İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə35/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   31   32   33   34   35   36   37   38   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  97 



İxtisaslaşdırılmış fərdi kompüterlər

 elmi, texniki və iqtisadi məsələlərin 

həlli  üçün  nəzərdə  tutulur.  Bu  sinfə  aid  fərdi  kompüterlər  ümumi  bazarın  əsas 

hissəsini  təşkil  edir.  Bu  tip  fərdi  kompüterlər  digərlərinə  nisbətən  daha  böyük 

hesablama  imkanlarına,  yaddaşa  malik  olub,  digər kompüterlər və  ölçü cihazları 

ilə  əlaqələrin  yaradılmasını  təmin  edəcək  qurğularla  təchiz  olunurlar. 

İxtisaslaşdırılmış  fərdi  kompüterlərin  əsasında  ixtisasçiların  avtomatlaşdırılmış  iş 

yerləri  (AİY)  yaradılır.  Belə  avtomatlaşdırılmış  iş  yerləri  mühəndisin,  həkimin, 

idarə  işçisinin  və  s.  iş  fəaliyyətində  ona  yaxından  kömək  edir.  İxtisaslaşdırılmış 

fərdi  kompüterlər  təkcə  hesablama  xarakterli  məsələləri  deyil,  informasiyanın 

təhlili ilə bağlı məsələlərin həllində və ixtisasçıya məsləhət vermə kimi funksiyaları 

da  yerinə  yetirə  bilirlər.  Bu  məqsədlə  son  illərdə  avtomatlaşdırılmış  informasiya 

sistemləri və onların daha inkişaf etmiş forması olan ekspert sistemlərindən geniş 

istifadə olunur. 



Məişətdə  istifadə  olunan  fərdi  kompüterləri

  əsasən  ev  şəraitində 

istifadə  etmək  nəzərdə  tutulur.  Onların  əsas  vəzifəsi  sadə  hesablamaların 

aparılması,  qeyd  dəftərçəsi  funksiyasının  yerinə  yetirilməsi,  şəxsi  kartotekanın 

təşkili,  müxtəlif  fənnlərin  öyrənilməsi  üçün  köməkçi,  telefon  kanalları  vasitəsilə 

ictimai informasiya fondlarına  müraciət  və  s.  işlərin  həyata keçirilməsidir.  Bu  tip 

kompüterlər  əyləncə  vasitəsi  kimi  müxtəlif  oyunların  təşkilatçısı  kimi  də  geniş 

istifadə olunur. 

Fərdi kompüterlərin bəzi növləri 

tədris  prosesində

 istifadə üçün nəzərdə 

tutulur.  Onlar  əsasən  hesablama  texnikası  və  proqramlaşdırma  üzrə  tədris  sinfi 

kompleksi  kimi  istehsal  olunur.  Bu  komplekslər  lokal  hesablama  şəbəkəsı  kimi 

qurulur.  Burada  müəllim  tələbələr  üçün  ayrıca  fərdi  kompüter  rolunu  yerinə 

yetirir.  Müəllimin  kompüteri  ilə  tələbələrin  kompüterləri  arasında  qarşılıqlı 

informasiya mübadiləsi tədris prosesinin səmərəli təşkilinə imkan verir. 

Mikroprosessorların  və  mikro-kompüterlərin  inkişafında  nailiyyətlər 

istifadəçilərə  fərdi  xidmət  üçün  və  kompüter  texnikası  sahəsində  mütəxəssis 

olmayan  istifadəçilərin  müxtəlif  məsələlərin  həllinə  yönəldilmiş 



fərdi 

kompüterlərin

 yaradılmasına gətirib çıxartdı. 

XX əsrin 70-ci illəri fərdi kompüterlərin yaradılması ilə əlamətdardır. 

Fərdi  kompüterlərin  aparat  vasitələrinin  inkişaf  edilməsi  və  tənzimlənməsi 

məqsədi ilə, həmçinin onların Windows 8 (həmçinin Windows-un yeni versiyaları- 

Windows  10  ilə)  əməliyyat  sistemi  ilə  uzlaşması  üçün  Microsoft,  Intel,  Compaq 

şirkətləri  bu  tip  kompüterlər üçün  xüsusi təsnifat  hazırlamışlar. Təsnifatlar hər il 

yenilənir və onların qarşısında aşağıdakı məqsədlər qoyulur: 

 

aparat  və  proqram  vasitələrinin  keyfiyyətini  yüksəltməklə  istifadəçinin 



müxtəlif xarakterli sorğularına cavab vermək; 

 



Windows  əməliyyat  sistemi  örtüyü  altında  işləyən  aparat  vasitələrinin  və 

drayverlərinin  istehsalını  təşkil  etmək,  onların  yüksək  keyfiyyətli,  ucuz, 

məhsuldar olmalarına nail olmaq; 

 



yeni  konstruktor  və  texnoloji  məsələlərin  həll  olunaraq  həyata 

keçirilməsini təmin etməklə yeni modellərin yaradılmasına nail olmaq. 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



98 

Beləliklə,  istifadə  olunan  hər  bir  fərdi  kompüter  özünəməxsus 

xarakteristikaya malik olur. 

 

FƏRDİ KOMPÜTERLƏRİN TƏSNİFATI 



VƏ İNKİŞAF YOLU 

 

Elm  və  texnikanın  müxtəlif  sahələrində  istifadə  edilən  fərdi  kompüterlərin 



əsas xüsusiyyətləri aşağıdakılardır: 

 



əmrlər sistemi; 

 



yaddaşın tutumu; 

 



işləmə sürəti; 

 



satış qiyməti. 

Əmrlər sistemi fərdi kompüterlərdə həyata keçirilə bilən elementar əmrlərin 

siyahısıdır. Bu siyahıya əsasən toplama, çıxma, vurma və bölmə əmrləri daxildir. 

Yaddaşın  tutumu  fərdi  kompüterin  yaddaşında  yerləşdəriləcək  maksimum 

informasiyanın miqdarıdır. 

İşləmə  sürəti  fərdi  kompüterin  daxilində  yerləşən  mikroprosessorun  bir 

saniyə ərzində yerinə yetirdiyi əməliyyatların sayıdır. 

Fərdi  kompüterin  satış  qiyməti  isə  söylənilənlər  nəzərə  alınmaqla  digər 

amillərdən də çox asılıdır. 

Ümumiyyətlə,  fərdi  kompüterləri  (və  ya  elektron  hesablama  maşınlarını) 

müxtəlif  şəkildə təsnifləndirirlər.  Bunlardan  ən  çox  istifadə olunanları hesablama 

maşınlarının  fəaliyyət  (əməliyyat)  prinsipinə  və  təyinatına  görə,  həmçinin 

ölçülərinə və funksional imkanlarına görə təsnifləndirilməsidir. 

Fəaliyyət  (əməliyyat)  prinsiplərinə  görə  hesablama  maşınlarının 

təsnifləndirilməsi aşağıdakı kimidir: 

 



analoq hesablama maşınları; 

 



rəqəm hesablama maşınları; 

 



hibrit hesablama maşınları. 

Analoq  hesablama  maşınları  maşına  kəsilməz  şəkildə  təqdim  olunan 

informasiyanı təhlil etmək üçün istifadə edilir. 

Rəqəm  hesablama  maşınlarına  informasiya  diskret  şəkildə  daxil  olur.  Belə 

maşınların  işləmə  sürətlərinin  az  olmasına  baxmayaraq,  onlar  iş  prosesində 

yüksək dəqiqlik nümayış etdirirlər. Rəqəm hesablama maşınları bir saniyə ərzində 

bir neçə milyonlarla informasiyanı təhlil edirlər. 

Hibrit hesablama maşınları əvvəlkilərdən fərqli olaraq həm kəsilməz, həm də 

diskret  formada  daxil  olan  informasiyanı  təhlil  edirlər.  Bu  tip  maşınlardan 

ixtisaslaşdırılmış sahələrdə istifadə etmək əlverişlidir. 

Hesablama maşınlarını təyinatına görə aşağıdakı kimi təsnifləndirirlər: 

 



ümumi təyinatlı (universal) hesablama maşınları; 

 



problemyönlü hesablama maşınları; 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə