İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə49/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   45   46   47   48   49   50   51   52   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



138 

 

Şırnaqlı printer  



  

Lazer – çap prosesi lazerin köməyi ilə yerinə yetirilir. Printerdə lazer şüasının 

köməyi  ilə  rəngləyici  toz  kağız  üzərinə  hopur.  Bu  zaman  istifadə  edilən  kağız 

müəyyən temperatura qədər qızdırılır və nəticədə toz kağızın üzərinə yapışır.   

 

 

Lazer printeri və sxemi (1 – prosessor, 2 – lazer, 3 – kağızötürən mexanizm, 4 – 



devoloper-baraban, 5 – kağızı qızdıran mexanizm, 6 – ülgüc, 7 – fotobaraban) 

 

Sublimasion  –  yaxın  keçmişdə  istehsal  olunan  printer  sayılır  və  onun  iş 



prinsipi  termik  üsulla  hazırlanmış  rəngin  xüsusi  lentə  höpdurulduqdan  sonra 

kağıza  köçürülməsinə  əsaslanır.  Sublimasion  çap  üsulun  üstünlüyü  yüksək 

keyfiyyətli çapın alınması və nəticənin sudan qorxmamasıdır. 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 139 

Adları  çəkilən  hər  bir  çap  üsulunun  özünəməxsus  üstünlükləri  və 

çatışmazlıqları vardır.  

Lazer  printerləri  baha  qiymətə  olsalarda,  onlarda  çap  yüksək  keyfiyyətlidir 

və  printer  sürətli  çap  qabiliyyətinə  malikdir.  Şırnaqlı  printerlər  aşağı  sürətlə 

işləsələrdə, qiymətcə çox ucuzdurlar.  Matrisalı printerlər digərlərinə nəzərən çox 

ücüz olsalarda, aşağı sürətlə işləmələri ilə yanaşı çox səs-küylüdürlər. Sublimasion 

printerlər kiçik formatlarda çap üçün əlverişlidir və fotoqrafiya xarakterli çap üçün 

daha çox istifadə olunurlar. 

İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, printeri seçərkən onun qiyməti 

ilə yanaşı printerdə istifadə edilən kartricin də qiymətini nəzərə almalıdır. 

 

 

 



Sublimasion printer 

 

Kartric  xüsusi  hazırlanmış  tutum  (mürəkkəb  və  ya  toz  xarakterli)  olub 



printerə verilmiş əmrə uyğun olaraq çap əməliyyatını yerinə yetirir. 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



140 

Beləliklə,  istifadəçi  printeri  alarkən  və  ya  seçərkən  aşağıdakı  parametrlərə 

diqqət yetirməlidir: printerin qiyməti + il ərzində çap olunan (nəzərdə tutulmuş) 

səhifələr sayı + kartricin tutumu + kartricin qiyməti + istifadə olunan üsul. 

Qeyd  etmək  lazımdır  ki,  göstərilən  ardıcıllıq  ideal  formula  hesab  edilə 

bilməz.  

 

SKANER 

 

Skaner  –  qrafik  informasiyanı  səth  üzərindən  oxuyan  və  kompüterin 



yaddaşında  yerləşdirən  qurğudur.  Bununla  yanaşı  skaner  üzünü  aldığı 

informasiyanı müəyyən müddət öz yaddaşında da saxlaya bilir. 

 

 

 



Skanerlər 

 

Məsələn,  əgər istifadəçi çap  edilmiş fotoqrafik  material üzərində  retuşlama 



əməliyyatı  aparıb  işini  tamamladıqdan  sonra  hazır  materialı  Internet  vasitəsi  ilə 

digər istifadəçiyə göndərmək istəyirsə, onda skanerdən faydalana bilər.  

Beləliklə,  skaner  istənilən  materialın  sürətini  çəkməklə,  alınmış  nəticəni 

noutbukun  və  ya  kompüterin  yaddaşına  göndərə  bilir.  Hal-hazırda  istifadəçilər 

planşet  tipli  (masa  üzərinə  qoyula  bilən)  və  əldə  gəzdirilə  bilən  (skaner  əldə 

saxlanılır  və  üzü  alınacaq  təsvirin  üzəri  ilə  sürüşdürülür)  skanerlərdən 

faydalanırlar.  

 

MODEM 

 

Modem  informasiyanın  bir  kompüterdən  digərinə  telefon  xətti  vasitəsi  ilə 



ötürülməsi  üçün  istifadə  edilir.  İndiki  zamanda  radiomodemlərdən  geniş  istifadə 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 141 

edilir  ki,  bu  da  informasiyanın  radio  dalğalarının  vasitəsilə  digər  radiomodemə 

daha sürətlə ötürülməsinə imkan yaradır. 

Modem    (MOdulyasiya  –  DEModulyasiya  sözlərindən  yaranmışdır) 

kompüterdən alınmış rəqəm siqnalı analoq siqnala çevirir və həmin siqnalı telefon 

xətti  vasitəsi  ilə  əks  tərəfə  göndərir  və  əks  tərəfdə  alınmış  siqnal  yenidən 

çevrilməyə məruz qaldıqdan sonra istifadəçiyə çatdırılır. Beləliklə, istifadəçi digər 

istifadəçi ilə əlaqə saxlamaq üçün mütləq modemdən istifadə etməlidir. 

Modemləri göndərilən siqnalın formatına, tezliyinə (saniyədəki bitlərin sayı) 

görə  fərqləndirirlər.  İstifadə  variantına  görə  isə  modemləri  daxili  (müasir 

noutbuklarda  modemlər  noutbukun  daxilində  yerləşdirilir)  və  xarici  modemlərə 

ayırırlar.  Xarici modemlər,  onlara  birləşdirilmiş xüsusi naqilin  bir ucunun  vasitəsi 

ilə (kompüterdə onun üçün nəzərədə tutulmuş yuvanın köməkliyi ilə) kompüterə, 

digər ucunun köməkliyi ilə isə telefon yuvasına qoşulur. Xarici modemlər elektrik 

şəbəkəsindən qida blokunun vasitəsilə qidalanırlar. 

Hal-hazırda satış bazarlarında adi və ADSL-modemlərinə rast gəlinir. ADSL-

modemləri informasiyanı daha yüksək sürətlə ötürmək imkanına malikdirlər. Onlar 

informasiyanı ötürən zaman telefon xəttini məşğul etmirlər. 

 

 



Daxili modem 

 

 



Xarici modem 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



142 

İstifadəçi  bu  tip  modemlərdən  istifadə  etməklə  İnternetə  qoşulan  zaman 

qoşulmaya yardım edəcək təşkilatı – provayderi tanımalıdır. 

Adətən  istifadə  olunan  müasir  noutbuklarda  daxili  modemlərdən  daha  çox 

istifadə olunur. 

 

STRİMER 

 

Maqnit  lentlərindən  etibarlı  informasiya  daşıyıcısı  kimi  istifadə  olunması 



keçən  əsrin  50-ci  illərinə  təsadüf  edir.  Bunlardan  ən  çox  istifadə  olunanı 

strimerlərdir. 

Strimer  (ingiliscə  streamer  –  nazik  uzun  lent),  lent  yığıcısı  –  iş  prinsipinə 

görə  məişətdə  istifadə  olunan  maqnitafona  bənzəyir.  Strimerin  əsas  təyinatı 

informasiyanın  yazılması  və  əks  olunması,  informasiyanın  arxivləşdirilməsi  ilə 

yanaşı verilənlərin surətlərinin eytiyatda saxlanmasıdır. 

İlk  dəfə  maqnit  lentindən  istifadə  1951-ci  ilə  təsadüf  edir.  Eckert-Mauchly 

Computer Corporation  şirkəti  UNIVAC  I  elektron rəqəm  hesablama  maşınlarında 

informasiya daşıyıcısı kimi maqnit lentindən istifadə edir. Hesabalama maşınında 

maqnit  lenti  kimi  Vicalloy  adlanan,  nikelləşdirilmiş  tuncdan  olan  eni  12,65 

millimetrə  bərabər  nazik  metaldan  istifadə  olunurdu.  İnformasiya  səkkiz  cığıra 

yazılırdı və informasiyanın bir düymə düşən yazılma sıxlığı 128 simvola bərabər idi 

(198 mikrometr/simvol). 

Strimer  ətalət  rejimində  işləyən  lentdartan  mexanizmdir.  Üsul  1978-ci  ildə 

IBM  firması  tərəfindən  təqdim  edilmişdir.  Rejimin  mahiyyəti  ondan  ibarətdir  ki, 

başlığın  altından  keçən  maqnit  lentinin  dayandırılması  və  ya  yenidən  işə 

buraxılması  zamanı  maqnit  lentinin  kəsilmə  uzunluğu  informasiya  blokları 

arasındakı  uzunluqdan  artıq  olur.  Odur  ki,  lenti  saxladıqdan  sonra  onu  geriyə 

qaytarmaq  (yəni  mövqeyini  yeniləşdirmək)  lazımdır.  Bu  da  rejimin  əsas 

çatışmazlığı sayılır (mövqeyin müəyyən edilməsi vaxtı 0,1÷2 saniyə). 

Strimer ayrıca müstəqil blok şəkilində düzəldilir və kompüterlə yanaşı (bəzi 

hallarda  sistem  blokunun  daxilinə)  yerləşdirilir.  Belə  strimerlərin  ölçüsü  elastik 

disklərin  ölçüsünə  uyğun  olur.  Strimerlərdə  informasiya  daşıyıcısı  kimi 

yarımdüymlük  makaraya  (qarqaraya)  sarınan  lentdən,  bəzi  hallarda  isə  xüsusi 

hazırlanmış  kassetlərdən  –  kartriclərdən  (kompakt-kassetlərdən)  istifadə  olunur. 

İnformasiya 9 cığıra (8 bit verilənlər üçün, bir bit nəzarət üçün) yazılır. Yazı vaxtı 

sıxlıq 800÷6250 bit/düym və dəfələr çox təşkil edir. Belə lentlərin üstünlüyü rahat 

daşınmaları və qurğularla 100% uyğunlaşmasıdır. 

Kartriclər  üçün  xüsusi  hazırlanmış  yüksək  keyfiyyətli  maqnit  lentlərindən 

istifadə edilir. Lentin üzərinə öncə çox xırda maqnit hissəcikləri otuzdurulur, sonra 

isə diqqətlə cilalanır. Bununla istifadəçi informasiyanın lentə etibarlı yazılmasını və 

yazılmış informasiyanın uzun müddət saxlanılmasını əldə edir. 

Qurğuların  tutumu  bir  neçə  on  Kilobaytdan  bir  neçə  yüz  Qiqabayta  qədər 

olur. 


Strimerlərin  əsas  üstünlüyü  böyük  həcmdə  olan  yüksək  qiymətə  malik 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə