İ N F O R M A T İ K A
____________________________________________________________
138
Şırnaqlı printer
Lazer – çap prosesi lazerin köməyi ilə yerinə yetirilir. Printerdə lazer şüasının
köməyi ilə rəngləyici toz kağız üzərinə hopur. Bu zaman istifadə edilən kağız
müəyyən temperatura qədər qızdırılır və nəticədə toz kağızın üzərinə yapışır.
Lazer printeri və sxemi (1 – prosessor, 2 – lazer, 3 – kağızötürən mexanizm, 4 –
devoloper-baraban, 5 – kağızı qızdıran mexanizm, 6 – ülgüc, 7 – fotobaraban)
Sublimasion – yaxın keçmişdə istehsal olunan printer sayılır və onun iş
prinsipi termik üsulla hazırlanmış rəngin xüsusi lentə höpdurulduqdan sonra
kağıza köçürülməsinə əsaslanır. Sublimasion çap üsulun üstünlüyü yüksək
keyfiyyətli çapın alınması və nəticənin sudan qorxmamasıdır.
İ N F O R M A T İ K A
____________________________________________________________ 139
Adları çəkilən hər bir çap üsulunun özünəməxsus üstünlükləri və
çatışmazlıqları vardır.
Lazer printerləri baha qiymətə olsalarda, onlarda çap yüksək keyfiyyətlidir
və printer sürətli çap qabiliyyətinə malikdir. Şırnaqlı printerlər aşağı sürətlə
işləsələrdə, qiymətcə çox ucuzdurlar. Matrisalı printerlər digərlərinə nəzərən çox
ücüz olsalarda, aşağı sürətlə işləmələri ilə yanaşı çox səs-küylüdürlər. Sublimasion
printerlər kiçik formatlarda çap üçün əlverişlidir və fotoqrafiya xarakterli çap üçün
daha çox istifadə olunurlar.
İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, printeri seçərkən onun qiyməti
ilə yanaşı printerdə istifadə edilən kartricin də qiymətini nəzərə almalıdır.
Sublimasion printer
Kartric xüsusi hazırlanmış tutum (mürəkkəb və ya toz xarakterli) olub
printerə verilmiş əmrə uyğun olaraq çap əməliyyatını yerinə yetirir.
İ N F O R M A T İ K A
____________________________________________________________
140
Beləliklə, istifadəçi printeri alarkən və ya seçərkən aşağıdakı parametrlərə
diqqət yetirməlidir: printerin qiyməti + il ərzində çap olunan (nəzərdə tutulmuş)
səhifələr sayı + kartricin tutumu + kartricin qiyməti + istifadə olunan üsul.
Qeyd etmək lazımdır ki, göstərilən ardıcıllıq ideal formula hesab edilə
bilməz.
SKANER
Skaner – qrafik informasiyanı səth üzərindən oxuyan və kompüterin
yaddaşında yerləşdirən qurğudur. Bununla yanaşı skaner üzünü aldığı
informasiyanı müəyyən müddət öz yaddaşında da saxlaya bilir.
Skanerlər
Məsələn, əgər istifadəçi çap edilmiş fotoqrafik material üzərində retuşlama
əməliyyatı aparıb işini tamamladıqdan sonra hazır materialı Internet vasitəsi ilə
digər istifadəçiyə göndərmək istəyirsə, onda skanerdən faydalana bilər.
Beləliklə, skaner istənilən materialın sürətini çəkməklə, alınmış nəticəni
noutbukun və ya kompüterin yaddaşına göndərə bilir. Hal-hazırda istifadəçilər
planşet tipli (masa üzərinə qoyula bilən) və əldə gəzdirilə bilən (skaner əldə
saxlanılır və üzü alınacaq təsvirin üzəri ilə sürüşdürülür) skanerlərdən
faydalanırlar.
MODEM
Modem informasiyanın bir kompüterdən digərinə telefon xətti vasitəsi ilə
ötürülməsi üçün istifadə edilir. İndiki zamanda radiomodemlərdən geniş istifadə
İ N F O R M A T İ K A
____________________________________________________________ 141
edilir ki, bu da informasiyanın radio dalğalarının vasitəsilə digər radiomodemə
daha sürətlə ötürülməsinə imkan yaradır.
Modem (MOdulyasiya – DEModulyasiya sözlərindən yaranmışdır)
kompüterdən alınmış rəqəm siqnalı analoq siqnala çevirir və həmin siqnalı telefon
xətti vasitəsi ilə əks tərəfə göndərir və əks tərəfdə alınmış siqnal yenidən
çevrilməyə məruz qaldıqdan sonra istifadəçiyə çatdırılır. Beləliklə, istifadəçi digər
istifadəçi ilə əlaqə saxlamaq üçün mütləq modemdən istifadə etməlidir.
Modemləri göndərilən siqnalın formatına, tezliyinə (saniyədəki bitlərin sayı)
görə fərqləndirirlər. İstifadə variantına görə isə modemləri daxili (müasir
noutbuklarda modemlər noutbukun daxilində yerləşdirilir) və xarici modemlərə
ayırırlar. Xarici modemlər, onlara birləşdirilmiş xüsusi naqilin bir ucunun vasitəsi
ilə (kompüterdə onun üçün nəzərədə tutulmuş yuvanın köməkliyi ilə) kompüterə,
digər ucunun köməkliyi ilə isə telefon yuvasına qoşulur. Xarici modemlər elektrik
şəbəkəsindən qida blokunun vasitəsilə qidalanırlar.
Hal-hazırda satış bazarlarında adi və ADSL-modemlərinə rast gəlinir. ADSL-
modemləri informasiyanı daha yüksək sürətlə ötürmək imkanına malikdirlər. Onlar
informasiyanı ötürən zaman telefon xəttini məşğul etmirlər.
Daxili modem
Xarici modem
İ N F O R M A T İ K A
____________________________________________________________
142
İstifadəçi bu tip modemlərdən istifadə etməklə İnternetə qoşulan zaman
qoşulmaya yardım edəcək təşkilatı – provayderi tanımalıdır.
Adətən istifadə olunan müasir noutbuklarda daxili modemlərdən daha çox
istifadə olunur.
STRİMER
Maqnit lentlərindən etibarlı informasiya daşıyıcısı kimi istifadə olunması
keçən əsrin 50-ci illərinə təsadüf edir. Bunlardan ən çox istifadə olunanı
strimerlərdir.
Strimer (ingiliscə streamer – nazik uzun lent), lent yığıcısı – iş prinsipinə
görə məişətdə istifadə olunan maqnitafona bənzəyir. Strimerin əsas təyinatı
informasiyanın yazılması və əks olunması, informasiyanın arxivləşdirilməsi ilə
yanaşı verilənlərin surətlərinin eytiyatda saxlanmasıdır.
İlk dəfə maqnit lentindən istifadə 1951-ci ilə təsadüf edir. Eckert-Mauchly
Computer Corporation şirkəti UNIVAC I elektron rəqəm hesablama maşınlarında
informasiya daşıyıcısı kimi maqnit lentindən istifadə edir. Hesabalama maşınında
maqnit lenti kimi Vicalloy adlanan, nikelləşdirilmiş tuncdan olan eni 12,65
millimetrə bərabər nazik metaldan istifadə olunurdu. İnformasiya səkkiz cığıra
yazılırdı və informasiyanın bir düymə düşən yazılma sıxlığı 128 simvola bərabər idi
(198 mikrometr/simvol).
Strimer ətalət rejimində işləyən lentdartan mexanizmdir. Üsul 1978-ci ildə
IBM firması tərəfindən təqdim edilmişdir. Rejimin mahiyyəti ondan ibarətdir ki,
başlığın altından keçən maqnit lentinin dayandırılması və ya yenidən işə
buraxılması zamanı maqnit lentinin kəsilmə uzunluğu informasiya blokları
arasındakı uzunluqdan artıq olur. Odur ki, lenti saxladıqdan sonra onu geriyə
qaytarmaq (yəni mövqeyini yeniləşdirmək) lazımdır. Bu da rejimin əsas
çatışmazlığı sayılır (mövqeyin müəyyən edilməsi vaxtı 0,1÷2 saniyə).
Strimer ayrıca müstəqil blok şəkilində düzəldilir və kompüterlə yanaşı (bəzi
hallarda sistem blokunun daxilinə) yerləşdirilir. Belə strimerlərin ölçüsü elastik
disklərin ölçüsünə uyğun olur. Strimerlərdə informasiya daşıyıcısı kimi
yarımdüymlük makaraya (qarqaraya) sarınan lentdən, bəzi hallarda isə xüsusi
hazırlanmış kassetlərdən – kartriclərdən (kompakt-kassetlərdən) istifadə olunur.
İnformasiya 9 cığıra (8 bit verilənlər üçün, bir bit nəzarət üçün) yazılır. Yazı vaxtı
sıxlıq 800÷6250 bit/düym və dəfələr çox təşkil edir. Belə lentlərin üstünlüyü rahat
daşınmaları və qurğularla 100% uyğunlaşmasıdır.
Kartriclər üçün xüsusi hazırlanmış yüksək keyfiyyətli maqnit lentlərindən
istifadə edilir. Lentin üzərinə öncə çox xırda maqnit hissəcikləri otuzdurulur, sonra
isə diqqətlə cilalanır. Bununla istifadəçi informasiyanın lentə etibarlı yazılmasını və
yazılmış informasiyanın uzun müddət saxlanılmasını əldə edir.
Qurğuların tutumu bir neçə on Kilobaytdan bir neçə yüz Qiqabayta qədər
olur.
Strimerlərin əsas üstünlüyü böyük həcmdə olan yüksək qiymətə malik
Dostları ilə paylaş: |