İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə133/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   126   127   128   129   130   131   132   133   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 419 

20  yaşlı  hollandiyalı  Yan  De  Wit  Anna  Kornikova  adlı  məşhur  virus 

yaratdığına  görə  mühakimə  edilərək  150  saatlıq  islah  işləri  ilə  məşğul  olmağa 

məcbur  edildi.  Məhkəmə  etiraf  etdi  ki,  bu  virusun  Niderland  iqtisadiyyatına 

vurduğu  ziyanı  dəqiq  müəyyən  etmək  mümkün  deyildir.  De  Vitdən  7,5  minlik 

virus kolleksiyası da müsadirə edildi. De Vit hakimə bildirdi ki, yazdığı proqramın 

virus olduğundan və belə bir ziyan vura biləcəyindən xəbəri olmamışdır. 

2002-ci il

İlk dəfə virus müəllifi həbsxanaya düşdü. Melissa virusunun müəllifi 33 yaşlı 



proqramçı Devid Smit 20 aylıq həbs cəzası aldı. 

İlk dəfə virus Ümumdünya Şəbəkəsinin fəaliyyətini təmin edən 13 İnternet-

server  qovşağını  yoluxdurdu.  Analitiklər  təsdiq  edirlər  ki,  yaxşı  təşkil  edilmiş  və 

həyata keçirilmiş kompüter hücumu bir həftəyə İnterneti məhv edə bilər. 

2003-cü il

Yayılma  sürəti  rekordunu  Slammer  adlı  “qurd”  qırdı.  Belə  ki,  10  dəqiqə 



ərzində  75  min  kompüter  virusdan  “xəstələnmişdi”.  Virus  ABŞ-ın  Dövlət 

Departamentinin  kompüterlərini  zədələyərək  verilənlər  bazasını  dağıtmışdı.  ABŞ 

konsulluğu  bu  səbəbdən  bütün  dünyaya  viza  verilişini  9  saat  dayandırmaq 

məcburiyyətində qalmışdı. 

İlk  dəfə  virus  müəllifi  Avropada  həbsxanaya  salındı.  Bu,  22  yaşlı  Saymon 

Vellor  idi.  Böyük  Britaniya  məhkəməsi  onu  Gokar,  Redesi  və  Admirer  viruslarını 

yaratdığına görə 2 il həbs cəzası ilə cəzalandırmışdı. Bu viruslar 42 ölkənin 27 min 

kompüterini yoluxdurmuşdu. 

Beləliklə,  kompüter  viruslarının  inkişafı  tarixi  daha  çox  qızğın  silahlanmanı 

yada salır. Əvvəlcə ziyanverici proqram, sonra isə ondan müdafiə proqramı əmələ 

gəlir.  Bu  spiralvari  inkişaf  nəticəsində  viruslar  sadə  proqramlardan  mürəkkəb 

komplekslərə  -  öz  pozucu  fəaliyyətlərini  gizlədə  bilən,  kriptoqrafik  və  şəbəkə 

texnologiyalarından istifadə edərək gözəgörünməz ziyankarlara çevrilirlər.  

Paralel olaraq antivirus vasitələri də inkişaf etdi.  

İlk  antiviruslar  primitiv  utilitlər  olub,  fayllarda  olan  məlum  siqnatura 

(göstəriş, təlimat) üzrə axtarış aparıb faylı həmin siqnaturadan təmizləyirdi. İndiki 

antiviruslar  isə  müxtəlif  proqramlardan  tərtib  edilmiş,  müxtəlif  aşkarlama  və 

ləğvetmə üsullarından istifadə edən mürəkkəb komplekslərdir. 

 

 

POLİMORFİZM – VİRUSLARIN MUTASİYASI 



 

İlk  polimorfik  virus  –  “Chameleon”  keçən  əsrin  90-cı  illərinin  əvvəllərində 

meydana  çıxmışdır.  Lakin  polimorfik  virus  problemi  yalnız  1991-ci  ilin  aprelində 

ciddi şəkil aldı. Bu, “Tequila” adlı polimorfik virusun dünyanı bürüyən epidemiyası 

ilə bağlı idi. 1994-cü ildə Rusiya “Phantom1” adlı polimorfik virus epidemiyası ilə 

üzləşdi.  

Özünü şifrləyən polimorfik viruslar ideyasının populyarlaşması polimorfik kod 

generatorunun  meydana  çıxması  tarixi  ilə  -  1992-ci  ilin  əvvəlində  məşhur 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



420 

“Dedicated”  virusunun  peyda  olması  ilə  bağlı  idi.  Sözügedən  virus  MtE  adlı  ilk 

polimorfik  generatorda  yerləşdirilmişdi.  Çox  keçmədi  ki,  həmin  polimorfik 

generator  obyekt  modula  (OBJ-fayla)  çevrildi.  Beləliklə,  adi  virusun  OBJ-fayla 

keçirilməsi ilə polimorfik-mutant almağa imkan yarandı.  

1993-cü il polimorfik virusların kütləvi istehsalı ili oldu. Nəticədə: Bootache, 

CivilWar  (dörd  versiyada),  Crusher,  Dudley,  Fly,  Freddy,  Ginger,  Grog,  Haifa, 

Mochtezuma  (iki  versiyada),  MVF,  Necros,  Nukehard,  PcFly  (üç  versiyada), 

Predator,  Satanbug,  Sandra,  Shoker,  Todor,  Tremor,  Trigger,  Uruguay  (səkkiz 

versiyada) və s virusları yarandı. 

Polimorfik  viruslarla  yanaşı,  polimorfik  generatorlar  da  inkişaf  etdirilir  və 

təkmilləşdirilirdi. 1993-cü ildə artıq 7 polimorfik kod generatoru mövcud idi: MTE 

0.90  (Mutation  Engine),  TPE-nin  (Trident  Polymorphic  Engine)  4  müxtəlif 

versiyası,  NED  (Nuke  Encryption  Device),  DAME  (Dark  Angel’s  Multiple 

Encryptor). 

O vaxtdan bəri hər il bir-neçə polimorfik generator yaradılır. 

1992-ci il, iyulun 5-də IBM PC üçün ilk virus kodu konstruktoru – VCL (Virus 

Creation Laboratory) yarandı. Bu da virus istehsalının avtomatlaşdırılması demək 

idi.  Bu  konsrtuktor  10-15  dəqiqə  ərzində  30-40  müxtəlif  virus  istehsal  etmək 

iqtidarında idi.

 

  

TƏHLÜKƏSİZLİYƏ QARŞI VİRUS 



HƏDƏLƏRİNİN TİPLƏRİ 

 

Antivirus  təhlükəsizliyinə  qarşı  virus  hədələrinin  əsas  növləri  ziyankar 



proqram təminatlarının müxtəlif tipləri ilə reallaşdırılır. Ziyankar proqram təminatı 

dedikdə, kompüter virusları və “troya atı”, adware, spyware və s. tipli proqramlar 

nəzərdə tutulur. 

Virus – kompüter mühitində sərbəst surətdə yayıla bilən xüsusi hazırlanmış 

proqram  kodudur.  Hal-hazırda  virusların  aşağıdakı  tipləri  fərqləndirilir:  fayl 

virusları,  yükləyici  viruslar,  “şəbəkə  qurdları”,  bədənsiz  viruslar  və  həmçinin 

kombinə  edilmiş  viruslar.  Bu  virus  tiplərinin  hər  biri  daşıyıcı  növünə  və  yayılma 

(yoluxma) metoduna görə bir-birindən fərqlənir.  

“Troya  atı”  tipli  proqram  da  ziyankar  proqram  kodu  olsa  da  viruslardan 

fərqli olaraq sərbəst surətdə yayıla bilmir. Bu proqram kodu sistemin ştatda olan 

proqram təminatı  altında  gizlənərək  məsafədən  icazəsiz  müdaxilə  imkanı yarada 

bilir.  Yəni  “troya  atı”  hansı  kompüterə  qurulursa,  həmin  kompüterdəki  istənilən 

informasiyanı oğurlamaq imkanı yaradır.  

Spyware  tipli  ziyankar  proqram  təminatı  istifadəçinin  gördüyü  iş  barədə 

informasiya  toplamaq  üçün  nəzərdə  tutulmuşdur.  Belə  informasiyaya  nümunə 

olaraq  istifadəçinin  müraciət  etdiyi  İnternet  saytlarının  siyahısı,  onun  işçi 

stansiyasında  qurulmuş  proqramların  siyahısı,  elektron  poçtla  ötürülən 

məlumatların  məzmunu  və  s  göstərilə  bilər.  Toplanan  informasiya  spyware 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə