İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə27/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   23   24   25   26   27   28   29   30   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  73 

1937-1942-ci  illərdə  “Fizika  –  riyaziyyat”  elmləri  doktoru,  professor  Corc 

Vinsent  Atanasov  aspirantı  Klifford  Berri  ilə  birlikdə  ilk  ABC  (Atanasoff  –  Berry 

Computer)  elektron  maşını  yaradır.  Hesabalama  maşınında  600  ədəd  elektron 

lampasından istifadə edilirdi. Maşın ancaq toplma və çıxma əməliyyatlarını yerinə 

yetirə  bilirdi.  Hesablama  maşınının  xarakterik  cəhəti  əsasən  ondan  ibarət  idi  ki, 

onda  ikilik  say  sistemindən  istifadə  olunurdu.  Məlumatların  saxlanması  üçün  isə 

kondensatorlardan istifadə edilirdi. 

Müasir  operativ  yadaşlar  da  (və  ya  əməli  yaddaşlar  da)  dinamik  növ 

müxtəlifliyi həmin prinsipə əsalanır. 

 

 



 

Corc Vinsent Atanasov 

 

      


 

     


Klifford Edvard Berri 

 

1943-cü  ildə  dünyada  ilk  işləyən  ixtisaslaşdırılmış  COLOSSUS  adlı  elektron 



hesablama  maşını  yaradılır.  Hesablama  maşını  alman  sualtı  qayıqlarından 

göndərilən  şifrələnmiş  siqnalların  (radioməlumatların)  şifrələrinin  açılmasında 

istifadə  edilir.  Elektron  hesablama  maşınının  yaradılmasında  informatika 

nəzəriyyəsinə  səviyyəli  tövsiyyələrini  verən  riyaziyyatçı  Alan  Tyurinqin  böyük 

zəhməti olmuşdur. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



74 

   Qovard Hatuvey Aygen 

1943-1944–cü  illərdə  Ç.  Bebbicin  ideyası 

əsasında ABŞ-da IBM şirkətinin müəssi-sələrinin 

birində  işləyən,  Qarvard  universiteti-nin  gənc 

alimi  Qovard  Aygen  “Mark-1”  adlı  hesablama 

maşınını  yaradır.  Bu,  proqramla  işləyən  ilk 

elektromexaniki 

hesablayıcı 

maşın 


idi. 

Hesablama  maşını  (kompüter)  hər  biri  23  ədəd 

onluq mərtəbədən ibarət olan 72 sözə malik idi. 

Hesablama  maşınının  köməyi  ilə  istənilən  riyazı 

əməliyyatı  6  saniyə  ərzində  yerinə  yetirmək 

olurdu.  İnformasiyanın  daxil  və  xaric  edilməsi 

üçün perfolentdən istifadə edilirdi. 

 

 



 

 

 

“MARK-I” hesablama maşını 

 

Yaddaşı  olan  və  programla  idarə  olunan  universal  kompüterlərin  (Elektron 

Rəqəm Hesablama Maşınlarının) yaradılmasının nəzəri əsasları keçən əsrin 30-cu 

illərində  AlanTyurinq  (İngiltərə)  və  Emil  Leon  Post  (ABŞ)  tərəfindən  inkişaf 

etdirilir. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  75 

    

 

  



 

 

A.Tyurinq və E.L.Postun rəhbərliyi ilə hazırlanmış elektron hesablama maşını 



  

Kompüterin  (Elektron  Rəqəm  Hesablama  Maşını  nəzərdə  tutulur)  yaranma 

tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1945-

ci il) başlanır. 

Elektron  Rəgəm  Hesablama  Maşınlarının  yaradılmasının  əsas  prinsipləri 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



76 

Amerika  alimləri  Con  Fon  Neyman,  German  Qoldstayn,  Con  Moçli  və  Presper 

Ekkert  tərəfindən  verilmişdir.  Bu  nəzəri  əsasların  praktiki  reallaşdırılması  isə  ilk 

dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdən istifadə etməklə 

qurulan “ENIAK” adlı universal kompüterin yaradılması ilə həyata keçirildi. 

“ENIAK” elektron rəqəm hesablama maşınının ağırlığı 30 ton, hündürlüyü 6 

metr,  eni  4  metr,  tutduğu  ümumi  sahə  isə  120  kvadratmetrə  bərabər  idi. 

Hesablama maşınında 18 000 elektron lampalarından, onmərtəbəli onluq ədədləri 

yaddaşında saxlaya bilən 20 ədəd reqistrdən istifadə olunurdu. Maşın 5 000 riyazi 

əməliyyatı saniyə ərzində yerinə yetirirdi. Proqram maşına mexaniki açarların və 

elastik  ştekerli  kabellərin  köməyi  ilə  əl  ilə  daxil  edilirdi  (elastik  kabellər  lazımı 

yuvalara  istifadəçi  tərəfindən  taxılırdı).  Bu  baxımdan  da  proqramda  həyata 

keçirilən istənilən dəyişikliklər həddindən artıq vaxt və işçi qüvvəsi tələb edirdi. 

Sonrakı illərdə, təxminən 1944-cü ildə, Con Mouçli və Presper Ekkert EDVAC 

(Electronic  Discrete  Automatic  Variable  Computer  -  Diskret  təsirli 

parametrləşdirilmiş  avtomatik  elektron  hesablama  maşını)  adlı  hesablama 

maşınının  yaradılması  ilə  məşğul  olmağa  başlayırlar.  Uzun  illər  boyu  nəticə 

verməyən  bu yaradıcılıq  işi  1952-ci  ilə  kimi  davam  edir.  Hesablama  maşını  ikilik 

say  sistemində  işləyirdi.  Yaddaşının  tutumu  5 000  yuva  (hər  yuvaya  44  bit 

informasiya yerləşirdi) olan maşında yaddaş kimi civəli gözləmə xəttindən istifadə 

olunurdu.  Hesablama  maşınının  əmrlər  sistemi  dörd  ünvanlı  idi.  Toplama 

əməliyyatı 0,001 saniyəyə, vurma əməliyyatı isə 0,002 saniyəyə yerinə yetirilirdi. 

Hesablama  maşınının  əsas  diqqəti  cəlb  edən  xüsusiyyəti  onda  istifadə  olunan 

proqramın onun daxilində yerləşən operativ yaddaşda yerləşdirilməsi idi.      

O  vaxtdan  başlayaraq  kompüterlər  (Elektron  Rəqəm  Hesablama  Maşınları) 

yüksək sürətlə inkişaf etməyə başladı. 

 

 

 



 

 

 

Con Fon Neyman, German Qoldstayn, Con Mouçli və Presper Ekkert 

 

Kompüterlərin  yarandığı  vaxtdan  indiyə  qədər  keçdiyi  inkişaf  tarixini 



müəyyən xüsusiyyətlərlə səciyyələnən mərhələlərə (nəsillərə) bölmək olar. 

I  nəsil

  (1945-1959-cu  illər).  Birinci  nəsil  hesablama  maşınlarının 

arxitekturası  Con  fon-Neyman  prinsiplərinə  əsaslanır.  Prinsipə  əsaslanaraq 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə