İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə46/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   42   43   44   45   46   47   48   49   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



128 

mərhələdə  səliqəli  şəkildə  disk  sürücüsünü  disk  ilə  birlikdə  noutbukun  daxilinə 

itələmək lazımdır. 

 

DİSKLƏRƏ MÜRACİƏT 

 

İnformasiya yazılmış disklər ilə rəftarı daha da sadələşdirmək üçün müəyyən 



qayda - qanunlar işlənib hazırlanmışdır, yəni istifadə edilən disklər xüsusi olaraq 

adlandırılmışdır.  Rahatlığı  yaratmaqdan  ötrü  diskləri  latın  əlifbasının  baş  hərfləri 

ilə adlandırırlar və adlardan sonra iki nöqtə qoyurlar, məsələn, A:, B:, C: və s. 

İstifadəçi  nəzərə  almalıdır  ki,  A:  və  B:  adları  noutbuklar  hazırlanan  zaman 

öncədən  elastik  (əyilgən)  maqnit  disklərinə  verilir.  Uyğun  disk  sürücüsü 

noutbukda olmadıqda, diskin adlandırılması nəzərə alınmır. Məntiqi diskləri adətən 

C:, D: və s. kimi adlandırırlar. 

Məntiqi disk dedikdə fiziki diskin şərti adlandırılmış hissəsi başa düşülür. Ola 

bilər ki,  istifadəçinin  istifadə  etdiyi noutbukda  bir  məntiqi  disk  fiziki  disk  ilə  eyni 

ölçülü olsun, və yaxud da, bir fiziki disk bir neçə xırda məntiqi disklərə bölünsün. 

Məntiqi  disklərin  sayı  və  tutumu  əməliyyat  sistemini  Sizin  noutbukunuza 

quraşdıran şəxs tərəfindən müəyyən olunur. 

Əksər  hallarda  istifadəçi  noutbuku  əldə  edərkən  əməliyyat  sistemi  artıq 

quraşdırılmış, sərt disk isə məntiqi disklərə bölünmüş olur. 

Noutbukun  daxilində  disklər  adlandırıldıqdan  sonra,  növbəti  mərhələdə 

kompakt-disklərə və ya DVD-lərə informasiyanın yazılması və ya oxunması üçün 

istifadə olunan qurğuların adlandırılması həyata keçirilir. 

Sonrakı  mərhələdə  Sizin  noutbukunuza  qoşulmuş  lokal  şəbəkə  disklərinin 

adlandırılması yerinə yetirilir. 

Bir  çox  hallarda  istifadəçi  Flash-Drive  qurğusundan  da  istifadə  edir.  Bu 

zaman  belə  qurğuların  diskinin  adlandırılması  informasiyanı  yazan  və  oxuyan 

qurğuların adlandırılmasından sonra yerinə yetirilir. 

 

QRAFİK ADAPTER 

 

Noutbukda  qrafik  təsvirlərin  və  ya  şəkillərin  əks  olunması  və  istifadəçi 



tərəfindən çəkilməsi üçün ana lövhənin daxilində qrafik adapter quraşdırılır.  

Adapterləri qrafiki informasiyanı saxlama tutumuna görə iki yerə bölürlər: 

 

təsvirlərin müxtəlif əks olunma rejimlərini dəstəkləyən adapterlər



 

operativ yaddaşa quraşdırılmış adapterlər. 



  


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 129 

 

 

ZOTAC şirkətinin istehsalı olan qrafik adapter 



 

Əgər  istifadəçi  noutbukunda  müxtəlif  oyunlarla  məşğul  olmaq  istəyirsə, 

onda noutbukda qrafik adapterin olmasına (məsələn, Direct X 9.0c) mütləq diqqət 

yetirməlidir.  Çalışmaq  lazımdır  ki,  noutbukda  qrafik  yaddaşın  tutumu  mümkün 

qədər çox olsun (yaddaşın tutumu nə qədər çox olarsa, bu bir o qədər yaxşıdır).  

Bəzən  istifadəçi  əldə  etdiyi  noutbukda  filmlərə  baxış  keçirir  və  ya  offis  ilə 

bağlı  məsələləri  həll  edir.  Belə  olan  halda  qrafik  adapterin  olması  prinsipcə  o 

qədər də vacib deyil. 

 

SƏS ADAPTERİ 

 

İstənilən bir təsvirə (məsələn, filmə, musiqiyə, müxtəlif xarakterli oyunlara 



və s.) ekranda tamaşa edərkən sözsuz ki, onun səs ilə müşahidə olunması vacib 

məsələlərdən biridir, çünki nəticədə istifadəçi gözəl effekt əldə etmiş olur. Bütün 

bunlar ana karta inteqrasiya edilmiş mikrosxem dəsti vasitəsi ilə - səs adapteri ilə 

həyata keçirilir.  

Səs fərdi kompüterə və ya noutbuka quraşdırılmış dinamiklərin köməkliyi ilə 

səslənir.  Bəzi  hallarda  istifadəçi  xarici  kolonkalardan  və  ya  qulaqlıqlardan  da 

istifadə  edə  bilir.  Bu  elementləri  fərdi  kompüterə  onun  ön  və  ya  yan  tərəfində 

quraşdırılmış yuvaların (portların) köməyi ilə qoşurlar.  




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



130 

Səs  adapterlərini  onların  istehsal  etdikləri  səsin  keyfiyyətinə  görə 

fərqləndirirlər. 

Əgər  istifadəçinin  noutbuku  və  ya  fərdi  kompüteri  səs  adapteri  və 

kolonkalar  ilə  təhciz  olunmuşsa,  onda  onu  multimediyalı  qurğu  hesab  etmək 

düzgündür.  

Multimedia  dedikdə  insanın  müxtəlif  hiss  üzvlərinə  eyni  zamanda  təsir 

göstərə  bilən  avadanlıq  başa  düşülür.  Adətən  video  –  və  audioinformasiya 

multimedia hesab olunur. 

 

EKRAN 

 

Ekran noutbuka daxil olmuş verilənlərin təhlil edildikdən sonra əks olunması 



üçün  istifadə  edilir.  Müasir  ekranlar  istifadəçiyə  çoxlu  sayda  rəng  çalarına  malik 

təsvirlərin əldə olunmasına yardımçıdır. 

Monitorların əsas xarakteristikası ekranın təsviri buraxma qabiliyyəti, ekranın 

ölçüsü və rəng çalarıdır. 

Ekranın  təsviri  buraxma  qabiliyyəti  onun  müəyyən  sayda  nöqtələri  üfqi  və 

şaquli  istiqamətdə  ekranda  göstərmə  qabiliyyətidir.  Nöqtələrin  sayı  artdıqca 

ekranda  alınan  təsvir  daha  da  təbii  görünür.  Adətən  monitorun  buraxma 

qabiliyyətini üfqi istiqamətdə nöqtələr sayı və şaquli istiqamətdə nöqtələr sayı ilə 

təyin  edirlər.  Ekranın  ölçüsü  diaqonal  üzrə  düymlərlə  ölçülür  (məsələn,  12.1”, 

14”, 15”, 15.4”, 17” və s.). Ölçünü artırmaqla (nöqtələr sayı dəyişməz qalmaqla) 

daha böyük ölçüyə malik təsviri ekranda göstərmək imkanı əldə olunur. 

 

  



 

 

Maye kristal (LCD) Viewsonic VX2268wm və LG DM2350D LCD manitorları 



 

Palitra  monitorda  əks  olunan  təsvirin  rəng  çalarlarının  sayıdır.  Palitra 

noutbukun  videoyaddaşının  tutumu  ilə  bir  başa,  ekranın  buraxma  qabiliyyəti  ilə 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə