İ N F O R M A T İ K A
____________________________________________________________ 119
hesablama bloku ana lövhə və ya sistem bloku adlanan platadan,
verilənlərin və əmrlərin kompüterə daxil edilməsinə imkan verən
klaviaturadan, sensor paneldən (taçpaddan – ingiliscə touchpad) və ya
trekboldan (ingiliscə trackball) ibarətdir. Hesablama bloku qrafik interfeysə
malik sistemi idarə edir;
ekran hesablama blokunun daxildəki verilənlərin təhlil olunma prosesini
əyani surətdə əks etdirir.
Noutbuk
HESABLAMA BLOKU
Hesablama blokunda hesablama əməliyyatlarını yerinə yetirən mərkəzi
prosessor (ingilis abbreviaturası ilə CPU) yerləşir. Mərkəzi prosessor informasiya
axınının əlaqələndirilməsini (koordinasiyasını) və kompüterin idarə edilməsini
həyata keçirir. İdarə olunma xüsusi hazırlanmış təlimat - əmrlər vasitəsi ilə yerinə
yetirilir. Mərkəzi prosessor müəyyən olunmuş əmrlər sistemi ilə (kodlar ilə) işləyir.
Əmrlər sisteminə müəyyən ardıcıllıqla yerinə yetirilən elementar əməliyyatlar
daxildir. Belə ardıcıllıq hesablama texnikasında proqram adlanır.
MİKROPROSESSOR
Masaüstü kompüterlər üçün klassik mikroprosessor istehsalçısı Intel şirkəti
sayılır. Şirkətin istehsalı olan Pentium 4, Pentium D, Atom, Core Duo, Core Quad,
İ N F O R M A T İ K A
____________________________________________________________
120
Core i5, Core i7 modelləri dünyanın aparıcı firmaları tərəfindən istehsal olunan
kompüterlərdə geniş istifadə olunur. Hal-hazırda Intel şirkətinin əsas rəqəbi AMD
şirkətidir. Şirkət istehsal etdiyi Athlon, Sempron, Phenom mikroprosessorları ilə
dünya kompüter satışı bazarında məşhurdur.
Prosessorun əsas xarakteristikası onun takt tezliyidir. Takt tezliyi
Meqaherslərlə (Mhs) və ya Qiqaherslərlə (Qhs) ölçülür. Parametr kompüterin nə
qədər cəld işlədiyini əks etdirir.
Inntel Celeron 1100 Socket 370 mikroprosessoru
Noutbuklarda istifadə edilən prosessorların bəzi modelləri iki nüvəli (bəzən
dörd nüvəli, bəzən də çox nüvəli) olur (məsələn, Core 2 Quad prosessoru). Bu bir
mərkəzi prosessorun iki və ya dörd altprosessordan ibarət olduğu anlamını verir.
Bu baxımdan da bu tip prosessorlar eyni tezlikdə digər bir nüvəli prosessorlar
(məsələn, Atom N270) ilə müqayisədə daha çox məhsuldar işləyirlər.
Prosessor ana lövhədə (mother board) yerləşir və ana lövhə onun digər
qurğular ilə əlaqəsini təmin edir. Əgər istifadəçi noutbukun qapağını açıb içərisinə
nəzər salsa, ana lövhənin ən çox yer tutduğunun şahidi olacaqdır.
İ N F O R M A T İ K A
____________________________________________________________ 121
Intel prosessorunun prinsipial sxemi
INTEL DG41TY ana lövhəsi
İ N F O R M A T İ K A
____________________________________________________________
122
OPERATİV YADDAŞ
Cari anda yerinə yetirilən bütün proqramlar, həmçinin istifadəçinin istifadə
etdiyi informasiya xüsusi hazırlanmış yaddaşda – operativ yaddaşda saxlanılır.
Operativ Yaddaş Qurğusu (OYQ) prosessor tərəfindən təhlil edilmiş
informasiyanın lazım olan müddət ərzində saxlanması üçün istifadə olunur. Bu
baxımdan da yaddaşı operarativ adlandırırlar. İstifadəçi operativ yaddaşdakı
informasiyadan çox cəld istifadə edə bilir. Yaddaşın çatışmazlığı onda olan
informasiyanı kompüter şəbəkəyə qoşulduğu zaman ərzində saxlaya bilməsidir.
Çünki, yaddaş mikrosxemlər üzərində qurulduğundan onun işləməsi üçün elektrik
gərginliyinin olması mütləqdir.
Operativ yaddaş noutbukun içərisində xüsusi yuvaların köməkliyi ilə ana
lövhə ilə əlaqə saxlayır.
Operativ yaddaşa yazılmış informasiyanı müəyyən etmək üçün hesablama
texnikasında bayt adlanan ölçü vahidindən istifadə olunur. Operativ yaddaşın bir
bayt yaddaşında elektron kitabın bir hərfini saxlamaq mümkündür. Hal-hazırda
hazırlanan operativ yaddaşların tutumu lazımı səviyyəyə çatdırılmışdır. Buna görə
də daha böyük ölçü vahidlərindən istifadə edirlər.
Operativ yaddaş
SƏRT DİSK
Öndə qeyd edildi ki, noutbuku şəbəkədən ayırdıqda, onda olan informasiya
tamamilə silinir. Onda belə bir sual ortaya çıxır, noutbukun şəbəkədən ayrıldığı
zaman istifadəçinin hazırladığı və təhlil etdiyi informasiya harada saxlanılmalıdır?
Bu məqsəd üçün bütün kompüterlərdə, həmçinin noutbuklarda sərt diskdən
(HDD) istifadə edirlər.
Bəzi texniki ədəbiyyatlarda sərt diski Vinçester də adlandırırlar.
İ N F O R M A T İ K A
____________________________________________________________ 123
QEYD
: 1834-cü ildə görkəmli ingilis alimi Çarlz Bebbic Analıtık maşının
yaradılması ilə məşğul olur. Maşının əsas hissələrindən birini alim
“Anbar”adlandırır. Anbar hesablamalar aparan zaman alınmış aralıq nəticəni
yadda saxlamaq üçün istifadə edilirdi. İnformasiya “Anbar”da dişli çarxların və
valın (milin) fırlanması ilə düzəldilmiş mexaniki qurğularda saxlanılırdı. “Anbar”
müasir kompüterlərdə istifadə edilən sərt diskin funksiyasını yerinə yetirməli idi.
Sərt disklər də noutbukun daxilində yerləşir və şleyf adlanan naqillər
toplusunun köməkliyilə ana lövhə ilə əlaqə saxlayırlar. Sərt disklərin ana lövhəyə
qoşulması üçün istifadə edilən yuvalar müxtəlif olur. Yaxın keçmişə kimi IDE
standartından istifadə edilirdi. İndiki zamanda əksər sərt disklər SATA yuvaları
vasitəsi ilə ana lövhəyə qoşulur.
Noutbuklar üçün istehsal olunan sərt disklər masaüstü kompüterlərin sərt
diskləri ilə müqayisədə kiçik ölçüyə malikdir. Amma nəzərə almaq lazımdır ki,
ölçülərinin kiçik olmasına baxmayaraq onlar da tutarlı səviyyədə informasiya
saxlamaqda kompüterdə istifadə edilən sərt disklərdən heç də geri qalmırlar.
Dostları ilə paylaş: |