İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə26/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   22   23   24   25   26   27   28   29   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



68 

avtomatik  masaüstü  hesablayıcı  maşının  əsasını  təşkil  edən  mexanizmin  işləmə 

prinsipini verir və həmin ildə də hazırladığı maşını Parisdə yerləşən “İncəsənət və 

sənətkarlıq”  muzeyinə  hədiyyə  verir.  Sonrakı  illərdə  alim  hazırladığı  hesablama 

maşınına  köməkçi  qurğu  kimi  əlavə  edilən  “vuran-bölən”  qurğusunu  hazırlayır. 

Müəyyən çətinliklərlə üzləşən alim hazırladığı qurğuların istehsalını həyata keçirə 

bilmir, nəticədə bu qurğunu da həmin müzeyə bağışlayır. 

 

   



 

 

Pafnutiy Lvoviç Çebişev və onun icad etdiyi mexanizm 



 

1912-ci  ildə  isə  rus  alimi,  hərbçi  A.N.Krılov  dörd  dərəcəli  differensial 

tənlikləri həll etmək üçün əlverişli olan mexaniki inteqrator düzəldir. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  69 



   

 

 

A.N.Krılov və onun hazırladığı mexaniki inteqrator 

 

Universal  hesablama  maşınının  yaradılması  ideyası  görkəmli  ingilis  alimi 



Çarlz  Bebbicə  mənsubdur.  Bu  ideyaya  görə  hesablama  maşını  “dəyirman”dan 

(yəni, riyazi-məntiqi qurğudan) və “anbar”dan (yəni, yaddaş qurğusundan) ibarət 

olmalı idi. 

 

  



 

 

Çarlz Bebbic və onun hazırladığı mexaniki hesablama maşını 



 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



70 

Bundan  əlavə  verilənləri  maşına  daxil  etmək  üçün  perfokartdan  istifadə 

edilməli idi.  XIX  əsrin  birinci yarısında,  təxminən  1830-cu  ildə  alim  40  il zəhmət 

çəkərək  proqramla  işləyən,  yəni  insanın  iştirakı  olmadan  hesablama  aparan 

hesablama  maşını  (analitik  maşın)  yaratmağa  cəhd  göstərilir.  Maşına  programın 

perfokartlardan daxil edilməsi, verilənlərin və nəticələrin isə yaddaşda saxlanması 

nəzərdə tutulurdu. 

 

 



 

Verilənlərin hesablama maşınına daxil edilməsi üçün perfokart hazırlayan qurğu 

 

 Lakin o zamanlar texnikanın səviyyəsi bu cür mürəkkəb maşını yaratmağa 



imkan  vermədi.  Amma  Ç.  Bebbicin  fikirləri  sonradan  universal  kompüterlərin 

yaradılmasının əsasını qoydu. 

 

QEYD

: 1906-cı ildə Çarlz Bebbicin oğlu Henri Bebbic R.W.Munro firmasının 

köməkliyi ilə atasının buxar ilə işləyən analitik hesablama maşınının yeni variantını 

hazırlayır.  Analitik  maşın  nöqsansız  işləsədə  belə  maşının  istehsalı  baş  tutmur, 

Ç.Bebbicin analitik maşını tam olaraq işıq üzü görmür.  

 

XIX  əsrin  sonunda  German  Hollerit  perforator,  nəzarət  və  çeşidləyici 



maşınlar  sistemi  yaratdı  ki,  bu  da  ilk  dəfə  1887-ci  ildə  statistika  məsələsinin 

həllinə  tətbiq  edildi.  1896-cı  ildə  G.Hollerit  maşınları  ABŞ-da  əhalinin  siyahıya 

alınmasında  istifadə  edildi  və  əmək  məhsuldarlığını  4  dəfə  artırdı.  1911-ci  ildə 

German Hollerit IBM (



International Busines Machines

) firmasını yaratdı. 

Beləliklə,  G.Hollerit  maşınları  (

perforator



nəzarət



ceşidləyici 

və 


tabulyator

)  praktiki  olaraq  iqtisadi  informatika  erasının  başlanğıcını  qoydu. 

German Hollerit maşınları lokal informasiya proseslərini mexanikləşdirdi və Maşın-

hesablama stansiyalarının maddi bazasını təşkil etdi.

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  71 

 

 

  



 

 

 



G.Hollerit və onun təklifi ilə yaradılmış perfokart informasiya daşıyıcısı  

 

 



 

Perfokartları perforasiya etmək üçün G.Hollerit tərəfindən hazırlanmış 

perforator (1897-ci il) 

 

   



 

 

Hesablama maşınlarında informasiya daşıyıcısı kimi istifadə edilən perfolent 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



72 

50  ildən  artıq  istifadə  edilən  German  Hollerit  maşınları  tədricən  öz  yerini 

elektrik, sonra isə elektron maşınlarına verdi. İlk elektron maşın 20-ci əsrin 40-cı 

illərində  Almaniyada  FAU  ballistik  raketlərin  uçuş  trayektoriyasını  hesablamaq 

zərurətindən  yarandı.  Bu  maşınlar  son  dərəcə  mürəkkəb  və  baha  olduğundan, 

yalnız hərbi və elmi məqsədlər üçün tətbiq edilirdi. 

1938-ci ildə məşhur avstriyalı biznesmenin oğlu Kurt Hertsştark dörd riyazi 

əməliyyatı  yerinə  yetirən  və  cibdə  gəzdirilə  bilən  mexaniki  kalkulyator  yaradır. 

Kalkulyatorun  küllü  istehsalı  İkinci  Dünya  Müharibəsinin  başlanması  ilə  təxirə 

salınır. 1947-ci ildən başlayaraq kalkulyatorun külli istehsalı həyata keçirilir. “Curt” 

adlanan  kalkulyator  o  dövrdə  hazırlanan  bütün  mexaniki  kalkulyatorlardan 

xarakteristikalarına görə üstünlük təşkil edirdi. Qurğu 100 qram ağırlığında idi. İlk 

yaradılan “Curt I” qurğusu 11 mərtəbəli, 1954-cü ildə istehsal olunan “Curt II” isə 

15  mərtəbəli  ədədlər  üzərində  əməliyyatlar  aparmağa  imkan  verirdi.  Bununla 

yanaşı qurğudan ədədlərin kvadrat kökünün alınmasında da istifadə edirdilər.  

Nəzərə  almaq  lazımdır  ki,  o  ərəfədə  istehsal  olunan  kalkulyatorlar  ya 

Leybnisin  “pilləvari  barabanları”,  ya  da  ki,  Odnerin  “dişli  təkərcikləri”  prinsipi  ilə 

işləyirdi.  Kurt  hər  iki  prinsipi  təkmilləşdirərək  qurğuya  yeni  pilləvari  barabanlar 

əlavə  etdi.  Nəticədə  müxtəlif  əməliyyatların  yerinə  yetirilmə  müddəti  azaldı 

(məsələn,  çıxma  əməliyyatını  toplama  əməliyyatı  kimi  eyni  alqorimlə  aparmaq 

mümkün  idi).  Qeyd  etmək  lazımdır  ki,  müasir  kalkulyatorlarda  da  hesablama 

əməliyyatlarını  eyni  alqoritmlə  yerinə  yetirirlər.  Fərq  elektron  qurğularında  ikilik 

say sistemindən istifadə edilməsindədir.  

K.Hertsştarkın  çertyojları  ilə  hazırlanan  kalkulyator  müasir  elektron 

kalkulyatorları  ilə  rəqabətə  davam  gətirə  bilmədiyi  üçün  1970-ci  ildən  sonra 

istehsal olunmadı.  

 

 

 



 

 

Kurt Hertsştark və onun çertyoju ilə hazırlanan cib kalkulyatorları 



 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə