İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə32/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   28   29   30   31   32   33   34   35   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  89 

Ж  10000110 

О 

10001110 



Ц 

10010110 

Ю 

10011110 



З  10000111 

П 

10001111 



Ч 

10010111 

Я 

10011111 



 

Nümunə  kimi  KOMПЬЮТЕР  sözünün  kodlanmasını  şərh  edək.  Verilmiş 

mətn  9  simvolun  ardicilliğindan  ibarətdir.  Bu  baxımdan  mətnin  yaddaşda 

saxlanması üçün 9 bayt yaddaş sahəsi tələb olunur. Cədvəldən istifadə etməklə 

mətnin maşın kodunu almaq mümkündür.  

 





К 

О 



М 

П 

Ь 



10001010 

10001110 

10001100 

10001111 

10011100 

 





Ю 

Т 

Е 



Р 

10011110


 

10010010


 

10000101


 

10010000


 

  

Beləliklə, КОМПЬЮТЕР sözü hesablama maşınında ikilik kodun köməyi ilə 



belə təqdim olunacaq: 1000 1010 1000 1110 1000 1100 1000 1111 1001 1100 

1000 1110 1001 0010 1000 0101 1001 0000



2 

Nəzərə  almaq  lazımdır  ki,  tetradlar  arasında  buraxılmış  probel  yazılmış 



kodun  rahat  mənimsənməsi  üçündür.  Buraxılmış  probellər  kompüterin 

yaddaşına yazılmır. 

Qeyd  etmək  lazımdır  ki,  əgər  öndə  göstərilmiş  КОМПЬЮТЕР  sözünün 

əvəzinə  компьютер  sözü  yazilsaydı,  digər  kodlardan  istifadə  edilməli  idi.  Bu 

ASCII kodunun çatışmazlığıdır. 

İndiki  zamanda ASCII  standart  kodunda olan  müəyyən  çatışmazlığa görə 

kompüterlərdə  hazırlanmış  informasiyanın  kodlaşdırılması  üçün  UNICODE 

(UNIversal CODE – Universal Kod) istifadə edilir. Bu kodda hər bir simvol üçün 

iki  bayt  (16  bit)  ayrılır  (ASCII  –də  bir  bayt  ayrılırdı).  Bunun  da  nəticəsində 

2

16



=65 536 müxtəlif simvolu kodlaşdırmaq mümkündür (bəzi məlumatlara görə 

indiki  zamanda  200 000  müxtəlif  simvoldan  istifadə  edliməsi  məlumdur). 

Bununla  da  əksəriyyət  hallarda  müxtəlif  mətnlərdə  simvolların  bu  sayda  kod 

vasitəsi ilə təqdim edilməsi tamamilə kifayət edir. 

Əgər  ixtiyari  mətn  üzərində  yerinə  yetirilən  əməliyyatları  diqqətlə  təhlil 

etsək,  görərik  ki,  istənilən  çevrilmədə  mətnin  bir  simvolu  digəri  ilə  əvəz  edilir, 

yəni  mətndən  kənarlaşdırılan  simvolun  yerinə  seçilmiş  simvol  daxil  edilir.  Əgər 

bu  əməliyyat  bir  simvol  ilə  deyil,  simvollar  qrupu  ilə  həyata  keçirilirsə,  onda 

simvolların daxil edilməsi dövrü olaraq bir neçə dəfə yerinə yetirilməlidir. Əgər 

əlifbaya  xüsusi  “boş”  simvol”  (bunu  probel  ilə  dəyişik  salmaq  olmaz)  əlavə 

edilərsə,  onda  boş  mətndə  (heç  bir  simvolu  olmayan  mətn  nəzərdə  tutulur) 

yerinə  yetirilən  istənilən  çevrilmə  əməliyyatı  öndə  şərh  olunan  əməliyyat  ilə 

eynilik  təşkil  edəcəkdir  (yəni  bütün  hallarda  əlifbanın  bir  simvolunun  digəri  ilə 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



90 

əvəz  olunması  zamanı  yerinə  yetirilən  əməliyyat  eynidir  -  yeganədir).  Bir 

simvolun  ləğv  edilərək  digəri ilə  əvəz  olunma  prosesində  əsas məsələ  əlifbada 

olan  iki  simvolu  düzgün  müqayisə  etməkdir,  yəni  dəyişdiriləcək  simvolların 

uyğun gəlib gəlmədiyini müəyyənləşdirməkdir. 

Beləliklə, kompüter mətn verilənləri üzərində yerinə yetirilən əməliyyatı, yəni 

mətndə  iki  simvolun  kodunu  müqayisə  etməklə  yanaşı  onların  birinin  digəri  ilə 

əvəz edilməsini “bacarmalıdır”. 

Bunlarla  yanaşı  fərdi  kompüterdə  məntiqi  verilənlərdən  də  istifadə  edilir. 

Məntiqi verilən 2 qiymət (“0” və “1”) alır. “0”-yalan, “1”- gerçək. Məntiqi verilən 

kompüterin yaddaşında 1 bit yer tutur. Şəkil və səs kimi mürəkkəb obyektlər də 

2-lik rəqəmlərə çevrilib yaddaşda saxlanılır. 

 

PROQRAMIN KOMPÜTERDƏ İCRASI PROSESİ 

 

Kompüterdə verilənlərin saxlanması və emalı ayrı-ayrı qurğularda icra edilir. 



İnformasiya kompüterin yaddaş qurğusunda saxlanır, mərkəzi  prosessorda  emal 

edilir. Kompüterin işi yaddaşındakı informasiyadan asılıdır. Kompüterin yaddaşı 3 

bölmədən ibarətdir: 

 



ünvanlaşdirilan yaddaş; 

 



prosessor registrləri; 

 



kompüter portları tərəfindən istifadə edilən giriş-çıxış yuvaları. 

Kompüter  portları  informasiya  ötürülməsi  qaydasına  görə, 



ardıcıl 

və 


paralel

 olur. Modem ardıcıl porta, printer paralel porta qoşulur. Ünvanlaşdirilan 

yaddaş  məntiqi  cəhətdən  ardıcıl  yuvalardan  ibarətdir.  Hər  yuva  özündə  1  bayt 

informasiya  saxlayır.  Operativ  yaddaşdakı  baytlar  nömrələnmiş  olur.  Baytın 

nömrəsi onun ünvanıdır. 

Mərkəzi  prosessor  kompüterin  əsas  qurğusudur.  Mərkəzi  prosessor  bütün 

hesablamaları  icra  etməklə  yanaşı  kompüterin  bütün  hissələrinin  işini  də  idarə 

edir.  Prosessorun  daxilindəki  registrlər kompüter  yaddaşının  ən  cəld  hissələridir. 

Çoxsaylı registrlər müxtəlif funksiyaları icra edir. 

Kompüterin  işi  elementar  əməliyyatlar  ardıcıllığından  ibarətdir.  Hər  bir 

elementar  əməliyyat  müəyyən  maşın  əmrinin  nəticəsidir.  Maşın  əmrlərinin 

bütövlükdə  bir  neçə  yüz  variantı  vardır.  Hər  maşın  əmrinin  icrası  üçün 

prosessorun  konstruksiyasında  ayrıca  elektron  mikrosxem  nəzərdə  tutulmuşdur. 

Maşın əmrləri əməl tipləri üzrə təsnifləşdirilir. Əməl tipləri üzrə icra edilən maşın 

əmrləri aşağıdakılardır: 

 



informasiya blokunu operativ yaddaşdan prosessor registrinə keçırır; 

 



informasiya blokunu prosessor registrindən operativ yaddaşa keçırır; 

 



informasiya blokunu portdan alıb prosessor registrinə ötürür və s. 

Prosessor əməllərin bir çoxunu paralel icra edir. Bunun üçün impuls taktları 

generatorundan istifadə edilir. 

  



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə