İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə44/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   40   41   42   43   44   45   46   47   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 119 

 

hesablama  bloku  ana  lövhə  və  ya  sistem  bloku  adlanan  platadan, 



verilənlərin  və  əmrlərin  kompüterə  daxil  edilməsinə  imkan  verən 

klaviaturadan,  sensor  paneldən  (taçpaddan  –  ingiliscə  touchpad)  və  ya 

trekboldan  (ingiliscə trackball)  ibarətdir.  Hesablama  bloku qrafik  interfeysə 

malik sistemi idarə edir

 

ekran  hesablama  blokunun  daxildəki  verilənlərin  təhlil  olunma  prosesini 



əyani surətdə əks etdirir. 

 

 



 

Noutbuk 


 

  HESABLAMA BLOKU 



 

Hesablama  blokunda  hesablama  əməliyyatlarını  yerinə  yetirən  mərkəzi 

prosessor (ingilis  abbreviaturası ilə  CPU) yerləşir.  Mərkəzi  prosessor informasiya 

axınının  əlaqələndirilməsini  (koordinasiyasını)  və  kompüterin  idarə  edilməsini 

həyata keçirir. İdarə olunma xüsusi hazırlanmış təlimat - əmrlər vasitəsi ilə yerinə 

yetirilir. Mərkəzi prosessor müəyyən olunmuş əmrlər sistemi ilə (kodlar ilə) işləyir. 

Əmrlər  sisteminə  müəyyən  ardıcıllıqla  yerinə  yetirilən  elementar  əməliyyatlar 

daxildir. Belə ardıcıllıq hesablama texnikasında proqram adlanır. 

 

MİKROPROSESSOR 

 

Masaüstü  kompüterlər  üçün  klassik  mikroprosessor  istehsalçısı  Intel  şirkəti 



sayılır. Şirkətin istehsalı olan Pentium 4, Pentium D, Atom, Core Duo, Core Quad, 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



120 

Core  i5,  Core  i7  modelləri  dünyanın  aparıcı  firmaları  tərəfindən  istehsal  olunan 

kompüterlərdə geniş istifadə olunur. Hal-hazırda Intel şirkətinin əsas rəqəbi AMD 

şirkətidir.  Şirkət  istehsal  etdiyi  Athlon,  Sempron,  Phenom  mikroprosessorları  ilə 

dünya kompüter satışı bazarında məşhurdur. 

Prosessorun  əsas  xarakteristikası  onun  takt  tezliyidir.  Takt  tezliyi 

Meqaherslərlə (Mhs) və ya Qiqaherslərlə (Qhs) ölçülür. Parametr kompüterin nə 

qədər cəld işlədiyini əks etdirir. 

 

 

 



Inntel Celeron 1100 Socket 370 mikroprosessoru 

 

Noutbuklarda istifadə edilən prosessorların bəzi modelləri iki nüvəli (bəzən 



dörd nüvəli, bəzən də çox nüvəli) olur (məsələn, Core 2 Quad prosessoru). Bu bir 

mərkəzi prosessorun iki və ya dörd altprosessordan ibarət olduğu anlamını verir. 

Bu  baxımdan  da  bu  tip  prosessorlar  eyni  tezlikdə  digər  bir  nüvəli  prosessorlar 

(məsələn, Atom N270) ilə müqayisədə daha çox məhsuldar işləyirlər. 

Prosessor  ana  lövhədə  (mother  board)  yerləşir  və  ana  lövhə  onun  digər 

qurğular ilə əlaqəsini təmin edir. Əgər istifadəçi noutbukun qapağını açıb içərisinə 

nəzər salsa, ana lövhənin ən çox yer tutduğunun şahidi olacaqdır.  

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 121 

 

 

Intel prosessorunun prinsipial sxemi 



 

 

 



INTEL DG41TY ana lövhəsi 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



122 

OPERATİV YADDAŞ 

 

Cari  anda  yerinə  yetirilən  bütün  proqramlar,  həmçinin  istifadəçinin  istifadə 



etdiyi informasiya xüsusi hazırlanmış yaddaşda – operativ yaddaşda saxlanılır.  

Operativ  Yaddaş  Qurğusu  (OYQ)  prosessor  tərəfindən  təhlil  edilmiş 

informasiyanın  lazım  olan  müddət  ərzində  saxlanması  üçün  istifadə  olunur.  Bu 

baxımdan  da  yaddaşı  operarativ  adlandırırlar.  İstifadəçi  operativ  yaddaşdakı 

informasiyadan  çox  cəld  istifadə  edə  bilir.  Yaddaşın  çatışmazlığı  onda  olan 

informasiyanı  kompüter  şəbəkəyə  qoşulduğu  zaman  ərzində  saxlaya  bilməsidir. 

Çünki, yaddaş mikrosxemlər üzərində qurulduğundan onun işləməsi üçün elektrik 

gərginliyinin olması mütləqdir. 

Operativ  yaddaş  noutbukun  içərisində  xüsusi  yuvaların  köməkliyi  ilə  ana 

lövhə ilə əlaqə saxlayır. 

Operativ  yaddaşa  yazılmış  informasiyanı  müəyyən  etmək  üçün  hesablama 

texnikasında bayt adlanan ölçü vahidindən istifadə olunur. Operativ yaddaşın bir 

bayt  yaddaşında  elektron  kitabın  bir  hərfini  saxlamaq  mümkündür.  Hal-hazırda 

hazırlanan operativ yaddaşların tutumu lazımı səviyyəyə çatdırılmışdır. Buna görə 

də daha böyük ölçü vahidlərindən istifadə edirlər.  

 

 



 

Operativ yaddaş 

 

SƏRT DİSK 

 

Öndə qeyd edildi ki, noutbuku şəbəkədən ayırdıqda, onda olan informasiya 



tamamilə  silinir.  Onda  belə  bir  sual  ortaya  çıxır,  noutbukun  şəbəkədən  ayrıldığı 

zaman istifadəçinin hazırladığı və təhlil etdiyi informasiya harada saxlanılmalıdır? 

Bu  məqsəd  üçün  bütün  kompüterlərdə,  həmçinin  noutbuklarda  sərt  diskdən 

(HDD) istifadə edirlər. 

Bəzi texniki ədəbiyyatlarda sərt diski Vinçester də adlandırırlar. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 123 



QEYD

:  1834-cü  ildə  görkəmli  ingilis  alimi  Çarlz  Bebbic  Analıtık  maşının 

yaradılması  ilə  məşğul  olur.  Maşının  əsas  hissələrindən  birini  alim 

“Anbar”adlandırır.  Anbar  hesablamalar  aparan  zaman  alınmış  aralıq  nəticəni 

yadda  saxlamaq  üçün  istifadə  edilirdi.  İnformasiya  “Anbar”da  dişli  çarxların  və 

valın  (milin)  fırlanması  ilə  düzəldilmiş  mexaniki  qurğularda  saxlanılırdı.  “Anbar” 

müasir kompüterlərdə istifadə edilən sərt diskin funksiyasını yerinə yetirməli idi.  

 

Sərt  disklər  də  noutbukun  daxilində  yerləşir  və  şleyf  adlanan  naqillər 



toplusunun köməkliyilə ana lövhə ilə əlaqə saxlayırlar. Sərt disklərin ana lövhəyə 

qoşulması  üçün  istifadə  edilən  yuvalar  müxtəlif  olur.  Yaxın  keçmişə  kimi  IDE 

standartından  istifadə  edilirdi.  İndiki  zamanda  əksər  sərt  disklər  SATA  yuvaları 

vasitəsi ilə ana lövhəyə qoşulur. 

Noutbuklar  üçün  istehsal  olunan  sərt  disklər  masaüstü  kompüterlərin  sərt 

diskləri  ilə  müqayisədə  kiçik  ölçüyə  malikdir.  Amma  nəzərə  almaq  lazımdır  ki, 

ölçülərinin  kiçik  olmasına  baxmayaraq  onlar  da  tutarlı  səviyyədə  informasiya 

saxlamaqda kompüterdə istifadə edilən sərt disklərdən heç də geri qalmırlar.  

 

 

   



 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə