İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə48/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   44   45   46   47   48   49   50   51   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



134 

    


 

 

Taçpad 



 

Masaüstü kompüterlərdə taçpad əvəzinə mausdan istifadə olunur. 

Nəzərə  almaq  lazımdır  ki,  taçpadın  üzərində  barmağın  hərəkəti  zamanı 

kursorun  yerdəyişməsi  mausun  üzərindəki  sol  və  sağ  düymələrin  sıxılmasına 

uyğundur.  Taçpadın  yerinə  yetirdiyi  funksiya  kompüterə  yüklənmiş  əməliyyat 

sistemindən  birbaşa  asılıdır.  Taçpadın  üzərində  barmağın  qısa  müddət  ərzində 

sıxılması mausda sol düymənin sıxılmasına uyğundur. 

 

TREKBOL 

 

Trekbol ilə taçpadin yerinə yetirdiyi funksiya eyni olsa da, trekbol taçpaddan 



çox-çox  qabaq  hazırlanmış  və  istifadə  olunmuşdur.  Trekbol  üzərində  çox  da 

böyük ölçüyə malik olmayan, fırlana bilən diyircəkdən ibarətdir. Diyircək barmaq 

və  ya  ovuc  vasitəsi  ilə  hərəkət  etdirilir.  Diyircəyin  kənarlarına  yerləşdirilmiş 

düymələrin funksiyası maus da olan düymələrin funksiyası ilə eynidir.  

 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 135 

 

 

 



   

 

 



Müxtəlif quruluşa malik trekbollar 

 

İndiki  zamanda istehsal olunan  müasir kompüter  və  noutbuk  modellərində 



trekbollardan deyil, əsasən taşpadlardan istifadə olunur.  

 

MAUS 

 

Əksər  istifadəçilərin  noutbuklarda  quraşdırılmış  taçpad  və  ya  trekbollardan 



istifadə  etmələrinə  baxmayaraq  bir  çox  hallarda  mauslara  daha  çox  üstünlük 

verirlər. İstifadə olunan mauslar noutbuka və ya kompüterə USB portu vasitəsi ilə 

qoşulur. 

 

QEYD:

 Manipulyatorun maus adını alması onun ziyanvericiyə oxşaması ilə 

bağlıdır.  İlk  dəfə  mausun  kompüterlə  birgə  istifadəsi  1963-cü  ilə  təsadüf  edir. 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



136 

Stendford  Tədqiqat  İnstitutunun  əməkdaşı  Duqlas  Engelbart  mexaniki  hərəkət 

edən  çeviricinin  (datçikin)  hərəkətini  kabel  vasitəsilə  kompüterə  ötürülməsi 

ideyasını  irəli  sürür  və  bir  il  sonra  materialı  kövrək  ağacdan  olan  mausun 

konstruksiyasını hazırlayır. 

 

Mausun iş prinsipi onun masa üzərində və ya onun üçün xüsusi hazırlanmış 



xalça  üzərində  hərəkətə  əsaslanır.  Hərəkət  zamanı  mausun  daxilində  olan 

rezistorların müqaviməti hərəkətə uyğun dəyişir və dəyişmə xüsusi naqil vasitəsi 

ilə  (müasir mauslarda  naqildən  istifadə  olunmur)  kompüterə  ötürülür.  Hərəkətin 

ötrülməsi kompüterə yüklənmiş xüsusi proqramla idarə olunur. Proqram (mausun 

drayveri) mausun hərəkətinə uyğun olan yerdəyişməni ekrana ötürür və istifadəçi 

hərəkəti mausun oxunun hərəkət etməsi ilə izləyə bilir. 

Mauslar  müxtəlif  quruluşda  olur:  mexaniki,  optik  və  lazer.  Mexaniki 

mausların  iş  prinsipi  onun  daxilində  olan  diyircəyin  səth  üzərində  hərəkətinə 

əsaslanır. Hərəkət zamanı diyircək yerini dəyişdikcə, onun hərəkətini izləyən verici 

qurğu hərəkətə uyğun yerdəyişməni kompüterin ekranına ötürür. 

Optik  mauslarda  diyircək  olmur.  Mausun  aşağı  hissəsində  balaca  lampa 

yerləşir və mausdan istifadə zamanı işıqlanır. Səth üzərinə düşən işıq səthdə əks 

olunur və mausun aşağı hissəsinə quraşdırılmış xüsusi verici vasitəsi ilə tutulur.  

 

 



 

Müxtəlif görünüşlü mauslar 

 

Optik  mauslar  mexaniki  mauslara  nisbətən  istifadəyə  çox  əlverişlidirlər. 



Qeyd  etmək  lazımdır  ki,  ilk  hazırlanan  mauslarda  iki  düymədən  istifadə  edilirdi. 

Əksər  hallarda  belə  mausları  ikidüyməyi  adlandırırdılar.  Sonrakı  dövrdə  istehsal 

olunan  mauslara  üçüncü  düymə  -  diyircəkdə  (trekbolda)  əlavə  olundu. 

Diyircəkdən  düymə  kimi  də  istifadə  etmək  mümkündür  (onu  sıxdıqda  o,  düymə 

funksiyasını yerinə yetirir).  

Hazırkı dövrdə istifadəçilər əsasən lazer mauslarına üstünlük verirlər. 



 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 137 



ƏLAVƏ QURĞULAR 

 

Noutbukların  imkanlarını  genişləndirmək  məqsədi  ilə  istifadəçi  əlavə 



qurğulardan istifadə etməli olur. Belə qurğuları hesablama texnikasında periferiya 

qurğuları adlandırırlar. 

 

PRİNTER 

 

Noutbukla  iş  zamanı  ən  çox  istifadə  olunan  periferiya  qurğusu  printerdir. 



Printer  və  ya  çap  qurğusu  kompüterdə  alınmış  nəticəni,  mətn  materiallarını, 

təsvirləri,  qrafik  materialları  kağıza  köçürmək  üçün  istifadə  olunan  əlverişli 

periferiya qurğusudur.  

Hal-hazırda istifadəçilər ən çox aşağıda göstərilən çap qurğularından istifadə 

edirlər: 

Matrisalı – çap xüsusi höpdurulmuş lentdən istifadə eməklə həyata keçirilir. 

Matrisalı  printerdə  çap  matrisa  şəkilində  qurulmuş  iynələr  toplusu  vasitəsi  ilə 

həyat keçirilir. Bu baxımdan da printeri matrisalı printer adlandırırlar. 

 

 

Matrisalı printer 



 

Şırnaqlı – çap xüsusi hazırlanmış maye rəngin püskürücü qurğu tərəfindən 

püskürülməsi  ilə  yerinə  yetirilir.  Tələbatdan  asılı  olaraq  rəngli  püskürücü 

printerlərdən də istifadə olunur. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə