İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə57/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   53   54   55   56   57   58   59   60   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



164 

ALQORİTM VƏ ONUN TƏSVİR ÜSULLARI 

 

Alqoritm  riyaziyyatın  mühüm  anlayışlarından  biri  olub,  hələ  kompüter 

yaranmamışdan  əvvəl  mövcud  idi.  Bu  anlayış  riyaziyyatda  eyni  tip  məsələlərin 

həllində ümumi üsulların axtarılması ilə əlaqədar olaraq meydana çıxmışdır. Onluq 

ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları (alqoritmləri) adlanır.  

Alqoritm 

– latınca  qayda-qanun  deməkdir. Riyazi  mənada məsələnin  həlli 

ardıcıllığına alqoritm deyilir. 

Ümumiyyətlə, alqoritm verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları 

təyin edən və həmin əməliyyatların hansı ardıcıllıqla yerinə yetiriləcəyini göstərən 

formal yazılışdır. 

Alqoritm  həll  olunan  məsələnin  xarakteri  ilə  bağlı  olduğu  üçün  onun 

yaradılmasında  ümumi  qaydalar  yoxdur.  Lakin  hər  bir  alqoritm  tərtib  edilərkən 

onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin 

xassələri deyilir. 

Alqoritmin əsas xassələri aşağıdakılardır: 

1.  Alqoritm 



diskret

  olmalıdır,  yəni  onun  təsvir  etdiyi  proses  ayrı-ayrı 

elementar addımlar ardıcıllığına bölünməli və bu bölgü elə olmalıdır ki, alqoritmin 

yazılışı bir-birindən dəqiq ayrılmış şəkildə olsun. 

2



Alqoritmin  tərtibi  məsələnin  həllini  ardıcıl  yerinə  yetirilən  mərhələlərə 



bölmək deməkdir. Bu zaman əvvəlki mərhələlərin nəticələri sonrakı mərhələlərdə 

istifadə oluna bilər. Bu alqoritmin 



müəyyənlik

 xassəsini təşkil edir.

 

3



Alqoritmin 



kütləvilik

 xassəsi iki tələbi nəzərdə tutur:

 



 



müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün 

məsələlərin həlli üçün yararlı olmalıdır; 

 

alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. 



4. Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu 

ədəd olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin. 

Bu alqoritmin 

nəticəvilik

 (sonluluq) xassəsi adlanır. 

Alqoritmdəki  hesab  əməlləri  arasındakı  məntiqi  əlaqələr  kompüterin  qəbul 

edə biləcəyi şəkildə verilməlidir. 



Alqoritmi təsvir etmək

 – onu ayrı-ayrı mərhələlərə bölüb, hər mərhələdə 

nə  etmək  lazım  olduğunu  müəyyən  etmək  və  bu  mərhələlərin  yerinə  yetirilməsi 

ardıcıllığını göstərmək  deməkdir. 

Alqoritmin  istənilən  istifadəçiyə  aydın  olması  üçün  onu  təsvir  etməyin 

ümumi qəbul edilmiş qaydaları yaradılmışdır. Bu qaydalara aşağıdakılar aiddir: 

 

təbii dildə (sözlərlə təsvir); 



 

qrafik formada (blok – sxem təsviri); 



 

alqoritmik dildə təsvir. 



Keçmiş dövrlərdən indiyə kimi alqoritmi təsvir etmək üçün adi danışıq dilinin 

vasitələri istifadə olunur. 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 165 

Misal.  ax

2

 +  bx +c  =0



    tam  kvadrat  tənliyinin  həll  alqoritmini  sözlə  təsvir 

etməli. 


1.  Alqoritmin başlanğıcı; 

2.   a, b, və c əmsallarını maşına daxil etməli; 

3.   D = b

2

 – 4 



 a  c diskriminantını hesablamalı; 

4.   Diskriminantın müsbət olmasını yoxlamalı; 

 

D >0 olarsa, 9-cu addıma keçməli: Əks halda 5-ci addıma keçməli. 



5.   D=0  şərtini  yoxlamalı:  D=0  olarsa,  7-ci  addıma  keçməli.  Əks  halda 

(D<0) 6-cı addıma keçməli. 

6.   Çap etməli: “Tənliyin kökü yoxdur”, sonra 11-ci addıma keçməli. 

7.   Hesablamalı: 



а

в

x

2



 

8.  



X

-in qiymətini çap edib, 11-ci addıma keçməli; 

9.   Hesablamalı:

,

2



/

)

(



1

a

D

в

x



    


a

D

в

x

2

/



)

(

2





 

10. X


1

 və X


2

 – nin qiymətlərini çap etməli. 

11. Son. 

 

Alqoritmin  təsvirinin  çox  münasib  və  əyani  vasitəsi  onun  blok-sxemlər 



vasitəsilə göstərilməsidir. Bu halda bütün hesablama prosesi ayrı-ayrı mərhələlərə 

bölünür.  Hər  bir  mərhələdə  yerinə  yetiriləcək  funksiyadan  asılı  olaraq    həmin 

mərhələlər kağız üzərində şərti qrafik işarələrlə (simvollarla) təsvir olunur. 

Məsələlərin  kompüterlərdə  həlli  və  xüsusi  mürəkkəb  alqoritmlərin  təsviri 

zamanı  blok-sxemlərdən  istifadə  edilməsinə  daha  geniş  yer  verilir,  çünki 

alqoritmlərin təsviri zamanı adətən alqoritmin hər bir addımına (mərhələsinə) bir 

blok  uyğundur.  Lakin  bir  blokda  bir  neçə  eyni  tipli  mərhələ  və  ya  əksinə,  bir 

mərhələ  bir  neçə  blokda  təsvir  oluna  bilər.  Bloklar  standart  işarələrdən  istifadə 

olunmaqla təşkil olunur və bir-biri ilə şaquli, yaxud üfqi xətlərlə birləşdirilir. Lazım 

gələrsə, blokları nömrələmək olar. 

 

 

 



 

 

başlanğic və ya son blok 



 

 

 



 

 

hesablama bloku 



 

 

 



 

 

giriş əməliyyatları bloku 



 

 

 



 

çap bloku 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə