İ N F O R M A T İ K A
____________________________________________________________
128
mərhələdə səliqəli şəkildə disk sürücüsünü disk ilə birlikdə noutbukun daxilinə
itələmək lazımdır.
DİSKLƏRƏ MÜRACİƏT
İnformasiya yazılmış disklər ilə rəftarı daha da sadələşdirmək üçün müəyyən
qayda - qanunlar işlənib hazırlanmışdır, yəni istifadə edilən disklər xüsusi olaraq
adlandırılmışdır. Rahatlığı yaratmaqdan ötrü diskləri latın əlifbasının baş hərfləri
ilə adlandırırlar və adlardan sonra iki nöqtə qoyurlar, məsələn, A:, B:, C: və s.
İstifadəçi nəzərə almalıdır ki, A: və B: adları noutbuklar hazırlanan zaman
öncədən elastik (əyilgən) maqnit disklərinə verilir. Uyğun disk sürücüsü
noutbukda olmadıqda, diskin adlandırılması nəzərə alınmır. Məntiqi diskləri adətən
C:, D: və s. kimi adlandırırlar.
Məntiqi disk dedikdə fiziki diskin şərti adlandırılmış hissəsi başa düşülür. Ola
bilər ki, istifadəçinin istifadə etdiyi noutbukda bir məntiqi disk fiziki disk ilə eyni
ölçülü olsun, və yaxud da, bir fiziki disk bir neçə xırda məntiqi disklərə bölünsün.
Məntiqi disklərin sayı və tutumu əməliyyat sistemini Sizin noutbukunuza
quraşdıran şəxs tərəfindən müəyyən olunur.
Əksər hallarda istifadəçi noutbuku əldə edərkən əməliyyat sistemi artıq
quraşdırılmış, sərt disk isə məntiqi disklərə bölünmüş olur.
Noutbukun daxilində disklər adlandırıldıqdan sonra, növbəti mərhələdə
kompakt-disklərə və ya DVD-lərə informasiyanın yazılması və ya oxunması üçün
istifadə olunan qurğuların adlandırılması həyata keçirilir.
Sonrakı mərhələdə Sizin noutbukunuza qoşulmuş lokal şəbəkə disklərinin
adlandırılması yerinə yetirilir.
Bir çox hallarda istifadəçi Flash-Drive qurğusundan da istifadə edir. Bu
zaman belə qurğuların diskinin adlandırılması informasiyanı yazan və oxuyan
qurğuların adlandırılmasından sonra yerinə yetirilir.
QRAFİK ADAPTER
Noutbukda qrafik təsvirlərin və ya şəkillərin əks olunması və istifadəçi
tərəfindən çəkilməsi üçün ana lövhənin daxilində qrafik adapter quraşdırılır.
Adapterləri qrafiki informasiyanı saxlama tutumuna görə iki yerə bölürlər:
təsvirlərin müxtəlif əks olunma rejimlərini dəstəkləyən adapterlər;
operativ yaddaşa quraşdırılmış adapterlər.
İ N F O R M A T İ K A
____________________________________________________________ 129
ZOTAC şirkətinin istehsalı olan qrafik adapter
Əgər istifadəçi noutbukunda müxtəlif oyunlarla məşğul olmaq istəyirsə,
onda noutbukda qrafik adapterin olmasına (məsələn, Direct X 9.0c) mütləq diqqət
yetirməlidir. Çalışmaq lazımdır ki, noutbukda qrafik yaddaşın tutumu mümkün
qədər çox olsun (yaddaşın tutumu nə qədər çox olarsa, bu bir o qədər yaxşıdır).
Bəzən istifadəçi əldə etdiyi noutbukda filmlərə baxış keçirir və ya offis ilə
bağlı məsələləri həll edir. Belə olan halda qrafik adapterin olması prinsipcə o
qədər də vacib deyil.
SƏS ADAPTERİ
İstənilən bir təsvirə (məsələn, filmə, musiqiyə, müxtəlif xarakterli oyunlara
və s.) ekranda tamaşa edərkən sözsuz ki, onun səs ilə müşahidə olunması vacib
məsələlərdən biridir, çünki nəticədə istifadəçi gözəl effekt əldə etmiş olur. Bütün
bunlar ana karta inteqrasiya edilmiş mikrosxem dəsti vasitəsi ilə - səs adapteri ilə
həyata keçirilir.
Səs fərdi kompüterə və ya noutbuka quraşdırılmış dinamiklərin köməkliyi ilə
səslənir. Bəzi hallarda istifadəçi xarici kolonkalardan və ya qulaqlıqlardan da
istifadə edə bilir. Bu elementləri fərdi kompüterə onun ön və ya yan tərəfində
quraşdırılmış yuvaların (portların) köməyi ilə qoşurlar.
İ N F O R M A T İ K A
____________________________________________________________
130
Səs adapterlərini onların istehsal etdikləri səsin keyfiyyətinə görə
fərqləndirirlər.
Əgər istifadəçinin noutbuku və ya fərdi kompüteri səs adapteri və
kolonkalar ilə təhciz olunmuşsa, onda onu multimediyalı qurğu hesab etmək
düzgündür.
Multimedia dedikdə insanın müxtəlif hiss üzvlərinə eyni zamanda təsir
göstərə bilən avadanlıq başa düşülür. Adətən video – və audioinformasiya
multimedia hesab olunur.
EKRAN
Ekran noutbuka daxil olmuş verilənlərin təhlil edildikdən sonra əks olunması
üçün istifadə edilir. Müasir ekranlar istifadəçiyə çoxlu sayda rəng çalarına malik
təsvirlərin əldə olunmasına yardımçıdır.
Monitorların əsas xarakteristikası ekranın təsviri buraxma qabiliyyəti, ekranın
ölçüsü və rəng çalarıdır.
Ekranın təsviri buraxma qabiliyyəti onun müəyyən sayda nöqtələri üfqi və
şaquli istiqamətdə ekranda göstərmə qabiliyyətidir. Nöqtələrin sayı artdıqca
ekranda alınan təsvir daha da təbii görünür. Adətən monitorun buraxma
qabiliyyətini üfqi istiqamətdə nöqtələr sayı və şaquli istiqamətdə nöqtələr sayı ilə
təyin edirlər. Ekranın ölçüsü diaqonal üzrə düymlərlə ölçülür (məsələn, 12.1”,
14”, 15”, 15.4”, 17” və s.). Ölçünü artırmaqla (nöqtələr sayı dəyişməz qalmaqla)
daha böyük ölçüyə malik təsviri ekranda göstərmək imkanı əldə olunur.
Maye kristal (LCD) Viewsonic VX2268wm və LG DM2350D LCD manitorları
Palitra monitorda əks olunan təsvirin rəng çalarlarının sayıdır. Palitra
noutbukun videoyaddaşının tutumu ilə bir başa, ekranın buraxma qabiliyyəti ilə