İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə129/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   126   127   128   129   130   131   132   133   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



410 

Belə  güman  edilir  ki,  Unix  əməliyyat  sistemləri  ailəsi  üçün  ilk  viruslar 

eksperimentlərin  aparılması  fonunda  (gedişində)  Fred  Koen  tərəfindən  yazılıb. 

1980-ci illərin sonunda virusların “Sh” dilində ilkin mətnləri çap edilir.  

Linux əməliyyat sistemi üçün ilk virus (Bliss) 1996-cı ilin sentyabrinda aşkar 

edildi.  1996-cı  ilin  oktyabrında  viruslara  həsr  edilmiş  elektron  jurnalda  (VLAD) 

Staog  virusunun  ilkin  mətni  dərc  edilir.  1995-ci  ildə  Mark  Lüdviqin  “The  Giant 

Black Book of Computer Viruses” adlı kitabı dərc edilir və həmin kitabda FreeBSD 

üçün Snoopy virusunun ilkin mətni verilir. Snoopy və Bliss virusları C (Si) dilində 

yazılmışdı  və  praktik  olaraq  minimal  dəyişdirmə  ilə  ixtiyari  Unix  əməliyyat 

sisteminə oxşar əməliyyat sistemlərinə keçə bilirdi. 

1996-cı ilin yanvarında Windows 95 əməliyyat sistemi üçün Win95.Boza adlı 

ilk  virus  peyda  oldu.  Bir  qədər  sonra  meydana  çıxan  Win95.Punch  adlı  rezident 

virusu Windows 95 əməliyyat sistemi istifadəçilərinin etibarını alt-üst etdi. Həmin 

ilin  martında  Windows  3.0/3.1  üçün  yazılmış  Win.Tentacle  virusu  ilə  bağlı  ilk 

epidemiya  başlandı.  Bu  virus  Fransanın  bir-neçə  idarəsinə  məxsus  kompüter 

şəbəkələrini yoluxdurdu. Buna qədər bütün Windows-viruslar yalnız virusu təsvir 

edən  elektron  jurnallarında  və  viruslarla  maraqlananların  kolleksiyalarında 

saxlanılırdı. Bu ərəfədə ancaq MS-DOS əməliyyat sisytemi üçün yazılmış yükləyici 

və makroviruslar azad yayılmaqda davam edirdi. Həmin il Microsoft Excel elektron 

cədvəli onun üçün xüsusi olaraq yazılmış Laroux adlı makrovirusa tutulur. 

1997-ci  ildə  FTP  və  mIRC-qurdlar  kimi  yeni  virus  növləri,  1998-ci  ilin  iyun 

ayında Win95.CIH virusu peyda oldu. Bu sonuncu virus ilk dəfə 1999-cu ilin aprel 

ayının  26-da  aktivləşdi  və  sərt  diskdəki  (vinçesterdəki)  informasiyanı  məhv  edib 

yerinə  “zir-zibil”  dolu  informasiyanı  yazdı.  Bununla  yanaşı  Win95.CIH  virusu  fləş 

qurğusundakı  açarın  açıq  vəziyyətində  fləşə  informasiyanın  yazılmasına  icazənin 

verilməsi  zamanı  Flash  BIOS-u  yenidən  kompüterə  təkrar  yazır  və  ana  platanı 

(lövhəni) sıradan çıxarırdı. 

Win95.CIH  virusu  epidemiyası  kompüter  istifadəçiləri  tərəfindən  həm  də 

“Çernobıl”  adı  ilə tanınır.  Çünki  o  da  o dövr  üçün  Çernobılda baş verən  dağıdıcı 

hadisə kimi ən dağıdıcı virus olaraq tarixə düşmüşdü. 

1997-ci  ilin  fevralında  Mıcrosoft  Office97  üçün  ilk  makroviruslar  meydana 

gəlir.  İlk  viruslar  təkcə  Word  6/7-nin  yeni  formatına  təsir  göstərsə  də  tezliklə 

Mıcrosoft  Office97-nin  sənədlərinə  də  yönəlmiş  olur.  1997-ci  ilin  martında  MS 

Word  6/7-ni  yoluxduran  ShareFun  makrovirusu  geniş  yayılır.  Bu  virus  çoxalmaq 

üçün həm MS Word-ün standart imkanlarından istifadə edir, həm də öz surətlərini 

yaymaq, həmçinin İnternet vasitəsi ilə göndərmək üçün MS-Mail elektron poçtdan 

istifadə edir. Bu proqramı haqlı olaraq ilk mail-soxulcan hesab etmək olar. Həmin 

ilin  iyun  ayında  Windows  95  əməliyyat  sisteminin  işinə  maneçilik  edən  (əngəl 

törədən) özüşifrlənən virus yaradılır.  

1997-ci ilin aprelində yayilmasından ötrü File Transfer Protocol (FTP) – dən 

istifadə edən ilk şəbəkə soxulcanı yaradıldı. 

1997-ci  ilin  dekabrında  isə  şəbəkə  viruslarının  yeni  forması  olan  mIRC 

soxulcanları meydana gəldi. 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 411 

1998-ci ilin əvvəlində Win32.HLLP.DeTroie viruslar ailəsi epidemiya yaratdı. 

Bu  viruslar  yerinə  yetirilən  fayllara  yoluxmaqla  barabər  öz  “sahibinə”  yoluxan 

kompüter haqqında informasiya da göndərirdi.  

1998-ci  ildə  Kaliforniyalı  iki  yeniyetmə  virus  hazırlayır  və  bu  virusla 

Pentaqonun 500-dən artıq kompüterini yoluxdurur. 

1998-ci  ilin  fevralında  Excel  prposessorunda  istifadə  olunan  düsturları 

yoluxduran virusun daha bir yeni forması – Excel4.Paix virusu aşkar edildi. 1998-

ci  ilin  martında  Microsoft  Access  üçün  ilk  AccessiV  virusu,  eləcə  də  MS  Office: 

Access və  Word  kimi iki  müxtəlif  əlavəni yoluxduran  Cross adlı  ilk  virus,  onların 

ardınca  isə  öz  kodunu  bir  Office-əlavədən  digərinə  keçirən  daha  bir  neçə 

makrovirusu yaradılır.  

1998-ci  ilin  fevral-mart  aylarında  ilk  polimorf  Win32-viruslarla  (Win95.HPS 

və  Win95.Marburq)  insident  qeyd  edildi.  1998-ci  ilin  mayında  RedTea.n 

epidemiyası  başladı.  Bu  virus  Windows-un  EXE-fayllarına  yoluxurdu  və  yoluxan 

faylları Eudora elektron poçtu ilə istifadəçilərə yayırdı.  

1998-ci  ilin  avqustunda  məsafədə  yerləşən  kompüterlərin  və  şəbəkələrin 

inzibatlaşdırılmasını  gizlətmək  üçün  tətbiq  edilən  məşhur  BackOrifice 

(Backdoor.BO)  utiliti  yaradıldı.  Bunun  ardınca  bir  neçə  oxşar  proqram:  NetBus, 

Phase və digərləri yazıldı.  

Avqust  ayında  həmçinin  Java-nın  yerinə  yetirilən  modullarını  zədələyən 

Java.StangeBrew  virusu  peyda  olur.  Virus  İnternet  istifadəçiləri  üçün  heç  bir 

təhlükə  yaratmır.  Bu  səbədən  müəyyən  məsafədə  yerləşən  kompüterlərdə 

virusun çoxalması üçün zəruri oln funksiyalar fəaliyyət göstərə bilmir.  

1998-ci  ilin  noyabrında  VBScript.Rabbi  virusu  yayılmağa  başladı.  Ckript 

virusların  İnternet-ekspansiyası  (təcavüzü)  VisualBasic  skriptləri  (VBS-faylları) 

yoluxduran üç virusla davam edirdi. Bu viruslar İnternet istifadəçisi Web-səhifələri 

yaradanda  onlara  qoşulurdu.  Məntiqi  nəticə  kimi  VBScript-viruslar  HTML-virusun 

(HTML.Internal) yaranması demək idi.  

1999-cu  ildə  Melissa  hibrid  virusu  yayılır.  Bu  virus  özündə  makrovirusun 

imkanları  ilə  şəbəkə  soxulcanının  imkanlarını  birləşdirirdi  və  çoxalmaq  üçün 

Outlook  ünvan  kitabından  istifadə  edirdi.  Virus  yayılma  sürətinə  görə  o  dövrdə 

mövcud olan bütün rekordları aşmışdı. 

1999-cu  ildə  Melisa  virusu  çox  böyük  sayda  kompüterlərə  yoluxur  və 

istifadəçilərə 80 000 dollar məbləğində zərər vurur. Bu isə antivirus proqramlarına 

tələbatın kəskin artmasına səbəb olur.  

ABŞ-ın  hüquq-mühafizə  orqanları  Melissa  virusunun  müəlliflərini  -  31  yaşlı 

proqramçı Nyu Cersi və Devid Smiti tapıb həbs edir. Həbs ediləndən bir müddət 

sonra Devit Smit Federal Təhqiqatlar Bürosu (FTB) ilə əməkdaşlıq etməyə başlayır 

və bunu nəzərə alan məhkəmə onu yumşaq cəzaya – 20 ay həbsdə qalmağa və 

$5000  cərimə  edilməyə  layiq  görür.  1999-cu  ilin  aprelində  CIH  (“çernobıl”) 

virusunun  müəllifi  tapılır.  Bu  Tayvan  texnologiya  universitetinin  tələbəsi  Çen 

İnxao  idi.  Yerli  kompaniyalar  tərəfindəın  virusun  təsirindən  şikayət  olmadığına 

görə əlində tutarlı məlumat olmayan polis onu həbs etməkdən vaz keçir.  



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə