İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə51/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   47   48   49   50   51   52   53   54   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 147 

noutbukun södürülməsini həyata keçirməyi tələb edirlər. Belə olan halda istifadəçi 

işini  tamamladıqdan  sonra  müəyyən  ardıcıllıqla  noutbuku  elektrik  mənbəyindən 

ayırmalıdır.  

 

QEYD

:  Noutbuku  məcburi  mənbəədən  ayırmaq  tələb  olunarsa,  [Power] 

düyməsini  sıxilmiş  vəziyyətdə  bir  müddət  saxlamaq  lazımdır.  Bəzi  noutbukların 

üzərində indikator quraşdırılır. İndikatorun yanması müəyyən informasiyanın sərt 

diskdən oxunduğunu göstərir. 



 

NOUTBUKDAN İSTİFADƏ ZAMANI TƏHLÜKƏSİZLİK 

TEXNİKASINA ƏMƏL OLUNMASI 

 

İstifadəçi şəxsi noutbukla işləyərkən aşağıdakılara əməl etməklə həm özünü



həm də ki, ona məxsus olan noutbuku zədələnmədən qoruya bilər. 

1.Noutbuku  yumşaq  səth  üzərinə  qoyaraq  istifadə  etmək  məsləhət  deyil. 

Çünki  yumşaq  səth  noutbukun  kövdəsində  onun  soyudulması  üçün  nəzərdə 

tutulmuş deşikləri tutar və noutbuk işlədiyi müddət ərzində qızar. 

2.Noutbuku zədələrdən və titrəmələrdən kənar olan yerlərdə istifadə etmək 

lazımdır. 

3.Ekranı elə şəkildə yerləşdirmək lazımdır ki, günəş şüaları onun üzərinə bir-

başa düşməsin. 

4.Noutbukun  klaviaturası  üzərinə  mayenin  və  ya  çörək  qırıntılarının 

düşməsinə  imkan  verilməməlidir.  Maye  və  ya  çörək  qırıntıları  klaviaturanın 

içərisinə  daxil olub  qısa qapanma  yaradar,  nəticədə  mikrosxem  işdən  çıxa  bilər. 

Bəzi  firmalar  müdafiə  oluna  bilən  klaviaturalar  istehsal  edirlər.  Amma  belə 

noutbutlar çox baha qiymətə satılır. 

5.İstifadəçi  noutbuku  işə  qoşan  zaman  istifadə  olunan  naqillərin  etibarlı 

izolyasiya olunduğuna əmin olmalıdır. 

6.İstifadəçinin  4  saatdan  artıq  noutbukdan  istifadəsi  məsləhət  deyil.  Bu 

gözün yorulmasına səbəb olur. Ümumiyyətlə, istifadəçinin ümumi halda 6 saatdan 

artıq noutbukdan istifadəsi qədağandır. 

 

YUVALARIN TƏYİNATI 

 

Noutbuklarda  istifadə  olunan  yuvaların  formaları  ilə  yanaşı  təyinatları  da 



müxtəlifdir.  Şəkildə  noutbukun  yan  tərəfində  istifadə  edilən  yuvalar  dəsti 

göstərilmişdir.  Hər  bir  yuvanın  özünəməxsus  təyinatı  vardır.  Məsələn,  noutbuka 

əlavə monitoru qoşmaq üçün qoşucu kabelin bir ucunu monitorun yuvasına, digər 

ucunu isə noutbukun yan tərəfindəki yuvaya qoşmsq lazımdır. 

Bəzən  video  aparatların  noutbuka  qoşulmasından  istifadə  edilir.  Bu 

məqsədlə  xüsusiləşdirilmiş  yuvalardan  istifadə  edilir.  Belə  yuvalar  IEEE  1394 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



148 

standartına uyğundur. Bununla yanaşı FireWire və ya i.Link yuvalarından da geniş 

istifadə olunur. 

Əgər  istifadəçi  ona  məxsus  videokameranı  noutbuka  qoşmaq  istəyirsə,  bu 

məqsədlə  IEEE  1394  portundan  istifadə  etməsi  məsləhətdir.  İndiki  zamanda 

istehsal olunan əksər noutbuklarda belə standart yuvalar mövcuddur. IEEE 1394 

portunun iki standartından: dördkontaktlı və altıkontaktlı istifadə edilir. 

Müasir noutbuklarda şəbəkə yuvaları öncədən quraşdırılır. Yuva hesablama 

şəbəkəsi  kabelinin  ştekerinin  qoşulmasına  qulluq  edir.  Şteker  noutbuka  qoşulan 

zaman yüngül çıqqıltı eşidilir. Ştekeru noutbukdan ayımaq üçün onun üzərindəki 

qulpu yüngülcə sıxmaq kifayətdir. 

 

 



 

 

 



Müxtəlif tip noutbuklarda quraşdırılmış müxtəlif təyinatlı yuvalar 

 

Bəzi  hallarda  noutbukda  olan  informasiyanı  –  təsviri  kabel  vasitəsi  ilə 



televizora  ötürmək  lazım  olur.  Bunun  üçün  istifadəçi  mütləq  qoşucu  kabel  əldə 

etməlidir.  Əgər  Sizin  istifadə  etdiyiniz  televizorda  S-Video  çıxışı  varsa,  onda 

uclarında  S-Video  ştekerləri  olan  kabeldən  faydalanmaq  olar.  Əgər  televizorda 

belə çıxış yoxdursa (bu çox təsadüf edilir), onda uclarında kecidləri (perexodnik) 

olan kabellərdən istifadə etmək məsləhətdir. 

Noutbuklara  universal  yuvalar  quraşdırılır.  Belə  yuvalara  COM-portu,  LPT-

portu və USB portu aiddir. Müasir noutbuklarda ancaq USB portlarından istifadə 

olunur.  USB  portu  COM-  və  LPT-portlarından  daha  gec  istehsal  olunmuşdur. 

İndiki  zamanda  əksər  periferiya  qurğuları  kompüterlərə  bu  portun  vasitəsi  ilə 

qoşulur.  Qoşulma  üçün  istifadə  oluna  kabel  ya  qurğu  ilə  birlikdə,  ya  da  ayrıca 

satılır. 

Nəzərə  almaq  lazımdır  ki,  noutbukla  işləyən  zaman  bəzi  periferiya 

qurğularının  USB  portu  vasitəsi  ilə  noutbuka  qoşulması  tam  təhlükəsizdir  (belə 

qurğuya  Flash-Drave  misal  gətirmək  olar).  İstifadəçi  noutbukda  işləyən  zaman 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________ 149 

Flash  qurğusunu  noutbuka  qoşduqda,  əməliyyat  sistemi  Flash-in  qoşulması 

barədə istifadəçiyə məlumat verir və istifadəçi yerinə yetirdiyi əməliyyatdan asılı 

olmayaraq qurğunun işinə də rəhbərlik edə bilir.  

Flash yaddaşın noutbukdan ayrılması da çox sadədir. 

 

NOUTBUK MODELİNİN SEÇİLMƏSİ 

 

Noutbuku seçərkən aşağıdakı kriteriyalara riayət etmək məsləhətdir. 



1.Qiyməti müəyyən dərəcədə ucuz olan noutbuku almaq məsləhətdir. 

2.Çalışmaq  lazımdır  ki,  noutbuk  Windows-un  sonuncu  versiyasını 

dəstəkləsin. 

3.Qurğunun  kompüter  bazarında  sayılan  firmalar  tərəfindən  istehsal 

olunduğuna diqqət yetirmək lazımdır. 

4.İşləmə  sürətinin,  yaddaş  tutumunun  tutarlı  səviyyədə  olması  nəzərə 

alınmalıdır. 

5.Noutbukun  “beyni”  sayılan  mikroprosessorun  çoxnüvəli  olması  mütləqdir 

(Intel Celeron M-dən başlayaraq ikinüvəli Core 2 Duo mikroprosessoruna kimi və 

s.). 


6.İstifadə edilən ekranın (monitorun) ölçüsü 15” civarinda olmalıdır. 

7.Noutbukun çəkisinin 1,5 –dən 3,0 kiloqrama kimi olması məsləhətdir. 

8.Güclü  prosessorlardan  istifadə  olunan  noutbuklardan  bəhrələnmək 

düzgündür. 

9.Estetik tərtib olunmuş noutbukları almaq məsləhətdir. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə