İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə128/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   124   125   126   127   128   129   130   131   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



408 

 1990-cı  il  mayın  4-də  Amerikanın  “And  içmə”  məhkəməsi  virusun  müəllifi 

Morrisə 2 il  azadlıqdan şərti məhrum etmə, 400 saat məcburi ictimai əmək və 10 

min dollar məbləğində cərimə cəzası kəsdi. 

1990-ci  ilin  əvvəlində  Chameleon  adlandırılan  ilk  polimorf    virus  meydana 

gəldi.  Bu  texnologiya  tez  bir  zamanda  stels-texnologiya  (Stealin)  və  zirehləmə 

(Armored) ilə uzlaşdırılmaqla yeni viruslara antivirus paketlərə müqavimət göstərə 

bilmək imkanı yaradırdı. 1990-cı ilin ikinci yarısında Frodo və Whale adlı iki stels-

virus  yaradıldı.  Bu  virusların  hər  ikisində  həddən  artıq  mürəkkəb  olan  ctels 

alqoritmlərdən  istifadə  edilmişdi.  9  Kilobaytlıq  Whale  proqramında  əlavə  olaraq 

şifrləmənin  bir  neçə  səviyyəsi  və  düzəliş  (otladka)  əleyhinə  fəndlər  tətbiq 

edilmişdi.  

1990-cı ildə Bolqarıstanda dünya üzrə ilk dəfə ixtisaslaşdırılmış (xüsusi) BBS 

(Bulletin  Board  System  –  elektron  elanlar  lövhəsi)  yaradılır.  Arzu  edən  hər  kəs 

lövhədən  yeni  virus  proqramını  köçürə  bilərdi.  Elə  həmin  dövrdə  virus  yazmaq 

məsələlərinə həsr edilən Usenet konfransları fəaliyyət göstərməyə başlayır. Həmin 

il Mark Lüdviqin “Kompüter virusları haqqında kiçik qara kitab”ı çap edilir.  

Kompüter  viruslarının  qarşısının  alınması  problemi  iri  kompaniyaların  da 

diqqətini cəlb edir. 

1991-ci ilin əvvəlində Tequila adlı yükləmə virusu kütləvi epidemiyaya səbəb 

oldu.  1991-ci  ilin  yayında  ilk  link-virus  peyda  oldu  və  peyda  olan  kimi  də 

epidemiyaya səbəb oldu. 

1991-ci  ildə  öz  bədəninin  şəklini  dəyişə  bilən  polimorf  viruslar  meydana 

çıxdı. Windows 95 əməliyyat sistemi praktiki olaraq belə hücuma hazır olduğunu 

bildirdi və firma Windows 95 əməliyyat sisteminin beta-versiyasını 160 testediciyə 

payladı.  Kompütredə  istifadə  olunan  diskləri  antivirusa  yoxlayan  firma  əməkdaşı 

bütün disklərin Form adlanan yükləyici virusla yoluxduğunun şahidi oldu. Halbuki, 

prinsipcə yeni əməliyyat sisteminin (Windows 95-in) ilkin təqdimatına həsr edilmiş 

mərasimdə  onun  hər  cür  virusdan  tamamilə  qorunduğu  bildirilmişdi.  Bir-neçə 

aydan sonra bu fikir alt-üst oldu.  

Microsoft Word sənədlərini yoluxduran ilk makrovirus aşkar edildi. Bu, artıq 

sadəcə  qeyri-adi  şəkildə  icra  edilən  fayl  deyil,  xüsusi  ssenari  idi.  Bir  ay  ərzində 

Concept”


 adlı makrovirus bütün Yer kürəsini dolaşaraq dünyada onlarla şirkətin 

mətn  redaktorunu  iflic  etmişdi.  Bugün  Concept  virusunun  100-ə  yaxın 

modifikasiyası mövcuddur.   

1992-ci ildə fərdi kompüterlər (PC) üçün ilk virus konstruktorları (VCL), hazır 

polimorf modullar (MtE, DAMEvə TPE) və şifrləmə modulları yaradıldı. Bu andan 

başlayaraq  hər  bir  proqramçı  öz  virus  proqramına  rahatca  şifrləmə  funksiyası 

əlavə  edə  bilərdi.  1992-ci  ilin  sonunda  Windows  3.1  üçün  WinVer  adlı  ilk  virus 

peyda oldu. 

1993-cü  ildə  SatanBug  virusu  Vaşingtonda  çoxsaylı  kompüterlərə  yoluxur. 

Virusun müəllifi 12 yaşlı oğlan idi. 

1993-cü il daha çox virusların fayllara yoluxmaq, sistemə daxil olmaq və s. 

üçün qeyri-adi üsullardan istifadə etməsi ilə yadda qalıb. 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 409 

Bunlara nümunə kimi: 

 



Intel 80386 prosessorunun  qorunma  (təhlükəsiz)  rejimində  işləyən PMBS 

virusunu; 

 

Kompanion  virusların  alqoritm  diapazonunu  xeyli  genişləndirən 



Shadowgard və Carbuscle viruslarını; 

 



Yoluxduğu  fayllarda öz kodunu  gizlətmək  üçün  prinsipial yeni fəndlərdən 

istifadə edən Cruncher virusunu göstərmək olar.  

Virus  generatorlarının  yeni  versiyaları  və  yeni  virus  generatorları  (PC_MPC 

və  G2)  yaradılır.  Bu  dövdrə  məşhur  virusların  sayı  minlərlə  idi.  Antivirus 

kompaniyaları  polimorf  viruslarla  mübarizə  üçün  bir  sıra  səmərəli  alqoritmlər 

hazırlaya  bilsələr  də  çox  vaxt  yalançı  təsirlənmə  (işləmə)  problemi  ilə  də 

üzləşirdilər.  1994-cü  ilin  əvvəlində  Britaniyada  iki  mürəkkəb  polimorf  virus  – 

SMFG.Pathogen  və  SMFG.Queeg  peyda  olur.  Virusun  müəllifi  BBS  stansiyaya 

yoluxmuş  fayllar  yerləşdirir.  Bu  da  epidemiyaya  və  kütləvi  informasiya 

vasitələrində çaxnaşmaya səbəb olur. Virusun müəllifi həbs edilir.   

1994-cü ilin yanvarında obyekt modullara (OBJ-fayllara) yoluxan ilk virus – 

Shifer,  həmin  ilin  yazında  isə  C  və  Pascal-da  yazılmış  ilkin  proqram  mətnlərinə 

yoluxan  SrcVir  viruslar  ailəsi  meydana  çıxır.  1994-cü  ilin  iyununda  OneHalf 

epidemiyası başlayır.  

1995-ci  ildə  kifayət  qədər  mürəkkəb  bir  neçə  virus  –  NightFall, 

Nostradamus,  Nutcracker  peyda  oldu.  İlk  “ikicinsli”  virus  (RMNS  və  BAT-virus 

Winstart)  yaradılır.  ByWay  və  DieHard2  virusları  geniş  yayılır.  Butün dünya  üzrə 

kompüterlərin  bu  virusa  yoluxması  haqqında  xəbərlər  yayılir.  1995-ci  ilin 

fevralında Windows 95-in  beta-versiyası  ilə  insident  yaşanır. Bütün  disklər Form 

adlı MS-DOS virusa yoluxmuşdu.  

1995-ci  ildə  Windows-un  yeni  rəsmi  versiyası  olan  Windows  95  əməliyyat 

sistemi işıq üzü görur. Bu məsələyə həsr edilmiş mətbuat konfransında Bill Qeyts 

söyləmişdi ki, virus təhlükəsi artıq sona çatmışdır. Həqiqətən də Windows istehsal 

olunan zaman əməliyyat sistemi MS-DOS üçün mövcud olan viruslara çox davamlı 

idi. Lakin həmin ilin avqustunda Microsoft Word üçün ilk Concept adlı virus peyda 

oldu və bu virus bir neçə həftə ərzində butün dünyaya yayıldı. 

1995-ci  ildə  firma  Microsoft  Windows-95  əməliyyat  sistemini  disketlərdə 

istehsaldan buraxır. Artıq əməliyyat sistemi virusa yoluxmuş idi.  

1996-cı  ildə  Tom  Neff  müxtəlif  BBS-lər  üzrə  “Təhlükəli  yükləmə 

proqramlarının  siyahısı”nı  yaymağa  başlayır  və  bu  siyahıya  həmin  dövr  üçün 

məşhur olan vandal proqramların adları daxil edilir. Sonralar aşkar edilmiş troyan 

proqramlarının  və  MS-DOS  üçün  “sındırılmış”  (və  ya  adları  dəyişdirilmiş) 

kommersiya proqram təminatının surətləri daxil edilmiş həmin siyahı qışa formada 

“çirkli sıra” («грязная дюжина») adı ilə geniş istifadə edilməyə başlanır.  

1996-cı ilin iyununda OS2.AEP virusu yayılmağa başlayır. Bu OS/2 əməliyyat 

sisteminin  EXE-fayllarını  nəzakətlə  yoluxduran  ilk  virus  idi.  Bu  vaxta  kimi  ancaq 

OS/2 əməliyyat sistemi üçün təkcə kompanion-viruslara rast gəlinmişdi.  



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə