İ N F O R M A T İ K A
____________________________________________________________ 131
isə əks mütənasibdir. Palitra adətən 64 min və ya 16 milyon rəng çalarına
maılikdir.
İndiki zamanda istehsal olunan noutbuklarda maye kristal monitorlardan
(LCD) istifadə edilir.
Qabarıq linzadan istifadə olunmaqla hazırlanmış 3D monitoru
LCD monitorlarının əsas xarakteristikalarına matrisanın tipi, əksetmə vaxtı,
ekrandakı nöqtənin ölçüsü, nöqtələrin parlaqlığı, ekrana baxış bucağnın maksimal
qiymətə malik olması daxildır.
Əksetmə vaxtı 5 millisaniyəyə bərabər olan monitorlar yüksək keyfiyyətli
monitorlar sayılır.
Mətn yığarkən və ya şəkillər ilə işləyərkən parametrin qiyməti o qədər də
əhəmiyyət kəsb etmir.
KLAVİATURA
Verilənlərin kompüterə daxil və xaric edilməsi üçün klaviaturadan istifadə
olunur. Noutbukun ayrica klaviaturası yoxdur. O, bir-başa hesablama blokunun
üzərində yerləşir. Adətən noutbukun klaviaturası kompüterin klaviaturasından
fərqlənir. Fərqlənməyə əsas səbəb klaviaturanın sahəsinin azlığı səbəbindən onun
üzərində yerləşən bəzi klavişlərin təxirə salınmasıdır.
Klaviatura üzərindəki klavişləri 4 qrupa ayırırlar.
Funksional klavişlərə aşağıdakılar aiddir:
[Esc] – yerinə yetirilmiş əməliyyatdan imtina və ya müəyyən vəziyyətdən
çıxış klavişi;
İ N F O R M A T İ K A
____________________________________________________________
132
[F1÷F12] – müəyyən funksiyaları yerinə yetirirlər və proqramın cari
momentində işləyirlər;
[PrintScreen] – ekrandakı təsvirin alınaraq çap edilməsini yerinə yetirir və
yaxud ekrandakı təsvirin surətinin alınaraq bufer yaddaşda saxlanmasını
həyata keçirir;
[Pause/Break] – kompüterin işini dayandırır. Əmrlərin daxil edilməsi
rejimində və kompüterin yenidən yüklənməsində istifadə olunur.
Simvol klavişlər sahəsindəki klavişlərdən informasiyanın kompüterə daxil
edlməsi zamanı istifadə edilir. Burada bəzi klavişlər özünəməxsus xüsusiyyətə
malikdir.
Onlardan:
[Tab] – simvolları tabulyasiya edir, yəni kursoru təyin edilmiş sətir
mövqeyi qədər sürüşdürür;
[Caps Lock] – böyük hərflərin yazılması rejimini açıb/bağlayır;
[Shift] – qisamüddətli böyük hərflərdən və simvollardan istifadəyə imkan
verir (klaviatura üzərində sağda və solda yerləşir);
[Ctrl] – klaviaturanın imkanlarının genişlənməsinə əlavə imkan yaradır;
[Alt] – [Ctrl] ilə eyni funksiyanı
yerinə yetirir;
[Enter] - əmrin yerinə yetirlməsini həyata keçirir (təsdiqləyir);
[Backspace] – kursordan solda yerləşən simvolu silir.
Kursor ekranda istifadəçiyə daxil etdiyi simvolun yerini göstərir. İstifadəçinin
zövqündən asılı olaraq kursoun işarəsini müxtəlif formada seçmək olar (məsələn,
üfqi və şaquli və s.).
Kursor vasitəsilə idarə olunan klavişlərə aşağıdakılar aiddir:
[Ins] (və ya [İnsert]) – daxiletmə rejimini açır və bağlayır;
[Del] (və ya [Delete]) – kursordan sağda
dayanan simvolu silir;
[Home] – kursoru sətrin başlanğıcına gətirir;
[Pg Up] (və ya [Page Up]) – kursoru bir ekran qədər yuxarı hərəkət
etdirir;
[Pg Dn] (və ya [Page Down]) – kursoru bir ekran qədər aşağı hərəkət
etdirir;
[End] – kursoru sətrin sonuna gətirir.
Bunlarla yanaşı klaviatura üzərində kursoru aşağı, sağa, sola və yuxarı
hərəkət etdirən düymələr dəsti də yerləşir.
Nəzərə çatdırmaq lazımdır ki, bəzi klavişlərin üzərində iki və ya üç simvol
həkk olunur (məsələn, əksər klaviaturalarda rus, ingilis və azərbaycan hərflərinin
həkk olunduğunun şahidiyik).
Əgər klavişin üzərində üç simvol həkk olunmuşsa, binlardan biri sadəcə
olaraq klavişi sıxdıqda onun üzərində olan simvola uyğun işarəni kompüterə daxil
edir. Əgər klaviş üzərində iki simvol həkk edilmişdirsə, bu zaman klavişi sıxdıqda,
onunla bərabər [Shift] düyməsinin sıxılması da vacibdir, bu zaman simvola uyğun
informasiya kompüterə daxil olacaqdır (bu zaman [Shift] düyməsi sıxılmış
vəziyyətdə olmalıdır).
İ N F O R M A T İ K A
____________________________________________________________ 133
Əgər klavişin üzərində üçüncü simvol həkk olunmuşsa, [Shift] düyməsinin
sıxılmış vəziyyətində klaviatura digər dilə uyğun informasiyanın kompüterə daxil
olunması rejiminə keçir (məsələn, ingilis dilindən rus dilinə və ya əksinə). Bir
dildən digər dilə keçid kompüterdə istifadə olunan əməliyyat sistemindən asılıdır.
Klaviatura
SENSOR PANEL (TAÇPAD)
Qurğu tutqun və ya parlaq rəngli düzbucaqlı formasında olub, klaviatura
üzərində yerləşən klavişlərin aşağı hissəsində yerləşir. Düzbucaqlının üzərində iki
və ya üç düymə olur. Taçpadın ölçüsü və üzərində olan düymələr sayı müxtəlif
ola bilər.
İstifadəçi taçpad (touchpad) üzərində barmağını hərəkət etdirməklə
kursorun hərəkətini ekranda tənzimləyə bilir.