İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə124/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   120   121   122   123   124   125   126   127   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



398 

Windows  7  əməliyyat  sisteminə  fərdi  kompüterin  viruslardan  müdafiə 

edilməsi üçün sistemin proqram təşkilediciləri əlavə olunmuşdur. Onların arasında 

brandmayerlərə  də  rast  gəlmək  mümkündür  (kompüterlərin  susma  rejimində 

brandmayer qoşulmuş vəziyyətdədir). 

Bir çox hallarda istifadəçilər fərdi kompüterlərinin təhlükəsiz işləmələri üçün 

əlavə  proqramlardan  da  istifadə  edirlər,  məsələn,  kompüterə  antivirus  və  ya 

anticəsus proqramlarının yüklənməsi məsəhətdir. 

İstifadəçi  nəzərə  almalıdır  ki,  istehsal  olunan  bir  çox  antivirus  proqramları 

bir-biri ilə uzlaşmır və bununda nəticəsində bir-birinə maneçilik edərək işləyirlər. 

Nəticədə  hər  bir  antivirus  proqramı  digərinə  mane  olur,  virusun  aşkarlanaraq 

aradan götürülməsində birinci olmaq istəyir. 

Bu  baxımdan  da  fərdi  kompüter  istifadəçisi  istehsal  olunan  antiviruslardan 

birinə  üstünlük  verməli  və  seçdiyi  antivirus  proqramını  fərdi  kompüterinə 

yükləməlidir. 

Bir  çox  hallarda  fərdi  kompüter  istifadəçisinə  dövrü  olaraq  digər  antivirus 

proqramlarından  (onlardan  daima  istifadə  etməsələrdə)  bəhrələnməyi  məsləhət 

bilirlər.  Məsələn,  istifadəçi  “Doktor  Veb”  şirkətinin  rəsmi  saytına  daxil  olaraq 

Curelt!

  adlanan  antivirus  proqramının  pulsuz  variantını  kompüterinə  yükləyər, 



ondan istifadə edə bilər. 

Əksər antivirus və anticəsus proqramlarını fərdi kompüterə yükləmək tələb 

olunur.  Onlar  mütəmadi  olaraq  istifadəçinin  fərdi  kompüterini  yoxlayır,  istifadə 

zamanı  açıq  qalmış  fayllara  virusların  daxil  olmasına  maneçilik  göstərirlər. 

Bununla  da  Sizin  kompüterinizin  tutarlı  səviyyədə  təhlükəsiz  iş  rejimi  təmin 

edilimiş olur. 

 

QEYD

:  Əksər  istifadəçilər  fərdi  kompüterlərə  düşən  virusları  bir-birindən 

fərqləndirə bilmir. Onlar ümumi halda bütün virusları ancaq ziyan vuran kompüter 

virusu  kimi  tanıyır.  Bu  sözsüz  ki,  düzgün  fikir  deyil.  Nəzərə  almaq  lazımdır  ki, 

viruslar müxtəlif ziyanverici proqram təminatıdır. 

Virus nədir? 

Kompüter  virusu  kompüterdəki  fayla  və  ya  proqrama  bərkidilmiş 

(yapışdırılmış),  bir  kompüterdən  digərinə  keçməklə  yayılan  proqramdır.  Viruslar 

kompüterə  düşməklə  onun  işinə  maneçilik  edir,  kompüterdə  yerinə  yetirilən 

əməliyyatları ləngidir, kompüterin əməliyyat sistemini tamamilə korlayır. Virusların 

yayılmasında  əsas  rolu  kompüterlərdə  istifadə  edilən  fləş  qurğuları,  bir 

istifadəçinin digərinə məktub göndərdiyi zaman istifadə etdiyi e-mail, istifadəçilər 

arasında  piratlıq  yolu  ilə  birindən  digərinə  ötrülən,  çox  istifadə  edilən  virus 

yoluxmuş proqramlar oynayır.  

Soxulcan nədir? 

Soxulcanları  da  müəyyən  dərəcədə  virus  saymaq  olar.  Soxulcanlar 

kompüterdən  kompüterə  yayılırlar.  Onların  viruslardan  əsas  fərqi  istifadəçinin 

köməkliyi  (fəaliyyəti)  olmadan  kompüterlərdə  səyahət  etməsidir.  Soxulcanın  ən 

böyük  qorxusu  sistemdə  özü-özünü  modifikasiya  etməsidir  (kopiyalamasıdır). 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 399 

Soxulcan çoxalmaqla minlərlə kompüterə öz kopiyasını göndərə bilir. 

Troyan atı nədir? 

Troyan  atı  yalanlardan  ibarətdir.  İlk  baxışda  troyan  atı  istifadəçiyə  özünü 

lazımlı proqram kimi göstərir. Amma fərdi kompüteri işə salandan sonra hər şey 

alt-üst olur. Əməliyyat sistemi işə düşdükdən sonra troyan atı faylları proqramdan 

kənarlaşdırmaqla  onlarda  olan  informasiyaları  məhv  edir.  Troyan  atının  digər 

növü də mövcuddur, o, kompüterlərə düşərək istifadəçidə qıcıqlanma yatarmaqla 

onu  əsəbləşdirir  (istədiyi  ölkənin  himnini  çalır,  mənasız  sözlər  ilə  istifadəçini 

əsəbləşdirir, hazırlanmış materialı müxtəlif rənglərlə rəngləyir və s.), kompüterdən 

heç  bir  faylı  kənarlaşdırmır,  sadəcə  olaraq  istifadəçinin  işinə  maneçilik  edir. 

Viruslardan və soxulcanlardan fərqli olaraq troyan atı faylları korlamaqla yayılmır, 

özü-özünü artırmır. 

 

KOMPÜTER VİRUSLARININ MEYDANA 

GƏLMƏSİNİN QISA TARİXİ  

 

Heç  kimə  sirr  deyil  ki,  hər  bir  müasir  kompüterin  ən  böyük  və  qorxulu 



düşməni viruslardır. Virus üçün fərdi kompüterin hansı məqsədlə istifadə edilməsi

İnternetə  və  ya  lokal  şəbəkəyə  qoşulub-qoşulmaması  vacib  deyildir.  Bu  gün 

müxtəlif  ziyanverici  proqramlar  o  qədər  çoxdur  ki,  demək  olar  ki,  hər  bir 

kompüter təhlükə altındadır.  

Kompüter  virusu  nədir?  Əslində,  bu  ad  altında  bir-neçə  növ  ziyanverici 

proqramlar  gizlənir  ki,  bunların  da  çoxdandır  ki,  hər  birinin  özünəməxsus 

kompüterə  daxil  olmaq  metodikası  vardır.  Bu  günə  50  minə  yaxın  kompüter 

virusu məlumdur. Bu kiçik ziyanverici proqramlar aşağıdakı 3 qayda ilə yaşayırlar: 

 

Çoxalmaq; 



 

Gizlənmək; 



 

Pozmaq (xarab etmək). 



Hələ viruslarla universal və etibarlı mübarizə vasitəsi yoxdur. 

Burada  klassik  kompüter  virusları  –  “

parazitlər

”  nəzərdən  keçirilir. 

Ziyanverici  proqramların  bu  növünün  tarixi  nə  az-nə  çox  –  40  il  əvvələ,  keçən 

əsrin  60-cı  illərinin  sonuna  gedib  çıxır.  Bu,  o  zaman  idi  ki,  kompüterlə  yalnız 

fantastik  hekayələrin  səhifələrində  rastlaşmaq  mümkün  idi.  O  zaman  ABŞ-ın  iri 

tədqiqat  mərkəzlərinə  mənsub  olan  azsaylı  kompüterlərdə  ilk  dəfə  qeyri-adi 

davranışlı  proqramlar  aşkar  edilmişdi.  İnsanın  bütün  göstərişlərini  yerinə-yetirən 

normal  proqramlardan  fərqli  olaraq  bunlar  heç  bir  əmrə  tabe  olmurdular, 

kompüter  daxilində  anlaşılmaz  işlərlə  məşğul  olaraq  sistemin  işini  olduqca 

ləngidirdilər.  Bu  qeyri-adi  proqramların  yaxşı  cəhəti  o  idi  ki,  bunlar  heç  nəyi 

pozmur və çoxalmırdılar. Lakin bu yaxşı cəhət uzun sürmədi... 

İlk kompüterlərin, şəbəkələrin və şəbəkə protokollarının yaradıcıları gələcəyi 

görə  bilsəydilər,  çox  güman  ki,  informasiyanın  qorunması  problemləri  bu  gün 

xeyli az olardı. İlk vaxtlar kompüterlər binalardakı çoxlu sayda otaqları zəbt edən, 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə