İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə45/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   41   42   43   44   45   46   47   48   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



124 

    


 

Sərt disk 

 

Sərt  disklərin  tutumu  da  baytlar  ilə  (Kilobaytlar,  Meqabaytlar,  Qiqabaytlar, 



Terabaytlar  və  s.)  ölçülür.  Vinçesterlər  yaddaşında  operativ  yaddaş  ilə 

müqayisədə  dəfələrlə  çox  informasiya  saxlayırlar.  Çünki,  operativ  yaddaşda 

prosessorun  istifadə  etdiyi  informasiya  saxlanıldığı  halda,  sərt  diskdə 

kompüterdən  istifadə  olunan  zaman  bütün  informasiyalar  saxlanılır.  Belə 

informasiyalara  proqramları,  oyunları,  elektron  kitabları,  musiqiləri,  filmləri  və 

nəhayət işgüzar sənədlərlə əlaqəli faylları göstərmək olar. 

 

QEYD

:  1973-cü  ildə  IBM  firması  yeni  texnologiya  ilə  16  Kbayt 

informasiyanı  saxlayan  ilk  sərt  diski  istehsala  buraxır.  Disk  hər  biri  30  sektora 

bölünən  30  silindrdən  ibarət  olduğundan,  onun  şərti  işarəsi  30/30  kimi  qəbul 

edilir. Bu işarə 30/30 kalibrinə malik, alman istehsalı olan Vinçester tipli məşhur 

avtomatik tüfəngə anoloji olduğu üçün ona “

Vinçerter

” adı da verilir. O vaxtdan 

bəri  sərt  disklərin  konfiqurasiyası  xeyli  dəyişmiş,  tutumu,  etibarlılığı  və  işləmə 

sürəti kəskin artmışdır. Lakin fərdi kompüterlərdə sərt diskin əvvəlki adı indi də 

istifadə edilməkdədir. 

İlk  sərt  disklərin  seriya  şəkilində  istehsalı  1979-cu  ildə  Seagate  firması 

tərəfindən  həyata  keçirilmişdir.  Beş  düymlü  ST-506  diskinin  tutumu  6  Mbayta 

bərabər  idi.  1979-cu  ildə  istehsal  olunan  sərt  disk  belə  disklərin  istehsalının 

təməlini  qoydu.  Müasir  vinçester  yığıcıları  bir  ox  üzərində  quraşdırılmış  maqnit 

disklər paketindən ibarətdir. Diskin hazırlanması üçün alüminium lövhədən, şüşə 

və  keramikadan  və  onun  üzərinə  xüsusi  texnologiya  ilə  yapışdırılmış 

(oturdulmuş)  yüksək  keyfiyyətli  ferromaqnit  qatdan  istifadə  olunur.  Diskin 

üzərinə  qat  yapışdırılandan  sonra  onu  firmada  xüsusi  texnologiya  ilə  emal 

edirlər.  Emal  olunmuş  diskləri  bir  paketə  yığıb  otürücüyə  quraşdırılmış  oxa 

bərkidirlər (adətən bir paketdə 2-dən 12-yə qədər disk olur). 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 125 



DAŞINABİLƏN YADDAŞLAR 

 

İndiki  zamanda  noutbuklarda  və  masaüstü  kompüterlərdə  geniş  istifadə 



edilən  və  populyar  sayılan  Flash-Drive  tipli  informasiya  daşıyıcılarıdır.  Belə 

informasiya  daşıyıcılarını  məişətdə  fləş  adlandırırlar.  Onlara  Qiqabaytlarla  (və 

daha  çox)  informasiya  yazmaq  mümkündür.  Fləşlər  etibarlı  olmaqla  yanaşı 

həddidən artıq sadədirlər. 

Fləşləri  noutbuklara  qoşmaq  üçün  USB  yuvalarından  istifadə  edilir.  Belə 

yuvalar adətən kompüterlərdə və noutbuklarda bir neçə ədəd olur.  

Bəzən  noutbuklarda  Flash  kartlardan  da  istifadə  edirlər.  Onlar  müxtəlif 

tiplərdə düzəldilir və ən çox yayılmışları SD və MMC tipləridir. 

 

 

 



Daşina bilən yaddaş – Perfokart 

 

 



                    

 

Daşina bilən yaddaş – Kompakt disk 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



126 

 

 

Daşina bilən yaddaş – Elastik disk 



 

 

 



Daşina bilən yaddaş – Flash disk 

 

 



Belə  fləş  kartlar  adətən  mobil  telefonlarda,  fotoaparatlarda  və 

videokameralarda  daha  çox  istifadə  olunurlar.  Əksər  noutbuklar  fləş  kartlar  ilə 

işləmək üçün xüsusi hazırlanmış yuvalarla təmin edilirlər. 

Fləşlərdən  başqa  informasiyanın  uzunmüddətli  saxlanmasıdan  ötrü  optik 

disklərdən də istifadə edilir.  İnformasiyanı kompakt disklərdə (CD) də saxlamaq 

olar. Belə disklərin maksimal tutumu 700 Mbayta bərabərdir. 

   

   


 

 

Flash kartlar 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 127 

 

Bəzi  hallarda  informasiyanın  saxlanılması  üçün  DVD-lərdən  istifadə 



məsləhətdir. Onların tutumu 4,7 Qbayta bərabərdir. Nəzərə almaq lazımdır ki, CD 

və DVD ilə işləməkdən ötrü kompüterlər və noutbuklar xüsusi hazırlanmış uyğun 

qurğular  ilə  təmin  edilməlidirlər.  Hal-hazırda  istehsal  olunan  bütün  noutbuklar 

belə qurğular ilə təmin olunurlar.  

Nəzərə almaq lazımdır ki, DVD-ötürücüləri kompakt-disklər ilə işləmək üçün 

də istifadəni dəstəkləyirlər. 

Disk  sürücüləri  ancaq  kompakt-diskləri  (CD-ROM)  və  ya  DVD  (DVD-ROM) 

oxuya  bilir.  Onlar  bununla  yanaşı  CD-RW  və  ya  DVD-RW  disklərinə  informasiya 

yazma prosesini də həyata keçirirlər (informasiya yazan disk sürücüləri qiymətcə 

daha bahadırlar). Belə disk sürücüləri baha qiymətə satılsalar da, onların köməyi 

ilə  başqa  disklərə  musiqiləri,  filmləri,  məlumatlar  olan  fayllari  və  s.  yenidən 

yazmaq  imkanı  vardır.  Bu  baxımdan  da  istifadəçi  noutbuk  alan  zaman  bu 

məsələyə nəzər yetirməlidir. 

 

Kompakt-disklər və DVD-lər üçün disk sürücüləri 



 

Optik  disklər  onlara  bir  dəfə  informasiya  yazılması  üçün  nəzərdə 

tutulmuşdur  (onları  adətən  qəlib  (bolvanka)  də  adlandırırlar).  Bəzi  hallarda  isə 

belə  disklərdən  hazırlanma  texnologiyasını  nəzərə  almaqla  informasiyanın 

dəfələrlə  yazılması  üçün  istifadə  edirlər  (birdəfələik  infoirmasiya  yazıla  bilən 

diskləri  CD-R,  dəfələrlə  informasiya  yazıla  bilən  diskləri  isə  CD-RW  kimi 

nişanlayırlar). 

Bəzən belə disklərin nişanlanmasında “+” və “-“ işarələrindən istifadə edilir 

(məsələn, DVD+R və ya DVD-RW, və yaxud DVD-RW). İstifadə olunan “+” və “-“ 

işarələri  həmin  disklərin  müxtəlif  formatlara  malik  olmasıni  ifadə  edir.  Nəzərə 

almaq lazımdır ki, indiki zamanda əksər aparıcı şirkətlər tərəfindən hazırlanan disk 

sürücüləri hər iki formatla lazımı səviyyədə işləyə bilir.  

İstifadəçi  disk  sürücüsünə  diski  taxmaqdan  ötrü  öncə  noutbukun  yan 

tərəfində  olan  xüsusi  düyməni  sıxmalı  və  sonra  diski  disk  sürücüsünün  üzərinə 

taxmalıdır  (qoymalıdır).  Noutbukun  yan  tərəfindəki  düymə  sıxılan  zaman 

noutbukdan xaricə tabaq (лоток) çıxır və istifadəçi diski, onun üz tərəfində olan 

reklam  xarakterli  şəkilli  üzü  yuxarı  formada  disk  sürücüsünə  taxmalıdır.  Sonrakı 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə