İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə134/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   126   127   128   129   130   131   132   133   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 421 

proqramları  ilə  əvvəlcədən  təyin  edilmiş  ünvana  ötürülür.  Beləliklə,  spyware 

proqram təminatı potensial olaraq məxfi informasiyanın sızması kanalı kimi işləyir. 

Adware  proqram  təminatı  istifadəçilərin  işçi  stansiyalarında  reklamların 

görünməsini  təmin  etmək  üçün  nəzərdə  tutulmuşdur.  Bu  proqram  təminatı 

bilavasitə  ziyankar  olmasa  da,  spyware  proqram  təminatının  ziyankar  əməllər 

törətməsi üçün şərait yarada bilir. 

Bir qayda olaraq, virus hədələri öz həyat tsiklinin 4 mərhələsinin birində ola 

bilir. 


Birinci mərhələ sistemin zəif yerinin təyin edilməsidir. Zəif yer həm təşkilati-

hüquqi, həm də proqram-aparat təminatı ilə bağlı ola biləndir. 

İkinci mərhələ sistemin zəif yerindən virus hücumu üçün istifadə edilməsidir. 

Bu mərhələdə virus hostlardan birini yoluxdurur. 

Üçüncü  mərhələ  virusun  işə  başlamasıdır.  Bu  mərhələdə  hədəf  kompüter 

arzuolunmaz davranışlara başlayır. 

Dördüncü mərhələ virusun kompüter mühitində yayılmasıdır. Bu mərhələdə 

növbəti  kompüterin  zəif  yeri  təyin  edilir  və  yuxarıdakı  mərhələlər  növbəti 

kompüterdə həyata keçirilir.

 

 



MÖVCUD YANAŞMALARIN NÖQSANLARI 

 

Hal-hazırda  bir  çox  şirkətlərdə  elə  təsəvvür  vardır  ki,  mövcud  antivirus 



vasitələri  virus  təhlükəsinə  qarşı  etibarlı  müdafiə  qurmağa  imkan  verir.  Halbuki 

belə  düşünmək  yanlışdır.  Çünki  antivirus  vasitələrin  əksəriyyəti  siqnatura 

metodlarına  əsaslandığından  yeni  virusu  tanıya bilmir.  Çox  hallarda  təşkilatlarda 

antivirus  vasitələri  ilə  işləmək  qaydalarını  reqlamentləşdirən  normativ-metodiki 

sənədlər mövcud olmur. Antivirus vasitələri sistemin zəif yerlərini təyin etməyi və 

aradan  qaldırmağı  bacarmırlar.  Antivirus  vasitələri  virus  hücumu  nəticələrini 

aradan qaldırmaq üçün funksional imkanlara malik deyildirlər. 

Ziyanverici  koda  qarşı  müdafiə  məsələsinə  digər  geniş  yayılmış  yanaşma 

növü  yalnız  bir  antivirus  istehsalçısının  məhsullarına  etibar  etməkdir.  Əgər  hər 

hansı səbəbdən həmin antivirus istehsalçısı yeni virus istehsalından geri qalarsa, 

külli miqdarda kompüter müdafiəsiz qala bilər. Antivirus istehsal edən şirkətlərin 

yeni  virusa  reaksiya  müddəti  fərqli  olduğundan,  daha  cəld  istehsalçıya müraciət 

edilməsi motivasiyasının mövcudluğu bu sahədə güclü rəqabət mühiti yaratmaqla 

situasiyanın daim dəyişməsinə səbəb olur. 

Bütün  bu  deyilənlər  virus  hücumlarından  qorunmaq  üçün  kompleks 

yanaşma tələb olunduğunu ön plana keçirir. 

Virus  hücumundan  kompleks  müdafiənin  təşkilati,  hüquqi,  kadr,  texniki, 

texnoloji, proqram və s tərəfləri vardır. 

Təşkilati  aspekt  virus  hücumuna  qarşı  sistemin  zəif  yerini  aşkarlayıb  ləğv 

etməlidir. Bu, virus hücumunun mümkün olması ehtimalını aradan qaldırır.  




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



422 

Antivirus təhlükəsizliyinin təmin edilməsində normativ-metodiki, texnoloji və 

kadr təminatları mühüm rol oynayır. 

Normativ-metodiki  təminat  nəzərdə  tutmalıdır  ki,  virus  hücumlarından 

müdafiə  sahəsində  balanslaşdırılmış  hüquqi  baza  yaradılsın.  Bunun  üçün 

şirkətdaxili normativ sənədlər kompleksi işlənib hazırlanmalıdır. 

Kadr təminatı çərçivəsində şirkət virus hücumlarına qarşı lazımi tədbir görə 

bilən  əməkdaşlardan  istifadə  etməli  və  mövcud  əməkdaşları  bu  sahədə 

bilikləndirməlidir. 

Texnoloji  təminat,  viruslardan  müdafiə  üzrə  nəzərdə  tutulan  bütün  digər 

tədbirlərlə  yanaşı,  əsas  diqqəti  səbəkə  ekranlaşdırmasına  yönəltməlidir.  Bu, 

istifadəçilərin  işçi  stansiyalarını  şəbəkə  viruslarının  hücumundan  qorumaq  üçün 

potensial təhlükəli paketlərin filtrlənməsi yolu ilə əldə edilir. 

İlk  antivirus  proqramları  CHK4BOMB  və  BOMBSQAD  1984-cü  ilin  qışında 

yaradılmışdır. Onları amerikalı proqramçı Endi Hopkins (Andy Hopkins) yazmışdı. 

Kompüterdəki informasiyanı virus hücumlarından müdafiə edə biləcək ıik antivirus 

proqramı  1985-ci  ildə  meydana  çıxmışdır.  DRPROTECT  adlanan  proqram 

proqramçı  Ci  Vonqun  (Gee  Wong)  böyük  zəhməti  bahasına  əmələ  gəlmişdi. 

Yaradılmış  proqram  kompüterdə  BIOS-dan  keçərək  yerinə  yetirilən  bütün 

əməliyyatları  (informasiyanın  yazılmasını,  formatlama  əməliyyatlarını)  bloklama 

qabiyyətinə  malik  idi.  İş  prosesində  belə  əməliyyat  əmələ  gəldikdə  proqram 

sistemin yenidən yüklənməsini tələb edirdi. 

 

 

 



 

 

Endi Hopkins 



 

                

 

                 Ci Vonq 



 

Aşağıdakı  cədvəldə  XXI əsrdə  ən  çox  yayılmış kompüter virusları  haqqında 

informasiya verilmişdir. 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 423 



İli 

Tipi 

Adı 

Müəllifi 

Vurduğu ziyan 

2000  soxulcan  I love you 

Onel de Qudman 

10 milyard dollar 

2001  soxulcan  Anna Kornikova 

Yan de Vit 

Məhkəmə 

vurulan 


ziyanı  müəyyən  edə 

bilmədi 


2002  soxulcan  Nimda 

Bilinmir 

500 milyon dollar 

2003  virus 

Slammer 

Çindən olan Klerk   1,2 milyard dolar 

2004  soxulcan  Saccer 

Sven Yaşan 

500 milyon dollar 

2005  soxulcan  Zafi 

Sven Yaşan 

700 milyon dollar 

2006  troyan 

Clagge B 

Bilinmir 

İstifadəçilərin  bank 

verilənləri oğurlandı 

2007  virus 

Storm 

Bilinmir 



1 milyard dollar 

2008  troyan 

TROJ_DLOADER.CP  Çindən olan bir 

qrup proqramçı 

Müəyyən 

edilməmişdir 

2009  soxulcan  Win32.Conficer.B. 

Bilinmir 

Microsoft 

firması 


müəllifi 

müəyyən 


edən 

şəxsə 


2,5 

milyon 


dollar 

mükafat vəd etmişdir 

  

Ikl antivirus utilitlər 1984-cü ilə yaradıldı.  



 

ANTİVİRUS PROQRAMLARININ YARADILMASI VƏ 

İNKİŞAFİ 

 

Kompüter viruslarından qorunmanın əsas yolları aşağıdakılardan ibarətdir: 



 

Virusun kompüterə daxil olmasına yol verməmək; 



 

Əgər virus kompüterə daxil olubsa, vurus hücumuna yol verməmək



 

Əgər virus hücumu baş veribsə, hücumun nəticələrini aradan qaldırmağa 



cəhd etmək.  

 Kompüter  viruslarından  qorunmanın  təmin  edilməsinin  üç  metodu 

mövcuddur: 

 



Proqram metodları; 

 



Aparat metodları; 

 



Təşklati metodlar. 

İnformasiyanın  qorunması  üçün  istifadə  edilən  əsas  vasitə  qiymətli 

məlumatların ehtiyat köçürülməsidir. Kompüterin bərpa edilməsi ehtiyat daşıyıcıda 

saxlanan  verilənlərin  köçürülməsi  ilə  başa  çatır.  İnformasiyanın  qorunmasının 

proqram  metodu  deyəndə  antivirus  proqramlarından  istifadə  edilməsi  nəzərdə 

tutulur. 

 1974-cü  ildə  ARPANET  şəbəkəsinin  kommersiya  variantı  olan  Telenet 

şəbəkəsi yaradılır. Bu şəbəkə yaradılandan sonra kompüter virusları tarixində ilk 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



424 

dəfə 1975-ci ildə The Creeper adlanan şəbəkə virusu yayılmağa başlayır. Virusun 

müəllifi  BBN  (Bolt  Beranek  and  Newman)  kompaniyasının  əməkdaşı  Bob  Tomas 

olmuşdur.  Proqram  yerini  serverlər  arasında  müstəqil  dəyişə  bilirdi.  Kompüterə 

daxil olandan sonra ekrana “I'M THE CREEPER... CATCH ME IF YOU CAN” (“Mən 

Kriperəm...bacarsan  məni  tut”)  məlumatı  çap  edilirdi.  Mahiyyət  etibarilə  bu 

proqram  virus  deyildi.  Ona  görə  ki,  nə  destruktiv,  nə  də  casus  xarakterli 

əməliyyatlar yerinə yetirilmirdi.  

1975-ci  ili  antivirus  proqramlarının  yaradılması  tarixi  kimi  də  xarakterizə 

etmək  olar.  Belə  ki,  həmin  ildə    BBN  kompaniyasının  digər  əməkdaşı  Rem 

Tomlinson The Creeper virusunun təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan 

The  Reepet  adlanan  xüsusi  antivirus  proqramı  yazır.  Proqram  virusu  tapan  kimi 

onun fəaliyyətini dayandırırdı.   

Həmin  vaxtdan  etibarən  kompüter  virusları  və  antivirus  vasitələri  arasında 

belə demək caizsə silahlı qarşıdurma və ya yarış davam edir. 

 

 



 

Yurgen Kraus 

1980-cı 

ilin 


fevralında 

Dortmund 

universitetinin 

tələbəsi 

Yurgen 

Kraus 


“Özüçoxalan 

proqramlar” 

mövzusunda diplom işi yazır. Bu 

diplom 


işində 

nəzəri 


mülahizələrlə 

bahəm 


ciddi 

özüçoxalan  proqramların  mətni 

də  verilmışdi.  Əslində  bu 

proqramlar 

Siemens 

kompüterlər 

üçün 

virus 


proqramlar deyildi. 

 

 



 

QEYD

:  Bəzi  texniki  ədəbiyyatlarda  ilk  kompüter  viruslarının  yaradılmasını 

səhv olaraq 1970-ci və hətta 1960-cı illərə aid edirlər. 

 

Belə yazılarda adətən Animal, Creeper, Cookie Monstr və Xerox worm kimi 



proqramlar virus proqramları kimi təqdim edilir. 

Fərdi  kompüterlər  üçün  ilk  məşhur  viruslar  Virus  1,2,3  və  Elk  Cloner 

proqramları hesab edilir. Bu virusların hər ikisi funksionallığına görə çox oxşar idi 

və bir-birindən aslı olmadan kiçik vaxt fərqi ilə 1981-ci ildə yaradılmışdı.  

1977-ci  ildə  ipk  Apple  Fərdi  Elektron  Hesablama  Maşınının  və  şəbəkə 

strukturunun  yaradılması  ilə  kompüter  virusları  tarixinin  yeni  dövrü  başlanır.  Bu 

dövrdə  troyan  vandal  proqramları  da  yaradılır.  Belə  proqramlar  öz  destruktiv 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 425 

fəaliyyətini müəyyən qədər vaxt keçəndən sonra və ya müəyyən şərtlər ödənəndə 

yerinə yetirirdi.  

1987-ci  ildə  amerikalı  proqramçı  Ralf  Berger  viruslarla  mübarizə  metodları 

haqqında kitab yazır. Bu kompüter virusları tarixində mühüm mərhələ oldu.  

1990-cı illərin ortalarından başlayaraq kompüter virusları əleyhinə mübarizə 

getdikcə  güclənir.  ABŞ  və  İngiltərə  kimi  ölkələrdə  kompüter  virusları  yazan  və 

onları  yayanlara  qarşı  bir  sıra  səs-küylü  məhkəmə  prosesləri  aparılır. 

Təqsirləndirilənlər  cərimələnir  və  cərimələrin  məbləği  getdikcə  artırılır.  Antivirus 

proqram  təminatı  daim  təkmilləşdirilir,  virusların  yayılmasının  və  dağıdıcı 

fəaliyyətinin qarşısının alımasında onların rolu xeyli gücləndirilmiş olur. 

Antivirusdan  söhbət  gedirsə  bu  sahədə  ən  görkəmli  simalardan  birinin 

Yevgeniy Kasperski olduğu şübhəsizdir.  

1989-cu  ildə  məxfi  dövlət  Elmi  Tədqiqat  İnstitutunun  əməkdaşı  olan 

Y.Kasperskinin  kompüterinə  Cascade  virusu  düşür.  Kacperski  virusu  aradan 

qaldırmaq  üçün  həyatında  birinci  dəfə  antivirus  proqramı  yazır.  Bu  iş  ona  çox 

maraqlı  gəlir  və  o  bu  problemlə  ciddi  məşğul  olmağa  başlayır.  O  bir  sıra  iri 

kontraktlardan  xeyli  vəsait  qazanır  və  gəlirinin  çox  hissəsini  biznesin  inkişafına 

xərcləyir.  

Y.Kaspersknin  kompaniyası  1997-ci  ilin  iyun  ayından  fəaliyyət  göstərir. 

Antivirus  sahəsində  Y.Kasperski  dünyanın  aparıcı  ekspertlərindən  biridir.  Onun 

yaratmış  olduğu  “Kasperskinin  Laboratoriyası”  mərkəzi  ofisi  Mockvada  yerləşən 

beynəlxalq  kompaniyalar  qrupudur.  Kompaniyanın  İngiltərə,  Çin,  Fransa,  ABŞ, 

Almaniya,  Rumıniya,  Yaponiya,  Cənubi  Koreya,  Niderland,  Polşa,  Birləşmiş  Ərəb 

Əmirlikləri  və  Kanadada  nümayəndəlikləri  var.  Kampaniya  özünün  partnyorlar 

şəbəkəsində  dünyanın  60-dan  çox  ölkəsində  yerləşən  500-dən  çox  kompaniyanı 

birləşdirir.   

“Kasperskinin Laboratoriyası” kompüter viruslarından, spamlardan və xaker 

hücumlarından  müdafiə  sistemlərinin  yaradılması  üzrə  ixyisaslaşmışdır.  Bu 

kompaniya İnternetlə yayılan təhlükələrdən informasiyanın müdafiə edilməsi üçün 

tətbiq  edilən  proqram  təminatının  satışından  əldə  edilən  gəlirin  həcminə  görə  

dünya  üzrə  beş  aparıcı  kompaniyadan  biridir.  Kompaniya  genişlənir  və  inkişaf 

edir. Bu laboratoriyanın təkcə Moskva ofisində çalışan əməkdaşlarının sayı 1500-

dən, əməkdaşlarının ümumi sayı isə 2500-dən çoxdur.    

Kasperskinin  laboratoriyası  həm  adi,  həm  də  ixtiyari  miqyasa  malik  olan 

korporativ  şəbəkələrdə  informasiyanın  təhlükəsizliyini  təmin  edən  proqram 

təminatı hazırlayır. Kompaniyanın məhsullarından Windows, Linux, Mac və s. kimi 

populyar  əməliyyat  sistemlərində  də  istifadə  edilir.  Kasperskinin  antivirus 

proqramının nüvəsindən Microsoft (ABŞ), Cheek Point Softwre Texnologies (İsrail, 

ABŞ),  Juniper  (ABŞ),  Nokia  İCG  (ABŞ),  F-Secure  (Finlandiya),  Aladdin  (İsrail), 

Subari (ABŞ), Deerfield  (ABŞ), Alt-N  (ABŞ), Microworld  (Hindistan), BorderWare 

(Kanada)  və  s.  kompaniyalar  öz  məhsullarının  hazırlanmasında  istifadə  edirlər.  

“Kasperskinin  Laboratoriyası”  kompaniyasının  məhsulları  Microsoft,  IBM,  Intel, 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



426 

Cisco Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi dünyanın aparıcı aparat 

və proqram təminatı istehsalçılarının sertifikatlarını almışdır. 

1990-ci  illərin  əvvəllərinə  kimi  antivirus  proqramları  virus  kodunun 

nümunələrindən  (onlarla  siqnaturadan)  ibarət  olurdu.  1992-ci  ildə  polimorf  kod 

generatoru MtE meydana gələndən sonra istənilən proqramçı daim dəyişən kodla 

polimorf virus yarada bilirdi. Belə vəziyyətdə kod emulyatorundan istifadə etmək 

zərurəti yaranmışdı. Sistem polimorf virusun şifrlənən hissəsini açıb virusun daimi 

hissəsini müəyyən etməli idi. Emulyatora malik ilk antivirus proqramını da (AVP) 

Yevgeniy  Kasperskiy  yaradır.  Həmin  dövrdə  kod  emulyatorlarından  başqa 

kriptotəhlil,  statistik  təhlil,  evristik  təhlil  və  davranış  blokiratorları  kimi  virusdan 

müdafiə sistemləri yaradılır. 

 1998-ci  ildə  iki  amerikalı  yeniyetmənin  yaratdıqları  virus  ABŞ  müdafiə 

nazirliyinin 500-dən çox kompüterinə yoluxandan və nəticədə nazirliyin işi praktik 

olaraq  iflic  vəziyyətinə  düşəndən  sonra  dövlət  də,  cəmiyyət  də  başa  düşməyə 

başladı ki, kompüter viruslarının törədə biləcəyi təhlükə kütləvi qırğın silahlarının 

törətdiyi təhlükədən az olmaya bilər. 

Bundan  sonra  əvvəlcə  Pentaqon, onun  ardınca  isə  bütün  iri korporasiyalar 

keyfiyyətli və etibarlı antivirus proqram təminatına sifarışləri artırırlar. 

Bu da daha keyfiyyətli antivirus proqram təminatı vasitələrinin yaradılmasını 

stimullaşdırırdı. 

 

Bu  cür  vəziyyət  dolayı  yolla  müxtəlif  sahələrdə,  o  cümlədən  şəbəkələrdə 



informasiya təhlükəsizliyi  sisteminin  inkişafında müsbət  rol oynadı. Yəni insanlar 

anlamağa başladılar ki, təhlükə təkcə viruslardan yaranmır.

 

Windows  əməliyyat  sistemi  yaranandan  və  İnternetdən  istifadə 



genişlənəndən  sonra  kompüter  virusları  ilə  mübarizə  daha  da  kəskin  şəkil  alır. 

Hazırda düyada antivirus proqram təminatının işlənib hazırlanması ilə 60-a qədər 

kompaniya məşğul olur. 

Microsoft Securiti Essentials pulsuz antivirusdur. Bu antivirus öz imkanlarına 

görə  pullu  antiviruslsrdan  geri  qalmır.  Hal-hazırda  demək  olar  ki,  kompüter 

istifadəçilərinin  hamısı  daim  virus  bazaları  ilə  yenilənən  antivirus  vasitələrindən 

istifadə etmək məcburiyyətindədir.  

Dr.Web  antiviruslar  ailəsi  poçt  və  şəbəkə  soxulcanlarından,  putkitlərdən 

(aşkar  və  ləğv  edilməsi  daha  mürəkkəb  olan  viruslardan),  fayl  viruslarından, 

troyan  proqramlarından,  stels-viruslardan,  polimorf  viruslardan,  cansız  (cisimsiz) 

viruslardan, makroviruslardan, MS Office sənədləri yoluxduran viruslardan, casus 

proqram təminatından, parol oğurlayan proqramlardan, klaviatura casuslarından, 

pullu  zəng  proqramlarından,  reklam  proqram  təminatından,  potensial  təhlükəli 

proqram  təminatından,  xaker  utilitlərindən  və  s.  mudafiə  üçün  nəzərdə 

tutulmuşdur. 

Antivirus  ESETNOD32.  1988-ci  ildə  Çexoslovakiya  televiziyası  ilə  “Şəhər 

kənarında  xəstəxana”  adlı  maraqlı  serial  göstərirdilər.  İlk  kompüter  viruslsrı  da 

diskin kənarinda yerləşən boot-sektora hücum edirdilər. Antivirusun adındakı NOD 

abbreviaturası da bundan götürülmüşdür. NOD (Nemocnica na Okraji Disku və ya 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 427 

Disk  kənarında  xəstəxana).  Antivirus  NOD32  32  və  64  mərtəbəli  Windows 

əməliyyat  sistemlərini  himayə  edir.  Bu  antivirus  sistemi  asinxron  yoxlaya  bilir. 

Antivirus makrovirusu tapmaq üçün MS Word və Excel faylların daxili quruluşunu 

təhlil edir. NTFS fayl sistemini himayə edir. 

1989-cu ildə Con MakAfi ABŞ-da öz antivirus kompaniyasını yaradır. Bir neçə 

aylıq  gərgin  işdən  sonra  McAfee  VirusScan  antivirus  proqramı  yaradılır. 

Kompaniya  antivirusu  istifadəçilərə  pulsuz  verirdi.  Ona  görə  də  bu  kompaniya 

əvvəlcə  Kaliforniya  ştatında,  sonra  da  bütün  ölkədə  istifadəçilərin  çox  böyük 

məhəbbətini qazandı. 

Panda  kompaniyasının  əsası  1990-cı  ildə  Mikel  Urizarbarren  tərəfindən 

İspaniyanın Bilbao şəhərində qoyulmuşdur. 

Panda  Security  antivirus  proqramı  minimal  resurslardan  istifadə  etməklə 

virusdan  səmərəli  mudafiənin  həyata  keçirilməsini  təmin  edə  bilir.  Panda 

firmasının  məhsulları  məişət  və  korporativ  kompüter  istifadəçilərin  informasiya 

təhlükəsizliyini  təmin  edir.  Bu  kompaniyanın  dünyanın  200-dən  çox  olkəsində 

müştəriləri, 50-dən çox olkəsində isə ofisləri var.  

Antivirus  Panda  faktiki  iki  moduldan  ibarətdir  –  Panda  Ultrafast  və  Panda 

SmartClean2.  Birinci  modul  -  süni  intellekt,  bəzi  texnologiyalarından  və 

mexanizmlərindən istifadə etməklə virusları tapır və zərərsizləşdirir. İkinci modul 

isə virusun törətdiyi nəticələri aradan qaldırır.  

AVAST  kompaniyasının  əsası  1991-ci  ildə  Çexoslovakiyada  qoyulmuşdur. 

Kompaniyanın baş ofisi Praqada yerləşir. 

Avast!  antivirus  proqramı  Windows,  Lınux,  Mac  OS  əməliyyat  sistemləri, 

həmçinin  Palm,  Android  və  Windows  CE  platformalı  kompüterlərdə  (cibdə 

gəzdirilən  fərdi  kompüterlərdə)  isifadə  edilə  bilir.  Evdə  -  yəni  məişətdə  istifadə 

etmək üçün antivirusun Free-pulsuz; Pro, Internet Security və Premier kimi pullu, 

lakin qeyri-kommersiya məqsədi ilə istifadə edilən variantları buraxılır. Anivirusun 

orta  və  böyük  biznes  üçün  Endpoint  Protection,  Endpoint  Protection  Plus, 

Endpoint  Protection  Suite  və  Endpoint  Protection  Suite  Plus  kimi  versiyaları 

mövcuddur.  Antivirusun  serverlər  üçün  File  Server  Security  və  Email  Server 

Security kimi versiyaları vardır. Avast antivirus proqramı ICSA Labs (təhlükəsizlik 

məhsullarının  o  cümlədən  antivirusların  tədqiqi,  sınaqdan  keçirilməsi  və 

sertifikatlaşdırılması  ilə  məşğul  olan)  beynəlxalq  assosiasiyanın  sertifikatını 

almışdır. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



428 

 

 



Yevqeniy Valentinoviç 

Kasperskiy 

 

 

Con MakAfi 



 

 

Proqramın  adı  “avast”  ingiliscə  “anti-virus  advansed  set”  qabağa  çəkilmiş 



antivirus  yığımı  mənasını  verən  ifadənin  qısaldılmış  formasıdır.  Nədənsə  ingilis 

dilində  dayan!  mənasını  verən  avast  sözünün  də  olmasına  uzun  muddət  fikir 

verən olmayıb.  

Avast!  Free  ən  populyar  pulsuz  antivirus  hesab  edilir.  Dünya  üzrə  avast! 

antivirus  istifadəçilərinin  sayı  təxminən  200  milyona  çatır.  1995-ci  ildən 

başlayaraq avast firması təkcə antivirus məhsulları yaratmaqla məşğuldur. 

2010-cu  ilə  kimi  bu  firma  ALWIL  Software  adlanırdı.  2010-cu  ildə  bu 

firmanın adını dəyişdirib AVAST Software qoydular. Bu firma 1988-ci ildə  işə yeni 

başlayanda  onun  əməkdaşlarının  sayı  5-6  nəfərdən  ibarət  olub.  Idi  bu  firmada 

yüzlərlə mütəxəssis çalışır. 



Beləlikə,  son  olaraq  qeyd  etmək  lazımdır  ki,  hər  bir

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə