İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə47/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   43   44   45   46   47   48   49   50   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 131 

isə  əks  mütənasibdir.  Palitra  adətən  64  min  və  ya  16  milyon  rəng  çalarına 

maılikdir. 

İndiki  zamanda  istehsal  olunan  noutbuklarda  maye  kristal  monitorlardan 

(LCD) istifadə edilir. 

 

 

 



 

Qabarıq linzadan istifadə olunmaqla hazırlanmış 3D monitoru 

 

LCD  monitorlarının  əsas  xarakteristikalarına  matrisanın  tipi,  əksetmə  vaxtı, 



ekrandakı nöqtənin ölçüsü, nöqtələrin parlaqlığı, ekrana baxış bucağnın maksimal 

qiymətə malik olması daxildır. 

Əksetmə  vaxtı  5  millisaniyəyə  bərabər  olan  monitorlar  yüksək  keyfiyyətli 

monitorlar sayılır. 

 Mətn yığarkən və  ya şəkillər ilə  işləyərkən parametrin qiyməti  o  qədər də 

əhəmiyyət kəsb etmir. 

 

KLAVİATURA 

 

Verilənlərin  kompüterə  daxil  və  xaric  edilməsi  üçün  klaviaturadan  istifadə 

olunur.  Noutbukun  ayrica  klaviaturası  yoxdur.  O,  bir-başa  hesablama  blokunun 

üzərində  yerləşir.  Adətən  noutbukun  klaviaturası  kompüterin  klaviaturasından 

fərqlənir. Fərqlənməyə əsas səbəb klaviaturanın sahəsinin azlığı səbəbindən onun 

üzərində yerləşən bəzi klavişlərin təxirə salınmasıdır. 

Klaviatura üzərindəki klavişləri 4 qrupa ayırırlar. 

Funksional klavişlərə aşağıdakılar aiddir: 

 

[Esc] – yerinə yetirilmiş əməliyyatdan imtina və ya müəyyən vəziyyətdən 



çıxış klavişi; 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



132 

 



[F1÷F12]  –  müəyyən  funksiyaları  yerinə  yetirirlər  və  proqramın  cari 

momentində işləyirlər; 

 

[PrintScreen] – ekrandakı təsvirin alınaraq çap edilməsini yerinə yetirir və 



yaxud  ekrandakı  təsvirin  surətinin  alınaraq  bufer  yaddaşda  saxlanmasını 

həyata keçirir; 

 

[Pause/Break]  –  kompüterin  işini  dayandırır.  Əmrlərin  daxil  edilməsi 



rejimində və kompüterin yenidən yüklənməsində istifadə olunur. 

Simvol  klavişlər  sahəsindəki  klavişlərdən  informasiyanın  kompüterə  daxil 

edlməsi  zamanı  istifadə  edilir.  Burada  bəzi  klavişlər  özünəməxsus  xüsusiyyətə 

malikdir. 

Onlardan: 

 



[Tab]  –  simvolları  tabulyasiya  edir,  yəni  kursoru  təyin  edilmiş  sətir 

mövqeyi qədər sürüşdürür; 

 

[Caps Lock] – böyük hərflərin yazılması rejimini açıb/bağlayır; 



 

[Shift] – qisamüddətli böyük hərflərdən və simvollardan istifadəyə imkan 



verir (klaviatura üzərində sağda və solda yerləşir); 

 



[Ctrl] – klaviaturanın imkanlarının genişlənməsinə əlavə imkan yaradır; 

 



[Alt] – [Ctrl] ilə eyni funksiyanı yerinə yetirir

 



[Enter] - əmrin yerinə yetirlməsini həyata keçirir (təsdiqləyir); 

 



[Backspace] – kursordan solda yerləşən simvolu silir. 

Kursor ekranda istifadəçiyə daxil etdiyi simvolun yerini göstərir. İstifadəçinin 

zövqündən asılı olaraq kursoun işarəsini müxtəlif formada seçmək olar (məsələn, 

üfqi və şaquli və s.). 

Kursor vasitəsilə idarə olunan klavişlərə aşağıdakılar aiddir: 

 



[Ins] (və ya [İnsert]) – daxiletmə rejimini açır və bağlayır; 

 



[Del] (və ya [Delete]) – kursordan sağda dayanan simvolu silir

 



[Home] – kursoru sətrin başlanğıcına gətirir; 

 



[Pg  Up]  (və  ya    [Page  Up])  –  kursoru  bir  ekran  qədər  yuxarı  hərəkət 

etdirir; 

 

[Pg  Dn]  (və  ya  [Page  Down])  –  kursoru  bir  ekran  qədər  aşağı  hərəkət 



etdirir; 

 



[End] – kursoru sətrin sonuna gətirir. 

Bunlarla  yanaşı  klaviatura  üzərində  kursoru  aşağı,  sağa,  sola  və  yuxarı 

hərəkət etdirən düymələr dəsti də yerləşir. 

Nəzərə  çatdırmaq  lazımdır  ki,  bəzi  klavişlərin  üzərində  iki  və  ya  üç  simvol 

həkk olunur (məsələn, əksər klaviaturalarda rus, ingilis və  azərbaycan hərflərinin 

həkk olunduğunun şahidiyik). 

Əgər  klavişin  üzərində  üç  simvol  həkk  olunmuşsa,  binlardan  biri  sadəcə 

olaraq klavişi sıxdıqda onun üzərində olan simvola uyğun işarəni kompüterə daxil 

edir. Əgər klaviş üzərində iki simvol həkk edilmişdirsə, bu zaman klavişi sıxdıqda, 

onunla bərabər [Shift] düyməsinin sıxılması da vacibdir, bu zaman simvola uyğun 

informasiya  kompüterə  daxil  olacaqdır  (bu  zaman  [Shift]  düyməsi  sıxılmış 

vəziyyətdə olmalıdır). 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 133 

Əgər  klavişin  üzərində  üçüncü  simvol  həkk  olunmuşsa,  [Shift]  düyməsinin 

sıxılmış  vəziyyətində  klaviatura  digər  dilə  uyğun  informasiyanın  kompüterə  daxil 

olunması  rejiminə  keçir  (məsələn,  ingilis  dilindən  rus  dilinə  və  ya  əksinə).  Bir 

dildən digər dilə keçid kompüterdə istifadə olunan əməliyyat sistemindən asılıdır. 

 

 

 



Klaviatura 

 

SENSOR PANEL (TAÇPAD) 

 

Qurğu  tutqun  və  ya  parlaq  rəngli  düzbucaqlı  formasında  olub,  klaviatura 



üzərində yerləşən klavişlərin aşağı hissəsində yerləşir. Düzbucaqlının üzərində iki 

və  ya  üç  düymə  olur.  Taçpadın  ölçüsü  və  üzərində  olan  düymələr  sayı  müxtəlif 

ola bilər. 

İstifadəçi  taçpad  (touchpad)  üzərində  barmağını  hərəkət  etdirməklə 

kursorun hərəkətini ekranda tənzimləyə bilir. 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə