İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə58/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   54   55   56   57   58   59   60   61   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



166 

 

 



 

 

 



dövri proses bloku 

 

 



 

 

 



 

 

 



məntiqi şərt bloku 

 

 



 

 

əvvəldən  hazırlanmış  alqoritmlərdən  və  ya 



proqramlardan istifadə olunma bloku 

 

 



 

Blok-sxemlərdə hesablama və məntiq blokları üstünlük təşkil edir. Birinci tip 

bloklarda hesablama proseduraları yerinə yetirilir, ikinci tip bloklarda isə müəyyən 

məntiqi şərtlər yoxlanılır. Hesablama proseduralarını müxtəlif formada göstərmək 

olar.  Əgər  hesablama  kiçik  düsturla  ifadə  olunursa,  onu  blok  daxilində  yazırlar. 

Əgər düstur böyükdürsə, onda prosedura blokda şərti simvol (ədəd və ya söz) ilə 

göstərilir və blok-sxemin altından isə onun mənası izah edilir. 

İstənilən məsələ “Başlanğıc” və “Son” blokları arasında təsvir edilir.  

Hesablama blokları (düzbucaqlılar da deyilir) və məntiqi şərti bloklar (keçid 

bloku da adlanır və ya romblar da deyilir)

 

blok-sxemdə əsas bloklardan, istifadə 



edilmə  məqsədlərinə  və  aralarındakı  əlaqə  və  formalarına  görə  bir-birindən 

əhəmiyyətli  dərəcədə  fərqlənirlər.  Sadə  hesab  əməllərindən  ibarət  olan 

hesablama  prosesində  əməllər  bir-birinin  ardınca  yerinə  yetirilir  və  blok-sxemlər 

düzbucaqlı şəklində təsvir olunur.  

Müəyyən  bir  məntiqi  ifadənin  doğru  olub-olmadığından  asılı  olaraq 

alqoritmin davametmə istiqamətinin seçilməsi romb bloku vasitəsilə təsvir olunur. 

Romb  bloku  bir  girişli  və  bir  neçə  çıxışlı  ola  bilər.  Bu  blok  daxilində  yazılmış 

məntiq  ifadəsinin  doğru  olub-olmadığından  asılı  olaraq  hesablama  prosesi  iki  və 

daha  çox  qollara  ayrıla  bilər.  Başqa  sözlə  şərt  bloku  ondan  sonra  hesablama 

prosesinin hansı istiqamətdə gedəcəyini aydınlaşdırır. 

Maşında məsələni həll etmək üçün tərtib edilmiş alqoritm maşın alqoritmi və 

ya proqram adlanır. 



Alqoritmin  proqramlaşdırma

 

dili

  (proqram)  vasitəsilə  təsviri  adi 

təsvirdən  onunla  fərqlənir  ki,  burada  maşının  yerinə  yetirəcəyi  hər  bir  kiçik 

əməliyyat  müəyyən  əmrlərlə  verilməlidir,  yəni  proqramlaşdırma  dili  vasitəsilə 

təsvir  çox  dəqiq  olmalıdır,  çünki  kompüter  ancaq  ona  verilmiş  proqramdakı 

əmrləri  yerinə  yetirir.  Çox  vaxt  proqramı  yazmazdan  əvvəl  məsələnin  həll 

alqoritmi  blok-sxem  şəklində  (əyani  olmaq  üçün)  təsvir  edilir,  sonra  isə  uyğun 

proqram  yazılır.  Blok-sxemdən  proqrama  keçərkən  hər  bir  blok  bir  neçə  əmr 

hə 

yox 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 167 

vasitəsilə  dəqiq  təsvir  olunur.  Ona  görə  də  alqoritmin  proqramlaşdırma  dili 

vasitəsilə təsviri zamanı əmrlərin sayı blok-sxemdəki blokların sayından çox olur. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  alqoritmin  proqramlaşdırma  dili  vasitəsilə 

təsviri əvvəlki təsvirdən çətindir. Əvvəlki təsvir vasitələrində səhvlər görünmür və 

bilinmir, amma proqramlaşdırmada həmin səhvlər tez nəzərə çarpır və proqramçı 

tərəfindən vaxtında düzəldilir. 

Hesablama texnikasında müxtəlif strukturlu alqoritmlərdən istifadə edilir: 

 



xətti alqoritmlər; 

 



budaqlanan alqoritmlər; 

 



dövri alqoritmlər; 

Xətti alqoritmlər

 çox sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl 

əməliyyatlardan  ibarət  olur  və  həmin  əməliyyatlar  yazıldığı  ardıcıllıqla  da  yerinə 

yetirilir. Belə alqoritmlərdə budaqlanma və dövri mərhələlər, başqa sözlə məntiq 

mərhələsi olmur. 

Ümumi halda xətti alqoritm aşağıdakı kimi təsvir edilir. 

 

 

 



 

Budaqlanan alqoritmlərin

 tərkibində bir və ya bir neçə məntiq mərhələsi 

olur.  Bu  mərhələdə  müəyyən  (məsələn,  hesablama  nəticəsində  alınan) 

kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq 

sonrakı  gedişin  istiqaməti  seçilir,  yəni  nəzərdə  tutulan  şərt  ödənilirsə,  bir 

istiqamətə, ödənilmirsə başqa istiqamətə doğru hərəkət edilir. 

Beləliklə, alqoritmdə budaqlanma baş verir. 

a, b, c 


P = (a + b + c) /2 

S=

    



)

)(

)(



(

c

P

b

P

a

P

P



 

 






İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



168 

Budaqlanan  alqoritmə  misal  olaraq  kvadrat  tənliyin  həll  olunmasını 

göstərmək  olar.  Tam  kvadrat  tənliyin  həlli  zamanı  diskriminantın  müsbət 

olmasının yoxlanılması mərhələsi alqoritmdə budaqlanma yaradır. 

Bunu aşağıdakı misalda aydınlaşdıraq. 

Misal: 


0

2





c



bx

ax

 tam  kvadrat  tənliyin  həll  alqoritmini  blok-sxem 

şəklində təsvir etməli. 

 

 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə