İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə131/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   126   127   128   129   130   131   132   133   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



414 

kompüter  şəbəkəsində  istifadəçiyə  hiss  etdirmədən  onun  kompüterinə  nəzarəti 

demək  olar  ki,  tamamilə  istifadəçinin  görə  bilmədiyi  “düşmənə”  verir.  İkinci  tip 

virusa nümunə kimi saxta MS İnternet Explorer brauzer göstərilə bilər. Microsoft 

firmasının  saytına  qoşulanda  verilənlərin  kompüterdən  Microsoftun  serverinə 

ötürülməsinin  aktivliyini  olduqca  çox  artırır  ki,  bu  da  HTML  sənədin  (yəni, 

İnternet-də  Veb-səhifənin)  oxunması  və  ya  kopiyasının  çəkilməsi  üçun  sadə 

sorğunun həcmindən dəfələrlə artıq olur. 

2003-2012-ci illər müəllif adı KuKu olan Win32.Sality epidemiyası ilə yadda 

qalıb.  Bu  poimorf  virus  bir  neçə  hissədən  ibarətdir,  şifrləmə  və  maskalama 

sistemindən  istifadə  edir.  Yerinə  yetirilən  faylların  məzmununu  dəyişdirir.  Ona 

görə  də  belə  faylları  tam  bərpa  etmək  olmur.  Mürəkkəb  rəftara  və  maskalama 

vasitələrinə  malik  olması  ilə  bağlı  olaraq  adi  istifadəçi  üçün  bu  virusun  müalicə 

edilməsi  demək  olar  ki,  mümkün  olmayan  məsələdir.  Virusa  yoluxan  kompüter 

dünyadakı  ən  iri  bonet  şəbəkələrindən  biri  hesab  edilən  Sality  şəbəkəsinin 

hissəsinə çevrilmişdir.  

Məlumat  üçün  qeyd  edək  ki,  bonet  nisbi-müstəqil  (avtonom)  proqram 

təminatı ilə idarə edilən və müəyyən sayda hostlardan (qovşaqlardan və ya lokal, 

yaxud  da  qlobal  şəbəkəyə  qoşulan  ixtiyari  kompüter  və  ya  serverlərdən)  ibarət 

olan kompüter şəbəkəsidir. Bonet anlayışı robot və net (robot-şəbəkə) sözlərinin 

birləşməsindən  yaranmışdır.  Belə  şəbəkələrdən  bəd  əməlçilər  virusa  yoluxmuş 

kompüterlərin  resurslarından  qeyri-leqal və  ya  bəyənilməyən  (spam  göndərmək, 

kompüterdəki  parolları  müəyyən  edib  öz  sahibinə  və  ya  digər  məqsədlər  üçün 

göndərmək və s. kimi) əməliyyatların yerinə yetirilməsi üçün istifadə edirlər.  

Qeyd  etmək  yerinə  düşər  ki,  Lınux,  Unıx  və  digər  Unıx-ə  oxşar  əməliyyat 

sistemləri  ümumiyyətlə  kompüter  viruslarından  mühafizə  edilmiş  əməliyyat 

sistemləri  hesab  edilir.  Lınux  üçün  yazılmış  virusların,  troyan  proqramlarının  və 

digər  zərərli  proqramların  sayı  təkcə  2005-ci  ildə  422-dən  863-ə  çatmışdı.  Buna 

baxmayaraq  rəsmi  antivirus  proqramlarının  bəziləri  çox  az  hallarda  zərərli 

proqramları aşkar edə bilirdi.  

MenuetOS  üçün  ilk  virusu  2004-cü  ildə  RRLF  virusmeykerlər  qrupunun 

Second Part To Hell kimi məşhur olan üzvü yazır.  

AROS  üçün  ilk  virus  2007-ci  ildə  Doomriderz  qrurunun  Wargamer  kimi 

məşhur olan iştirakçısı tərəfindən yazılır.  

Klassik virusların “qızıl əsri” 10 ilə yaxın davam etmişdir. Bu gün onların sayı 

kəskin  azalmışdır.  Anatoli  Kasperski  laboratoriyasının  (laboratoriya  Moskva 

şəhərində  yerləşir)  məlumatına  görə,  klassik  viruslar  ümumi  virusların  cəmi  bir-

neçə faizini təşkil edir. Müasir antivirusların hər biri klassik virusla müvəffəqiyyətlə 

mübarizə  apara  bilir.  Əməliyyat  sisteminin  özü  də  bu  virusların  hücumunu  dəf 

etmək  iqtidarındadır.  Bu  gün  bəzi  virus  növlərinin,  demək  olar  ki,  kökü 

kəsilmişdir. Kökü kəsilən viruslardan biri sərt diskin yükləyici sektorunu zədələyən 

boot-virus”



udur. 

 

 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 415 



QEYD

:  Əgər  hələ  kompüterinizə  antivirus  yükləməmişsinizsə,  onda 

kompüterinizdə  virusun  olduğuna  əmin  ola  bilərsiniz.  Odur  ki,  müvafiq  saytın 

mühafizə  sisteminə  daxil  olub  münasib  antivirusu  pulsuz  alın  və  fərdi 

kompüterinizə yükləyin. 

 

İndiki  zamanda  virusların  təsirindən  bütün  kommersiya  təşkilatlarının  illik 



itkiləri çox da böyük olmayan bir ölkənin büdcəsi ilə müqayisə edilən olub, hər il 

ikiqat  artmaqdadır.  Bəzi  mütəxəssislərin  narahatlığı  təhlükəsizlik  probleminin 

ciddiliyini göstərir.  

 

 



 

 

Dr.Web şirkətinin rəhbəri İqor 



Anatolyeviç Danilov 

MessgeLabs  şirkətinin  texnoloji 

departamentinin  başçısı  Aleks  Şip 

göstərmişdi  ki,  1999-cu  ildə  hər 

saatda 1, 2000-ci ildə hər 3 dəqiqədə 

1,  2004-cü  ildə  isə  bir-neçə  saniyədə 

yeni 


virus 

yaranmışdı 

(http://www.messaglabs.com). Sankt-

Peterburqdakı 

İqor 

Anatolyeviç 



Danilovun  antivirus  laboratoriyasının 

(ООО  «СалД»)  məlumatına  görə, 

yalnız  2007-ci  ilin  mart  ayında 

antivirus bazasına 7 mindən artıq yeni 

virus barədə yazı əlavə olunmuşdur. 

 

 



Müasir  virusların  əksəriyyəti  özündə  bu  keyfiyyətləri  birləşdirir.  Buna  misal 

SoBig  virusunu  göstərmək  olar.  Virus  2003-cü  ilin  avqustunda  elektron  poçtla 

göndərilən məktubların təxminən 30%-ni yoluxdurmuşdu. 

Aşağıda  kompüter  istifadəçiləri  üçün  maraqlı  olan  viruslarln  yaranma 

xronologiyası verilir.  

1945-ci il

Terminin  yaranması



.  ABŞ  Hərbi  Dəniz  Donanmasınin  vitse-admiralı,  hərbi-

dəniz ştabının informasiya şöbəsinin rəhbəri Qreys Müller Hopper (Grace Murray 

Hopper)  elektron-hesablayıcı  maşının  (müasir  kompüterin  prototipinin)  nasaz 

işlədiyini aşkar edir. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



416 

 

Qreys Müller Hopper 



Relelərdən 

birinə 


pərvanə 

(kəpənək)  düşmüşdü.  Bu  problemi 

admiral  “böcək”  (bug)  adlandırır 

(Admiral XIX əsrin sonlarında ABŞ və 

Böyük  Britaniya  fiziklərinin  elektrik 

qurğularındakı  ixtiyari  nasazlıqları 

ifadə  etmək  üçün  işlətdiyi  “böcək” 

terminindən 

istifadə 

etmişdi). 

Admiral  həm  də  ilk  dəfə  “böcəkdən 

xilas 


olmaq” 

 

(debugging) 



terminindən istifadə etmişdi. 

 

 



Bu  termin  hal-hazırda  kompüterdəki  nasazlıqları  aradan  qaldırmaqla  bağlı 

işləri ifadə edir. 

1949-cu il

Milliyyətcə macar olan amerika alimi Con fon Neyman (John von Naumann) 



özütörəyən  proqramların  yaradılmasının  riyazi  nəzəriyyəsini  işləyib  hazırladı.  Bu, 

kompüter  virusu  yaratmaq  üçün  hazırlanan  ilk  nəzəriyyə  idi  (bu,  o  dövrdə  elmi 

ictimaiyyətin ciddi marağına səbəb olmamışdı).  

1950-ci il. 

Bell şirkətinin tədqiqat bölməsinin riyaziyyatçı əməkdaşları oyun düzəltdilər. 

Bu  oyun  iki  rəqibin  kompüter sahəsini  ələ  keçirmək  uğrunda mübarizəsini təsvir 

edirdi. Bu oyun virusların əcdadı oldu. 

1960


-cı illərin sonu. 

İlk virusların peyda olması

. Bir sıra hallarda bunlar proqramlardakı səhvlərlə 

bağlı idi. Belə ki, bəzi proqramlar səhvən özünü nüsxələşdirib yaddaşı (vinçesteri) 

doldururdu. Nəticədə kompüterin məhsuldarlığı aşağı düşürdü. Lakin çox hallarda 

viruslar bilərəkdən  pozuculuq  üçün  yaradılırdı.  Çox  güman ki,  gerçək  virusun  ilk 

qurbanı  əyləncə  üçün  yazılmış  proqram  idi  ki,  bunun  da  qurbanı  Univac  1108 

kompüteri  olmuşdur.  Bu  virus  Pervading  Animal  adlanırdı  və  hansı  kompüterdə 

yaradılmışdısa, həmin kompüteri sıradan çıxarmışdı. 

1975-ci il

Telenet şəbəkəsi vasitəsilə tarixdə ilk şəbəkə virusu The Creeper yayıldı. Bu 



virusa qarşı ilk antivirus olan The Reeper yaradıldı. 

1979-cu il

Xerox  şirkətinin  tədqiqat  mərkəzinin  mühəndisləri  ilk  kompüter  “qurdu” 



(worm) yaratdılar. 

1981-ci il

Elk  Cloner  virusu  Apple  kompüterlərini  yoluxdurdu.  Bu  virus  “oğurluq” 



kompüter oyunları ilə yayılmışdı. 

1983-cü il




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə