İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə41/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   37   38   39   40   41   42   43   44   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



112 

Prosessor  platasında  kartric  ilə  örtülmüş  40  kontaktlı  yuva  yerləşir  və 

plataya  qoşulmuş  xüsusi  qurğu  vasitəsi  ilə  parametrləri  dəyişmək  mümkündür. 

Kartric  iki  hissədən,  prosessorun  kristalı  və  mikrosxemin  keş-yaddaşı  ilə  (əgər 

prosessorun  xarici  keş  yaddaşı  varsa)  kontakt  yaradan  və  istilikötürmə 

qabiliyyətinə  malik  metal  plastinkadan,  həmçinin  prosessorun  platasını  örtməklə 

platanın  üzərindəki  texniki  elementləri  zədədən  qorumaq  üçün  istifadə  olunan 

plastik örtükdən ibarətdir. 

Mikroprosesorun  hazırlanmasında  0,25  mkm  texnologiyasına  riayət 

olunmuşdur və onun bir kristalı daxilində 22 milyon tranzistor yerləşir. 

Mikroprosessor  istifadəçilərinin  əsas  ümidi  Almaniyanın  Drezden  şəhərində 

yerləşən,  AMD  Athlon  prosessorları  istehsal  edəcək  fabrikadır.  Athlon  modelinin 

takt  tezliyi  600,  550  və  500  Mhers  təşkil  edir  və  x86  ailəsi  ilə  tam  uzlaşa  bilir. 

Mikrosxem  superskalyar  axınlı  mikroarxitekturaya  əsaslanır.  Mikrosxemin 

daxilində  tam  ədədlər  və  sürüşən  vergüllü  ədədlər  bloku,  ünvanın  hesablanma 

qurğusu  paralel  olaraq  işləyir.  Sürüşən  nöqtəli  ədədlər  üzərində  hesablama 

aparan  blok  üç  konveyerdən  istifadə  etməklə  yanaşı  superskalyar  arxitekturanı 

dəstəkləyir. Bununla yanaşı prosssorun daxilinə quraşdırılmış birinci səviyyəli keş-

yaddaş  128  Kbayt  tutumuna  malikdir  (bu  Pentium  III  prosessorundakı  keş-

yaddaşın tutumundan 4 dəfə böyükdür). Mikroprosessorun daxilində quraşdırılmış 

ikinci səviyyəli keş-yaddaşın tutumu isə 512 Kbaytdan 8 Mbayt arasında dəyişir. 

Əldə  edilmiş  məlumata  görə  dünyanın  9  aparıcı  istehsalçısı  mikroprosessor 

üzərində  qurulmuş  yeni  kompüter  haqqında  informasiyanı  geniş  şəkildə  dünya 

ictimayyətinə yaymaqla məşğuldur. 

“Microprosessor  Report”  jurnalının  sayılan  redaktorlarından  birinin  yazdığı 

məlumata görə Athlon kristalını cəsarətlə yeddinci nəsil mikroprosessorlar nəslinə 

aid  etmək  olar.  Redaktorun  fikirincə  bu  mikroprosessorun  arxitekturası  ilə  bağlı 

deyil, çünki sadə hesablamalara görə x86 mikroprosessor ailəsinin məhsuldarlığı 

nəsildən nəslə təxminən 1,7-dən 2,0 dəfəyə qədər artmışdır. 

AMD  firmasının  istehsalı  olan  Athlon  mikroprosessoru  prosessorların  satış 

bazarında  Pentium  III  mikroprosessorunun  əsas  rəqibi  sayılır.  Prosessorlar 

üzərində aparılmış testdən aydın görünür ki, Athlon mikroprosessoru Pentium III 

prosessorundan  əksər  parametrlərinə  görə  5÷10%  üstündür.  MicroDesign 

Resources  ekspetrlər  qrupunun  gəldiyi  nəticə  belədir:  Athlon  mikroprosessoru 

Pentium III prosessorundan parametrlərinə görə fərqlənsə də onun kimi sürətlə 

işləmək  imkanına  malikdir.  Bununda  nəticəsidir  ki,  fərdi  kompüter  istehsalçıları 

Athlon mikroprosessoruna üstünlük verirlər. 

Yeni  prosessorların  sistem  şininin  maksimal  takt  tezliyi  hələlik  200  Mhers 

təşkil edir (takt tezliyinin 400 Mhers qiymətinə çatdırılması nəzərdə tutulmuşdur). 

Pentium  III  prosessorlarından  fərqli  olaraq  sistemə  ayrıça  girişi  olan  üç  Athlon 

mikroprosessorunun eyni zamanda qoşulması mümkündür. 

Serverlərin  sistem  lövhələrində  Athlon  prosessorlarının  qoşulması  üçün 

interfeys  Slotları  nəzərə  alınmışdır.  Athlon  prosessorları  üçün  sistem  lövhələrini 

mikroprosessor  texnologiyasında  aparıcı  firmalardan  sayılan  Gigabyte,  MSI, 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 113 

Biostar və Asustek firma-istehsalçıları hazırlayır. Aparılmış tədqiqatlar göstərir ki, 

səkkizprosessorlu serverlər əsasında hazırlanmış Athlon prosessorlarının daxilində 

Poseidon Technology şirkəti tərəfindən hazırlanmış çipsetlərdən istifadə olunacaq. 

Bu  prosessorun  əksər  parametrlərinin  daha  da  yaxşılaşdırılmasına  səbəb 

olacaqdır.  

Son  zamanlar  AMD  şirkəti  üçün  çox  da  əlverişli  olmadı.  Şirkət 

mikroprosessorda  baş  vermiş  bəzi  nöqsanlara  görə  satış  bazarında  100  milyon 

dollara qədər ziyana düşdü. Ekspertlərin fikirincə buna əsas səbəb AMD ilə Intel 

arasında  gedən  rəqabətdir.  Buna  baxmayaraq  AMD  şirkəti  istehsal  gücünü 

artırmaqla  istehsal  etdiyi  Athlon  mikroprosessorların  sayını  il  ərzində  bir  neçə 

milyona çatdırmışdır. 

Hal-hazırda dünya satiş bazarının 15-20%-nə AMD firması nəzarət edir. 

Son zamanlar fərdi kompüterlərdə onların texniki xarakteristikalarının daha 

da  yaxşılaşdırılması  üçün  yeni  nəsil  (VIII  nəsil  nəzərdə  tutulur) 

mikroprosessorlarından  istifadə  olunmağa  başlanılmışdır.  Bu  baxımdan  dünyanın 

aparıcı  firmaları  mikroprosessorların  satış  bazarına  bir-birindən  parametrlərinə 

görə müəyyən dərəcədə fərqlənən mikroprosessorlarla çıxırlar.  

AMD firması 2013-cü ilin ikinci yarısında Heterogeneous System Architecture 

(HSA)  arxitekturasına  malik  Kaveri  mikroprosesorunu  istehsal  etmişdir. 

Prosessorda  4-ə  qədər  hesablayıcı  nüvədən  və  ikinci  səviyyəyə  malik  4  Mbayt 

yaddaşdan da istifadə edilir. 

2014-cü  ildə  yeni  nəslin  nümayəndəsi  olan  ARM  mikroprosessoru  işıq  üzü 

gördü.  Mikroprosessor  ARMv8  arxitekturasını  dəstəkləyir,  daxilində  Cortex-A50 

nüvəsindən  istifadə  olunması  isə  onun  daha  da  məhsuldar  işləməsinə  şərait 

yaradır.  

Keçən  ilin  son  rübündə  Intel  firması  (2014-cü  il  nəzərdə  tutulur)  Penryn 

mikroprosessorunun  istehsalına  başladı.  Firmanın  verdiyi  məlumata  görə 

mikroprosessorun məhsuldarlığı 45% artmış, işləmə tezliyi 3,2 Qhersə çatdırılmış, 

iki və dörd nüvəli mikroprosessorlarda Keş-yaddaşın həcmi 6 və 8 Mbayta qədər 

artırılmışdır. Bununla yanaşı firma kiçik ölçüyə malik Quark mikroprosesorunun da 

istehsalına  başlamışdır.  Hər  iki  mikroprosessor  texniki  xarakteristikalarına  görə 

əvvəlki sələflərindən hiss olunacaq dərəcədə fərqlənir. 

2015-ci  ilin  son  aylarında  Intel  firması  14-nanometrlik  IntelAtom 

mikroprosessorunun  istehsalına  başlamaq  fikirindədir.  Mikroprosessor  effektiv 

işləməsinə  görə  əvvəl  istehsal  olunan  mikroprosessorlardan  tamamilə 

fərqlənəcək.  

Bu  ilin  əvvəllərində  İngiltərənin  “ARMholding”  şirkəti  smartfonlarda  istifadə 

olunacaq  yeni nəsil  (ola bilsin  ki,  IX  nəsil  mikroprosessorunu) mikroprosessorun 

təqdimatını keçirmək fikirindədir və s. 

          




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə