İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə59/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   55   56   57   58   59   60   61   62   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 169 

 

1-ci  mərhələdə  heç  bir  əməliyyat  yerinə  yetirilmir.  2-ci  mərhələdə  a,  b,  c 



əmsalları maşına daxil edilir. 3-cü mərhələdə diskriminant hesablanır. 4-cü və 5-ci 

mərhələlərdə  diskriminantın  müsbət,  sıfır  və  ya  mənfi  olması  şərti  yoxlanılır  və 

uyğun  olaraq  budaqlanma  gedir.  D>0  olduqda  9-cu  addıma,  D=0  olduqda  7-ci 

addıma,  D<0  olduqda  isə  6-cı  addım  yerinə  yetirilir.  Sonra  hər  budaqda  alınan 

nəticələr çap edilir və  nəhayət alqoritm sona çatır. 

Budaqlanan alqoritmlər 



sadə və mürəkkəb budaqlanmaya

 ayrılır. 

Sadə  budaqlanmaya

  misal  olaraq  iki  ədədin  maksimumunun  (

x=max 

(A

1



B

) tapılmasını göstərmək olar. Alqoritmin blok-sxemi şəkildəki kimidir. 

 

 

 



 

Bir  neçə  budaqlanmaya malik  olan  alqoritminin blok-sxemi mürəkkəb olur. 

Mürəkkəb budaqlanmaya misal aşağıda verilmişdir

 



                   

x

 



,  əgər x≤19 

                 

2

1

x



,  əgər x>19 

                  

7



x



 

Başlanğıc 

A və B-nin daxil edilməsi 

R≥0 


Х=В 

Son 


Hə 

R=A-B 

Х=А 

X-in çap edilməsi 

 

   Y(x)= 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



170 

 

 



 

Dəfələrlə təkrar olunan dövri prosesi təsvir edən alqoritm

 dövri  alqoritm 

adlanır. Dövri prosesi təşkil edən operatorlar ardıcıllığı 



dövr 

adlanır. Dövrlər 



sadə

 

və 



mürəkkəb

 ola bilər. Sadə dövrü alqoritmin bir dövrü olur. 

Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edərsə, onda belə 

dövrlərə 



mürəkkəb  dövr

 deyilir. Mürəkkəb dövrləri əmələ gətirən sadə dövrlər 

heç vaxt kəsilə bilməz. 

Dövrü  alqoritmlər  hesabi  dövri,  indeksli  dəyişənlərdən  istifadə  etməklə 

yerinə  yetirilən  dövri,  inteqrasiya  dövri,  təkrar  (çox  qat)  dövrlərdən  və  s. 

ibarətdir. 

Dövrü alqoritmləri aşağıdakı qruplara bölmək olar: 

 



arqumentin qiymətləri təsadüfi dəyişən alqoritmlər; 

 



arqumentin  qiymətini  verilən  parçada  verilən  qanunauyğunluqla  dəyişən 

alqoritmlər; 

 

dövrlərin sayı əvvəlcədən məlum olan alqoritmlər; 



 

dövrlərin  sayı  əvvəlcədən  məlum  olmayan  alqoritmlər  (iterasiyalı 



alqoritmlər). 

 

 



 

 

Başlanğıc 



х≤7 

х≤19 


У=1/х

2

 



Nəticəni çap 

etməli 


Son 

y=7-x 


y=7-x 

hə 


hə 

yox 


yox 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 171 



 

F Ə S İ L  IX. FƏRDİ KOMPÜTERİN PROQRAM 

TƏMİNATI 

 

 



 

PROQRAM TƏMİNATININ TƏSNİFATI. 

SİSTEM PROQRAM TƏMİNATI 

 

Fərdi  kompüterlər  proqramla  idarə  olunan  hesablayıcı  maşındır.  Hər  hansı 

bir məsələni kompüterdə həll etmək üçün onun həll alqoritmi əsasında qurulmuş 

proqram  olmalıdır.  Kompüterin  fəaliyyəti  onun  yaddaşına  yazılmış  proqramla 

təmin  edilir.  Proqram  təkcə  konkret  məsələnin  həlli  üçün  deyil,  istifadəçi  ilə 

kompüter arasında əlverişli formada ünsiyyət yaratmaq, informasiyanın işlənməsi 

prosesini  idarə  etmək,  məsələlərin  həllində  proqramçıya  kömək  etmək, 

proqramçının səhvlərini aşkar edib ona çatdırmaq və s. üçün istifadə edilir. Bu və 

ya  digər  funksiyaları  yerinə  yetirmək  məqsədilə  kompüter  uyğun  proqramlar 

kompleksi ilə təmin olunmalıdır. 

Həmin proqramlar kompleksinə kompüterin proqram təminatı sistemi deyilir. 

Müasir  kompüterlər  yalnız  texniki  göstəricilərlə  deyil,  proqram  təminatının 

zənginliyi ilə də bir-birindən fərqləndirilir və qiymətləndirilir. 

Beləliklə,  proqram  təminatı  kompüterdə  məsələlərin  həllini  təşkil  edən 

proqramlar  toplusudur.  Proqram  təminatı  kompüterin  vacib  tərkib  hissələrindən 

biridir və onun müəyyən hissəsi texniki aparatla birlikdə alıcılara çatdırılır. 

 

QEYD

:  Proqram  təminatına  aid  ilk  nəzəriyyə  ingilis  riyaziyyatçısı  Alan 

Tyurinq  tərəfindən  1935-ci  ildə  “Decision  problem”  jurnalında  dərc  olunmuş 

“Computable  numbers  with  an  application  to  the  Entschcidungsproblem”  adlı 

oçerqdə  təklif  olunmuşdu.  Müəllif  məqalədə  hesablama  maşınını  bir  funksional 

vəziyyətdən  digərinə  çevirə  biləcək  ibtidai  şəkildə  olan  əməliyyatları  ardıcıllıqla 

yerinə yetirə bilən abstrakt maşının riyazı modelini vermişdi.  

 

Müasir  həyatda  yeni  informasiya  texnologiyasının  sürətlə  inkişafı  və  onun 



tətbiq sferasının geniş vüsət alması proqram təminatının intensiv inkişafına səbəb 

oldu.  Bununla  əlaqədar  qeyd  etmək  olar  ki,  son  illərdə  dünya  miqyasında 

proqram təminatının inkişaf etdirilməsi üçün 140 milyard dollara yaxın vəsait sərf 

olunmuşdur.  Bu  vəsait  hesabına  proqram  təminatının  inkişaf  meyli  hər  il 

mütəmadi olaraq (ildə 20%) artır. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə