İ N F O R M A T İ K A
____________________________________________________________ 143
verilənlərin və ya proqramların etibarlı saxlanmasıdır. Bu baxımdan da strimerlər
adətən sənayedə, nəşriyyatlarda, banklarda, elm sahələrində və s. yerlərdə arxiv
materiallarının uzun müddət ehtiyatda saxlanması üçün istifadə olunur.
Müxtəlif firmalar, məsələn, Everex, Archive Mountain Computer, Sony,
Colorado Memory Systems və s. strimer istehsalı ilə məşğuldur. İstehsal olunan
strimerlər adətən kontroller platası və drayver ilə birgə istehsal olunur.
Strimerlərin çatışmazlığı qiymətlərinin baha olması və informasiyanın
axtarılmasına vaxtın çox sərf edilməsidir. Strimerlərin üstünlükləri böyük tutuma
malik olması, stabil və etibarlı işləməsi, iş prosesində az enerji tələb etməsidir.
Strimerlər
WI-FI ADAPTERİ
Son zamanlar hesablama şəbəkələrində Wi-Fi (Wireless Fidelity) geniş tətbiq
tapmışdır. Bu istifadəçinin digər kompüterə və ya bir neçə kompüter şəbəkəsinə
(həmçinin İnternetə çıxışı) naqildən istifadə etmədən, radiokanal vasitəsilə
qoşulma imkanın əldə edilməsi ilə bağlıdır.
İstifadəçinin Wi-Fi adapterindən istifadə etməklə şəbəkəyə qoşulması
(pulsuz) adətən vağzallarda, aeroportlarda, mehmanxanalarda və s. ictimai
yerlərdə onun üçün çox əlverişlidir.
Wi-Fi adapteri
İ N F O R M A T İ K A
____________________________________________________________
144
VEB-KAMERA
Veb-kamera video təsvirlərin sadələşdirilərək İnternetə ötürülmsi üçün
istifadə edilir. Əksər hallarda qurğudan videokonfransların həyata keçirilməsində
və ya kompüterlər arasında informasiya mübadiləsinin videotelefonla yerinə
yetirilməsində istifadə olunur. Hal-hazırda aparıcı firmalar tərəfindən istehsal
olunan noutbuklarda Veb-kamera manitorun yuxarı hissəsində “şüşə göz”
formasinda quraşdırılır. Bəzi hallarda isə noutbuka Veb-kameralar quraşdırılmır.
Bu zaman istifadəçi noutbuka xarici Veb-kamera quraşdıra bilər. Bu tip Veb-
kameraların noutbuka birləşdirilməsi üçün xüsusi hazırlanmış bərkidiciləri olur.
Müxtəlif firmalar tərəfindən istehsal olunan Veb-kameralar
Veb-kameraları aşağıdakı parametrlərinə görə bir-birindən fərqləndirirlər.
Bunlara:
kameranın təsviri buraxma qabiliyyəti;
kadrların tezliyi;
obyektivin keyfiyyəti daxildir.
Kameranın təsviri buraxma qabiliyyətindən təsvirin müfəssəlliyi və aydınlığı
bir-başa asılıdır. Parametrin qiyməti artdıqca, təsvirin reallığı da artır. Parametrin
qiymətinin aşağı sərhədlərində kameranın köməyi ilə çəkilən təsvir monitorda əks
olunan zaman müəyyən keçikmələrə və titrəyişlərə məruz qalacaqdır.
İNFRAQIRMIZI PORT VƏ BLUETOOTH
Noutbukun digər qurğular ilə əlaqəsini təmin etmək üçün istifadəçi hər iki
qurğudan faydalana bilər. Bu məqsədlə noutbukda analoq portu nəzərə
alınmışdır. Əksər hallarda qurğulardan (IQ-portu və Bluetooth-portu) mobil
telefon və cib kompüterləri ilə əlaqə yaratmaqdan ötrü istifadə edilir.
İ N F O R M A T İ K A
____________________________________________________________ 145
Hər iki portun köməyi ilə kompüterlərə musiqilərin və təsvirlərin müxtəlif
mənbəələrdən ötürülməsi həyata keçirilir. İnformasiyanın noutbuka ötürülməsi
üçün noutbuk xüsusi proqramla işləməlidir. Belə proqramaları istifadəçi satış
mağazalarından ala bilər və ya İnternetdən “çəkə” bilər.
İnfraqırmızı port
Nəzərə almaq lazımdır ki, hal-hazırda əksər kompüterlərdə istifadə edilən
Windows-un yeni versiyasında bu hal nəzərə alınmışdır.
Bluetooth –lar
İ N F O R M A T İ K A
____________________________________________________________
146
Xarici görkəminə görə Bluetooth portu infraqırmızı portdan az fərqlənir. Hər
iki qurğu müasir noutbuklara quraşdırılmışdır. İnfraqırmızı port tünd qırmızı şüşə
formasindadır. Bluetooth-un noutbuka quraşdırılmasını notbukun gövdəsindəki
xüsusi işarə təsdiqləyir.
TV-TÜNER
Qurğu kompüterdə televiziya proqramlarına baxmaq üçün istifadə olunur.
Praktiki olaraq bütün TV-tünerlər televiziya kabelinə qoşulmaqdan ötrü antena
çıxışına malikdir. Bəzi hallarda analoq videokameralardan video siqnallarının
tutulması və ya DVD-lərə informasiyanın yazılması üçün TV-tünerlərdən istifadə
edilir.
Xarici TV-tüner
Müxtəlif quruluşlu TV-tünerlər (Pinnacle, PCTV, FlyVideo, AverMedia,
Beholder) mövcuddur. İstifadəçilər daxili və xarici tünerlərdən də istifadə edirlər.
Daxili tünerlər noutbukun daxilinə birbaşa yuva vasitəsilə quraşdırılır.
NOUTBUKU ŞƏBƏKƏYƏ NECƏ QOŞMALI?
Noutbuku elektrik mənbəyinə qoşmaq üçün onun gövdəsi üzərindəki
[Power] düyməsini (və ya işarəsi olan düyməni) bir dəfə sıxmaq kifayətdir.
Noutbuku söndürərkən bu düymələrdən istifadə etmək məsləhət deyil, çünki
müasir əməliyyat sistemləri istifadəçinin onlarla işi tamamladıqdan sonra
Dostları ilə paylaş: |