İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə50/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   46   47   48   49   50   51   52   53   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 143 

verilənlərin və ya proqramların etibarlı saxlanmasıdır. Bu baxımdan da strimerlər 

adətən sənayedə, nəşriyyatlarda, banklarda, elm sahələrində və s. yerlərdə arxiv 

materiallarının uzun müddət ehtiyatda saxlanması üçün istifadə olunur. 

Müxtəlif  firmalar,  məsələn,  Everex,  Archive  Mountain  Computer,  Sony, 

Colorado  Memory  Systems və  s.  strimer  istehsalı ilə  məşğuldur.  İstehsal olunan 

strimerlər adətən kontroller platası və drayver ilə birgə istehsal olunur. 

Strimerlərin  çatışmazlığı  qiymətlərinin  baha  olması  və  informasiyanın 

axtarılmasına  vaxtın çox  sərf  edilməsidir.  Strimerlərin  üstünlükləri  böyük  tutuma 

malik olması, stabil və etibarlı işləməsi, iş prosesində az enerji tələb etməsidir. 

  

 



 

Strimerlər 

 

WI-FI ADAPTERİ 

 

Son zamanlar hesablama şəbəkələrində Wi-Fi (Wireless Fidelity) geniş tətbiq 



tapmışdır. Bu istifadəçinin digər kompüterə və ya bir neçə kompüter şəbəkəsinə 

(həmçinin  İnternetə  çıxışı)  naqildən  istifadə  etmədən,  radiokanal  vasitəsilə 

qoşulma imkanın əldə edilməsi ilə bağlıdır.  

İstifadəçinin  Wi-Fi  adapterindən  istifadə  etməklə  şəbəkəyə  qoşulması 

(pulsuz)  adətən  vağzallarda,  aeroportlarda,  mehmanxanalarda  və  s.  ictimai 

yerlərdə onun üçün çox əlverişlidir. 

 

 

 



Wi-Fi adapteri 

 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



144 

VEB-KAMERA 

 

Veb-kamera  video  təsvirlərin  sadələşdirilərək  İnternetə  ötürülmsi  üçün 



istifadə  edilir.  Əksər hallarda  qurğudan  videokonfransların  həyata keçirilməsində 

və  ya  kompüterlər  arasında  informasiya  mübadiləsinin  videotelefonla  yerinə 

yetirilməsində  istifadə  olunur.  Hal-hazırda  aparıcı  firmalar  tərəfindən  istehsal 

olunan  noutbuklarda  Veb-kamera  manitorun  yuxarı  hissəsində  “şüşə  göz” 

formasinda  quraşdırılır.  Bəzi  hallarda  isə  noutbuka  Veb-kameralar  quraşdırılmır. 

Bu  zaman  istifadəçi  noutbuka  xarici  Veb-kamera  quraşdıra  bilər.  Bu  tip  Veb-

kameraların noutbuka birləşdirilməsi üçün xüsusi hazırlanmış bərkidiciləri olur.  

 

  



  

 

 



Müxtəlif firmalar tərəfindən istehsal olunan Veb-kameralar

  

 



Veb-kameraları  aşağıdakı  parametrlərinə  görə  bir-birindən  fərqləndirirlər. 

Bunlara: 

 

kameranın təsviri buraxma qabiliyyəti



 

kadrların tezliyi; 



 

obyektivin keyfiyyəti daxildir. 



Kameranın təsviri buraxma qabiliyyətindən təsvirin müfəssəlliyi və aydınlığı 

bir-başa asılıdır. Parametrin qiyməti artdıqca, təsvirin reallığı da artır. Parametrin 

qiymətinin aşağı sərhədlərində kameranın köməyi ilə çəkilən təsvir monitorda əks 

olunan zaman müəyyən keçikmələrə və titrəyişlərə məruz qalacaqdır. 

 

İNFRAQIRMIZI PORT VƏ BLUETOOTH 

 

Noutbukun  digər  qurğular  ilə  əlaqəsini  təmin  etmək  üçün  istifadəçi  hər  iki 



qurğudan  faydalana  bilər.  Bu  məqsədlə  noutbukda  analoq  portu  nəzərə 

alınmışdır.  Əksər  hallarda  qurğulardan  (IQ-portu  və  Bluetooth-portu)  mobil 

telefon və cib kompüterləri ilə əlaqə yaratmaqdan ötrü istifadə edilir. 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 145 

Hər  iki  portun  köməyi  ilə  kompüterlərə  musiqilərin  və  təsvirlərin  müxtəlif 

mənbəələrdən  ötürülməsi  həyata  keçirilir.  İnformasiyanın  noutbuka  ötürülməsi 

üçün  noutbuk  xüsusi  proqramla  işləməlidir.  Belə  proqramaları  istifadəçi  satış 

mağazalarından ala bilər və ya İnternetdən “çəkə” bilər. 

 

     


 

İnfraqırmızı port 

 

Nəzərə  almaq  lazımdır  ki,  hal-hazırda  əksər  kompüterlərdə  istifadə  edilən 



Windows-un yeni versiyasında bu hal nəzərə alınmışdır. 

 

 



 

  

 



Bluetooth –lar 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



146 

Xarici görkəminə görə Bluetooth portu infraqırmızı portdan az fərqlənir. Hər 

iki qurğu müasir noutbuklara quraşdırılmışdır. İnfraqırmızı port tünd qırmızı şüşə 

formasindadır.  Bluetooth-un  noutbuka  quraşdırılmasını  notbukun  gövdəsindəki 

xüsusi işarə təsdiqləyir. 

 

TV-TÜNER 

 

Qurğu  kompüterdə  televiziya  proqramlarına  baxmaq  üçün  istifadə  olunur. 



Praktiki  olaraq  bütün  TV-tünerlər  televiziya  kabelinə  qoşulmaqdan  ötrü  antena 

çıxışına  malikdir.  Bəzi  hallarda  analoq  videokameralardan  video  siqnallarının 

tutulması  və  ya  DVD-lərə  informasiyanın  yazılması  üçün  TV-tünerlərdən  istifadə 

edilir. 


 

 

Xarici TV-tüner  



 

Müxtəlif  quruluşlu  TV-tünerlər  (Pinnacle,  PCTV,  FlyVideo,  AverMedia, 

Beholder) mövcuddur. İstifadəçilər daxili və xarici tünerlərdən də istifadə edirlər. 

Daxili tünerlər noutbukun daxilinə birbaşa yuva vasitəsilə quraşdırılır.

 

 

NOUTBUKU ŞƏBƏKƏYƏ NECƏ QOŞMALI? 



 

Noutbuku  elektrik  mənbəyinə  qoşmaq  üçün  onun  gövdəsi  üzərindəki 

[Power]  düyməsini  (və  ya   işarəsi  olan  düyməni)  bir  dəfə  sıxmaq  kifayətdir. 

Noutbuku  söndürərkən  bu  düymələrdən  istifadə  etmək  məsləhət  deyil,  çünki 

müasir  əməliyyat  sistemləri  istifadəçinin  onlarla  işi  tamamladıqdan  sonra 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə