İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə61/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   57   58   59   60   61   62   63   64   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



174 

Utilitlər

 aşağıdakı funksiyaları yerinə yetirirlər: 

 

disklərə xidmət etmək (formatlaşdırma və s.); 



 

informasiya  mühafizəsinin  təmini,  nasazlıq  hallarında  bərpanın 



mümkünlüyü və s.; 

 



fayl və kataloqlara xidmət; 

 



arxivlərin yaradılması və yeniləşdirilməsi; 

 



kompüter  resursları,  disk  sahəsi,  proqramların  əməli  yaddaşda 

paylanması haqqında informasiyanın verilməsi; 

 

müxtəlif rejim və formatlarda olan mətn və digər faylların çapı; 



 

kompüteri viruslardan mühafizə. 



Antivirus 

proqram 

vasitələri

 

məlumatların 



(verilənlərin) 

neytrallaşdırılmasını və kompüterin diaqnostikasını təmin edir. Viruslar çoxalaraq 

proqramlara  özbaşına  qoşulur,  lazımsız  və  ziyanlı  müxtəlif  əməliyyatları  həyata 

keçirir. 

Geniş  yayılmış  kompüter  virusları  ilə  mübarizə  istifadəçilərə  bir  çox 

çətinliklər  yaradır.  Buna  görə  də  virusların  yayılma  xüsusiyyətlərinin  və 

əmələgəlmə  xarakterinin  istifadəçi  tərəfindən  öyrənilməsi  ona  viruslarla 

mübarizədə antivirus proqramlarından effektiv istifadəyə imkan verir. 

Virus  digər  proqramlara  özbaşına  qoşula  bilən,  öz  surətini  fayllara,  sistem 

sahəsinə,  şəbəkələrə  və  s.  yayan  və  kompüterin  normal  işini  pozan  xüsusi 

proqramdır.  Yaranmış  virus  proqramlarının  surəti  təkrar  olaraq  kompüterin 

daxilində yenidən yayıla bilir. 



Kompüter  virusları

  təxminən  keçən  əsrin  80-ci  illərinin  əvvəllərində 

yaranmışdır.  «Kompüter  virusu»  termini  1984-cü  ildə  ABŞ-da  keçirilən 

informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. 

Kompüter viruslarının ümumi qəbul edilmiş tərifi yoxdur. 

 

QEYD

: Virus ingiliscədən tərcümədə maniə, əngəl anlamını verir. 

 

Kompüter virusunun aşağıdakı tərifindən istifadə edilir: Kompüter virusu elə 



proqramdır  ki,  özünü  təxminən  bioloji  virus  kimi  aparır,  çoxalır,  maskalanır  və 

ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). 

Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar: 

 



fayl  virusları  (com,  exe,  bat,  doc  virusları),  yükləmə  virusları,  makro 

viruslar; 

 

yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident; 



 

əməliyyat  sisteminə  görə:  MS-DOS  virusları,  Windows  virusları,  *NIX 



virusları və s.; 

 



destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli; 

 



virus  alqoritminin  xüsusiyyətlərinə  görə:  «tələbə»  virusları,  kompanyon-

viruslar,  «soxulcanlar»  (worm),  «stels»-viruslar  («görünməz»  viruslar), 

«polimorf»-viruslar (özüşifrələnən viruslar), şəbəkə virusları və s. 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 175 



Virusların  yaradılması

. Hər gün 10÷15 yeni növ virus yaradılır (bəlkə də 

çox).  Virusların  sayı  həndəsi  silsilə  üzrə  artır.  Bunu  statistika  və  real  həyat 

təcrübəsi  təsdiq  edir.  Məsələn,  2010-cu  ildə  202  000-dən  çox  virus  məlum  idi, 

indiki zamanda isə bu rəqəm bir neçə dəfə artmışdır və s. 

Kompüter  viruslarının  sayının  artması  ilk  növbədə  onunla  bağlıdır  ki, 

proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yarada bilər. 

Bu  işdə  ona  leqal  və  qeyri-leqal  ədəbiyyat,  virusların  yaradılması  üçün  xüsusi 

proqram təminatı kömək edə bilər. Hətta müxtəlif 



mutasiya  generatorları

 da 


mövcuddur  ki,  birinci  kurs  tələbəsinin  yaratdığı  sadə  virusu  mürəkkəb  virusa 

çevirsin. 



Virusların  yayılması

.  Şəbəkə  və  kommunikasiya  texnologiyalarında  hər 

bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın 

vaxtlara  kimi  viruslar  disketlər  və  digər  daşıyıcılar  vasitəsi  ilə  yayılırdı.  İnternet 

virusların  yayılması  üçün  geniş  imkanlar  və  magistral  yollar  açdı.  Kompüter 

virusları  İnternetdə  bioloji  virusların  real  dünyada  yayılmasından  daha  sürətlə 

yayılır  (məsələn,  2003-cü  ildə  Slammer  "soxulcanı"  10  dəqiqə  ərzində  75  min 

fərdi kompüteri yoluxdurmuşdu). 

1999-cu  ildə  ilk  dəfə  dünya  miqyasında 



virus  epidemiyası 

yaranmışdı. 

“Melissa”  virusu  on  minlərlə  kompüteri  yoluxdurmuş  və  kompüter  aləminə  80 

milyon  dollar  ziyan  vurmuşdu.  Bu  hadisədən  sonra  dünyada  antivirus 

proqramlarına  böyük tələbat  yarandı.  2000-ci ilin  mayında Melissanın  rekordunu 

bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş “I Love You!” (“Səadət 

məktubu”)  virusu  təzələdi.  2008-ci  ildə  “Conficker”  virusu  12  milyon  kompüterə 

yoluxdu (maraqlı faktdır ki, virus, klaviaturası ukrayna dilində olan kompüterlərə 

təsir etmir) və s.  

Fərdi  kompüterlərdə  praktik  olaraq  virusa  yoluxmayan  fayl  növü  tapmaq 

mümkün  deyil.  Hal-hazırda  mobil  telefonları  və  proqram  təminatından  istifadə 

edən digər qurğuları da yoluxduran viruslar sürətlə yayılır. 

Virus müəllifləri təkcə texnoloji zəifliklərdən deyil, "psixoloji" zəifliklərdən də 

istifadə edirlər. 

Məlumatları  (verilənləri)  məhv  olmaqdan  qorumaq,  kompüter  viruslarını 

tapmaq  və  silmək  üçün  nəzərdə  tutulan  proqram 



antivirus  proqramı

  adlanır. 

Antivirus proqramının aşağıdakı tipləri mövcuddur: 

 

süzgəc; 



 

detektorlar; 



 

doktorlar və ya faqi; 



 

müfəttişlər; 



 

immunizatorlar və ya vaksinlər. 



Süzgəc 

rezident  proqram  olmaqla,  təhlükəli  əməliyyatlara  nəzarət  edir 

(məsələn icra olunan proqram fayllarını dəyişir). 

Detektorlar

 əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin 

edir. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə