərqlənmələridir.  Onlar  istifadə  üçün  əlverişli 

olmaqla yanaşı az yer tutur, gəzdirilməsi asandır və onları istənilən yerə asasnlırla 

aparmaq  mümkündür.  Noutbukların  avtonom  qidalanması  onlardan  istifadəni 

həddindən  artıq  sadələşdirir  (qidalanma  onun  daxilində  quraşdırırlmış  xüsusi 

hazırlanmış akkumulyatorın hesabına həyata keçir). 

Masaüstü  kompüterlər  ilə  yanaşı  IBM  PC  ilə  uzlaşan  noutbuklardan  da 

istifadə olunur, bəzən də başqa arxitekturaya malik noutbuklarda istehsal olunur. 

Noutbuklar,  həmçinin  digər  fərdi  kompüterlər  bir-biri  ilə  naqillərin  köməyi  ilə 

birləşən müxtəlif sxemlər əsasında yığılan qurğulardan ibarət olur. Bu baxımdan 

da istehsal olunan bütün kompüterlərin bir-biri ilə uzlaşmasını təşkil etmək üçün 

istehsalçı  firmalar  həmin  sxemləri  standart  şəkildə  istehsal  etməyə  çalışır  və 

standarta uyğun da istehsal edirlər. Hesablama texnikasında standart hazırlanmış 

qurğuları 

kompüterin arxitekturası

 adlandırırlar. 

Hal-hazırda  IBM  PC  ilə  uzlaşan  noutbukları  dünyanın  müxtəlif  aparıcı 

firmaları istehsal edir. Onlar bir-birindən əsasən dizaynlarına görə çox fərqlənirlər. 

Belə noutbuklar funksional təyinatına görə müxtəlif olan blok şəkilində toplanmış 

çoxlu  sayda  komponentlərdən  (təşkiledicilərdən)  ibarət  mürəkkəb  sistemdən 

ibarətdir.  Belə  mürəkkəb  sistemin  əsas  vəzifəsi  noutbuka  daxil  olan 

informasiyanın  işlənməsi  –  verilənlərin  axtarılması,  çeşidlənməsi  və  redaktə 

edilməsi,  hesablamaların  həyata  keçirilməsi,  hazırlanmış  materialların  çap 

olunması, lazım gəldikdə istənilən informasiyanın kanal vasitəsi ilə ötürülməsi və 

sairədir. 

Aşağıdakı  şəkildə  hesablama  bloku  və  ekrandan  ibarət  olan  noutbuk 

göstərilmişdir. Noutbuk aşağıdakı hissələrdən ibarətdir: 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə