İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə37/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   33   34   35   36   37   38   39   40   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 101 

say  sistemindən  də  istifadə  edilir.  16-lıq  say  sisteminin  kompüterdə  istifadə 

edilməsi, onun 2 -lik say sistemi ilə sadə əlaqəsinin olmasıdır: bir onaltılıq rəqəm 

dörd ikilik dərəcəyə uyğundur. 

8  -lik  say  sistemində  isə  ədədlərin  göstərilməsi  üçün  dörd  ədəd  “0”  və  ya 

“1”-dən deyil, üç ədəd “0” və ya “1”-dən istifadə edilir. Bu isə fərdi kompüterin 

yaddaşında daha çox informasiya saxlamağa imkan yaradır. 

Onaltılıq say sistemində 0-dan 9-a qədər olan rəqəmlərdən başqa əlifbanın 

baş hərflərindən (A - ona, B - on birə, C - on ikiyə, D - on üçə, E - on dördə və F 

- on beşə uyğundur) də istifadə edilir. 

Beləliklə, fərdi kompüter ona daxil olan informasiyanı müəyyən çevrilmələr 

apardıqdan  sonra  istifadəçiyə  onun  üçün  əlverişli  olan  şəkildə  təqdim  edən 

qurğudur. 

 

FƏRDİ KOMPÜTER NƏDİR? 

 

Fərdi  kompüterlərin  yaranma  tarixi  1974-75-ci  illər  hesab  olunur.  1974-cü 



ildə  iki  amerikalı  entuziast  Stefan  Qari  Voznyak  və  Stivan  Cobs  fərdi  kompüter 

yaratmış və onu “APPLE” adlandırmışlar. 

Bir ildən sonra isə hazır lövhə və hissələrin toplantısı şəkilində ABŞ-da (bu 

kompüterlər I nəsil kompüterləri sayılır) “ALTAIR-8800” adı altında fərdi kompüter 

satışa  buraxılır  (indi  belə  kompüterlər  istehsal  olunmur).  Maraqlıdır  ki,  o  dövr 

üçün  aparıcı  firmalar  olan  MITS,  IMSAI,  PTC  və  başqaları  (bu  firmalar  fərdi 

kompüter istehsalında pioner rolunu oynamışlar) texnikanın tərəqqisi və firmalar 

arasındakı rəqabət nəticəsində ya aparıcı qüvvəsini indiki zamanda itirmiş, ya da 

tamamilə sıradan çıxmışlar. 

 

QEYD

:  “Əgər  ürəyincə  olan  işlə  məşğul  olsan,  para  özü-özünə  axıb 

gələcək”. 

Stefan Qari Voznyak və Stivan Jobs

 

 



İlk istehsal olunan kompüterlər qiymətdə ucuz olmasına baxmayaraq çox da 

etibarlı qurğular ilə təchiz olunmurdu. Onlar əsasən müəyyən peşə sahibləri üçün 

nəzərdə  tutulur  və  heç  bir  proqram  təminatına  malik  deyildilər.  Lakin  müxtəlif 

sahələrdə insanın əmək fəaliyyətinin artması, istifadə etdiyi məlumatların sayının 

gündən-günə  sürətlə  çoxalması,  işlədiyi  sahələrdə  daxil  olan  informasiyanın 

avtomatik  təhlilinə  təlabatın  artması  və  s.  problemlərin  həlli  fərdi  kompüterlərin 

müxtəlif sahələrə tətbiq edilməsinə və onların kütləvi istehsalına gətirib çıxardı. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



102 

      


 

 

Stefan Qari Voznyak və Stivan Cobs 



 

 

     



    

 

 



 

“Apple”  fərdi kompüterlərinin ilkin variantları 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 103 

 

 

“Apple I” fərdi kompüteri 



 

Texniki  ədəbiyyatlarda  fərdi  kompüterləri  də  elektron  hesablama  maşınları 

kimi nəsillərə bölürlər.  Bu nəsillər haqqında aşağıda məlumat verilir. 

  

Birinci  nəsil

  kompüterlərin  element  bazasının  elektron  lampası  olmasına 

baxmayaraq  onların  əməli  (operativ)  yaddaşının  maksimal  tutumu  104  yuva, 

maksimal  işləmə  sürəti  isə  104  əməliyyat/saniyə  idi.  Kompüter  üçün  proqram 

maşın  dilində  tərtib  edilirdi.  İstifadəçi  hesablama  maşını  ilə  əlaqəni  perfokart 

vasitəsilə həyata keçiridi. 



İkinci  nəsil

  fərdi  kompüterlər  hazır  sistem  şəklində  keçən  əsrin  70-ci 

illərinin  axırlarında  istehsal  olunmuşdur.  Belə  fərdi  kompüterlər  əvvəlkilərə 

nəzərən  azacıq  da  olsa  etibarlı  olmaları  ilə  yanaşı  (sadə  də  olsa)  proqram 

təminatına  da  malik  idilər.  Bu  nəsil  kompüterlərin  element  bazasını  tranzistorlar 

təşkil edirdi. Onlarda istifadə edilən yaddaş qurğuları isə ferrit nüvələrdə yığılırdı. 

Belə  kompüterlərin  operativ  yaddaşının  maksimal  tutumu  105  yuva,  maksimal 

işləmə sürəti isə 106 əməliyyat/saniyəyə bərabər idi. 

 

QEYD

:  1960-cı  illərin  əvvəllərində  R.Noys  kiçik  lövhə  üzərində  yerləşmiş 

tranzistorların  və  onların  əlaqə  xətlərinin  birləşməsini  əldə  edir.  Elektron  sxemi 

inteqral sxem və ya çip adlandırmaq qəbul edilir. 

 

Keçən  əsrin  80-ci  illərinin  əvvəllərində  fərdi  kompüterlərin  üçüncü  nəsli 



yaranır. 

Üçüncü  nəsil

  fərdi  kompüterlərin  texniki  xarakteristikalarının 

təkmilləşdirilməsi  onların  işgüzar  aləmdə  geniş  istifadə  olunmasına  səbəb  olur. 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



104 

Artıq bu işlə kompüter sənayesində “



nəhəng

” sayılan IBM, DEC, Hewlett-Packard 

firmaları ciddi məşğul olur. 1981-ci ildə IBM firması özünün uğurlu sayılan IBM PC 

modelinin istehsalına başlayır. Həmin vaxtdan başlayaraq fərdi kompüter istehsalı 

möhkəm  əsaslar  üzərində  istiqamətlənir  və  özünün  fərdi  kompüter  bazarının 

yaradılmasına təkan verir. 

Üçüncü  nəsil  kompüterlərin  əməli  yaddaşının  maksimal  tutumu  106  yuva, 

maksimal işləmə sürəti isə 107 əməliyyat/saniyədir. Bu tip kompüterlərdə yüksək 

səviyyəli  alqoritmik  dillərdn  istifadə  olunur.  Kompüterlərə  mətn  xarakterli 

informasiyanı  daxil  etmək  üçün  klaviaturadan,  informasiyanın  vizual  formada 

xaric edilməsindən ötrü isə videoterminaldan istifadə edilir. 

Kompüter  texnologiyasının  sonrakı  inkişafı  böyük  inteqral  sxemlərin  (BİS) 

istehsalı  ilə  sıx  bağlıdır.  İnteqral  sxemlərin  ölçülərinin  kiçildilməsi  nəticəsində 

kompüterlərdə  yaddaş  tutumunun  artması  ilə  yanaşı  işləmə  sürətinin  də 

artırılması əldə edilir. 

Keçən  əsrin  80-ci  illərinin  ortalarında  fərdi  kompüterlərin  kəmiyyət  və 

keyfiyyət  göstəricilərinin  təkmilləşdirilməsi  yeni  nəsil  fərdi  kompüter  -  super 

mikroelektron  kompüterlərin  yaranmasına  səbəb  olur.  Belə  fərdi  kompüterlərin 

digərlərindən  əsas  fərqli  cəhəti  onlarda  32-mərtəbəli  prosessorların  (Motorola 

68020, Intel 80386, Texac Instruments 32032 və başqaları) istifadə olunması idi. 

Mikroprossorlardan  və  BİS-lərdən  istifadə  edərək  düzəldilmiş  kompüterləri 

dördüncü  nəslə

  aid  etmək  qəbul  olunmuşdur.  Belə  texnologiyanın  kompüterə 

tətbiqi  nəticəsində  yaddaşın  tutumu  maksimum  qiymətə  -  108  bayta  (o  dövr 

nəzərdə tutulur), maksimal işləmə sürəti isə 109 əməliyyat/saniyəyə çatdırılmışdı. 

Həmin  ərəfədə  kompüter  istehsalı  ilə  məşğul  olan  aparıcı  firmalar 

kompüterlərdən səmərəli istifadə etmək məqsədi ilə çoxməsələli proqramlaşdırma 

dilləri yaradır və kompüterdə ondan geniş istifadə etməyə başlayırlar. 

Kompüterlərin  imkanlarını  daha  da  artırmaq  məqsədi  ilə  onlara  yardımçı 

qurğuların – Maus və multimedia ləvazımatlarının tətbiqi həyata keçirilir.  

Beləliklə,  öndə  göstərilən  texniki  qurğuların  kompüterlərə  tətbiqi  yeni 

kompüter nəslinin yaranmasına və istehsalına təkan verir. 

Sonrakı  illərdə  kompüter  istehsalçıları  fərdi  kompüterlərdə  çox  böyük 

inteqral  sxemlər  üzərində  yığılmış  prosessorlardan  və  operativ  yaddaş 

qurğularından istifadə edərək yeni nəsil fərdi kompüterlər – 



beşinci  nəsil

 fərdi 


kompüterlərin istehsalına başlayırlar. 

Çox vaxt fərdi kompüterlərin nəsillərə bölünməsini onların daxilində istifadə 

olunan  mikroprosessorların  dəyişməsi  ilə  əlaqələndirirlər.  Bəzi  ədəbiyyatlarda  isə 

müəlliflər  belə  təsnifatın  şərti  olduğunu  qeyd  edirlər.  Məsələ  ondan  ibarətdir  ki, 

16-mərtəbəli  mikroprosessorun  məcburi  imkanlarından  maksimum  istifadə 

edilməsi  həmin  mikroprosessorun  müxtəlif  variantlarının  yenidən  işlənib 

təkmilləşdirilməsinə  səbəb  oldu.  Məsələn,  20-mərtəbəli  ünvan  şini  olan  Intel 

80186  tipli  mikroprosessorun  IBM  PC  XT  markalı  fərdi  kompüterində  istifadə 

edilməsi, operativ yaddaşın yuxarı həddini 1 Mbayta, 24-mərtəbəli ünvan şini olan 

16-mərtəbəli  Intel  80286  tipli  mikroprosessorun  IBM  PC  AT  markalı  fərdi 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə