İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə56/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   52   53   54   55   56   57   58   59   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 161 



 

F Ə S İ L  VIII. ALQORİTM NƏZƏRİYYƏSİ 

 

 

ALQORİTMLƏŞMƏNİN ƏSASLARI  VƏ 

PROQRAMLAŞDIRMA. MƏSƏLƏLƏRİN KOMPÜTERDƏ 

HƏLLİ MƏRHƏLƏLƏRİ 

 

İnsanın zehni fəaliyyətinin, o cümlədən hesablama işlərinin formalaşdırılması 

problemi  qədim  zamanlardan  alimləri  məşğul  etmişdir.  Əsas  məsələ  hesablama 

prosesini  elə  elementar  əməllərə  bölməkdən  ibarətdir  ki,  hər  bir  əməl  mütləq 

şəkildə  formal  təyin  edilmiş  olsun  və  hər  əməldən  sonra  hansı  əməlin  icra 

ediləcəyi birmənalı bəlli olsun. Bu əməllər ardıcıllığına məsələnin 



həll  alqoritmi

 

deyilir. Məsələnin alqoritminin qurulmasına məsələnin alqoritmləşdirilməsi deyilir. 



Alqoritm anlayışı informatikanın mərkəzi anlayışıdır. Alqoritm sözü IX əsrdə 

yaşamış özbək riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmin adı ilə 

bağlıdır. Alqoritmi alqoritm icraçısı (operator) reallaşdırır. 

 

  



   

 

 



Özbək riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmi, əsərindən bir 

parça və onun haqqında yazılmış əsər 

 

QEYD:

  Alimin  yaşadığı  Xörezm  şəhəri  Amu-Dərya  çayı  sahilində  yerləşir. 

Alim  öz  əsərində  hind  riyaziyyatını  ətraflı  şərh  etmişdi.  Üç  yüz  il  sonra  (1120-ci 

ildə) alimin əsərini latın dilinə tərcümə edirlər. Kitabı avropa alimləri “Alqoritmi de 

numero İndorum” (“Hind hesablamaları üçün alqoritm”) adlandırırlar. Kitab uzun 

illər ilk dərslik kimi Avropanınn elmi və tədris müəssisələrində istifadə olunur. Bu 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



162 

ərəfədə hind rəqəmlərindən ərəb ölkələrində də istifadə etməyə başlayırlar. 

Məhəmməd  əl-Xörezminin  riyazı  məsələləri  tənliklərin  köməkliyi  ilə  həll 

etmək üçün yazdığı kitab təxminən 850-ci ildə çap olunmuşdu. Alim kitabı “Kitabi 

əl-Cəbr”  adlandırmışdı.  Kitab  bu  sahəni  araşdıran  elmin  Cəbr  adlandırılmasının 

təməlini qoyur.   

 

Alqoritmin  əsas  xüsusiyyəti  qoyulmuş  məqsədə  çatmaqdır.  Maşın  üçün 



yazılmış  alqoritm 

proqram 

adlanır.  Kompüter  proqramla  işləyir.  Proqramı 

olmayan məsələnin maşında həlli mümkün deyil. 

Müasir dövrdə kompüterlərin saniyədə milyardlarla əməliyyatlar aparmasına 

baxmayaraq  məsələlərin  kompüterdə  həlli  prosesi  hələ  də  mürəkkəb  bir  proses 

olaraq  yenə  də  qalmadadır.  Bu  prosesdə  istifadəçi  kompüterlə  dialoq  rejimində 

işləyir,  yəni  kompüterlərin  tərkibində  səsi  və  qrafikanı  emal  edən  qurğuların 

olmasına  baxmayaraq  istifadəçi  məsələnin  şərtini  oxumaq  və  ya  qrafiki  şəkildə 

göstərməklə qarşıya çıxan bütün məsələlərin həllini tamamilə kompüterin köməyi 

ilə həll edə bilmir. 

Kompüterdə məsələlərin həlli aşağıdakı mərhələlər ardıcıllığı ilə aparılır: 

 



məsələnin qoyuluşu; 

 



həll alqoritminin seçilməsi və alqoritmin blok-sxem təsviri; 

 



alqoritmin  hər  hansı  bir  alqoritmik  dildə  (Paskal,  TurboPaskal,  Fortran, 

Beysik və s.) təsviri (ilkin modulun yaradılması); 

 

ilkin modulun translyasiyası (maşın dilinə çevrilməsi), redaktə edilməsi və 



yükləyici modula çevrilməsi; 

 



yükləyici modulun kompüterdə icrası, nəticələrin alınması və təhlili. 

Müəyyən  tip  məsələlərin  həllində  bu  mərhələlərdən  bəziləri  yerinə 

yetirilməyə  də  bilər  (məsələn,  sistem  proqram  təminatının  yaradılmasında 

məsələnin riyazi təsviri bir çox hallarda tələb olunmur). 

Göstərilən  mərhələlər  bir-biri  ilə  əlaqəlidir.  Məsələn,  nəticələrin  təhlili 

proqramda və hətta məsələnin qoyuluşunda müəyyən dəyişikliklərin aparılmasına 

səbəb ola bilər. Bu cür dəyişikliklərin sayını azaltmaq üçün hər mərhələdə sonrakı 

mərhələlərin  tələblərinin  mümkün  qədər  nəzərə  alınması  lazımdır.  Bəzi  hallarda 

müxtəlif mərhələlər arasındakı əlaqələr o qədər sıx olur ki, (məsələnin qoyuluşu 

ilə həll üsulunun seçilməsi, alqoritmin və proqramın yaradılması mərhələləri və s.) 

onları bir-birindən ayırmaq çətin olur. 

Məsələnin  qoyuluşu

.  Məsələ  həllinin  tam  və  dəqiq  ifadə  olunması  həllin 

sonrakı mərhələlərinin kompüterdə icrası üçün müvəffəqiyyətli zəmin yaradır. Bu 

mərhələdə aşağıdakıları yerinə yetirmək lazımdır: 

 

məsələ  həllində  iştirak  edəcək  verilənlərin,  massivlərin siyahısı tutulmalı, 



kəmiyyətlərin ölçüsü, tip və dəqiqliyi təyin olumalıdır; 

 



məsələ  həllində  iştirak  edəcək  dəyişənlərin  dəyişmə  sərhədləri,  təqribi 

olaraq  başlanğıc  və  son  şərtləri,  həmçinin  çıxışa  ötürüləcək  dəyişənlərin 

tipi və ölçüsü təyin edilməlidir. 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 163 

Bu  mərhələdə  müəyyən  sinif  məsələlər  üçün  onların  formalaşdırılması  da 

aparılır,  yəni  tədqiq  edilən  prosesin  baxılan  halda  əlverişli  olan  formal  dildə, 

formatda riyazi modeli qurulur, ədədi hesablama üsulu seçilir və ya yaradılır. Bu 

və  ya  digər  həll  üsulunun  seçilməsi  məsələlərin  həllinə  qoyulan  tələblərdən  

asılıdır. 

Həll alqoritminin yaradılması

. Bu mərhələdə seçilən həll üsuluna uyğun 

məsələnin  həll  alqoritmi  tətbiq  edilir.  Məsələnin  həlli  ayrı-ayrı  müstəqil  bloklara 

bölünür  və  həmin  blokların  yerinə  yetirilmə  ardıcıllığı  təyin  edilir.  Nəticədə 

alqoritmin blok-sxemi qurulur. 

Proqramlaşdırma  dilinin  seçilməsi  və  ilkin  proqramın  yaradılması

Hazırda proqramlaşdırma üçün müxtəlif dillər mövcuddur. Həll olunan məsələnin 



xarakterinə,  tətbiq  olunan  kompüter  üçün  mövcud  olan  translyatorlara, 

proqramçının  hazırlıq  səviyyəsinə  görə  proqramlaşdırma  dili  seçilir.  Sonra  isə 

məsələnin həll alqoritmi əsasında seçilən dildə proqram yazılır. Ona ilkin modul da 

deyilir. 



İlkin  proqramın  maşın  dilinə  çevrilməsi  və  sazlanması

.  Bildiyimiz 

kimi,  kompüter  yalnız  "öz"  dilində  ifadə  olunan  proqramı  icra  edir.  Kompüterin 

"öz" dili  əvvəlcədən təyin edilmiş əmrlərdən ibarətdir. Kompüter dilində proqram 

isə  alqoritmə  uyğun  olaraq  yazılmış  əmrlər  ardıcıllığıdır.  Bu  mərhələdə 

proqramlaşdırma  dilində  yazılmış  ilkin  proqram  kompüter  dilinə  çevrilir.  Bu 

translyator  (interpretator  və  ya  kompilyator)  adlanan  proqram  vasitəsilə  yerinə 

yetirilir. Alqoritmik dillərin translyatorları maşın proqramlarının alınması prosesini 

avtomatlaşdırır.  

İlkin  proqramda  buraxılmış  morfoloji  və  sintaksis  səhvlər  aşkar  edilib, 

proqramçıya çatdırılır. Səhvlər aradan qaldırıldıqdan sonra tərcümə prosesi davam 

etdirilir  və  kompüter  dilində  proqram  alınır.  Bu  proqrama  mütləq  və  ya  işçi 

proqram deyilir. 

Sonra  işçi  proqramın  düzgün  işləməsini  yoxlamaq  məqsədilə  yoxlama 

misalında o  sınaqdan  keçirilir. Proqramdakı məntiqi  səhvlərin  aşkarlanıb,  aradan 

qaldırılması prosesinə proqramın sazlanması deyilir. 



İşçi  proqramın  icrası,  nəticələrin  alınması  və  təhlili.

  Proqram 

sazlandıqdan  sonra  ondan  tətbiqi  məsələnin  həlli  üçün  istifadə  etmək  olar.  Bu 

zaman  proqram  müxtəlif  ilkin  verilənlər  üçün  bir  neçə  dəfə  icra  olunur.  Alınmış 

nəticələr mütəxəssis və ya məsələni qoyan istifadəçi tərəfindən təhlil olunur. Əgər 

təhlil prosesində nəticələr istifadəçini təmin etmirsə o, yeni tələblər qoya bilər və 

ya  əvvəlki  tələblərdə  dəyişiklik  də  edə  bilər.  Bu  halda  yeni  tələblərin 

xarakterindən  asılı  olaraq  məsələnin  qoyuluşunda,  alqoritmdə  və  ya  proqramda 

müəyyən dəyişikliklər edilir. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə