İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə64/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   60   61   62   63   64   65   66   67   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 181 



Relyasiya  modeli

  daha  əlverişli  və  səmərəli  olduğundan  son  illərdə 

yaradılmış  verilənlər  bazasının  idarəetmə  sistemlərində  bu  modeldən  istifadə 

olunur. 


İnteqrallaşdırılmış paketlər

 müxtəlif funksiyaları yerinə yetirən proqram 

komponentlərini  özündə  birləşdirir.  Müasir  inteqrallaşdırılmış  tətbiqi  proqram 

paketlərinə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazasının 

idarəetmə  sistemləri  və  kommunikasiyalı  modullar  daxildir.  İnteqrallaşdırılmış 

paketlərə əlavə modullar kimi, faylların eksportu və importu, kalkulyator, təqvim, 

proqramlaşdırma sistemləri də daxil edilir. Komponentlər arası informasiya əlaqəsi 

müxtəlif məlumatların təsviri formatlarının unifikasiyası ilə təmin olunur. Müxtəlif 

komponentlərin  vahid  sistemdə  inteqrasiyası  istifadəçiyə  interfeysdə  xeyli 

üstünlük  verir.  Belə  paketlərə  FrameWork,  Startnave,  Microsoft  Office  nümunə 

göstərmək olar. 



Case  texnologiyası

  mürəkkəb  informasiya  sistemlərinin  yaradılmasında 

tətbiq  olunur.  Case  –  texnologiyası  altında  informasiya  sistemlərinin 

hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin 

analizi,  verilənlər  bazasının  layihələndirmə,  proqramlaşdırma  və  informasiya 

sistemlərinin istismarı daxildir. 

Case  texnologiyasının  instrumental  vasitələri  informasiya  texnologiyasının 

bütün  sahələrində  tətbiq  olunur.  Texnologiya  istifadəçiyə  informasiya 

sistemlərinin  layihələndirilməsini  onların  proqramlaşdırılması  və  sazlanmasından 

ayırmağa  imkan  verir.  Sistemi  hazırlayanlar  yalnız  yüksək  səviyyəli  layihə  ilə 

məşğul  olur.  Bu  isə  layihələndirmə  mərhələsində  səhvlər  buraxmamağa  imkan 

verir  və  mükəmməl  proqram  məhsulları  alınır.  Bu  texnologiya  informasiya 

sisteminin işlənməsinin bütün mərhələlərində dəyişir. 

Hal-hazırda  Case  texnologiyası  informatikanın  ən  dinamik  inkişaf  edən 

sahəsidir. Case texnologiyasına B PVIN, CDEZ Tods, Clear Case, Composer və s. 

aid etmək olar. 

Müasir Case texnologiyası banklar, maliyyə şirkətləri (korporasiyaları) və ən 

iri firmalar üçün informasiya sistemlərinin yaradılmasında müvəffəqiyyətlə istifadə 

olunur. 


Ekspert  sistemləri

.  İqtisadi  və  sosial  sahədə  məntiqə  və  mütəxəssis 

təcrübəsinə  əsasən  evristik  tip  məsələlərin  həlli prosesində  informasiyanın  təhlili 

üçün  istifadə  edilən  vasitələrə  tələbat  daima  artır.  Burada  əsas ideya  məsələnin 

necə  həll  olunmasını  təyin  edən  ciddi  formalaşdırılmış  alqoritmlərdən,  tədqiq 

sahəsinin  mütəxəssisləri  tərəfindən  biliklər  bazasında  toplanan  qaydaları 

göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip məsələlərin həlli 

üçün  ekspert  sistemlərindən  (ES)  istifadə  olunur.  Ekspert  sisteminin  əsasını 

biliklər  bazası  təşkil  edir.  Ekspert  sistemləri  aşağıdakı  məqsədlər  üçün  istifadə 

olunur: 

 



obyektin vəziyyətinin inteqrasiyası; 

 



obyektin vəziyyətinin diaqnostikası; 

 



obyektdə vəziyyətin proqnozu; 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



182 

 



məqsədli planlaşdırma; 

 



obyektin işini idarə etmək. 

Üsulyönlü tətbiqi proqram paketləri

 riyazi-iqtisadi məsələlərin müəyyən 

üsullarla həllini reallaşdırır. Bura aşağıdakı tətbiqi proqram paketləri aiddir: 

 



riyazi  proqramlaşdırma  (xətti,  dinamik,  statik  və s. ); 

 



şəbəkə planlaşdırma və idarəetmə; 

 



riyazi statistika. 

Bunlara  misal  olaraq  müasir  fərdi  kompüterlərdə  reallaşdırılan  Math  Cad, 

Mat Lab, Derive, TK Solver  və s. paketlərini göstərmək olar. 

Tətbiqi  proqram  paketlərinin  geniş  yayılmış  sinfi  problemyönlüdür.  Praktiki 

olaraq,  elə  tədqiqat  sahəsi  yoxdur  ki,  burada  heç  olmasa  bir  tətbiqi  proqram 

paketləri olmasın. Problemyönlü tətbiqi proqram paketləri elə proqram məhsuluna 

deyilir  ki,  burada  konkret  bir  sahənin  hər  hansı  bir  məsələsinin  həlli  nəzərdə 

tutulur. 

Problemyönlü  tətbiqi  proqram  paketləri  sənaye,  qeyri-sənaye  və  xüsusi 

sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir. 



Sənaye  sahələri  üçün  problemyönlü  tətbiqi  proqram  paketləri

 

aşağıdakı xüsusiyyətlərə malikdir: 



1.  Bu  sistemlər  yalnız  istehsalı  mükəmməl  üsullarla  planlaşdırmaq  deyil, 

həmçinin  iş  planının  yerinə  yetirilməsinə  nəzarət,  texnoloji  kartanın  tərtibi, 

maliyyə  və  əmək  ehtiyatlarının  idarə  olunmasına,  bir  sıra  «qeyri-istehsal» 

funksiyalarını  –  servis  xidməti,  hazır  məhsulun  və  marketinqin  paylanmasına 

nəzarət funksiyalarını da yerinə yetirirlər. 

2.  Bu  sistemlər  kliyent-server  arxitekturası,  çoxməsələli,  çoxistifadəçi 

əməliyyat  sistemləri  və  relyasiyalı  verilənlər  bazası  əsasında  yaradılır,  qrafiki 

istifadəçi interfeysinə malik olur və Case - texnologiyasında geniş istifadə olunur. 

3. Müasir sistemlər müxtəlif tip istehsalı nəzərə almalıdırlar. 

Qeyri-istehsal  sahələri  üçün  problemyönlü  tətbiqi  proqram 

paketləri

 material istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s.) 

fəaliyyətinin  avtomatlaşdırılması  üçün  nəzərdə  tutulub.  Bu  sistemlərdə  əsas 

tələbat, istehsal sahələri üçün tətbiqi proqram paketlərdə olduğu kimi çoxsəviyyəli 

inteqrallaşdırılmış sistemin yaradılmasıdır. 

Qeyri-istehsal  sahələri  üçün  tətbiqi  proqram  paketlərinə  bank,  maliyyə  və 

hüquq sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar. 

Ayrı-ayrı  tətbiq  sahələri  üçün  tətbiqi  proqram  paketləri  mühasibat  uçotu, 

maliyyə menecmenti, hüquq sistemi və s. üçün nəzərdə tutulur. 

Müasir  mühasibat  uçotunun  əksəriyyəti  Windows  əməliyyat  sistemi 

mühitində  işləyir  və  lokal  şəbəkələr  üçün  nəzərdə  tutulmuşdur.  IC  və  Microsoft 

firmasının  məhsullarından  təşkil  olunmuş  «Offis»  mühasibat  uçotu  tətbiqi 

proqram paketləri yalnız mühasibat funksiyalarının avtomatlaşdırılması üçün deyil, 

həmçinin firmanın bütün işinin «elektron offis» şəklində təşkilinə də imkan verir. 

Maliyyə  menecmentinin  tətbiqi  proqram  paketləri  firmanın  fəaliyyətinin 

analizinin və planlaşdırılmasının maliyyəsi ilə əlaqədar olaraq yaranıb. 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə