İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə132/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   126   127   128   129   130   131   132   133   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 417 

Şimali Karolina  Universitetinin  alimi Fred  Koen  “kompüter virusu”  terminini 

kompüter aləminə daxil etdi. 

1984-cü il

Amerika  yazıçısı  Vilyam  Qibson  ilk  dəfə  “hiperfəza”  anlayışından  istifadə 



etdi. 

1986-cı il

Artıq qeyd edildiyi kimi, IBM PC üçün yaradılan ilk virus The Brain olmuşdur. 



Bunu  Pakistanlı  iki  qardaş  yaratmşdı.  Bunlar  Brain  virusunu  öz  firmalarının 

proqram  təminatını  yerli  “quldurlardan”  qorumaq  və  onları  “cəzalandırmaq” 

məqsədi  ilə  yaratmışdılar.  Lakin  tez  bir  zamanda  bu  virus  sərhədləri  aşdı  və 

yüzlərlə  kompüteri  yoluxdurdu.  Kompüter  ictimayyəti  o  zamanlar  hadisələrin  bu 

cür gedişini qarşılamağa hazır deyildi. 

1987-ci il

Virusların yaradılması və onlarla mübarizə aparılması barədə ilk kitab yazıldı. 



Bunu amerika proqramçısı Ralf Berger (Ralph Burger) yazmışdı. Kitab “Kompüter 

virusları.  Yüksək  texnologiyaların  xəstəliyi”  (“Computer  Viruses.  The  Decease  of 

High  Technologies”)  adlanırdı.  Kitab  virus  yaratmağa  başlayanlar  üçün  “əlifba 

kitabı” kimi məsləhət görüldü. 

1988-ci il

23 yaşlı amerika proqramçısı ARPANET-i yoluxduran “qurd” yaratdı. İlk dəfə 



kütləvi  yoluxma  baş  verdi  –  6  min  kompüter  virusdan  zərər  gördü.  İlk  dəfə 

məhkəmə  kompüter  virusunun  müəllifini  mühakimə  etdi.  Müəllif  10  min  dollar 

cərimə  edildi  və  3  il  şərti  iş  aldı.  Bu  münaqişədən  sonra  kompüter  virusları 

haqqında ciddi yazıları digər qeyri-kompüter nəşriyyatları da yaymağa başladılar. 

1989-cu il

ARPANET  rəsmi  olaraq  İNTERNET  adlandırıldı.  IBM  PC  üçün  ilk  antivirus 



proqram  təminatı  yaradıldı.  AIDS  adlı  ilk  “troya  atı”  meydana  çıxdı.  Bu  virus 

vinçesterdəki  bütün  informasiyanı  əlçatmaz  edərək  ekrana  belə  bir  yazı  çıxardı: 

“Aşağıda  göstərilən  ünvana  189  dollarlıq  çek  göndərin”.  Virusun  müəllifi 

göndərilən pulu alan kimi həbs edildi. 

Antivirus  proqram  təminatı  ilə  “döyüşə  bilən”  “Tünd  Qisasçı”  (The  Dark 

Avenger)  adlı  ilk  virus  yaradıldı.  Bu  virus  antivirus  proqramı  vinçesteri  yoxladığı 

məqamda da yeni-yeni faylları yoluxdurmaqda davam edirdi.  

Lawrence  Berkeley  Laboratory-nin  əməkdaşı  Kliff  Stoll  “Ququ  quşunun 

yumurtası”  (The  Cuckoo’s  Egg)  adlı  kitab  nəşr  etdirdi.  Həmin  kitabda  müəllif 

peyğəmbərcəsinə  xəbər  vermişdi  ki,  ümumdünya  kompüter  şəbəkəsi  təkcə 

xeyirxah  məqsədlərlə  istifadə  edilməyə  də  bilər.  Belə  ki,  bu  şəbəkə  hərbçilər, 

cinayətkarlar və dələduzlar tərəfindən də fəal surətdə istifadə ediləcəkdir. K.Stoll 

hadisələrin  bu  məcraya  yönəlməsinin  qarşısının  vaxtında  alınması  tədbirlərinin 

görülməsini təklif etmişdir. 

1990-cı il

Bu,  PC  Today  adlı  populyar  kompüter  jurnalı  ilə  bağlı  məşhur  münaqişə 



tarixidir. Çünki həmin jurnal öz abunəçilərinə virusa yoluxmuş disketlər yaymışdı. 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



418 

1991-ci il

Yalnız  virus  yaratmaq  üçün  yazılmış  ilk  VCS  v1.0  adlı  proqram  işıq  üzü 



görür.  

1993-cü il

SatanBug  virusu  ABŞ-ın  paytaxtı  Vaşinqtonda  yüzlərlə  kompüteri 



yoluxdurur. Hətta Ağ Evin kompüterləri virusa yoluxmuşdu. Federal Təhlükəsizlik 

Bürosu 12 yaşlı yeniyetmə müəllifi həbs edir. 

Görkəmli  şəxsiyyətlərin  adları  ilə  bağlı  olan,  müəyyən  tarixdə  aktivləşən 

viruslar da peyda oldu. Bu tarix Mao Dze Dunun təvəllüd tarixi, Yeni il günü və 

i.a. ola bilərdi. Bu tip virus ilk dəfə The New York Times qəzetini hədəfə aldı və 

qəzetə Böyük məbləğdə ziyan vurdu.  

1994-cü il

Böyük  Britaniyada,  ABŞ-da,  Norveçdə  bir-sıra  virus  müəllifləri  həbs  edildi. 



1995-ci il

Microsoft  korporasiyası  Windows-95-in  beta-versiyasını  virusa  yoluxmuş 



disketlərdə  dünyaya  yaydı.  Müəyyən  proqramların  proqram  platformalarını 

dağıtmağa  hesablanmış  makroviruslar  meydana  çıxdı.  Concept  adlı  makrovirus 

Microsoft Word proqramını zədələdi. 

1998-ci il

Kaliforniyalı  iki  yeniyetmənin  yazdığı  virus  Pentaqonun  500-dən  artıq 



kompüterini sıradan çıxardı. Bu münaqişədən sonra ABŞ Müdafiə Nazirliyində belə 

bir  nəticəyə  gəldilər  ki,  kiberfəzadakı  hücumlar  ənənəvi  döyüşdən  heç  də  az 

təhlükəli  deyildir.  Hərbi  analitiklər  ilk  dəfə  “kompüterin  qızğın  silahlanması” 

terminindən istifadə etdilər. 

1999-cu il

İlk dəfə dünya miqyasında kompüter virusu epidemiyası baş verdi. Melissa 



adlı  virus  10  minlərlə  kompüteri  yoluxduraraq  ölkəyə  80  milyon  dollar  ziyan 

vurdu. Bu münaqişədən sonra antivirus proqramlarına tələb kəskin şəkildə artdı. 

2000-ci il

Melissa virusunun rekordunu I Love You! virusu qırdı. Bu virus bir-neçə saat 



ərzində  milyonlarla  kompüteri  yoluxdurdu.  İstintaq  aşkar  etdi  ki,  bu  virusu 

filippinli  tələbə  yazıb  və  heç  bir  cəza  almayıb.  Çünki  Filippin  qanunları  bu  cür 

əməllər  üçün  heç  bir  cəza  nəzərdə  tutmamışdı.  Həmin  il  kompüter  viruslarına 

qarşı beynəlxalq razılaşma imzalandı. 

DOS-a  edilmiş  hücumlar  nəticəsində  onlarla  populyar  saytlar,  o  cümlədən, 

Yahoo,  eBay,  Amazon  şəbəkədən  vurulub-çıxarıldı,  çünki  İnternet-server  elə 

böyük  yüklənmələrə  məruz  qaldı  ki,  sonda  server  imtina  edəsi  oldu.  Hücum 

mexanizmi belə idi: 10 minlərlə kompüter yoluxduruldu ki, bunun nəticəsində də 

hücuma  məruz  qalan  saytlar  şəbəkədən  vurulub-çıxarılsın.  İstintaq  göstərdi  ki, 

hücum  Kaliforniya  universitetinin  tədris  mərkəzində  istifadə  olunan 

kompüterlərdən  həyata  keçirilmişdir.  Lakin  ziyankarlar  aşkar  edilmədiyindən 

məsələ həll edilməmiş qaldı. 

2001-ci il




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə