İ N F O R M A T İ K A
____________________________________________________________ 147
noutbukun södürülməsini həyata keçirməyi tələb edirlər. Belə olan halda istifadəçi
işini tamamladıqdan sonra müəyyən ardıcıllıqla noutbuku elektrik mənbəyindən
ayırmalıdır.
QEYD
: Noutbuku məcburi mənbəədən ayırmaq tələb olunarsa, [Power]
düyməsini sıxilmiş vəziyyətdə bir müddət saxlamaq lazımdır. Bəzi noutbukların
üzərində indikator quraşdırılır. İndikatorun yanması müəyyən informasiyanın sərt
diskdən oxunduğunu göstərir.
NOUTBUKDAN İSTİFADƏ ZAMANI TƏHLÜKƏSİZLİK
TEXNİKASINA ƏMƏL OLUNMASI
İstifadəçi şəxsi noutbukla işləyərkən aşağıdakılara əməl etməklə həm özünü,
həm də ki, ona məxsus olan noutbuku zədələnmədən qoruya bilər.
1.Noutbuku yumşaq səth üzərinə qoyaraq istifadə etmək məsləhət deyil.
Çünki yumşaq səth noutbukun kövdəsində onun soyudulması üçün nəzərdə
tutulmuş deşikləri tutar və noutbuk işlədiyi müddət ərzində qızar.
2.Noutbuku zədələrdən və titrəmələrdən kənar olan yerlərdə istifadə etmək
lazımdır.
3.Ekranı elə şəkildə yerləşdirmək lazımdır ki, günəş şüaları onun üzərinə bir-
başa düşməsin.
4.Noutbukun klaviaturası üzərinə mayenin və ya çörək qırıntılarının
düşməsinə imkan verilməməlidir. Maye və ya çörək qırıntıları klaviaturanın
içərisinə daxil olub qısa qapanma yaradar, nəticədə mikrosxem işdən çıxa bilər.
Bəzi firmalar müdafiə oluna bilən klaviaturalar istehsal edirlər. Amma belə
noutbutlar çox baha qiymətə satılır.
5.İstifadəçi noutbuku işə qoşan zaman istifadə olunan naqillərin etibarlı
izolyasiya olunduğuna əmin olmalıdır.
6.İstifadəçinin 4 saatdan artıq noutbukdan istifadəsi məsləhət deyil. Bu
gözün yorulmasına səbəb olur. Ümumiyyətlə, istifadəçinin ümumi halda 6 saatdan
artıq noutbukdan istifadəsi qədağandır.
YUVALARIN TƏYİNATI
Noutbuklarda istifadə olunan yuvaların formaları ilə yanaşı təyinatları da
müxtəlifdir. Şəkildə noutbukun yan tərəfində istifadə edilən yuvalar dəsti
göstərilmişdir. Hər bir yuvanın özünəməxsus təyinatı vardır. Məsələn, noutbuka
əlavə monitoru qoşmaq üçün qoşucu kabelin bir ucunu monitorun yuvasına, digər
ucunu isə noutbukun yan tərəfindəki yuvaya qoşmsq lazımdır.
Bəzən video aparatların noutbuka qoşulmasından istifadə edilir. Bu
məqsədlə xüsusiləşdirilmiş yuvalardan istifadə edilir. Belə yuvalar IEEE 1394
İ N F O R M A T İ K A
____________________________________________________________
148
standartına uyğundur. Bununla yanaşı FireWire və ya i.Link yuvalarından da geniş
istifadə olunur.
Əgər istifadəçi ona məxsus videokameranı noutbuka qoşmaq istəyirsə, bu
məqsədlə IEEE 1394 portundan istifadə etməsi məsləhətdir. İndiki zamanda
istehsal olunan əksər noutbuklarda belə standart yuvalar mövcuddur. IEEE 1394
portunun iki standartından: dördkontaktlı və altıkontaktlı istifadə edilir.
Müasir noutbuklarda şəbəkə yuvaları öncədən quraşdırılır. Yuva hesablama
şəbəkəsi kabelinin ştekerinin qoşulmasına qulluq edir. Şteker noutbuka qoşulan
zaman yüngül çıqqıltı eşidilir. Ştekeru noutbukdan ayımaq üçün onun üzərindəki
qulpu yüngülcə sıxmaq kifayətdir.
Müxtəlif tip noutbuklarda quraşdırılmış müxtəlif təyinatlı yuvalar
Bəzi hallarda noutbukda olan informasiyanı – təsviri kabel vasitəsi ilə
televizora ötürmək lazım olur. Bunun üçün istifadəçi mütləq qoşucu kabel əldə
etməlidir. Əgər Sizin istifadə etdiyiniz televizorda S-Video çıxışı varsa, onda
uclarında S-Video ştekerləri olan kabeldən faydalanmaq olar. Əgər televizorda
belə çıxış yoxdursa (bu çox təsadüf edilir), onda uclarında kecidləri (perexodnik)
olan kabellərdən istifadə etmək məsləhətdir.
Noutbuklara universal yuvalar quraşdırılır. Belə yuvalara COM-portu, LPT-
portu və USB portu aiddir. Müasir noutbuklarda ancaq USB portlarından istifadə
olunur. USB portu COM- və LPT-portlarından daha gec istehsal olunmuşdur.
İndiki zamanda əksər periferiya qurğuları kompüterlərə bu portun vasitəsi ilə
qoşulur. Qoşulma üçün istifadə oluna kabel ya qurğu ilə birlikdə, ya da ayrıca
satılır.
Nəzərə almaq lazımdır ki, noutbukla işləyən zaman bəzi periferiya
qurğularının USB portu vasitəsi ilə noutbuka qoşulması tam təhlükəsizdir (belə
qurğuya Flash-Drave misal gətirmək olar). İstifadəçi noutbukda işləyən zaman
İ N F O R M A T İ K A
____________________________________________________________ 149
Flash qurğusunu noutbuka qoşduqda, əməliyyat sistemi Flash-in qoşulması
barədə istifadəçiyə məlumat verir və istifadəçi yerinə yetirdiyi əməliyyatdan asılı
olmayaraq qurğunun işinə də rəhbərlik edə bilir.
Flash yaddaşın noutbukdan ayrılması da çox sadədir.
NOUTBUK MODELİNİN SEÇİLMƏSİ
Noutbuku seçərkən aşağıdakı kriteriyalara riayət etmək məsləhətdir.
1.Qiyməti müəyyən dərəcədə ucuz olan noutbuku almaq məsləhətdir.
2.Çalışmaq lazımdır ki, noutbuk Windows-un sonuncu versiyasını
dəstəkləsin.
3.Qurğunun kompüter bazarında sayılan firmalar tərəfindən istehsal
olunduğuna diqqət yetirmək lazımdır.
4.İşləmə sürətinin, yaddaş tutumunun tutarlı səviyyədə olması nəzərə
alınmalıdır.
5.Noutbukun “beyni” sayılan mikroprosessorun çoxnüvəli olması mütləqdir
(Intel Celeron M-dən başlayaraq ikinüvəli Core 2 Duo mikroprosessoruna kimi və
s.).
6.İstifadə edilən ekranın (monitorun) ölçüsü 15” civarinda olmalıdır.
7.Noutbukun çəkisinin 1,5 –dən 3,0 kiloqrama kimi olması məsləhətdir.
8.Güclü prosessorlardan istifadə olunan noutbuklardan bəhrələnmək
düzgündür.
9.Estetik tərtib olunmuş noutbukları almaq məsləhətdir.