İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə38/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   34   35   36   37   38   39   40   41   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 105 

kompüterlərində  istifadə  edilməsi  isə  operativ  yaddaşın  16  Mbayta  bərabər 

olmasına gətirib çıxarmışdır (IBM PC AT fərdi kompüterinin orta məhsuldarlığı 3-4 

milyon əməliyyat/saniyədir). 

Qeyd etmək lazımdır ki, IBM PC AT modeli öz imkanlarına görə 16-mərtəbəli 

mikroprosessorla buraxılan digər modelləri hiss ediləcək dərəcədə arxada qoyur. 

Odur  ki,  tam  qətiyyətlə  demək  olar  ki,  80-ci  illərdə  IBM  firması  fərdi 

kompüterlərin  buraxılışı  sahəsində  digər  firmalar  arasında  lider  rolunu  oynayır, 

firmanın  istehsalı  olan  IBM  PC  AT  kompüteri  isə  digər  firmalar  üçün  standart 

model kimi götürülə bilər. 

Beləliklə, 16-mərtəbəli mikroprosessorun üstün cəhətlərinə görə onu ayrıca 

sinif  kimi  fərqləndirib,  müstəqil  nəslə  aid  etmək  olar.  Çünki  bu  tip 

mikroprosessorlar peşəkar fərdi kompüterlər əsrinin təməlini qoyublar. 

IBM firmasının hazırladığı fərdi kompüterlərin inkişaf etməsinə təkan verən 

amillərdən biri onların açıq arxitekturaya əsaslanaraq istehsal olunmalarıdır. Əgər 

IBM PC markalı kompüterlər də o dövrdə istifadə edilən kompüterlər kimi istehsal 

olunsaydı,  sözsüz  ki,  iki-üç  il  ərzində  mənəvi  cəhətdən  qocalar  və  tamam 

unudulardı.  Diqqətəlayiq  haldır  ki,  IBM  PC  kompüterlərində  istifadə  edilən  ayrı-

ayrı  hissələrin  təkmilləşdirilməsi  imkanının  olması  və  köhnə  hissələrin  yeni 

qurğularla  əvəz  olunması  kompüterlərin  geniş  yayılmasına  səbəb  oldu.  Firma 

kompüterləri hazırlayarkən onlarda istənilən hissənin və ya qurğunun başqası ilə 

əvəz  olunma  imkanının  təmin  olunmasına  var  qüvvəsi  ilə  çalışırdı.  Kompüterdə 

istifadə  edilən  istənilən  hissə  və  ya  qurğunun  hazırlanma  texnologiyası  firma 

tərəfindən  gizli  saxlanılmır, texnologiyanın  bütün sənədləri istənilən  şəxsə  və ya 

firmaya təqdim edilirdi. IBM firmasının işini belə formada təşkil etməsi kompüter 

texnikasında 

açıq arxitektura

 prinsipi adlanır. 

IBM PC tipli kompüterlərin elektron quruluşu elə düzəldilmişdir ki, sistem və 

ya ana lövhə (ana kart) adlanan elektron lövhəsinin üzərində ancaq informasiyanı 

təhlil  edəcək  elektron  qurğularının  blokları  quraşdırılır.  Kompüterin  digər 

qurğularını (monitor, printer və s.) idarə edən sxemlər isə ayrıca lövhələr şəklində 

düzəldilir.  Elektron  sxemlərin  qidalanması  sistem  blokunda  yerləşən  qida  bloku 

vasitəsilə həyata keçirilir. IBM PC markalı kompüterlərin açıq arxitektura əsasında 

düzəldilməsi istənilən blokların və lövhələrin uzlaşmasına, həmçinin birinin digəri 

ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, firma bu prinsipə riayət etdiyinə görə 

onun iş üsulu digər firmaların iş üsulundan təmamilə fərqlənir, aparıcı mövqeyini 

daima əlində saxlaya bilir. 

Firmanın  öz  məhsullarını  açıq  şəkildə  istifadəyə  verməsi,  onun 

məhsuldarlığına  şöhrət  qazandırmaqla  yanaşı,  digər  firmalar  tərəfindən  də  yeni-

yeni  kompüter  qurğularının  hazırlanmasına  səbəb  oldu.  Beləliklə,  həm  IBM 

firması, həm də bu işlə məşğul olan digər firmalar bir-iki il ərzində IBM PC-yə aid 

yüzlərlə müxtəlif qurğular və komplektləşdirici elementlər hazırlayırlar. Firmaların 

işlərini  belə  mütəşəkkil  təşkil  etməsi  nəticəsində  IBM  PC  markalı  kompüterlər 

dünya bazarlarında qiymətləndirildi və şöhrət qazandı. 

IBM  PC  kompüterlərinin  açıq  arxitekturaya  malik  olmasından  istifadəçi  çox 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



106 

faydalandı və bunlara nail oldu: 

 

komplektləşdirici hissələrin sayının çoxalması kompüterin qiymətinin aşağı 



düşməsinə səbəb oldu; 

 



kompüterin imkanları genişləndi və onların müasirləşdirilməsi istehsalçılar 

tərəfindən həyata keçirilə bildi; 

 

kompüterlərin keyfiyyətli  hazırlanması və  açıq  arxitekturaya  malik olması 



nəticəsində  istifadəçi  çoxlu  sayda  istehsal  olunan  kompüterlərdən  özünə 

məxsus olanını seçmək imkanını əldə etdi. 

İlk  zamanlar  IBM  firmasının  açıq  arxitektura  əsasında  işləməsi  firma  üçün 

çox əlverişli idi, çünki köhnə kompüterlər üçün hazırlanmış bütün proqramlar və 

qurğular istehsal olunan təzə kompüterlərdə heç bir dəyişikliyə məruz qalmadan 

istifadə  edilirdi.  Bu,  firma  üçün  yüksək  ticarət  nailiyyəti  idi.  Firma  1983-cü  ildə 

sərt  disk  (vinçester)  ilə  işləyən  IBM  PC  XT  kompüterlərinin  istehsalına  başlayır. 

1985-ci  ildə  isə  IBM  PC  XT-dən  üç-dörd  dəfə  sürətlə  işləyən,  Intel  80286 

mikroprosessoru bazasına əsaslanan IBM PC AT tipli yeni kompüterlərin istehsalı 

firma  tərəfindən  həyata  keçirilir.  Bu  ərəfədə  digər  firmalar  da  IBM  PC 

kompüterinin  hissələri  əsasında  onunla  uzlaşan  kompüterlərin  istehsalına 

başlayırlar.  Firmanın  öz  işlərini  bu  şəkildə  qurması  nəticəsində  istehsal  olunan 

kompüterlərin qiymətləri ucuzlaşır, alıcıların sayı isə həddindən çox artır. 

IBM PC kompüterləri üçün həlledici an 1986-cı ildə baş verir. IBM firması ilə 

razılığa gəlmədən iki firma (Compag və ALR) yeni, daha sürətli 32-mərtəbəli Intel 

80386  prosessoru  üzərində  qurulmuş  kompüter  istehsalına  başlayır.  Bu  andan 

etibarən IBM firması kompüter bazarlarında liderliyi əldən verir. 

1989-cu  ildə  Intel  80486  mikroprosessoru  yaradıldı.  Mikroprosessor  böyük 

hesablama gücünə və genişləndirilmiş əmrlər yığımına, həmçinin onunla bir lövhə 

üzərində  yerləşən  sürüşən  nöqtəli  əmrləri  yerinə  yetirən  riyazi  soprosessora  da 

malik  idi.  486  mikroprosessorunun  istehsalına  kimi  riyazi  soprosessor  ayrıca 

mikrosxem halında buraxılırdı. 80486 mikroprosessorunun göstərilən texnologiya 

əsasında  hazırlanması  onun  üzərində  qurulan,  qrafik  rejimdə  işləyən  interfeysi 

olan  fərdi  kompüterlərin  geniş  yayılmasına  səbəb  oldu.  Belə  kompüterlərdə 

Windows 3.0, sonralar isə 3.1 və 3.11 versiyaları geniş istifadə olundu. 

Qeyd  etmək  lazımdır  ki,  Windows-un  3-cü  versiyasında  istifadə  olunan, 

mausun köməyi ilə idarə olunan, qrafik rejimdə işləyən interfeys hələ 1984-cü ildə 

Macintosh firması tərəfindən buraxılmışdı. 

1989-cu  ildə  gözlənilməz  hadisə  baş  verir.  80486  mikroprosessorunun 

istehsalından sonra onun sxemində ciddi səhvlərin buraxıldığı aşkarlanır. 

Bu  dövrdə  prosessor  istehsalı  ilə  məşğul  olan  Intel  firması,  həmçinin  MS 

DOS  əməliyyat  sistemi və  MS Windows  əməliyyat  sistemi  (sonralar Windows 95 

əməliyyat  sistemi)  istehsal  edən  Microsoft  firması  qabaqcıllığı  əldə  edir.  Həmin 

dövrdə IBM PС kompüteri ilə 100% uzlaşan, MS Windows mühitində işləyən Intel 

firmasının 80486 mikroprosessoru üzərində qurulmuş kompüter işıq üzü görür. 

1993-cü  ildə  Intel  firması  özünün  Pentium  mikroprosessorunun  istehsalına 

başlayır. Mikroprosessorun 486-ya nəzərən məhsuldarlığı yüksək idi. 1995-ci ildə 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə